Xəzər Süleymanlı-Unudacağam səni (Elgiz İsmayılovun şeiri)

Sdílet
Vložit
  • čas přidán 19. 08. 2021
  • şeir: Elgiz İsmayılov
    səs: Xəzər Süleymanlı
    piano: Vüsal Namazlı
    #xezersuleymanli #xəzərsüleymanlı
  • Hudba

Komentáře • 322

  • @XezerSuleymanli
    @XezerSuleymanli  Před 2 lety +229

    Xoş dinləmələr, əzizlərim. 💞

  • @ulviibrahim5157
    @ulviibrahim5157 Před 2 lety +148

    Neçə dəfə olub ki, "unudacam" dediyim gecələrin sabahlarını dizlərimi qucaqlaya-qucaqlaya, səni fikirləşə-fikirləşə oyanmışam. Neçə dəfə olub ki, "bu dəfə bitdi" deyərkən yenidən başlamışam səni sevməyə.. Neçə dəfə olub ki, ölərkən bu eşq acısıyla - sevgini düşünüb yenidən doğulmuşam.. Neçə dəfə olub, düşünmüşəm ki, başqasının yarısan, yaram qanayıb.. Neçə dəfə olub ki, bu hissi bir-birini sevən, amma ayrı-ayrı yataqlarda oyanan insanlar hiss edib.. təəssüf və böyük sevinclə deyirəm, mən unuda bilməyəcəm səni..

  • @nuraymohtrmova8862
    @nuraymohtrmova8862 Před rokem +5

    Bəlkə Xəzər də sevib, qovuşmayııb..

  • @ZemfiraSukurova-sq7xu
    @ZemfiraSukurova-sq7xu Před 3 měsíci +2

    Özümu pis hiss edəndə ancaq bu şeirləri qulaq asiram

    • @MuwviqMixayilov
      @MuwviqMixayilov Před 3 měsíci +1

      Ele mende.inanin sanki icimdekileri soyleyir Xezer Qardawim.

  • @gunaymehdiyevamm
    @gunaymehdiyevamm Před 11 měsíci +17

    😢😢😢 unutmaq olmur , qadınlar ümumiyyətlə unuda bilmirlər..

  • @hevvahesenova8340
    @hevvahesenova8340 Před 2 lety +31

    İndi çətin olsa da, bir ötəri hiss kimi
    Udduğum hava kimi, aldığım nəfəs kimi.
    Ən vəfasız insantək, yaman kimi, pis kimi
    Unudacağam səni, Unudacağam səni.
    Şirin yuxularımı dərdimə dərman edib,
    Ürəyimi sevgiyə, sevməyə peşiman edib,
    Qəlbimin boş yerinə kimisə mehman edib
    Unudacağam səni, Unudacağam səni.
    Atacağam qəlbimdən bu sevdanın daşını,
    Sıxıb çıxardacağam son damla gözyaşını,
    Köhnə xatirələrlə qatacağam başımı,
    Unudacağam səni, Unudacağam səni.
    Bir gül kimi saraldıb soldurub ürəyimi,
    Qara buludlar kimi doldurub ürəyimi,
    Cəhənnəm atəşində yandırıb ürəyimi
    Unudacağam səni, Unudacağam səni.
    Ömrüm zülmətə dönsə, açılmasa da səhər,
    Bir dərdim min olsa da, dözəcəyəm bir təhər,
    Həyatı yaşamağı eyləyib acı zəhər,
    Unudacağam səni, Unudacağam səni.
    Bu qismətdən, taledən küssəm də küsməsəm də,
    Sənsizlik acısından bezsəm də bezməsəm də,
    Ayrılıq əzabına dözsəm də, dözməsəm də,
    Unudacağam səni, unudacağam səni.
    09.01.2022 🥀

  • @afsana_iskandarova
    @afsana_iskandarova Před 2 lety +30

    Unudacagam dediyində əksinə daha da çox baglanır insan 😔

  • @LaraOsman-08M07
    @LaraOsman-08M07 Před 18 dny +1

    Ürəkdən unutmaq istədikdə daha çox yadinda qalır. o zaman unutmaq qeyri-mümkün olur💔

  • @AygunQuluzade-fg7bb
    @AygunQuluzade-fg7bb Před 3 měsíci +1

    Sevgidə unutmağı istemek yox ele düşünmək böyük bir cinayətdir dehsetdir

  • @aygunmmmdova6268
    @aygunmmmdova6268 Před rokem +2

    Elgiz İsmayılov var olun

  • @vafaguliyeva8881
    @vafaguliyeva8881 Před 5 měsíci

    Serleriniz və səsiniz pərəstişkarlariniza bir məlhəmdir.

