Aşıq Ədalət Nəsibov-"Dilqəmi"

Sdílet
Vložit
  • čas přidán 21. 08. 2024
  • ƏDALƏTİN SAZINDA
    Bəhmən Vətənoğlu
    Əsli nalə çəkər zülfü pərişan,
    Fəqan eylər Ədalətin sazında.
    Kərəm çıxar alovların içindən,
    Üsayan eylər Ədalətin sazında.
    Haray çəkər: - Dünya mənə dar deyin,
    Xan evində Gülgəz yarım var deyin.
    Tufarqanlı Aşıq Abbas yar deyin
    Tüğyan eylər Ədalətin sazında.
    Dağ çəkilər neçə dərdə, məlala,
    Cilvələnər hər bənövşə, hər lala.
    Zöhrə deyin Tahir yetər vüsala,
    Dövran eylər Ədalətin sazında.
    Gələr qızılgülü dərməyə Dilqəm,
    Dərib pünhan yerdə sərməyə Dilqəm.
    O dünyada yarı görməyə Dilqəm
    Güman eylər Ədalətin sazında.
    Libası poladdan geyən Koroğlu,
    Ulu şahlar boynun əyən Koroğlu.
    Nərəsindən yer titrəyən Koroğlu,
    Cövlan eylər Ədalətin sazında.
    Qərq eyləyər xəyallara, qananı,
    Bircə anda dolandırar cahanı.
    Zərif tellər hər duyğusuz nadanı
    İnsan eylər Ədalətin sazında.
    Nadan kəslər anlamıram dərdi nə
    Bağban bağdan dərmədi nə,dərdi nə.
    O barmaqlar çox Bəhmənin dərdinə,
    Dərman eylər Ədalətin sazında.
    • Ədalət Nəsibov yanıq ...

Komentáře • 26

  • @yelmarmustafayev6326
    @yelmarmustafayev6326 Před 6 měsíci +5

    Möcüzələr yaradan Ustad Ədalət. Eşq olsun!!

  • @ismayilalbandayev7793
    @ismayilalbandayev7793 Před 11 měsíci +4

    Hayıb o barmaqlar indi incə teıləri dindirmir.Məkanın cənnət olsun əziz sənətkar.

  • @shriyarhuseynov3224
    @shriyarhuseynov3224 Před rokem +5

    Aşıq Ədalət Nəsibovun hər eşitmədiyimiz ifalarını dinləyəndə,elə bil yeni bəstəsinə qulaq asırsan.Ustada rəhmət.

  • @keytidag2147
    @keytidag2147 Před rokem +5

    Dünyaya birdə Nəsibovdan gəlməyəcək. Hələ nə qədər bel möhtəşəm ifaları üzə çıxacaq. Allah rəhmət eləsin.

  • @bhmnabdiyev2720
    @bhmnabdiyev2720 Před 10 měsíci +2

    Allah rəhmət eləsin dahi sənətkara, sazın AKADEMİKİNƏ.

  • @mehebbetkelbecerli
    @mehebbetkelbecerli Před rokem +3

    Allah sənə rəhmət eləsin böyük sənətkar.

  • @fuzulikelbecerli
    @fuzulikelbecerli Před rokem +2

    Çox unikal ifalardı. Bir daha gəlməyəcək bu İnsandan.

  • @keydiyevmehemmed9770
    @keydiyevmehemmed9770 Před rokem +2

    Allah rəhmət eləsin böyük ustada

  • @seadetseadet57
    @seadetseadet57 Před rokem +3

    Əvəzolunmaz dahi sənətkara rəhmət. Hər bir ifası möhtəşəmdir.

  • @edabiyyatseir7826
    @edabiyyatseir7826 Před rokem +2

    Bir kəlmə bu insan dahidir.

  • @user-fo8vx4jn2t
    @user-fo8vx4jn2t Před rokem +1

    Allah rehmet elesin. Bele yaxwi sazda ifa elemek ucun eslin Ag awigin , awig Alinin, awig Eleskerin yurdundan olmalisan. Eslin oradan olmalidir. O dahilerin icdiyi sudan icmelisen. Nur icinde yat ay Abbas kiwinin nevesi

  • @Goyceasiqmektebi
    @Goyceasiqmektebi Před rokem +1

    Allah rəhmət eləsin böyük sənətkara

  • @sazinedaleti
    @sazinedaleti Před rokem +2

    Möhtəşəm .

  • @boyukturk9585
    @boyukturk9585 Před rokem

    Allah rəhmət eləsin Böyük sənətkara.

  • @user-jd7ub6vx9c
    @user-jd7ub6vx9c Před rokem +4

    QÈBRÌN NURLA DOLSUN DÈDÈ ÈDALÈT.

  • @sazdunyasi3317
    @sazdunyasi3317 Před rokem +1

    Ay can.....

  • @user-fo8vx4jn2t
    @user-fo8vx4jn2t Před rokem +1

    Ozunu Gazaxli kimi geleme verdiyi ucun onu koyceye toylara devet elemeyibler amma 88- ci ilde devet olunub sunet toyuna.hemen sual verilib haralisan cavab Gazaxli. Rehmetlik Cavad Ehmedov onun tercumeyi halin daniwib. Edalet deyib ureyime dag celmeyin hemiwe arzum olubki meni dogma kendime devet elesinler uwaglig dostlarimla sohbet eleyim uwagligimi yadima salim

  • @user-fo8vx4jn2t
    @user-fo8vx4jn2t Před rokem +1

    Rayonlarinin adi olub kever ( infinity bayazit) kendlerinin adini sefe duwe bilerem Jeremiah Agzibir olub

  • @user-fo8vx4jn2t
    @user-fo8vx4jn2t Před rokem

    Ozu ise1939-cu ilde Basarkecer rayonunun Dere kendonde dogulub evleri ise kendin cayin giraginda ya 3 ya da dorduncu ev olub 50 ci illerde Gazaxa kocubler.

    • @asiqelbrus-
      @asiqelbrus-  Před rokem +1

      Ədalət Nəsibovun Əsli Göyçənin Ağzıbir kəndindəndir. Aşıq Alınin kəndi Qızıl Vənglə qonşu kənddi.Aşıq Alı ilə də kök qohumluğu var. Eləcə də Aşıq İmran ın anası tərəfdən qohumluğu var Ədalətə. Hər iki Ustadı Aşıq Alı ilə qohumluğu var.Allag hər üç böyük sənətkara rəhmət eləsin.

    • @KochariAsgar
      @KochariAsgar Před 2 měsíci

      @@asiqelbrus- çox maraqlı məlumatdır. Bunu heç eşitməmişdim

    • @asiqelbrus-
      @asiqelbrus-  Před 2 měsíci

      Babası da Aşıq Alının kəndi Qızılvənglə qonşu olan Ağzıbir kəndindəndir. Sonralar köçüblər gölün o başına dərə kəndə. Oradan da Qazağa.

    • @user-fo8vx4jn2t
      @user-fo8vx4jn2t Před 2 měsíci

      Beli cox duz deyirsiz babasinin adi Abbas olub amma Dibbir Abbas kimi taniyiblar

  • @Fred_Gabriel
    @Fred_Gabriel Před 2 měsíci

    Cəmi 4500 baxış? 😮😮😮😮