Panik atak nədir? | Panik atak keçirəndə nə etməli? | Xədicə Həbibullayeva | Söhbətgah

Sdílet
Vložit
  • čas přidán 2. 03. 2024
  • #İnsun Yaşam Mərkəzinin dəstəyilə psixoloji maarifləndirmə davam edir. Bu dəfə Xədicə Həbibullayeva ilə #panikatak -dan danışdıq. Panik atak nədir? Panik atak keçirəndə nə etməli? İsterika ilə panik atakı necə ayırmaq olar?
    Bu və bu kimi suallara cavab tapmağa çalışdıq. Siz də fikirlərinizi yazın və təcrübənizi bölüşün.
    Bu buraxılışın ərsəyə gəlməsindəki yardımlarına görə "İnsun Yaşam Mərkəzi"nə təşəkkür edirik💚💙 insun.az/
    Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay!
    📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
    💡PSİXOLOGİYA İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
    • 🧠 Söhbətgah - Psixologiya
    BƏS BİZ KİMİK?
    sohbetgah.az
    📬ƏMƏKDAŞLIQ ÜÇÜN
    gel@sohbetgah.az
    sohbatgah@gmail.com
    Instagram: / sohbatgah
    Facebook: / sohbatgah
    Podkastı dinləmək üçün:
    🔻Spotify: open.spotify.c...
    🔻Apple Podcast: podcasts.apple...
    🔻Yandex Podcast: music.yandex.r...
    🔻Google Podcast: podcasts.googl...
    🔻Spreaker: www.spreaker.c...

Komentáře • 226

  • @Metleb.Muradzade
    @Metleb.Muradzade Před 5 měsíci +47

    Gözlədiyimiz bir mövzu idi lakin xanım tam detaylı cavablar vermirdi, Tural bəyin suallarının qarşısında.
    İnşallah daha təcrübəli və bu mövzulara tam hakim bir qonaqla yenidən bu mövzunun üzərindən keçərsiz.
    Uğurlar

  • @S.A-fo8vk
    @S.A-fo8vk Před 5 měsíci +12

    Həkim necə doğru vurğuladı bəzən üzərinə qışqırılması,baxış döyülməkdən daha çox travma yaradır.Maraqlı podcast idi.Təşəkkür edirəm

    • @BakuBaku-ii2bp
      @BakuBaku-ii2bp Před 5 měsíci

      Psixoloquu yaman hırr tutube ancag gulur.yuz faiz kayifdadi bu Xala meni qinama

  • @hafizvalizada
    @hafizvalizada Před 5 měsíci +9

    Oncelikle cox tesekkurler daimi buraxilislar ucun. Belke de ilk defe idi ki bu qeder narazi qaldim bir podcastda . Xanim ne qeder gozel izah edirdi en basda panik atakla bagli prosesleri, ancaq Tural ve Eli imkan vermedi ki xanim istediklerinin hamisini desin, movzunu basqa sohbetlere firlatdilar. Indiki dovrde ne qeder insan panik atakdan eziyyet cekir ve hami guvenilir bir menbeden melumat almaq isteyir. Lutfen Tural ve Eli mesuliyyetle hazirlasin bele hessas movzulara ve imkan verin qonaginiz danissin. Tesekkurler!

  • @lallsgrova4047
    @lallsgrova4047 Před 5 měsíci +59

    Maraqlı mövzudu lakin qonağin izahi çox da insanı maraqla dinləməyə sövq etmədi.Bəlkə də qonaq həyəcanlı idi 🙃

    • @elnurali4734
      @elnurali4734 Před 5 měsíci +3

      raziyam

    • @Sohbatgah
      @Sohbatgah  Před 5 měsíci +1

      💙💚

    • @IBOSHEMS
      @IBOSHEMS Před 5 měsíci +4

      Sanki peşekar yox bu sahədə az təcrübəsi olan biri danışır.

    • @nurlanqocayev3168
      @nurlanqocayev3168 Před 5 měsíci +2

      Eynən

    • @sslidbiyyat3481
      @sslidbiyyat3481 Před 5 měsíci +7

      Sadə dillə danışır ona görə, öyrənmişik ki termin yüklü nitqi olsun həkimin. İstəmədən ciddi qəbul edə bilmirik sadə danışanı. Məncə sadə danışır ki, hamıya aydın olsun

  • @rugiyarayka6193
    @rugiyarayka6193 Před 5 měsíci +5

    Bu cur önəmli movzu və qarşınızdakı qonaq sanki ixtisaslasmis mütəxəssis yox googledan 2-3 meqale oxuyub bu mövzu barede mariflenmis biridir. Sona qeder dinləye bilmedim. Xanıma suallar veriləndə gülməyi, "bes bayaq dedim axi" ifadeleri hec xos gəlmedi mene. Eli bey o qeder maraqli sual verdi ki oz şəxsi təcrübəsi ile bağlı, heyif ki qarşısındakı xanımın bu problemi açacaq qədər informasiyası olmadı. Bu mövzuya tekrar qayitsaniz ve daha savadlı bir qonaqla etsəniz müsahibəni çox məmnun olardıq. 💙💚

    • @rugiyarayka6193
      @rugiyarayka6193 Před 5 měsíci

      Ümumiyyətlə bu insun yaşam merkezinden gelen yerli qonaqlarla olan buraxılışlar çox da maraqlı olmur, yetəri qədər məlumatlı deyiller sanki, sadece ixtisaslari barede terminoloji biliye sahibdirler. Qonaq kimi maraqli söhbət etmək üçün dərin olmalıdır insan. Tekce ixtisasi barede 3-5 termini, açıqlamasını bilmək kifayet etmir. Evvel de gələn xanımlardan bir neçəsi eyni ile bele idi. Pervin Əfəndi ile olan buraxılış məsələn. Əzbərlenmis bir neçə mövzu və sanki bu mövzunu ders kimi danışmaqdan ibaret olur buraxılış.

