Video není dostupné.
Omlouváme se.

mental sağlamlıqdan danışaq (və ya depressiya ilə təcrübəm) + kömək edən 10 tövsiyəm

Sdílet
Vložit
  • čas přidán 9. 09. 2022
  • ⭐instagram: @tamarasered
    🔔youtube: / tamaraseredaz
    *************************************************************
    ▶️ başqa bütün videolarım: • qızların təhsili, xoşb...
    ************************************************************
    reklam və əməkdaşlıq üçün: tamaraseredaz@gmail.com
    *************************************************************
    video barədə iki sözlə:
    xoşbəxtlikdən danışaq, mental sağlamlıqdan danışaq, depresiya ilə təcrübəm, mental sağlamlıq üçün kömək edən tövsiyələr, terapiyaya getdim, psixoloqa getdim, mental və fiziki simptomlarım, başı xarab etiketi, qurban fikir tərzi, burnout, alçaqlıq kompleksi, emosional intellekt, dərmanlarla təcrübəm, yaxşı qız kompleksi, özgüvən, özünə sevgi, eqo problemləri, ekzistensial böhran, Tamara Sered.
    *************************************************************
    əgər bunu axıra qədər oxumusuzsa, gülümsəyin! :)
    Tamara

Komentáře • 481

  • @TamaraSeredAz
    @TamaraSeredAz  Před rokem +62

    1:10 - BİRİNCİ HİSSƏ: ÖZ TƏCRÜBƏM
    31:40 - İKİNCİ HİSSƏ: 10 TÖVSİYƏM
    Videoda qeyd etdiyim kimi helədə sağlamlığa gedən yoldayım, buna görə şərhlərdə mənə və ən əsası biri birinizə qarşı adi gündən bir az daha mərhəmətli olsaz, sevinərəm 🤗 yadınızdan çıxmasın ki ətrafdakılar nədən keçdiklərindən xəbərimiz yoxdur, özüm belə bu videoda paylaşdıqlarım problemlərimin heç 5%-i belə olmayan qeyri dərin problemlərdi.
    5:12 - bu videonu çəkdiyimdən məni artıq nəyinki kök, hamilə də adlandırıblar 😂 indi gedim bu sözlərin ziyanını fikirləşim
    11:35 - bu ona görə baş verib ki anxiety-yə gəldikdə idmanla məşğul olmaq qısa müddətli həlldir, ancaq beynimizdə baş verənlərə kömək edərək uzun müddətli həll etmək olar
    37:58 - bu videonu çəkdiyimdən bu artıq bir dəfədən çox baş verib 😄
    44:30 - burada təsvir etdiyim hadisələr panic attack adlanır
    46:07 - psixoterapevtə yazılanda həddindən artıq ehtiyatlı olmağa qeyd etməyə yadımdan çıxıb. Peşəkar terapevt çox yararlı ola bilər, lakin qeyri-peşakar terapevtdən zərər ala bilərsiz. Peşəkar terapevt sizə ancaq sual verə bilər və özünüzü anlayıb öz qərarlarınıza gəlməyə kömək edə bilər.
    👀 görəsən axırdakı əsəbli Tamaranı görən olub?
    P.S.Bu kanala abone olmağa unutmayın! :) czcams.com/users/TamaraSeredAz
    ⭐instagram: @tamarasered

    • @carlo1935
      @carlo1935 Před rokem +5

      Salam Tamara bu barede men de yaxin zamanda video cekmeyi planliyiram.

    • @girlhappy6442
      @girlhappy6442 Před rokem +5

      Super hemiseki kimi ela 👍 cox aktualdir menimcun

    • @dr.cosmetologist
      @dr.cosmetologist Před rokem +1

      Uzu mimikanizdan cox istfade etmeyin esas qaslarinizi cox qaldirirsiniz bu qarsinizdakina neyise izzah etmek anlamina gelir onun yerine ellerinizdem jestika olaraq istfade edin

    • @ARZ.Bagirova7229
      @ARZ.Bagirova7229 Před rokem +1

      Ingilis dilinde kanalinız var? varsa linkini paylasinda. Ingilis dili oyrenmeye calisiram