  • @sevilabbasova7377
    @sevilabbasova7377 Před 2 lety +25

    Tam yerine düşdü bu şeir

  • @ilashka.m804
    @ilashka.m804 Před 2 lety +15

    Unudacagam desem de unuda bilmeyeceyem seni
    Bogazimda duyumlenecek sene demek istediyim butun sozler sensizlikle bogushsam da esla bilmeyeceksen!
    Sesinize quvvet❤

  • @Psixoloq_Fetullayeva
    @Psixoloq_Fetullayeva Před 6 měsíci +1

    Sizi şeirlərdə tanımaq necə gözəldir gözəl insan

  • @elkhanalii
    @elkhanalii Před 2 lety +21

    "Cəhənnəm atəşində ürəyimi yandırıb unudacağam səni."

  • @aynur915
    @aynur915 Před 2 lety +56

    Necəsən Şair,Səsiniz hüzur verir insana🌼🎶☝🏻👍🏻🔥

  • @user-fg7zd9yj9h
    @user-fg7zd9yj9h Před 9 měsíci +1

    Unutmaq istesen de, unutdum sansanda, bezen burnunun ucu göyneyir ondan öteri.

  • @user-ht7yq3fc6f
    @user-ht7yq3fc6f Před 4 měsíci

    ❤УНУДА БИЛИРСЕН ЕКЕР УНУТ !!!

  • @vafaguliyeva8881
    @vafaguliyeva8881 Před 4 měsíci

    Sizin misraları duyğulanmadan dinləmək mümkün deyil❤

  • @sevinc.99
    @sevinc.99 Před 2 lety +3

    Mutfağında soğan doğramakla kendini ağlamaktan tutmak için , kandırmakta varmış....:(

  • @Moon-li8ki
    @Moon-li8ki Před 2 lety +14

    Yalnız unudulmağa layiqsən🖤

  • @asadulvi5224
    @asadulvi5224 Před 2 lety +42

    Unudmaq hec bir zaman. Qeti ve mumkunsuz. Eziz qonaq kimi bir omur boyu seninledi❤
    Sesinize quvvet❤

  • @gunelliyeva7178
    @gunelliyeva7178 Před 2 lety +2

    Ayrılıq əzabına dözsəmdə dözməsəmdə.unudacağam səni....

  • @vefaeldarli842
    @vefaeldarli842 Před 2 lety +16

    Sərt həqiqətdir ki ,bu şeirdə özünü məcbur etmək məqsədilə yazılıb ,amma unudulmur.

  • @natiqlizad2718
    @natiqlizad2718 Před 2 lety +3

    Unutmaq üçün zamana ehtiyacımız var.

  • @gulnarkarim9522
    @gulnarkarim9522 Před rokem +1

    EN VEFASIZ INSAN KIMI .YAMAN TEK ..UNUT..UNUT..UNUT.😔

  • @revanroyal2845
    @revanroyal2845 Před 2 lety +1

    Unudacam dedikcə daha çox sevgi daha çok dert

  • @aysnabbasova8157
    @aysnabbasova8157 Před rokem +1

    Unuda bilmirəm səni cənnət qoxulu yarim

  • @nergiz5419
    @nergiz5419 Před 2 lety +39

    Deyirik ....amma unutmaq cox cətin...
    Xatirələri xatirladiqca...insan əzab cəkir..
    Birtəhər yaşamaq olmur şair..olmur..

    • @dovlataliyev2679
      @dovlataliyev2679 Před 2 lety +4

      Insani üzen xatirelerdir....
      Yoxsaki onsuzda geden getdiyi an deyerini itirir,,,,,deyerli qalan ve bizi mehv eden yalniz ve yalniz xatirelerdir....
      Onlarda ağlimiz,,yaddaşimiz itmeyene kimi bizim en acili yerimizdir...
      Deyirler adam sevende insan olur,,men istemirem daha insan olmaq...

    • @nergiz5419
      @nergiz5419 Před 2 lety

      @@manthe1153 Təşəkkur edirəm

    • @nergiz5419
      @nergiz5419 Před 2 lety +1

      @@dovlataliyev2679 ah..bu xatirələr hey mənə kədır gətirir...