    • @Sohbatgah
      @Sohbatgah  Před 5 měsíci +1

      💙💚

  • @turkanabdullayeva3360
    @turkanabdullayeva3360 Před 5 měsíci +3

    Mən 4 il əvvəl panik atakdan əziyyət çəkirdim Xədicə xanımın sayəsində sağaldım. Hər dəfə təcili yardım çağırırdılar mənə
    Şükür ki, mən Xədicə xanımı tanımışam

  • @Aysel.ism89
    @Aysel.ism89 Před 5 měsíci +8

    Salamlar ) Movzu çox aktual və faydali mövzudur. Təəssüf ki qonaginiz tam fikrilerini ifade ede bilmirdi. Birde demesem olmaz , her hansi bir psixoloji durumu "dəhşətdi" deyə dəfələrlə ifadə olunmasi həm xoş səslənmir,həm də şəxsin soz bazasinin zəifliyindən xəbər verir...Bu mövzuya yenə qayıtmağınız ümidilə 🙏🏼 Suallar maraqlı və yerində idi...Fikirləriniz də həmişəki kimi möhtəşəm 💙💚

  • @samiryolcuyev4164
    @samiryolcuyev4164 Před 5 měsíci +13

    Qonağın cavabları və danışıq tərzi məni yordu, bəlkə də həyəcanlı idi, başa düşmək olar. Məncə Tural bəy və Əli bəyin də reaksiyalarından və baxışlarından razı qalmadıqları görünürdü, amma məncə

    • @Sohbatgah
      @Sohbatgah  Před 5 měsíci

      💙💚

    • @melekmelek8633
      @melekmelek8633 Před 5 měsíci +1

      Nitqi cox yorucudur.sanki,dişləri indi düşəcəkdir kimi

    • @melekmelek8633
      @melekmelek8633 Před 5 měsíci +1

      Nə qədər savadlı həkim olsa da mən bu danışmağa görə onun patienti olmaq istəməzdim

  • @adsizsoyadsiz2170
    @adsizsoyadsiz2170 Před 5 měsíci +5

    Maraqli vovzuya gore tesekkurler. Amma qonaq verilen suallara koklenmir sanki verilen suali unudur ve uzaqlasir.

  • @nurlanqocayev3168
    @nurlanqocayev3168 Před 5 měsíci +6

    Ümid edirəm bu kömək olar.
    Onu deyim ki, fiziki aktiv olun, idman edin, günəşli havalarda bayıra çıxaraq D vitamini qəbul edin, hərəkətdə olmaq beyində olan serotonin(xoşbəxtlik) səviyyəsini artırır. Hərəkətsiz qalmaq depressiyanı daha da çoxaldır və panik atak keçirmək riskini artırır.

  • @javahirrzayeva7762
    @javahirrzayeva7762 Před 5 měsíci +11

    Əli bəyin Maşaya olan qəzəbi davam edir 😂 Təşəkkürlər 💙💚

  • @yazgulquluyeva5471
    @yazgulquluyeva5471 Před 5 měsíci +1

    Necə insanı tanımadan bu qədər çox istəmək olur ? Tural bəy ,çox sevilirsiniz.Bu qədər maarifləndirici verlişə görə çox təşəkkür edirəm ❤

  • @kamalhaciyev7483
    @kamalhaciyev7483 Před 5 měsíci +2

    Panik atak məndə vardı, Sağlam_Qidalanma klubuna getdim, yeməklərimə fikir verdim, Panik atak getdi, Qanda şəkər , xalesterol normaya düşdü.

  • @turalpurkestasib1721
    @turalpurkestasib1721 Před 4 měsíci +2

    Panik atak hər kəsdə fərqlidir. Mən də bir neçə ildir bundan əziyyət çəkmişəm. İndi azdır hərdən olur. Ən önəmlisi bu zaman panikaya düşməmək, dərindən nəfəs alıb saxlayıb buraxmaq, fikirlərini yayındırmaq, kürəyi masaj və sair. Sakit həyat tərzi mütləqdir. İdman, musiqi, kitab oxumaq, gəzmək bir sözlə bundan qurtulmaq üçün xoşbəxt olmalısan)

  • @maraq4922
    @maraq4922 Před 5 měsíci +9

    Normal insan sual verir: Panik atak keçirən adama şillə vursan sakitləşər?
    Tural sual verir: Bilirsiz mən kinolara çox baxıram, dünən də Bulgakovu bilirsiz də, məşhur” Master and Margaritanı” yazan. Belə özüm əsərləri də çox oxuyuram , evə girəndə birinci əlimə kitab alıram, boş vaxtımda da kitab vərəqləməyi sevirəm. Dünən Bulgakovun “İt ürəyi” əsərini oxudum. Orda bir dənə it var, onu adama çevririrlər. Deməli bu proffesor kimə gəldi şillə atır, mən də şillə atmağa çox meyilli adamam, əl-qərəz kimsə yanımda panik atak olsa ona şillə vura bilərəm?