  • @nurtenalekberli6821
    @nurtenalekberli6821 Před rokem +55

    Fergi yoxdur 3metr ya da 3sm suyun altındasan,hər ikisində havasız qalib bogulacagsan..Çox dəyərlidir bu cümlə.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +8

      Dəyərki tapdığınıza sevindim! 🤗

    • @AyNuR_MuntaziR_Hasanzada
      @AyNuR_MuntaziR_Hasanzada Před rokem

      Tamara xanım, çox gözəl video idi, əhsən, çox faydalı oldu, çooox. Bu kimi problemlərdən əziyyət çəkən yaxın tanışımla da paylaşdım. Allah sizdən razı olsun. Sizin kimi gənclərlə və öz gəncliyimlə fəxr edirəm. Lakin sizə tövsiyəm budur ki, öz ana diliniz olan azərbaycan dilini təkmilləşdirin və bu dildə rəvan şəkildə danışmağı qarşınıza məqsəd qoyun. Bunun üçün ilk addım öz dilini həqiqətən, səmimi şəkildə sevməklə başlayır. Azərbaycan dilini sevin, çünki o rusun, ingilisin yox, məhz SİZİN ana dilinizdir! SİZİN!

    • @leylaleyla1288
      @leylaleyla1288 Před rokem +1

      @@AyNuR_MuntaziR_Hasanzada Rus dilinde ve ingilis dilinde tehsil alan birine gore, chox temiz danishir. Azerbaycanca tehsil alanlarin choxu oz fikrini bu qeder selis ifade ede bilmir, söz ehtiyatlari kasaddır, diksiyaları urek bulandırır. xüsusen de Ç sesini ts kimi işledenleri dinlemek mümkün deyil, üreyim bulanır.

  • @ragsanacamalova
    @ragsanacamalova Před rokem +81

    Həqiqətən həddindən artıq faydalı oldu. Bir çox hallar məndə də olub :/ deyəsən bir çoxlarımız özümüzü aldadıb duyğularmızı yaşamırıq..

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +17

      Faydalı tapdığınıza sevindim! görünür ki elədir, təəsüf ki...

    • @ataturkkkxks
      @ataturkkkxks Před rokem

      @@TamaraSeredAz 🐖🇷🇺

  • @nasibagahramanli5943
    @nasibagahramanli5943 Před rokem +40

    Tamara, sənin danışdıqlarını özümə yaxın hiss edirəm. Evdə ailəmlə problemlər, özümü müstəqil hiss etməmə və s. kimi problemlər var və özümü dərsə vermişəm. Özümə həmişə sən güclüsən, bacararsan deyirəm. Yetmədiyini anladım. Tez bir vaxtda psixoloqa getməyə başlayacam. Yaxşıki varsan Tamara.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +15

      bölüşdüyünüz üçün təşəkkür! sağlamlığınıza gedən yolda uğurlar!! Siz güclüsüz və bacaracaqsız 🤗

  • @babayevaleman5830
    @babayevaleman5830 Před rokem +47

    Bu aralar məndə mental çöküş yaşayırdım, bu video çox faydalı oldu. Tövsiyyələrinçün təşəkkürlər Tamara!❤🤗

