Video není dostupné.
Omlouváme se.

1 Qaşığı 20 DƏRDƏ ƏLACDIR - Onu yaxşı tanıyın!

Sdílet
Vložit
  • čas přidán 8. 07. 2024
  • #razyana #razyana #köp #bağırsaq #bağırsak
    Razyana bitkisinin boyu bəzən 2 metrəyədək çatır. Gövdəsi dik, yarpaqları uzundur. İlk baxışdan bir az şüyüdü xatırladır. Ətri ilə insanı bihuş edən razyana bitkisinin ana vətəni Aralıq dənizi hövzəsi və Yaxın Şərqdir. Qayalıq, quraq yerlərdə bitir. Razyanadan məişətdə və tibbdə daha çox toxum halında istifadə edilir. Və bu toxumlar protein, yağ baxımından insan qidası olmağa haqq qazanıb.
    Əsrlərdən bəridir ki, razyana xalq təbabətində geniş istifadə edilir. Albert Leung və Steven Foster`in birlikdə tərtib etdikləri “Qida, dərman və kosmetologiyada istifadə edilən təbii vasitələr” (1996) kitabında razyananın həzm sisteminə faydalarından da bəhs olunub. Qeyd edilib ki, razyana toxumu:
    -həzm sistemini stimullaşdırır;
    -mədəni rahatladır;
    -şişkinliyi və köpü azaldır;
    -uşaqlarda qaz yaranma prosesini tənzimləyir;
    -körpələri ishaldan qoruyur;
    Razyananın öskürək və soyuqdəymə zamanı orqanizmin köməyinə çatması barədə Endryu Kevalliyer (Andrew Chevallier) öz kitabında yazıb. Onun 1996-cı ildə nəşr olunan kitabı “Dərman bitkiləri ensiklopediyası” adlanır. Kevalliyer`in yazdığına görə, razyana soyuqdəymədən qaynaqlanan öskürək zamanı 2 məqsədlə istifadə edilir:
    1. Bəlğəmgətirici kimi. Tənəffüs yollarını təmizləmək və bəlğəmi yumşaldaraq xaric olunmasını sürətləndirmək razyananın hünərlərindəndir. Bunun üçün razyana çayı dəmləmək, yaxud razyana şərbəti hazırlamaq yetərlidir;
    2. Boğaz ağrısını azaltmaq məqsədilə. Vam odda dəmlənən razyana çayı nəfəs almanı asanlaşdırır, boğaz ağrısını önəmli dərəcədə azaldır. Xalq təbabətində boğaz ağrısına qarşı mübarizə məqsədilə razyana əsaslı məhlul da hazırlanır;
    Xalq təbabətində razyanadan qadınların aybaşı problemlərinin həllində də geniş istifadə olunur. Ceyms Duke`nin 2002-ci ildə nəşr edilən “Dərman bitkiləri” kitabında bu haqda ətraflı məlumat var. Müəllif qeyd edir ki, aybaşı dönəmində razyana həm ağrıkəsici kimi çıxış edir, həm də aybaşı vaxtının tənzimlənməsində önəmli rol oynayır.
    “Qadın sağlamlığında bitki əsaslı tibb” adlı kitabda isə razyananın ana südünün miqdarını artırdığını oxuyuruq. 2010-cu ildə nəşr edilən kitabın müəllifi Aviva Romm`dur. Kitabda yazıldığına görə, razyana çayı içən, yaxud rasionuna razyana toxumları əlavə edən ananın südü artır, əmizdirmə prosesi asanlaşır.
    Razyana antioksidant xüsusiyyətləri ilə də şöhrət qazanıb. Razyananın Deni Bown`un 1995-ci ildə işıq üzü görən “Bitkilər və onların istifadəsi ensiklopediyası” adlı kitabında yer almasının səbəbi məhz bu şöhrətidir. Müəllif bitkinin bədəni sərbəst radikalların vurduğu zərərdən qoruduğunu vurğulayıb. Həmçinin, qeyd edib ki, razyana toksinlərin orqanizmdən xaric edilməsində də mahirdir.
    “Hindistanın dərman bitkiləri” təsvirli lüğətində (C.P. Khare, 2007) razyananın göz sağlamlığına olan faydaları qələmə alınıb. Kitabda qeyd olunduğuna görə, razyana çayını gözə sürtmək və ya daxilə qəbul etmək gözün nurunu artırır, gözün çapaqlanmasının qarşısını alır.

Komentáře • 25