"Göyçəyə qayıdış üçün səfərbərlik istəyi" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Sdílet
Vložit
  • čas přidán 23. 08. 2024
  • "Göyçəyə qayıdış üçün səfərbərlik istəyi" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Nərimanlı kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
    “Göyçəyə qayıdış üçün səfərbərlik istəyi” adlı verilişdə Nərimanlı kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.
    Bildirilib ki, Nərimanlı kəndinin adı yarandığı ilk gündən XIV əsrin axırı XV əsrin əvvələrindən 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilərək Hüseynquluağalı, Çuxurlu, Çamırlı və Ortakənd olub. Kəndin sonuncu adı Nərimanlı isə böyük partiya və dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır. 1991-ci ildən isə ermənilər bu adı dəyişdirib Şatvan qoyublar.
    Nərimanlı kənd əhalisi 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə doğma yurdlarından çıxarılaraq 3 dəfə qaçqın düşüb. 1988-1991-ci illərdəki dördüncü qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq Daşkəsən, Gəncə, Şəmkir, Xanlar (Göygöl), Bakı, Sumqayıt, Mingəçevir, Samux və başqa yerlərdə məskunlaşıb. Əhali bu günə qədər həmin yerlərdə yaşayır. Qaçqınlıq vaxtı kəndin 450-500 evi, 2 500-3 000 nəfərə yaxın sakini olub.
    Verilişdə Nərimanlıda olan qoç daşları, Alban məzarlığı, kəndin memarlıq və tikinti mədəniyyətinə, eləcə də toy günü gəlinin suya salınmasına dair maraqlı məlumatlar verilir.
    Vurğulanıb ki, Nərimanlı kəndi bu gün də milli adət-ənənələrini, yaşam tərzini qoruyub saxlayır və hər bir sakin Göyçəyə qayıdış istəyi ilə yaşayır.
    Abunə ol ☛ / @bakutv
    ❂❂❂❂❂
    • QARABAĞ XRONİKASI
    • ARZUNUN VAXTI
    • SONUNCU ŞAHİD
    ❂❂❂❂❂
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    "Göyçəyə qayıdış üçün səfərbərlik istəyi" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    ❂❂❂❂❂
    2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #Göyçə #Nərimanlıkəndi #QərbiAzərbaycan #səfərbərlik #Basarkeçər #Göyçəgölü #trend #sondəqiqə #keşfet #sondeqiqe #sonxeberler #gündəm #sonxəbərlər

Komentáře • 16

  • @xudaferinkorpusi6498
    @xudaferinkorpusi6498 Před 11 měsíci +5

    INŞALLAH ! Hami Qayidacaq ,Bir Az Dozmak Lazimdir !! Haqiqatan Qayidaçaqiq... Allah Qorusun Ordumuzu va Xalqimizi 🙏

  • @ResulAsger
    @ResulAsger Před 11 měsíci +4

    Super çəkiliş alınıb. Əhsən əziyyəti keçən və iştirak edən hər kəsə. İnşəAllah Göyçədən reportaj edəsiniz böyüklü- kiçikli bütün Göyçəlilər ilə birlikdə. Nərimanlı kəndi dövrünün elmə, təhsilə,savada üstünlük verən ən öncül kəndlərindən olub. Bu səbəbdən zamanında 160ı keçmiş həkimi, neçə-neçə alimi, professoru və ziyalısı vardır.
    Qəbirlərdəki xaç isə o qəbirdəkinin sırf xristian olduğuna dəlalət etməz) xaç, ulduz, günəş- bu kimi işarələrin çəkilmısinə səbəb bəzi mifik inanclarla bağlıdır ki, bu da mərhumun o dünyasını işıqıandırmaq,nurlandırmaq niyyətilə çəkilmişdir. Ölkəmizdəki bir çox qədim qəbirlərdə bu vardır. İnşəAllah o torpaqlara qayıtdıqdan sonra ümid edirəm ki, bu kimi faktlar və qəbirlər qzərindəki sonradan qazanılma dəyişikliklər üzə çıxarılacaqdır.