  • @alimeaghazade96
    @alimeaghazade96 Před 5 měsíci +1

    Mence hekımımız cox serbest ,semımı sualları daha tutarlı ızah etmeye calısırdı . Men her zaman bır hekım kımı psıxologmuza meshelet görrduyum xestelerımın razı galdıgını eşıdırem . Söhbetınız cox maraglı ıdı👍🙏🧿🌹🌷

  • @orkhanhasanzade6107
    @orkhanhasanzade6107 Před 5 měsíci +5

    video ucun tesekkurler. yedniden ustunden kecersiz basqa vaxt zehmet olmasa cox detayli olmadi

  • @user-zr9ms2uo8b
    @user-zr9ms2uo8b Před 5 měsíci +5

    Salam maraqli idi cox sagolun,Orxan şahbazi cagirardinizda zehmet olmasa

  • @asadd7260
    @asadd7260 Před 5 měsíci +8

    Mənim yoldaşım özü panik ataka qalib gəldi, bir çox insanlar özləri qalib gəlir.

    • @fidybeanbird
      @fidybeanbird Před 5 měsíci

      Necə qalib gəldi? Məlumat verə bilərsiniz? Məndə olmasa da, ailə üzvlərimin ikisində var…

    • @Sohbatgah
      @Sohbatgah  Před 5 měsíci

      💙💚

    • @asadd7260
      @asadd7260 Před 5 měsíci +2

      Salam, ancaq özü psixoloji və novorest dərmanı içərək. Qeyd edim ki dərmanı həkim məsləhəti olmadan qəbul etməyin.

    • @fidybeanbird
      @fidybeanbird Před 5 měsíci

      @@asadd7260, təşəkkürlər cavabınıza görə!

  • @m.loq890
    @m.loq890 Před 5 měsíci +6

    Her buraxilisinizi izləyirem. Cox teessuf bu buraxilisdan cox az , olduqca az detallar elde ede bildim. Psixologiya ve Filosofiyanin vurgunu kimi rey bildirirem.Almanlar demis, " Burnu yuxari" bir psixologdu. Eger bir hekim bu cur yanasmasi ve danisiq terzi ile insanlarda elece de mende qiciq yaratdisa ,mence o bunun , bu saheden az anlayisi olmasi demekdir.
    Almaniyadan salamlar

  • @Nels_channel
    @Nels_channel Před 5 měsíci +1

    Təəssüf ki, 10 il əvvəl bu xəstəliklə tanış olmuşam və o zaman ölkədə bu mövzuda həkimlərin anlayışı belə yox idi((
    İllərlə çağırılan təcili yardımlar, chek-uplar, və nə baş veridiyini anlamayam həkimlər məni özümə dönməyə vadar etdi.
    Və mən özüm şükürlər olsun ki qalib gəldim.
    Sağ olun ki, insanları maarifləndirirsiz🙏🏻

  • @aysuhesenova9420
    @aysuhesenova9420 Před 5 měsíci +2

    Çoox faydalı mövzu olacaq bizim üçün❤️təşəkkürlər !

  • @user-wx1bf7sl8s
    @user-wx1bf7sl8s Před 5 měsíci +8

    Panik atakin en dibini yasamis biri kimi deye bilerem ki meni turk paixoloq Izzet Gullunun metodlari duzeltdi. Allah ondan razi olsun🙏🏻

    • @ilgaraliyev7409
      @ilgaraliyev7409 Před 5 měsíci +3

      Bu sahədə tək döyüşən, həqiqəti deyən İzzət Güllüdür.

    • @user-wx1bf7sl8s
      @user-wx1bf7sl8s Před 5 měsíci +1

      @@ilgaraliyev7409haqlisiz mence de ! Heyif ki deyeri yeterli qeder bilinmir.

    • @alitaleh388
      @alitaleh388 Před 5 měsíci +3

      heqiqeten Izzet Gulluden basqasi yalandir‼️

    • @S.A-fo8vk
      @S.A-fo8vk Před 5 měsíci +2

      Salam təlqinlərini dinlədiz?

    • @user-wx1bf7sl8s
      @user-wx1bf7sl8s Před 5 měsíci

      @@S.A-fo8vk evveller tam elemirdim basa da dusmirdum sonra hergun videolara baxa baxa beynim elebil oz ozune telqin elemeye basladi,cox qeribe bir hal oldu, indi de eyni hallar gelmek isteyende beynim eebil ozu danisir Izzet gullunin sozlerini deyir, sakit kecir hersey.