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +13

      Faydalı tapdığınıza çox sevindim!! Sizi də izlədiyiniz üçün təşəkkür edirəm 🤗

  • @jourfelody
    @jourfelody Před rokem +7

    Bu karantin dönəmində dərsdən çox geri qaldım və hər dəfə müəllimələrim,müəllimlərim öyrəndiyim dərslər üçün mənə afərin deyəndə,5/5+ qiymət verəndə özümü pis hissedirəm. Sanki layiq deyilmişəm kimi. Üstünə də maddi durumumuz gələndə inan ki özümü asmaq istəyirəm. Bu bərbad təhsil sistemi məni çox yorur. Açıqcası imkanım olan kimi yatmaq istəyirəm. Yataqdan heç durmuram istirahət günlərində. Fikrim çox yayınıqdır dərsi dəfələrlə oxusam da fikrimi cəmləyib birşey anlamıram. Vaxtilə çoxca çalışıb sinif əlaçısı seçilirdim. İndi də əlaçıyam ama zəif olduğumu hissedirəm. Nəinki psixoloqa getməyə,adi qan analizi verib vitamin çatışmamazlığımı müalicə etməyə maddi imkanımız çatmır. Video yaxşı hissetdirdi,bu kimi problemləri anlamaq və üstəsindən gəlmək çətindir və sənin üstəsindən gəlmiş olmağın bizə çox dəstək olur. Açıqcası izləyənə qədər bunları problem yox,müsbət yanım kimi qəbul etmişdim,özümü dərslərə verməyim,durmadan çalışmağım mənə yaxşı gəlirdi. Psixoloji problemlərimin olduğunu belə yeni anladım. Bir gün psixoloqa getməyi çox istəyərdim çoxdandır bu fikirdəyəm ama artıq məcbur olduğunu anlayıram. Çox uzatmaq istəmirəm özünə yaxşı bax səni sevirik💘✨yaxşı ki varsan❤️

    • @fidybeanbird
      @fidybeanbird Před 6 měsíci

      Ümid edirəm indi daha yaxşısınız 🙏🏻

  • @aytanguluzade4777
    @aytanguluzade4777 Před rokem +9

    I am so happy that you have shared this kind of video about yourself. It does not matter how strong we look, everyone is vulnerable and the moment we accept it, stop hiding or ignoring it, we set ourselves free. 💙

  • @sevdaaaa
    @sevdaaaa Před rokem +7

    Sizin danışdığınız bu problemləri mən 16 yaşımda yaşayıram və hər günüm ağlamaqla keçir .Yaxşıki səhifənizə göz atdım ,gedirəm evdəkilərlə danışım psixaloji dəstək alım.Təşəkkürlər Tamara💗

    • @jourfelody
      @jourfelody Před rokem +2

      Ağlamıram ama 15 yaşında yaşayıram çox yaxşı anlayıram səni💘

  • @MehribanYadulla
    @MehribanYadulla Před rokem +11

    Sənə saglamlıq və xosbextlik arzulayiram!

  • @gulayqadimova
    @gulayqadimova Před rokem +11

    İllərdir artıq nələrsə etməyə həvəsim gəlmir. 19 yaşım var amma sanki hər şeyə gec qalmış kimi hiss edirəm özümü. Psixoterapiyaya gedəcək imkanım da yoxdu
    Ailəmə də bu haqda heçnə danışmamışam. Mental sağlamlığımı belə videolar izləyərək düzəltməyə çalışıram. Mənim üçün çox çətindi amma ümid edirəm hər şey yaxşı olacaq. Bu arada sevilirsən Tamara 💘💘

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +5

      Güclü qalın 🤗 hər şey yaxşı olacaq!

  • @rahidememmedli
    @rahidememmedli Před rokem +15

    danisigin,səs tonun terapiya kimi gəlir mənə❤️nə zaman kefsiz olsam, motivasiyam düşsə həmən seni izleyirem🥰sevilirsen, uğurların hər zaman davamlı olsun

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +4

      Sevindim ki videolarımın pozitiv təsiri var 🤗 xoş sözləriniz üçün təşəkkür!!

  • @mabel3152
    @mabel3152 Před rokem +17

    Tamara səni burda görmək çox xoşdur 😍videoların uzun olmağı əladı məncə, səninlə daha çox vaxt keçirmək üçün

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +5

      Sizi də kanalımda görmək xoşdur 🤗 təşəkkür edirəm!