    • @nergiz5419
      @nergiz5419 Před 2 lety

      @@manthe1153 təşəkkur edirəm, calişaram

    • @gunelnezerova2633
      @gunelnezerova2633 Před 2 lety +1

      @@dovlataliyev2679 cannn

  • @sssizillr1268
    @sssizillr1268 Před 2 lety +5

    Ilk🥀🖤

  • @natiqlizad2718
    @natiqlizad2718 Před 2 lety +1

    İnsan unutmağı bacarmasa dəli olar.

  • @narminhaciyeva9610
    @narminhaciyeva9610 Před 2 lety +8

    Şeirler sizin ses tonunuzda canlanır, biz dinleyenlerin ruhuna naxış olur,,,, sesinize salıq

  • @ldbirqdhsrab663
    @ldbirqdhsrab663 Před 2 lety +3

    unuduram ya da unutmuşam, bəlkə də unutduğumu zənn edirəm, ama zənn olsa belə unuduram səni, unutmuşam səni...

  • @xuramanpiriyeva7244
    @xuramanpiriyeva7244 Před 2 lety +2

    Allah səsini özünü qorusun bu şeir mənə çox kömək oldu yaşa

  • @azaliev4829
    @azaliev4829 Před 9 měsíci +1

    Men unudan kimi sende unudarsan.

  • @niil3638
    @niil3638 Před 2 lety +14

    Elə unut ki, əzizim, unutduqlarına dəysin..

    • @ruzimemmedli7337
      @ruzimemmedli7337 Před 2 lety +3

      "Men səni unuda bilmirəm, axı
      Unutsam nələri unudam gərək
      Göylərə baxmışıq aylı gecədə
      Unutsam göyləri unudam gərək"

    • @niil3638
      @niil3638 Před 2 lety

      @@ruzimemmedli7337 üff üfff🤌🏻🫂sənə uyğun gələn misraya keçək:
      Sənin xəyalındır həsrətlə baxan,
      Adındır hər saat qarşıma çıxan..🥲

    • @ruzimemmedli7337
      @ruzimemmedli7337 Před 2 lety +1

      @@niil3638 Bax artiq mən də bu sətirləri unuda bilmərəm🫂

  • @snsnsnznz4171
    @snsnsnznz4171 Před 2 lety +2

    Bu musiqini dineyende cox aci zulumlu gunlerim gozumun onune gelir korpe balami itirdiyimde tek qalib dinleyib gece gunuz agladigim gunler gelir gozumun onune o qeder pisemki heyatda cox sevdiyim neler varsa hamisini itirmisem usagligimi gencliyimi sevdiylerimi herbirseyi demey olarki cox gucsuzem cox yorgunam

  • @user-vy5or8mj6s
    @user-vy5or8mj6s Před měsícem

    Ustad unutmaq olmur

  • @user-me7vf1bi6w
    @user-me7vf1bi6w Před rokem

    Hər dəfə belə deməklə .aldadiram osumu.😣😣

  • @reihanagasanova7382
    @reihanagasanova7382 Před 2 lety +6

    Mukemmelsinn😍

  • @mehdiyevamehriban2827
    @mehdiyevamehriban2827 Před 10 měsíci +1

    Bir insanin səsi bir duyğunu ,bir acını ,bir həsrəti ,bir ayrılığı bu qədər gözəl anladirsa ,bu səsin sahibinə böyük bir alqış düşür ❤

  • @subhaneliyev7944
    @subhaneliyev7944 Před 2 lety +1

    Unudacaqam Men de senin kimi sen nece unutdun meni

  • @sssizillr1268
    @sssizillr1268 Před 2 lety +6

    Dilde deyirem unudacam seni amma alnmir..🥀

  • @ayanmetbexi16
    @ayanmetbexi16 Před 2 lety +6

    Ömrüm zülmətə dönsə açılmasada səhər. Bir dərdim 1000 olsada dözəcəyəm birtəhər. Həyatı yaşamağı eliyib acı zəhər unudacağam səni🥀

  • @papatyaaaaammm-11111
    @papatyaaaaammm-11111 Před 2 lety +2

    Unutmaq olmur

  • @denizarzularim7620
    @denizarzularim7620 Před 2 lety

    Unutmag olmur çox vetindi

  • @xatnhuseynli535
    @xatnhuseynli535 Před 2 lety +7

    Unudacağam səni ,sevdiyim sərt payızda,
    Quşların həzin səsi,yalqızların içində,
    Əvvəl səsin gedəcək ,sonrasa gülən üzün,
    Gözün ,qaşın itəcək fikrim,xəyallarımdan,
    Birdə baxıb görəcəm
    Unutmuşam mən səni.
    Sıradan bir insansan ya dəfn etmişəm səni.
    Xatın Hüseynli