  • @ballpasayeva7639
    @ballpasayeva7639 Před 5 měsíci +4

    Bu xanım bu mövzuya tam hakim deyil,məncə.Məndə panik atakı olan birisiyəm, artıq 18 ildir. Amma o zaman insan nəinki götürüb kiməsə zəng vurmaq, danışa belə bilmir,çənə bağlanır,nəfəs kəsilir, qeyri-ixtiyari gözdən yaş axır.Və bu yaxşı hiss etdiyin bir zamanda da olur, çünki yığılan stressdir.Bir şeyi də qeyd edim ki, xanımın dediyinin tam əksi olaraq mənim yoldaşım tamamən laqeyd biri idi və hətta mənim "artistlik" etdiyimi düşünürdü.Və bu mənim həmin panikatak vəziyyətimin müddətini artırırdı.Anamın yanında tutanda isə mənə o qədər nəvazişlə,həyəcan keçirərək davranırdılar ki,bu müddət azalırdı və mən düzəlirdim

    • @user-wp8hb6cl2h
      @user-wp8hb6cl2h Před 5 měsíci +2

      Siz psixoloq Qalib həkimin seansina yazilin sağalacağsiz👍

  • @cmilmmmdov7683
    @cmilmmmdov7683 Před 5 měsíci +2

    Podkastlariniz superdir, Back End developer cagirsaz cox sevinerik bir IT iscisi olaraq

  • @27Solmaz
    @27Solmaz Před 5 měsíci +1

    Təşəkkür edirəm. 🙏🏻✨
    Maraqlı oldu.

  • @anarnamaz
    @anarnamaz Před 5 měsíci

    Maraqlı mövzudur,bəzi panik atak olan şəxslərə lazımlı videodur. Təşəkkürlər söhbətgah 💚💙

  • @haciyevsamir535
    @haciyevsamir535 Před 5 měsíci

    Aferin size davamli olsun.Sade danisiq sade suallar ve insanin ozu ozunde verdiyi suallara cavab tapmaq👍🏻👍🏻👍🏻

  • @knangurbanov2957
    @knangurbanov2957 Před 5 měsíci +3

    Aydaaa 2 aya yaxındır bundan əziyət çəkirəm. Əslində hərşry panik atakla başladı, bir müddət bu davam etdi. Hər gün, elə olurdu bir neçə gündən bir panik atak olurdum. Xüsusilə anxiety disorder simptomları əzələ, başağrıları, sümük, təşviş adamı sorğulamağı məcbur edir. Bütün günü anxiety disorder simptomları axtarıram və bilmirəm nə edim. Əslində həkim nəzarətindəyəm ama yenədə bilmirəm nə edim. Özümdə xəstəlik axtarıram, bədənimi sorğuluyuram. Həqiqətən çox pis hisdir :(

    • @knangurbanov2957
      @knangurbanov2957 Před 5 měsíci +1

      Başımı 2 dəfə EEG elətdirmişəm eyni şey çıxır, beyində yorğunluq. Qan analizi, rentgen fln. Ən əsas da overthinking adamı çox pis sıxır, ya elə deyilsə, ya belədisə, bəlkə xəstəyəm fln.

    • @user-wx1bf7sl8s
      @user-wx1bf7sl8s Před 5 měsíci +1

      Eyni dediklerinizin hamisini yasamis biri kimi deye bilerem ki tek care Izzet Gulludur, videolarina davamli baxmaq dediklerini basa dusmek lazim, alginiz deyisdiyi anda tam saglam olacaginiza emin ola bilersiz.

    • @Sohbatgah
      @Sohbatgah  Před 5 měsíci

      💙💚

  • @artmuhammedhuseyinn
    @artmuhammedhuseyinn Před 5 měsíci

    Cox düz aydın izah etdiz çox sağolun aktual mövzuya toxunduz

  • @fidybeanbird
    @fidybeanbird Před 5 měsíci +3

    Mən inanmaq istəyirəm ki, ölkədə panik atakı elmi cəhətdən savadlı çəkildə, amma sadə sözlərlə izah edə bilən bir mütəxəssis var. Yeri gəlmişkən, Tural bəy kimi panik atak keçirməyən mən də əvvəl anlamırdım necə hiss olduğunu, amma bir dəfə sanki keçirəcəkmişəm kimi hiss etdim, çünki illərlə yığılıb qalan kədərin üzərinə stresli günlər üst-üstə gəlmişdi. Belə izah edə bilərəm öz keçirdiyim hissləri ki, sanki səbəbsiz yerə pis şey indicə olacaqmış kimi hiss yaranır və o hiss o qədər real olur ki, sanki fiziki ağrıdır, o dərəcədə insan əmin olur və sorğulaya bilmir. Belə anlayıram ki, beynin ölüm təhlükəsinə verdiyi reaksiya adi stres halında təkrar-təkrar yaşanır və elə bunun özü mental sağlamlıqla bağlı SOS verir bədənə. Mən özümü ələ aldım həmin gün və ümid edirəm bir də belə hal yaşamaram. Evanescence rok qrupunun bir mahnısında dediyi kimi "Fear is only in our minds but it's taking over all the time". Möhkəm olun ❤

  • @sbht
    @sbht Před 5 měsíci +4

    Xanımın zəhmətinə hörmət etsəm də, dinlədiyim yorucu buraxılışlardan biri oldu. Tural bəy mənim fikrimcə tətmin olmadı