  • @ferimirzezade9872
    @ferimirzezade9872 Před rokem +2

    Videonun faydaliligi ve vacibliyinden sonraki esas mesele de, tam olaraq normal heyatda sirf 1dilde danismasaniz da, buna baxmayaraq fikrinizi cox temiz selist detayli izah edirsiniz 😇 teshekkurler Tamara 🫶

  • @turantagiyeva9981
    @turantagiyeva9981 Před rokem +6

    Çox güclü qızsan. Biz insanlar hər birimiz çox güclüyük. Hərdən xırda hisslerimizle problemlər ola bilər. Onu da aradan qaldırmaq asandı. Allah var dərd yoxdu dəyərlər. Min dərd min bir dərman var. Artiq yaxşısınız.Cox sukur. Ancaq bu hisslərlə problemi hər bir insan deyərdim ki rastlaşır həyatının müəyyən yaşında. Və bundan çəkinmək lazım deyil. Bu da təcrübədir. 😊 Bizi daha da güclü edir.Hisslerimiz bizə sanki üsyan edir ki bezen bir mənə də bax, özünə vaxt ayrı, özünü daha çox sev, öz qədrini bil çünki biz deyerliyik. Özümüzü daha yaxından tanıyırıq. Hisslərimizi anlayırıq. Bir növ özümüzlə daha yaxından dostluq qurmuş oluruq. Her isde bir xeyir var bəzən. Sən dəyərli insanlardansan Tamara. Və sevgi dolusan🌺

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      Bu qədər xoş sözlərlə dolu şərh üçün çox sağolun 🥹🫶🏻 🤗

  • @vina473
    @vina473 Před rokem +36

    Keçmiş olsun Tamara, ümid edirəm bundan sonra həyatında bir daha belə problemlər yaşamazsan♡
    İfadə edilməmiş duyğular heç vaxt ölməzlər, onlar diri diri basdırılar və daha sonra qorxunc şəkildə təzahür edərlər.
    Sigmund Freud
    Anxiety, Panik atak kimi xəstəliklər vaxtı ilə ifadə etmədiyimiz, "ürəyimizə atdığımız" duyğuların daha qorxunc şəkildə üzə çıxma formasıdır. Ona görədə hər bir duyğunu vaxtında yaşamaq və ifadə etmək lazımdır. Yasınız varsa yasınızı tutun ağlayın, qışqırın vs. Kimsə sizin xətrinizə dəyibsə, gedin və deyin ki sənin filan hərəkətin mənə pis təsir etdi, əsəbləşdirdi və s.
    El arasında da " heç nəyi ürəyinə atma, çox fikir çəkmə sonra xəstə olarsan" deyə bir deyim var, həqiqətən əbəs yerə deməyiblər.
    Və məncə Anxiety-nin Azərbaycan dilində tərcüməsini dəyişdirmək lazımdır, "Narahatlıq" biraz cılız səslənir. Halbuki Anxiety həqiqətən insan həyatının keyfiyyətinə çox mənfi təsir edən ciddi bir xəstəlikdir. Anxiety-nin necə bir bəla olduğunu ancaq Anxiety xəstələri başa düşə bilər.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +7

      dəstəyiniz üçün çox sağolun! şərhinizi paylaşdığınız üçün təşəkkür, ümid edirəm ki izləyicilər oxuyar!

    • @vina473
      @vina473 Před rokem +2

      @@TamaraSeredAz 🤗💝

  • @aytekinmamedova6250
    @aytekinmamedova6250 Před rokem +6

    Faydalı video üçün sağol Tamara.Sıxılmadan axıra kimi baxdım.Dırnaqlarında çox gözəl görünür.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      Çox sağolun bu qədər xoş sözləriniz üçün!!

  • @samirhmdova1077
    @samirhmdova1077 Před rokem +2

    Salam.Tamara sən çox ağıllı qızsan.hər şey dəqiq analuz etməyi bacarırsan.çünki belə hallar məndə də olub.Ama savadsız psixoliqlar heç vaxt bunları mənə izah etməyib.Məndə efirdən həkimləri dinləməklə (təsadufi) yaxud da özüm bəzi siptomları aşkar edib.çarə tapmağa çalışmışam. Mən sənə can sağlığı diləyirəm.Dahada yaxşı ol.inşəallah.mən səndən çix şeylər öyrəndim.çox sağol.və hər bir insanın həyatındakı bu hallar ətrafında baş verənlərin təsuridir.😘😘😘😘😘😘😘

  • @mirzhuseynzad9224
    @mirzhuseynzad9224 Před rokem +5

    ozumu cox pis etdiyim zamanda sirf meni yamsilayan basliqli video cox tesekkurler ozumu tek hiss etmedim sayende daha yaxsi hiss edirem

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Şərhlərdən görünür ki biz tək deyilik!! Sizə bu yolda uğurlar!!

