DİQQƏT! Qulaq kirini belə təmizləmək olmaz! Necə təmizlənir?

Sdílet
Vložit
  • čas přidán 12. 05. 2024
  • Qulaq kiri necə yaranır? Necə təmizlənir?
    Qulaq kiri qulaq kanallarının fəaliyyətinin təbii hissəsidir, xarici qulaq kanalındakı vəzilər tərəfindən istehsal edilir, vərəmuma bənzəyir. Hər bir insanın qulağında qulaq kiri əmələ gəlir. Gah duru, gah da quru olur. Qulaq kirinin əmələgəlmə səbəbləri bunlardır:
    1. Qulaq travması;
    2. Qulaqdakı yaralar;
    3. Sıx qulaq tükləri;
    4. Qulağa girən toz və ya xarici kirlər;
    5. Xarici qulaq kanalındakı darlıq;
    6. Tıxac və qulaqlıq kimi əşyaların mütəmadi olaraq istifadəsi;
    Qulaq kirini təmizləmək üçün qulaq çöpü əvəzinə qulaq damlaları istifadə etmək daha uyğundur. Yaxud 2-3 aydan bir qulağınızı həkimə təmizlətsəniz, yaxşı olar.
    Qulaq kiri yaşıl, boz, qara, yaxud sarımtıl rənglərdə olur. Qulağın mirkroblara qarşı özünümüdafiə mexanizminin bir hissəsidir. Qulaq kanalındakı vəzilər mikrobların qarşısını almaq üçün qulaq kirini istehsal edir. Bəzən qulaq kiri həddən artıq istehsal olunur, yaxud bərkiyir. Nəticədə, qulaq tıxanıqlığı yaranır.
    Qulağa girən toz, qulaq travması, yaralar və qulaqdakı tüklər qulaq kirini yaradan əsas faktorlardır və zamanla artan kir qulaq cingildəməsinə, qulaqda qaşınmaya da gətirib çıxarır. İnsanlar qulaq kirindən narahat olur, buna görə də, təmizləmək ehtiyacı hiss edirlər. Əlimizin altındakı ən asan üsul qulaq çöpləridir. Lakin son illərdə mütəxəssislər qulaq çöplərindən uzaq durmağı məsləhət görürlər. Onların sözlərinə görə, qulaq çöpləri qulaq kirlərini daha da içəriyə doğru itələyir, infeksiyalara səbəb olur. Ən sağlam qulaq təmizləmə üsulu qulaq damcıları və qulağın həkim tərəfindən təmizlənməsidir.
    Qulaqda kir yığılmasının, hətta bu kirlərin artıq tıxac yaratmasının əlamətləri bunlardır:
     Qulaq ağrısı;
     Qulaq tıxanıqlığı;
     Tıxanıqlıqdan qaynaqlanan müvəqqəti karlıq;
     Qulaq cingildəməsi;
     Qulaqda qaşınma;
     Qulaqda nəyinsə olması hissi;
     Qulaqdan gələn pis qoxu;
     Qulaqdan rəngli axıntının tökülməsi;
     Baş gicəllənməsi;
     Öskürək;
    Bu əlamətləri bir qulaqda da, eyni zamanda, hər iki qulaqda da hiss edə bilərsiniz. Əgər özünüz qulağınızı təmizləməyə cəhd etdikdən sonra belə, bu narahatlıqlar keçmirsə, həkimə müraciət edin.
    Qulaq kiri necə təmizlənir?
    Pambığı azacıq isladın, qulaq kanalının girişini ehmalca təmizləyin. Bu, yetərlidir. Çünki orqanizm xaric ediləcək kirin böyük qismini məhz buraya-kanalın ağzına yığır. Daha dərindəki qulaq kirini təmizləmək üçün qulaq damcısından istifadə edin. Məsələn; qliserin tərkibli qulaq damcıları qulaq kanalının təmizliyi üçün effektivdir. Karlıq varsa, ən yaxşısı, həkimə getmək, qulağın təmizlənməsini mütəxəssisə etibar etməkdir.
    Qulaq çöpündən istifadə sizin üçün rahatdırsa, bu zaman müəyyən qaydalara əməl etməyə çalışın. Qulaq çöpünü azacıq isladın, qulaq kanalının ağzını təmizləyin, vəssalam! İslanmış qulaq çöpü, yaxud bir çimdik nəm pambıq qurumuş qulaq kirlərini yumşaldır, onları asanlıqla xaric etmək olur. Evində körpəsi olanlar uşaq dərisi üçün istifadə edilən yağlardan da qulağa damlada bilərlər. Sözügedən yağlar da kirlərin yumşalması, xaric edilməsi üçün effektivdir.
    Bir daha xatırladıram ki, qulaq kiri orqanizmin özünümüdafiə mexanizminin bir parçasıdır. Bu kir vasitəsilə ölü dəri hüceyrələri xaric edilir, kir-toz həbs olunur, qulaqlarda lazımi nəmişlik yaranır. Karlıq yaşanmasa, ağrı olmasa, qulaq kirinin təmizlənib-təmizlənməməsinin heç bir əhəmiyyəti yoxdur.
  • Věda a technologie

Komentáře • 17

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před 2 měsíci +5

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Před 2 měsíci +2

    Çox sağolun

  • @juliya3076
    @juliya3076 Před 2 měsíci

    Teşekkürler sağ olun məlumat üçün 🙏

  • @EyubSeyidov
    @EyubSeyidov Před 2 měsíci +2

    Əla

  • @senanehmedov3278
    @senanehmedov3278 Před 2 měsíci +5

    Qulağı hər dəfə təmizləmək vaya yudurtmaq olmaz , mutəmadi olaraq təmizləmək lazimdi , ona görə tez tez təmizləmək olmazki ,qulağda yaranan qulağ kiri ,qulagda olmalidir səbəb isə xirda həşaratlarin qulağa daxil olub beyinə getməyinə qulaq kirinin əngəl olmasidi , həmd olsun Allaha 🤲

  • @durasanseyidov4238
    @durasanseyidov4238 Před 2 měsíci

    Sagol qardaş. ALLAH qorusun sizi

  • @user-er6gj7yh6i
    @user-er6gj7yh6i Před 2 měsíci +1

    Niye ber çimende temizlense problem olmaz ki

  • @telmanwabanov9792
    @telmanwabanov9792 Před 2 měsíci +3

    men temizleyirem daha elemerem

  • @imperiaimperia5911
    @imperiaimperia5911 Před 2 měsíci

    Hamamdan cimib cixanda və ya adi bawimizi yuyandan sonra qulaq təmizlənir, qulaq təmizliyəni isdadlamaga ehtiyac olmur qulaq istag olur

  • @lilac2801
    @lilac2801 Před 2 měsíci

    Uzmanlar qulaq kiri demirler ona,yəni bu olmalidi,temizlemek olmaz,sadece su dolduqda qurulamaq lazimdi

  • @ayselsemedova1016
    @ayselsemedova1016 Před 2 měsíci

    3 aydan bir təmizləyin deyir uşağların qulağın 1 həftə təmizləməsəm nə günə qalıre qulağları iyrənc baxımsız görünür

  • @balabey__5o
    @balabey__5o Před 2 měsíci +3

    SİQQƏT SİQQƏT ‼️

  • @arifismayilov4760
    @arifismayilov4760 Před 2 měsíci +5

    Başlıqda mexaniki səhv gedib (siqqət), düzəldin.

  • @agayevsenan389
    @agayevsenan389 Před 3 dny

    Bes niue satilor bu qulaq copu