  • @Orkhanzadeh
    @Orkhanzadeh Před 5 měsíci +3

    Xanımın təcrübə və biliyindən xəbərdar olmadığım üçün onun haqqında öncədən bir söz deməyim düzgün olmaz amma bu mövzu bu xanım üçün deyildi kaş daha gözəl izah edə bilən biri olardı amma yenədə minnətdaram sizə🙂

  • @justaydanhasanova
    @justaydanhasanova Před 5 měsíci +2

    Movzu cox aktual ve maraqli movzudur. Lakin qonaq mene ekspertliyini ve bu ishi heqiqeten bildiyini kecire bilmedi. Sanki menim kimi Googledan oxuyub ve ya ondan -bundan esidib danisir. Qarsisinda panik atak keciren biri var deye sohbeti ona yoneldir ve "siz bilirsiz" deyir, amma biz bilmedik😅😅

  • @samirnasirov1020
    @samirnasirov1020 Před 5 měsíci +4

    Panik atakli bir adamla 10 gün evi bölüşmüşəm. Həqiqətən çətindir. Covid vaxtı bezmişdim. Çox faydalı podcastdı

  • @MS-mr5hv
    @MS-mr5hv Před 5 měsíci +13

    Tural bəy qonağı başqa cür təsəvvür edib dəvət etmişdi deyəsən heç ürəyincə olmadı ondan aldığı cavablar, bunu ancaq əvvəldən izləyən şəxslər hiss edə bilərdi tural öz bildiyi cavabları belə xanımdan soruşdu amma dəqiq cavab ala bilmədi

    • @hafizvalizada
      @hafizvalizada Před 5 měsíci +1

      Turalin panik atagi olmadigi ucun, imkan vermedi ki xanim etrafli danissin. Umumiyyetle Turala bir movzu maraqli deyilse, qonaga imkan vermir danismaga. Xanim nece defe dedi ki gelin panik atakdan danisaq. Bele duzgun deyil.

    • @MS-mr5hv
      @MS-mr5hv Před 5 měsíci

      @@hafizvalizada xanım özü dərinliyə enmirdi deyə Tural yenidən eyni suallari verirdi

  • @aliyev3269
    @aliyev3269 Před 5 měsíci

    Adəmin valideynləri haqqında çox gözəl fikir bildirdiz

  • @nematgubadli09
    @nematgubadli09 Před 5 měsíci

    Təşəkkürlər söhbətgah

  • @nuranefermanova1079
    @nuranefermanova1079 Před 5 měsíci +1

    46:44 Ali bey mashaya icimde hiss etdiklerimi dedi😂 tesekkurler emeyiniz ucun❤

  • @rehmanibrahimli322
    @rehmanibrahimli322 Před 5 měsíci +3

    Daimi izlediyim potcast❤.men börek xestesiyem işlemirem evde oluram diye çox ehtiyacim var buna.Eslinde burdakı insanlardan kömekde isteyirem....

  • @elnurabbasov4227
    @elnurabbasov4227 Před 5 měsíci +2

    Məni məndə axtarma məndə deyiləm.
    Bir mən vardır ,məndə ,məndən içəri.
    Y.Emre nə demək istəyirdi?şuzifreniya idi yoxsa nə?

    • @Sohbatgah
      @Sohbatgah  Před 5 měsíci

      💙💚

    • @elnurabbasov4227
      @elnurabbasov4227 Před 5 měsíci

      Üzrlü sayın səhər yol sürə sürə dinləyib yazdım Şizofreniya sözünü səhf yazdım

  • @ilkinahmadYouTube
    @ilkinahmadYouTube Před 5 měsíci +1

    Panik atak dəhşətlidir yaşamışam. Eləbil ruhum bədənimdən biraz ayrılmışdı və mən bədənimi kənardan idarə edirdim.

  • @azadeldarov2632
    @azadeldarov2632 Před 5 měsíci

    Sizlere çox teşekkür edirem

  • @mahsatinajafova7610
    @mahsatinajafova7610 Před 5 měsíci +1

    Uğurlar,Xedicə xanım

  • @turkanabbasova5517
    @turkanabbasova5517 Před 5 měsíci +4

    Tam yemək yeyərkən nə izləyim deyə düşünərkən gəldi video😅

  • @ElvinAlizade
    @ElvinAlizade Před 5 měsíci

    Bir neçə gündür səhhətimlə bağlı çox narahatçılıq keçirirdim. Dəhşətli bir xəstəlik keçirdiyimi düşünüb (internet araşdırması zamanı insanın qarşısına çıxan ehtimallar hamıya məlumdur yəqin ki) həkim filan axtarırdım. Və bilin nə oldu. Söhbətgahdan gələn bir bildiriş, anidən məndə də belə birşey ola biləcəyi ehtimalı və məhz bu depressiv vəziyyətdə olduğumu dərk etməyim. Video rəylərdə deyildiyi kimi təəssüf ki daha da möhtəşəm alınmayıb, tam axtardığımı tapa bilmədim. Amma lazım olanı araşdırıb, həll yolları ilə aradan qaldırdım. Sadəcə həddən artıq gələcək yönümlü fikirlərimi (qayğılarımı) nizama salaraq, bir-birimizin ən yaxşı psixoloğu olduğumuz dostlarımla danışaraq çox asan yolla aradan qaldırdım. Çox dəyərlisiz mən və mənim kimi digər dostlar üçün. Bu kontentlə daha da bu kanalın dəyəri mənim üçün artdı. Və bir şeyi bilirəm, həyatda heçnə təsadüfi deyil)