  • @leila8704
    @leila8704 Před rokem +11

    Salam! Uzun zamandan sonra belə gözəl video üçün təşəkkür edirəm... 🤍🪴

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +3

      Salam! Video xoşunuza gəldiyinə sevindim. Sizi də izlədiyiniz üçün təşəkkür edirəm 🤗

  • @mazeinsidemyhead9763
    @mazeinsidemyhead9763 Před rokem +8

    Yazıb yazmamaq barədə çox düşündüm, amma yazacam. Tamara, eyni şeyləri eyni cür mən də yaşayıram, hazırda. Məktəb zamanı həmişə əlaçı olacam, unibersitetdə yaxşı oxuyacam, xaricə gedəcəm deyə-deyə özümü nə qədər qəbul etdirməyə və mükəmməl olmağa çalışmışam. Özüm özümə dəyər vermədiyim üçün həmişə nəyəsə nail olub, özümü onunla qəbul etdirməyə çalışmışam. (Sən danışdıqca ən içimdəki sirrləri bilən adam danışırmıç kimi hiss elədim) indi eynilərini mən də yaşayıram. Universitet bitdi, Avropaya gəldim, burda yaşamağa və işləməyə başladım. Həyatımdakı bütün arzularımı yerinə gətirmişəmsə məndən xoşbəxti olmamalı idi. Xoşbəxt hiss etmədiyim üçün vicdan əzabı çəkməyə başladım. Pul qazana bildiyim üçün, özümə istədiyim şeyləri ala bildiyim üçün, dünyada aclıq çəkən insanların olduğunu xatırlayıb özümü daha pis hiss edirdim (əslində hələ də edirəm). Və sonra mənim də bədənim reaksiya verməyə başladı. Bir gün işdə idim və gördüm ki, əllərim titrəməyə başlayıb. Və bunu dayandıra bilmirəm. 2 gün 3 gün davam etdi və sonra artıq dözülməyəccək hala gəlməyə başladı. Nevropatoloqa getdim, başımın MRT-si çəkildi. Heç nə tapılmadı. Sakitləşdirici dərman içməyə başladım (2-3 dəfə sınadım amma sonra özümü öyrəşdirməmək üçün davam etmədim). Psixoloqla danışmağa başladım. Və onun sayəsində əllərim 90% düzəlib. Hər şeyi yazsam daha da uzun olar. Amma bu videodan anladığım çox böyük 2 şey oldu. 1-cisi eyni hissləri yaşayan tək mən deyiləm. 2-cisi fərqi yoxdur 3 sm ya 3 metr suyun altındasınız, hər bir halda boğulursunuz. 3 sm olsa da bu suyun altından çıxmağımız diləyilə…

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +10

      ohhh o vicdan əzabı!!! ondan videoda danışmağa tamamilə yadımdan çıxdı! ətrafda hər şey əla olub amma içinizdə xoşbəxt olmadığınız üçün nankör insan olduğunu fikirləşib vicdan əzabı çəkmək 😭 mənim də əllərim komyuterdə işləyərkən titrəyirdi, həkimlər sadəcə stress olma deyib buraxmışdılar ... siz mənim itmiş əkiz-im deyilsiz ki?! 😅 bu şərhi oxumağa xoş idi, doğurdanda tək olmadığımızı bilmək kömək edir. sizə o 3 santimetr suyun altından çixmaq üçün çoxlu pozitiv enerji göndərirəm!!! 🤗