  • @mehdimehdiyev8931
    @mehdimehdiyev8931 Před 11 měsíci +1

    İslamdan əvvəl bütün Azərbaycan xristian dininə sitayiş edib.

  • @mehdimehdiyev8931
    @mehdimehdiyev8931 Před 11 měsíci

    Eşq olsun Qərbi Azərbaycanlılara. Düzdü mən o diyarı görməmişəm, amma istər istəməz adam baxanda içində sızıltı olur. Bir Göyçəli kimi istəyərəm o yurd yuvaya dönmək

  • @alvi.ibrahimov
    @alvi.ibrahimov Před 11 měsíci

    Eşq olsun, yurdumuza

  • @firuzabdullayev1967
    @firuzabdullayev1967 Před 11 měsíci +1

    Çəkilişin birinci hissəsi kimi davamı da çox maraqlı alınıb. İştirakçılara, təşkilatçılara minnətdarlığımı bildirirəm, bir neçə dəqiqəlik məni keçmiş xatirələrin ağuşuna atdınız! Göyçəmizdə görüşmək arzusu ilə hamımıza uğurlar diləyirəm!

    • @mehdimehdiyev8931
      @mehdimehdiyev8931 Před 11 měsíci

      Amin inşəallah. Bir Göyçəli kimi mənim də ən böyük arzumdu

  • @gsvdgdhdhsvdgd2184
    @gsvdgdhdhsvdgd2184 Před 11 měsíci

    Menimde rehmetlik babam nenem deyirdiler ki bizi islamlaşdirmazdan evvel biz xristian Türkleri olmuşuq.Bizi qilinc gücüne müselmanligi qebul etdiribler.

  • @fuadhamishayev2096
    @fuadhamishayev2096 Před 11 měsíci

    Deməli Qərbi azərbaycanlılar xristian olub. Bilməmişik heç. Aydındır.

    • @ResulAsger
      @ResulAsger Před 11 měsíci +1

      Gülüş obyektinə çevrilməyək. Bu tam da elə deyil. Ümumi Azərbaycanın da qədim sakinləri qədim Alban tayfaları olub. Od pərəstlər olub. 7ci əsrdən ərəb köçlərindən sonra 9 ərəb kəndi olub. Nə xristian deyilik, nə ərəb. O boyda layihənin çəkilişindən bir rək bunumu anladınız)?

    • @fuadhamishayev2096
      @fuadhamishayev2096 Před 11 měsíci

      @@ResulAsger Biz tarixi sizdən qat-qat yaxşı bilirik. Siz tarix dərsini bu savadsızlara keçin. Düşmənlərimiz artıq onlara lazım olanları öz qulaqları ilə eşitdilər. İndi tələsmədən hamısına comment yazın , aşagısı 5 dildə.

    • @ResulAsger
      @ResulAsger Před 11 měsíci

      Anlayan anladı.

    • @fuadhamishayev2096
      @fuadhamishayev2096 Před 11 měsíci +1

      @@ResulAsger Tarix boyu azərbaycanlıların belini arxeyinçilik yıxıb . Düz yazmısıniz Anlayan anladı , ancaq özünə sərf eləyəni anladı , siz deyəni yox.

    • @arzubagirova1724
      @arzubagirova1724 Před 7 měsíci

      Kiş kilsəsini də eşitməmisiniz ki sizə yad gəldi ✝️ lıq Müqəddəs Yelisey kilsəsi Şəki rayonunun Kiş kəndində və ya Oğuz Qəbələ Qax və digər bir çoooooox ərazilərimizdəki xristianlıq və abidələri yəni doğrudan ölkəmizdən bu qədər xəbərsizsiniz. Öyrənin onda xristian olub bu ölkə tanrının dini olan xristianlıq. Və müsalmanlığa keçsədə hələ də gedirlir kilsə ziyarətinə(VƏNG) şimalda.