  • @alializade2335
    @alializade2335 Před 5 měsíci +1

    Davamı gəlsin

  • @AisunMammedova
    @AisunMammedova Před 4 měsíci +1

    Qalib həkimi çağırın. Qəşəng ballandıra-ballandıra anlatsın) 😊

  • @terlanezizov4527
    @terlanezizov4527 Před 5 měsíci +3

    içində olduğum an gələn bildiriş

  • @parvinafendi7334
    @parvinafendi7334 Před 5 měsíci +2

    Gənc nəsillər uşağı necə böyütmək lazımdır mövzusunda mütləq öyrənməlidirlər. Hazırda uşağını normal və lazımı formada böyüdən çox az ailə var.

  • @semraerem8819
    @semraerem8819 Před 5 měsíci

    Doktorla tam razıyam,hər şey normasında gözəldi.İfrat insanı usandırır

  • @hyatabdullayeva3996
    @hyatabdullayeva3996 Před 5 měsíci

    Salam, Azərbaycan məktəblərində Azərbaycan və Rus bölmələrində oxuyan şagirdlər mövzusunda bölüm çəkərdiniz zəhmət olmasa.
    Psixoloji tərəfləri maraqlıdı

  • @turanturk5059
    @turanturk5059 Před 4 měsíci

    Savadlı insanlar bizdə də çoxdu Ancaq paxıllıqlar irəli getməyə qoymurlar

  • @alitaleh388
    @alitaleh388 Před 5 měsíci +6

    Qonaginiz ya bilmir,ya fikrin izah ede bilmir yada tam aciqlama verib insanlara yardim edib pasienr itirmek istemir diger psixoloq psixiatrlar kimi

  • @sarkhan_farajov
    @sarkhan_farajov Před 5 měsíci +2

    Səbrsizliklə gözlədiyim mövzu idi. Təşəkkür edirəm, bəylər!

  • @sumayahmedov7272
    @sumayahmedov7272 Před 5 měsíci +4

    Səhf qonaq.

  • @alim19891989
    @alim19891989 Před 5 měsíci

    məncə mövzu tam baglanmadı yarimciq qaldı. Davami gelsin.

  • @user-gy3ij3qk6c
    @user-gy3ij3qk6c Před 5 měsíci

    Qonaga panik atak haqqlnda az sual verdiz
    Cox semimi idi qonaq xoshuma geldi

  • @user-bm9bj7os6i
    @user-bm9bj7os6i Před 5 měsíci +1

    Ugurlar

  • @thespiritschild
    @thespiritschild Před 5 měsíci

    Tam bir saat once baslayan ve indi haradasa tamamile kecen panik atak kecirtdim. Kompu acdim ve sizin bildirimi gordum :)

  • @efqanhuseynov1824
    @efqanhuseynov1824 Před 4 měsíci

    Menim bibimin nevesi 7-8 yasinda panik ətak kecirirdi. Durduqu yerde boqulurdu ogunurdu. Yeni bir oyundan (igra)olmusdu indi deyesen qadaqan olunub sehf etmiremse o oyun. Sonra derman zad duzelmedi yeni nevroptoloqdan sonra psixoloq yanina apardilar duzeldi. Yeni usaqlardada olur bu hal. Qaldiki qohumlarında var bezikerinde panika atak. Qohunum varki gezmediyi yer yoxdur amma saqlqmir. 9 ildi olub dirilir

  • @S.A-fo8vk
    @S.A-fo8vk Před 5 měsíci

    Həkimi bir dəfə də çağırıb uşaq tərbiyəsi haqqında danışsanız çox maraqlı olar.

  • @gunaymusayeva5372
    @gunaymusayeva5372 Před 5 měsíci

    Aha tam mene aid mövzu
    Aldı görək ne dedi
    Əvvəlcədən təşəkkürlər

  • @gulyamammadova1718
    @gulyamammadova1718 Před 5 měsíci

    Söhbətgah 💚💙

  • @Edelveys198
    @Edelveys198 Před 3 měsíci

    Salam , Zahid Adigozelovu devet edin zehmet olmasa

  • @arzumammadovansk
    @arzumammadovansk Před 5 měsíci

    Elvin Dadashsoyu ne eceb devet etmirsiniz? Cox maragli insandi, biznes motivator. Cox istiyerdik onu burada gormek

  • @nigaragazada
    @nigaragazada Před 5 měsíci

    Dəfələrlə like etmek istəyirəm təşəkkürlər

  • @eltacmustafayev77131
    @eltacmustafayev77131 Před 5 měsíci +1

    💙🎧💚

  • @melekmelek8633
    @melekmelek8633 Před 5 měsíci

    Elə dirilər də də bu cürdür,uzun müddət pis şeyləri göstərir,zəif insanlar da elə düşünür ki,o etdiyi düz hərəkətdir,bu cür mövqe tuturlar həyatda