    • @mazeinsidemyhead9763
      @mazeinsidemyhead9763 Před rokem +3

      Deyəsən itmiş əkizik doğrudan da 😅. Bu arada eynən mən də birinci psixoloqumu oxşar səbəblərdən dəyişdim. Çünki, bu gün danışdığım problemləri biraz sonra xatırlamır, mənə sadəcə qulaq asır reaksiya vermirdi. Mənim isə köməyə ehtiyacım vardı. İkinci psixoloqum isə mənə suallar verir və səbəbi aydınlaşdırmağa çalışır və tapşırıqlar verir. Mental sağlamlığı itirməyin ən pis tərəfi onun fiziki nəticələrinin olmasıdır. Əllərimin əsməsi və yaxud da bədənimdəki səbəbsiz ağrılar. Özümü fiziki olaraq xəstə hiss edir, hər nə qədər əksini bilsəm də özümdə qəribə xəstəliklər tapıram. 11-ci sinifi beynim yaddaşımdan silib. Məndə yoxdur həmin il. Ya da ilk münasibətimdən ayrılanda dostum mənə yazmışdı ki, necə hiss edirsən özünü? Demişdim ki, normal. Nə olub ki? Həyatım olduğu kimi davam edir. Bütün hisslərimi bağlamışdım. Və indi fərqinə varıram ki, özümü o qədər sıxmışam ki, indi bütün hisslərim birdən fontan kimi üzə çıxır və mən onları tuta bilmirəm. Vicdan əzabı məsələsi hələ də davam edir, 8 kilo kökəlmişəm etc. Tamara, direkt olaraq “sən” deyə müraciət etmişdim, bunun səbəbi eyni hissləri yaşadığım üçün özümə yaxın hiss etməm idi. Əgər hörmətsizlik etdimsə üzrlü say. Əgər okay-dirsə, sən desən sevinərəm. Good luck. Əgər istəsən mən dərdini bölüşmək üçün burdayam 😊

    • @auroradreamy6325
      @auroradreamy6325 Před rokem +1

      @@mazeinsidemyhead9763 sanki mənim gələcək versiyamsiz.. sən və Tamara . Həmişə düsunurəm ki görəsən xəyallarım gerçəkləsəndən sonra yenə də xoşbəxt olacağammi sonra ağlıma gəlir ki bəlkə də olmayacam o zaman da başqa səbəb tapacam stres olmaga( mental sağlığımız düzəlmədən tam anlamiyla hüzurlu ola bilməyəcəyik bunu öyrəndim təşəkkürlər..💔

    • @lalealiyeva5440
      @lalealiyeva5440 Před rokem +1

      Salam. Getdiyiniz psixoloqu tovsiyye edirsizse ad soyad melumat vere bilersiz zehmet olmasa 🙏

  • @sarashelby601
    @sarashelby601 Před rokem +16

    Как будто бы ваша душевная спокойствие повлияло и на вашем лице. Вы стали гораздо красивее и ваша улыбка стала ещё ярче сиять. Удачи вам 🌼

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +7

      Спасибо большое за приятные слова 🤗

  • @XadicaHusaynly
    @XadicaHusaynly Před rokem +29

    Ayy hal hazırda dərs edə edə baxırdım . Sevindim video gəldiyinə 💥

  • @fidan.abaszada
    @fidan.abaszada Před rokem +5

    Mərdəkanda böyümüş və yaşayan biri olaraq səni elə yaxşı başa düşürəm ki, Tamara. Həmçinin bir məqamı da anladım. Məsuliyyət tələb edən və mənim üçün çox yaxşı bir işə anidən girdiyimdə bu sənin dediyin kimi xoş birşey olsa da stressdən yata bilmirdim və ürəyim bulanırdı. Bunun səbəbi videondan sonra daha aydın oldu mənə. Mərdəkan hələ də dəyişməyib. Hələ də insanlar qınayır, hələ də insanların çoxu toksikdi. Ancaq bu toksik insanlarına arasında sağlam qala bildiyim üçün özümlə fəxr edirəm. Eyni zamanda səninlə də fəxr edirəm Tamara. Take care🙏

  • @Ibadovaseriyye_89
    @Ibadovaseriyye_89 Před rokem +9

    Tamaradan bildiris geldi əla izlemeden like .Bu arada telebe adi qazanan her kesi tebrik edirem Biz Bacardiq 🙂

  • @girlhappy6442
    @girlhappy6442 Před rokem +5

    Cox sagol Tamara ,
    Menim ucun cox aktualdir 👍

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      İzlədiyiniz üçün siz də sağolun! 🤗