  • @sssizillr1268
    @sssizillr1268 Před 2 lety +11

    Səni sevdiyim qeder sen meni sevmedin kawki menim sevdiyim qeder meni severdin kaski ele darixmisamki sevgilim😔🖤

    • @sssizillr1268
      @sssizillr1268 Před 2 lety

      @@gulyamehdiyeva2448 demirem sevmir sevir amma men onu sevdiyim qeder sevmir canimi bele feda ederem o insana qarsi amma o ne bil ne deyim daha🥀😔

    • @solmuscick1769
      @solmuscick1769 Před 2 lety +1

      @@ayinisigi7258 kaş ki😔

  • @GTB666
    @GTB666 Před 8 měsíci

    Mən səni unutdum amma unutmadiqim səndəki sən oldun.

  • @sabinaaskerzade1348
    @sabinaaskerzade1348 Před 2 lety +7

    Unutmaq deye bir sey yoxdu sadece pis yaxsı xatireye çevrilir insan öləndə hər şey unudulur sadece acı kecicidir

  • @zibasahkrimova278
    @zibasahkrimova278 Před 2 lety +12

    Həmişəki kimi, səsinizə sağlıq ❤️

  • @javidmajidov9174
    @javidmajidov9174 Před rokem

    Unutmaq olmur, şair, inan ki, olmur…

  • @yeganehuseynova7039
    @yeganehuseynova7039 Před 2 lety +3

    Məni çıxdığımız uzun yolda yarı yolda buraxan bir insan kimi unudacağam seni...... Unudacam 2 il ərzində olan hər şeyi, seni, məni, bizi....

  • @emilcfr.3203
    @emilcfr.3203 Před 2 lety +16

    Uzun sözün qısası bütün yaralar keçir və hetda o yaraların yerində güllər belə açır ...

  • @yni.....
    @yni..... Před 2 lety

    Unutmaz ürəkdə sevən sevəni.....................

  • @vusal959
    @vusal959 Před 2 lety +1

    Özüm unuduluram deyəsən:(

  • @halilslaibrahimceylanturko9890

    Nə yaxşı sizin kimi qirayçi yar səsiviz həzin bir musiqi kimidi həmişə səsiniz var olsun♥️🥰🌹

  • @akifelesgerli8893
    @akifelesgerli8893 Před rokem

    Çox gözəl.Unudacagam seni unudacağam seni.❤️😍

  • @serafetabdullayeva309
    @serafetabdullayeva309 Před 2 lety +1

    En cox gözlediyimiz melaherli hezin sesli seirlerinizde derdimizi unutduran S.dey bizimki ümüdümüz size idi bizim ne günahimiz varki siz de bizi unutmaq mi isteyirsiniz? Bizi çooox inçidirler deye onlari unudmaq isteyirik. Siz sada bizi unutmayin ne olarki axi biz sizin şeirlerinizle öz derdimizi unuduruq.Axi biz sizi necè Vesv edek ki bizi unutmuyasiniz..Sizi Vesv etmek uçun sözler acizdi👍👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌿🌹🌹

  • @smistanbabayev1893
    @smistanbabayev1893 Před 2 lety

    İnan ki mümkün deyil heçcür🥺🥺🥺♾

  • @balliosmanova2467
    @balliosmanova2467 Před 2 lety +1

    Unutmayacam🖤

  • @miryusifmirzyev4062
    @miryusifmirzyev4062 Před 2 lety +1

    Qelbimin boş yerine yalnız qem qüsse mehman oldu.......

  • @camalmuradov4905
    @camalmuradov4905 Před 2 lety +6

    Unutmaq olmur sadece aldadiriq ozumuzu.

  • @elvinasayar4261
    @elvinasayar4261 Před 2 lety +1

    Hardadi sende o qûdret unudasan məni.🌿

  • @zehranurqafarzade8793
    @zehranurqafarzade8793 Před 2 lety +2

    Ne qədər sevib qovusamayanlar var bu ölkədə ne qeder qelb sevgi acisiyla yanir caski qovusmaq asan olaydi butun sevenler qovusaydi..🥺