  • @ulkerjavadova7381
    @ulkerjavadova7381 Před 5 měsíci

    En savadli psixoloqumuz❤

  • @konul28
    @konul28 Před 5 měsíci

    Tural:Amiqdala haradi?
    Qonaq:hihihi çox dərində
    Day deyərdiz ki bilmirem😂.Askim Kapismak amiqdalani çox gözəl izah edir maraglananlar baxa bilər.Qonag çox savadsizdi bu mövzuda fikrimcə.Məncə siz özünüz də Podcasti çəkə çəkə hiss edirdiz ki uğurlu qonaq deyil

  • @gadigun
    @gadigun Před 4 měsíci

    Maraqli movzudur, teshekkurler. Daha derin muzakireler uchun Ali Nagiyev psixologla podkast chox maraqli olardi! Ugurlar!

  • @flossyohguap
    @flossyohguap Před 5 měsíci

    Panik atak yaşayan birisi olaraq axşam yatandada əziyyət çəkirdim dərman atanda gec təsiri göstərirdi birgün multivitamin atıram tez sakitləşirəm

  • @user-sr4zz6ix3b
    @user-sr4zz6ix3b Před dnem

    Salam

  • @ilhamyunisov1059
    @ilhamyunisov1059 Před 5 měsíci

    "Угроза сильнее исполнения" (Зигбет Тарраш).

  • @EmilKerimli-13
    @EmilKerimli-13 Před 5 měsíci

    Ancaq ölümü dusundurur bu paniqataq cox yorur meni ureyimi sixir tez tez vurur boguluram gece yatandada turur .Ele bes deyiremki olurem amma ole bilmirem cox pisdi🥺he duzdu olumule uzbe uz gelirsen 😢 deyrem indice cixacaq canim .Alaha deyrem komey yasamaq istemirem done done tez tez oluram son vaxtlar. Ele tutur qorxuram tekliyden istiyrem kimse olsun yanimda.Allah ozu komey olsun hamiya

  • @aydinliyev616
    @aydinliyev616 Před 5 měsíci

    Bu mövzunu o qədər gözəl xırdalamaq olardı ki, bütün detallarını incəliklərini, travmayla əlaqəsini super izah etmək olardı, amma təəssüf ki, olmadı.

  • @sabisadig355
    @sabisadig355 Před 5 měsíci

    Həkim qoyulan suallara dolğun cavab vermir sanki mövzuya yam hakim deyil. Belə təəsurat yaratdı..

  • @vmustafa.
    @vmustafa. Před 5 měsíci

    Təəssüf ki qonağınızı iller önce bir bərabər iştirak etdiyim təlimdən tanıyan, sizin podcastlarin 90 faizini izlemiş biri kimi videonu görəndə çoooox təəccüblendimki necə olub bu xanımı çağırmısız?! Sonra dedim ön yarğı ile yanaşma aç izlə. Və açdım.. Ama heç nə dəyişməyib yenə elə eyni adamdir. Deyir men uşağı gətirəndə başa düşdüm ki ailədə nəsə olub😅 Tural bey sizin çağırdığınız qonaqları sizi referans kimi götürüb xidmətlərindən istifadəyə yönəlir dinləyicilər. Bilirəm bunu bilirsiz zatən, sadəcə yazmaq istedim yenədə. Uğurlar...

  • @lallismemories9897
    @lallismemories9897 Před 5 měsíci

    Eli Xeyyam tek podcast etsin. Heqiqeten Turala gore artiq baxa bilmirem.

  • @Resul_Resul
    @Resul_Resul Před 5 měsíci

    💚💙❤️

  • @leaiiilllaaa
    @leaiiilllaaa Před 5 měsíci

    Əli bəy safe place kimi hiss elətdirir 🥺

  • @qalibahmad4330
    @qalibahmad4330 Před 5 měsíci

    İmkan verin qonaq danisin yaziq hecneye sona qeder cavab vere bilmedi

  • @alializada6829
    @alializada6829 Před 5 měsíci +1

    Tofiq Quliyev "Kimsən sən"🎵. Bla bla bla bla

  • @user-ls1tt6ow6y
    @user-ls1tt6ow6y Před 5 měsíci

    Мэним зэннимчэ экэр биз нэзэрэ алсаг ки, hэйатымызын эн йуксэк ногтэси олумдур, heч вахты паник атака душмэрик. Биологларда белэ бир соз вар Онтогенез. Йэни ки, организмин шэхси инкишафы. Бу инкишафын сон ногтэси олумдур. Демэли олум биоложи инкишафымызын эн йуксэк ногтэсидир.

  • @nicatkazml4749
    @nicatkazml4749 Před 5 měsíci

    Mence xanım suallara etraflı cavab vermedi.Eli beyin bu mövzuda melumatı daha çox idi

  • @user-uz9ji4dd4j
    @user-uz9ji4dd4j Před 5 měsíci

    Mən 7 ilə keçib panik atakdan ölūrəm.