  • @Kenan-11111
    @Kenan-11111 Před rokem +5

    Elə Danşdın ki Eləbildim Prafesorsan Hala olsun Gərb Ölkə də Öz Prablemlərin Öhtəsinən Gəlisən Bidə Öz Vətənində Görduyun Eşit Diyin Sözlərə Ramən Öhtəsinən Gəldin Halal Olsun Xanım Qız 🌹👏👏👏

  • @ayM.8408
    @ayM.8408 Před rokem +4

    Tamara, paylaşimlarini severek izleyirem. 12 il evvel geldiyim Avropada ilk dil kursumda mene tam da bele deyildi : Siz, postsovet ölkelerinden gelenler, cox vaxt nümunevi ders davranişlarinizla( derfteri, kitabi, qelemi, tapşirigi yerinde ) seçilirsiz. O vaxt Egomu çox tetmin etmişdi bu terif . Indise, Abşeron yarimadasinin keçmiş elaçisi senin danişdiqlarini çox gözel anlayir.

  • @anotherlove7083
    @anotherlove7083 Před rokem +9

    Hey 👋 Videoların çox maraqlı alınır. Və çox şirinsən. Məncə videoların bir çox insana faydalıdır. Belə də davam et 🤗 Sevinirsən 💞

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +4

      Maraqlı tapdığınıza çox sevindim!! Çox sağolun xoş sözləriniz üçün 🤗

  • @mammadli3427
    @mammadli3427 Před rokem +7

    Çox vaxt belə uzun videolara baxanda sıxılıram. Amma bu videodan həzz aldım və heç sıxılmadan izlədim. Əməyinə, ağzına, düşüncənə sağlıqqqq))))

  • @monsiraone
    @monsiraone Před rokem +5

    Ay çoooox teşekürler 💗
    Nə yaxşı ki varsan 👸🏼

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +3

      sizi də izlədiyiniz üçün təşəkkür edirəm!! 🤗

  • @bnazirqarayeva162
    @bnazirqarayeva162 Před rokem +2

    Tamara hər şey üçün təşəkkür.🥰❤

  • @elmirahuseynova5954
    @elmirahuseynova5954 Před rokem +10

    Hazırda psixologiya üzrə təhsil alıram ve təbii ki birinci öz üzərimdə işləyirəm, anlatdıqlarından çox şey öyrəndim həqiqətən çox faydalı oldu, bir gün peşkəş psixoloq olacağıma əminəm! 🥰❤️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +5

      İstədiyinizə nail olmaqda çoxlu uğurlar arzu edirəm 🤗 videonu faydalı tapdığınıza sevindim!

  • @seydaaa66553
    @seydaaa66553 Před rokem +7

    Danışarkən səni o qədər anladım ki, beyinin susmaması, heç nə edə bilməmək, insanların səni anlamaması hətta ailənin belə və bu halda idarə etməli olduğun işlər,dərslər.... inan çox gözəl anladım və dinlədim səni🌟🙄🥺

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Ümid edirəm ki indi sizdə hər şey yaxşıdır!!

  • @nbdysprfct
    @nbdysprfct Před rokem +3

    əziz Tamara, bu video mənim üçün spoilerdir. eyni səbəblərdən olmasa da eyni keçirtdiyim hisləri qeyd edirsən. 1 aydır psixoloqla danışıram,amma elə ki məsələlərə qarşı sual yaranır, mənim müdafiə mexanizmam “yox, keçə bilməzsən, olmaz” deyərəkdən saxlayır məni və nəticə həmişə o sualın cavabını bilmirəm olur. seanslardan sonra belə özümə “vaxt ayırıb” həmin cavabını “bilmədiyim” sualların üzərində düşünmürəm. amma bu suallar bir yerlərdən asılıdır. sənsə onların cavablarını deyirsən kimi hiss etdim bir an