  • @ayxanagayev2492
    @ayxanagayev2492 Před 2 lety

    seyir oz yerinde, Ancaq ses sadece Mohtesemdi

  • @odinokoo1442
    @odinokoo1442 Před 2 lety +4

    💔

  • @iraazri7457
    @iraazri7457 Před 2 lety +8

    Səsin sehrinə düşmək bu olsun gərək.
    Unudacağam səni.
    👉 Sən mənim ürəyimdin, ürəyimkən içimdə öldün. İndi hansımızın başı sağ olsun? 💕
    👉 Sən mənim ən doğru səhvimdin. 🤔

  • @fidanaliyeva2557
    @fidanaliyeva2557 Před 2 lety +3

    Bu qədər gözəl sevən insanlar varkən, niyə bu qədər insan sevgi əzabı çəkir?! Niyə bizi gözəl sevəcək insanlarla qarşılaşmaq yerinə, bizə bu qədər əzab çəkdirən insanları sevmişik?! Niyə sevməyənlər sevilir, sevənlərsə sevilmir?! Niyə bu qədər gözəl sevilən insanlar onları sevənləri deyil də, sevməyənləri seçir?! Niyə bir-birini canından çox sevən insanları həyat ayırıb hərəsini bir tərəfə atır?! Dünyanın ən gözəl hissinə niyə dünyanın ən ağır, ən acı hissi qalib gəlir?! Sevənlərə qovuşmaq qismət deyilsə, həyat niyə bu hissi ürəyimizə salır?!🥀 Yollarımızı ayırırsa bu həyat, niyə ürəklərimizi,hislərimizi də ayırmır?!
    Canından ötə birinin, vaxt gəlir ,yanından belə ötə bilmir insan… Dəli kimi hesab sorduğun birinə hal-xatir belə sora bilmirsən bir gün… Yad sevgini ona oxşatmağa çalışarkən, hər sözündə,hər baxışında, hər toxunuşunda “yox bu o deyil !!!” deyib üzünə çırpıb, ciyərini yandırır həyat insanın! Belə acımasız,belə insafsızdı bu həyat….🥀

    • @SSSSSS-hp7zd
      @SSSSSS-hp7zd Před rokem

      SƏNİN NÖQSANIN SAVADLI OLMAĞINDIR.

  • @fexriyyeeliyeva4852
    @fexriyyeeliyeva4852 Před 2 lety +4

    Möhtəşəmsiz Xəzər bəy.Allah sizi qorusun🙌

  • @arifcabbarli9000
    @arifcabbarli9000 Před 2 lety +4

    Allah Azze ve Celle size sevgi veribse onu ancaq Allah Azze ve Celle unutdura biler eyer Allah Azze ve Celle unutdurmaq istemirse unutmaq olmuyacaq

  • @nahidismayilov9910
    @nahidismayilov9910 Před 2 lety +4

    Tam unutmaq yoxdur , mümkün deyil qısa və net.İzləri görünür və heç silinmir.

  • @mrpanahli3628
    @mrpanahli3628 Před 2 lety +4

    "Cəhənnəm atəşində ürəyimi yandırıb unudacağam səni." 🐥

  • @lifeline2422
    @lifeline2422 Před 2 lety +2

    Unutmaq o geder asan olsa burda bu şeirde olmazdiq... Əslində unutmaq yox sadece zamana oyrənib susmaq var .. 😢

  • @Alik2024
    @Alik2024 Před 2 lety +2

    İSTANBULDAN AZƏRBAYCAN A SELAM SUPER

  • @A26bakili
    @A26bakili Před 2 lety +3

    Unutsam gərək özümü unudam...silim yaddaşımı , yaşanmışları...

  • @laleesgerli434
    @laleesgerli434 Před 2 lety +3

    Unudacagam seni😥😥😥💔💔

  • @yzgsgsgjdjdjdh7937
    @yzgsgsgjdjdjdh7937 Před 2 lety +1

    Deyilesi coox sozler😪 var ruhu gozel insan. Amma tewekkurlerr bele gozell ifalar ve weirler ucun

  • @kenulemraxova7783
    @kenulemraxova7783 Před 2 lety +1

    UNUT !!!

  • @fsannsirli2788
    @fsannsirli2788 Před 2 lety +2

    Bu şeiri dinləmək öldürür , qaldi ki unudum Səni ...