  • @resul7956
    @resul7956 Před 5 měsíci

    Problemi olanlar, İzzet Güllü izlesin

  • @azerrzayev7532
    @azerrzayev7532 Před 5 měsíci

    İçəndə keçir))

  • @AynureZohrab
    @AynureZohrab Před 5 měsíci +3

    Insun əməkdaşı deyil ümid edirəm)

  • @Mgrrmva
    @Mgrrmva Před 5 měsíci

    Bir panik atak yashayan biri olaraq deyim ki,defelerle mualice etdim sakitleshdirici hebler qebul etdim bir muddet komek edir amma sonra dermani dayandirdin gedir qayidir bu çox pis haldir.Bu psixoloji haldir.Ozun ozune komek etmedinse dermansiz bu hallar bash verecek bunu yashamish biri olaraq qeyd edirem.Qapali yerler meselen lift,metroda olsan ustelik tek harasa gedirsense vay halina hemin an bu hallar yashanir dushunursen indi bayilacagsan,istilik gelir bash dönmesi goz qaralmasi birbasha tesir edir ki yixilib yerde olasan.Bu cur adamlari tek qoymaq olmaz.Bash qatan nelerse etmek gezintiye cixmaq ve s lazimdir ki uzaglashasan .
    P.s Dj Tural suallarini deqiq ve konkret verir👍 amma psixoloq xanim tam cavab vere bilmir belke de beled deyil cox melumatlara .

  • @Rustamique
    @Rustamique Před 5 měsíci

    Sual verilir: Panik atak nədən yaranır? Həkimin cavabı: Onu keçirdən daha yaxşı bilər😂😂🤦‍♂️ Sual verilir: Amiqdala nədir? Həkim cavab verir: başda yerləşən bir şeydir:
    Tural təkrar sual verir: harda başda? və əl hərəkəti ilə başın üstün qörsədir.
    Həkim deyir yox biraz dərində😂😂🤦‍♂️ @Söhbətgah, Dostlar siz verlişə dəvət etdiyiniz qonağnan verliş öncəsi qısa bir musahibə almırsınız mı? biləsiniz ki ümumiyyətlə qələn adam müzakirə olunacaq mövzudan agahdır mı, savadı var mı, insanlara danışacağı mövzu haqda nə qədər dolğun, dəqiq, düzqün və professionalcasına izahlar verəcək? Ələlxüsus da ki həkim çağırmısınız eee! Vallah ayıbdır, xanım konkret qeyinib keçinib nazlana nazlana özündən razı halda qəlib dişlərin ağardır😆 başa düşün ki sizi izləyən kütlənin faiz etibarı ilə çoxu savadlı bilikli intellektual insanlardı bizə bu Elqiz vari verliş lazım deyil onu biz televizorda izləyib bura qaçıb qəlmişik ki biraz dünya görüşümüz artsın, yoxsa qəlib burdada “həkimsən” verlişindən olanları izləyəcəyiksə onda unfollow olaq sizdən. Mən həkim deyiləm 9 sinifi qüclə bitirmişəm amma danışığım və söz ehtiyatım bu həkimdən daha çoxdur və bu mövzunu bu həkimdən daha savadlı müzakirə etməyə bacararam. Mən sizin bütün verlişlərinizi izləyirəm hətda sizi instagramdada izləyirəm həm iş fəaliyyətinizi həm xəyatınızdan bölüşdüklərinizi çalışın bu cür ciddi mövzulara ciddi yanaşın ki auditoriyanızıda ciddi adamlar təşkil eləsin uğurlar.

  • @alitaleh388
    @alitaleh388 Před 5 měsíci +1

    Izzet Gullu videolarin sebrle dinleyin.intihar heddine catmis adam kimi deyirem ondan basqasi yalandir.

  • @RajabRajabov
    @RajabRajabov Před 5 měsíci

    Övladların psixi sağlam xoşbəxt böyüməsi onlara tam azadlıq verməkdən deyil, sadəcə daima onlarla gözəl vaxt keçirmək, mehriban rəftar etmək, maraqlanmaqdan keçir

  • @sokrat42
    @sokrat42 Před 5 měsíci

    səbəbsiz demək istəyirdi mütəxəssis...səbəbsiz təşviş pozuntusu...

  • @user-fs3lk5uh1p
    @user-fs3lk5uh1p Před 5 měsíci

    Niye ki normal danisir izah edir açıqlayır.şou gortermelidi millət alişibe her yede qəribəliy olmalidi?

  • @cavanshirqaziev2612
    @cavanshirqaziev2612 Před 5 měsíci

    Xanim hiss olunur professional deyil, suallara cavab dolgun olmadi, natamam danishiq və s. Gelen defe psixologiya movzusunda daha olqun,professional psixoloq gozleyirik💚

  • @sslidbiyyat3481
    @sslidbiyyat3481 Před 5 měsíci

    Əli bəyin misal gətirdiyi postkastın adını kim eşitdi mənə yardım edərdi. Türkcellin ceosu ilə bağlı əhvalat danışdığı…

  • @dr.nrminliyeva908
    @dr.nrminliyeva908 Před 5 měsíci

    Amiqdalanin harda yerləşdiyini bildiyi halda Turalin soruşması😉

  • @leyla4618
    @leyla4618 Před 5 měsíci +1

    Qane etmedi hekimin izahari