  • @elmlerakademiyasi7662
    @elmlerakademiyasi7662 Před 2 lety +3

    Super .Cox sag olun Elgiz Qardaşlm

  • @dovlataliyev2679
    @dovlataliyev2679 Před 2 lety +5

    Evvelki kimi darixmiram senin üçün....daha ağlamiram yeri geldi,gelmedi.....adinin olduğu cümlelerde gözlerim dolmur,,,yoxluqunun teqvimi tutmuram artiq...........biraz yorğunam,,,,biraz halsiz,,,,birazda sensizlik sindirdi meni......nece yaxşi olurlar bilmirem,,amma yaxşiyam kelmesini yapişdirmişam dilime,,kim soruşsa yaxşiyam deyirem.......Dönmeni gözlemirem artiq,,hetta istemirem gelesen,,tez tez ağlima gelirsen ama "mene ne " deyirem,,,,,,menim derdim mene bes eder "mene neee"....Yoxluğuna alişirammi?...varliğindan elmi cekirem?? Coxxxx sinmişam eslinde....Birden başqasini severem??...Eger ele bir şey olsa ve bir gün men başqasini sevsem bax o zaman seni heyatim boyu BAĞIŞLAMAYACAM..........SeNi SeViReM....

  • @lamiyecabbarova7705
    @lamiyecabbarova7705 Před rokem

    Bir oteri hiss kimi
    Unudacagam seni
    Atacam qelbimnen bu sevdani
    Cetin olsada vefasiz biri kimi
    Unudacagam seni

  • @sssizillr1268
    @sssizillr1268 Před 2 lety +3

    Unudacam seni🥀🖤

  • @azimaaliyeva6995
    @azimaaliyeva6995 Před 2 lety +2

    Ayrılıq əzabına dozsəkdə ,dozməsəkdə mən unutmaq istəmirəm 😥

  • @fatimeeli4884
    @fatimeeli4884 Před 2 lety +1

    Mən səni unutmasamda sən məni unudacaqsan bilirəm 💔

  • @bizikimizdfhhg4572
    @bizikimizdfhhg4572 Před 2 lety +2

    Xatırlamaq üçün yaddaşımız var ama unutmagcun heç nəyimiz yoxdu !!!,

  • @selalekrimli6961
    @selalekrimli6961 Před 2 lety +3

    Söz undacağam səni 😘♥️👈

  • @aybenizyusifova1289
    @aybenizyusifova1289 Před rokem +1

    Qılbinin boş yerinə kimisə mehman edə bilərsın, amma qəlbində özünə daimi məskən salan ilk segini əsla unuda bilməzsən... mümkün deyil... ilk sevgi❤ Əgər sevmisənsə, orada boş yer yoxdur... yaşayarsan, ömrünü elə-belə...

  • @melekbayramova528
    @melekbayramova528 Před 2 lety +4

    Bezen unudacam deyib unuda bilmeyenler demek ki siz unutmursuz yada salirsiz unutmaq istemirsiz. Unutmaq isteyen insan birdefelik unudur gedir. Lazimsiz insanlari unutmaq lazimdir yoxsa ......🤔

  • @halfmoonmusicchannel
    @halfmoonmusicchannel Před 2 lety +2

    Her defe özümə unut dedikce
    Özünü unudub, tapıram seni 🖤

  • @aywequliyeva8189
    @aywequliyeva8189 Před 2 lety +1

    Ayrılıq acısına dözsemde-dözmesemde unudacağam seni.Çox gözel sözlerdir Allah sesinizi özünüzü qorusun amin her kesin dilinden san ki,deyirsiz şeirleri acısı olan da,sevinci olanda dinliyir🥰

  • @gulgzmmmdova9780
    @gulgzmmmdova9780 Před 2 lety +1

    Səsiniz var olsun👏👏👏👍🙌🙌🙌🙌❤❤❤🇦🇿🙋‍♀️

  • @gunewaliyeva6763
    @gunewaliyeva6763 Před 2 lety +1

    Unudacam dediyim her an seni yeniden xatirladigimin ferqine vardim…

  • @punhanesemedova8758
    @punhanesemedova8758 Před 2 lety

    Her Misrasi unudulmaz sözler

  • @lirikamiz
    @lirikamiz Před 2 lety +1

    Vəfasız insan kimi sözdə unudub səni,
    Yarqunat kimi qəlbimdə sonsuzadək yaşadacağam...💔

  • @gulbenizqemberli7240
    @gulbenizqemberli7240 Před 2 lety

    Cox gözel

  • @nergizeliyeva4462
    @nergizeliyeva4462 Před rokem +1

    Mende calisacam unudum neqederde cetin olsa.

  • @pervinehmedova6121
    @pervinehmedova6121 Před 2 lety +3

    🥺🥺🥺

  • @qazi_nureddinyolcuyev_20.30

    👍👍👍👍👍👍👍❤️