  • @euphoria2320
    @euphoria2320 Před rokem +7

    Mən də bu yay öz üzərimdə işlədim , faydasini gördüm və bu müddətdə "heal your life" kitabınıda bitirdim , tövsiye edirəm sənədə. Yaxşıki varsann Tamara , biz bir ailəyik burda və həmişə dəstək olacagiq sənə, birbirimizə, təşəkkürlər video üçünn ❤️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      dəstəyiniz və izlədiyiniz üçün təşəkkür 🤗o kitab əladır, artıq oxumuşam Louise Hay-ın bir çox kitablarını

  • @aynurdunyamaliyeva2513
    @aynurdunyamaliyeva2513 Před rokem +3

    Müharibə baş verməmişdən əvvəl çox gözəl rutinim var idi və mental olaraq özümü çox sağlam hiss edirdim.Ən xırda şeylərdən belə zövq alırdım.Fərqindəliyim çox yüksək idi.Müharibə dövründə, şəhidlərimizin olması bütün psixologiyamı alt üst etdi.Yolun ortasında ağlamaq istəyirdim.Bütün musiqilər çox xırda şeylər məni ağladirdi.O dövrdə psixoloji dəstək almaq imkanım olmadı.Dərman dəstəyi aldım amma üzərindən kifayət qədər keçsə də əvvəlki kimi ola bilmirəm.

    • @aynurdunyamaliyeva2513
      @aynurdunyamaliyeva2513 Před rokem +1

      Amma üzərində çox çalışıram.Ümid edirəm bacararam)

    • @jourfelody
      @jourfelody Před rokem

      @@aynurdunyamaliyeva2513 məncə çalış get psixoloqa çünki nə qədər də olsa bunları adi dostla bölüşmək çox birşey dəyişmir vəya fərqində olmaq. Əsas odur ki üstəsindən gələsən,ümid edirəm ki gələrsən❤️

  • @sarahmammad6726
    @sarahmammad6726 Před rokem +1

    İkinci dəfə izləyirəm videonu, yaxşı təsir edir 🤍

  • @nezrinferhadli178
    @nezrinferhadli178 Před rokem +8

    Gözəl Tamara, səni uzun müddətdir ki, izləyirəm və səndən daima ilham almağa nələrsə tapıram. Öz təcrübələrini və həyatını paylaşıb, çox insana motivasiya olmusan.🤍 Və çox normaldır ki, hər kəsə dəstək olmağa çalışan insanın da motivasiyaya, dəstəyə ehtiyacı olsun. Necə deyərlər “insanın ən çox nəyə ehtiyacı varsa, onu əks etdirir- gülmək kimi.”
    İnanıram ki, özgüvəninin təməlini güclü pillələrlə quracaqsan. Özünü sevməkdən gözəl heç nə yoxdur 😂🤍
    Uğurlar! My favorite CZcamsr🫂

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      Videolarımdan motivasiya tapdığınıza çox sevindim!! Dəstəyiniz üçüm təşəkkür edirəm 🤗

  • @motivatedfitbillionaire
    @motivatedfitbillionaire Před rokem +2

    Hər şey üçün çox sağol, Tamara

  • @ilahe.aliyefa
    @ilahe.aliyefa Před rokem +3

    Aferin Tamara .d əla video idi🧡:)

  • @snugglebuggsq
    @snugglebuggsq Před rokem +7

    Türküm ve anladım mı anlamadım mı bilmiyorum ama azerilerin konuşması bağımlılık yapıyo ❤

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      sevindim🤗

    • @gultajismayilzada1160
      @gultajismayilzada1160 Před rokem +1

      Dinlediğiniz zaten azerice değil, Azerbaycan dili, yani Azerbaycan türkçesi:) Biz azeri değiliz, Azerbaycanlıyız, Azerbaycan türküyüz. Azeriler İranda yaşayan fars kökenli etnik grup. “Bir Millet, İki Devlet” dememiz bunun kanıtı. 🇦🇿🇹🇷 Bu konuyla ilgili internet üzerinden bilgi edinebilirsiniz.

  • @carmensnur
    @carmensnur Před rokem +2

    çox maraqlı, faydalı həm də terapiya kimi idi 🤍 ümid edirəm ki daha yaxşı olacaqsan

  • @manyhamw.z1527
    @manyhamw.z1527 Před rokem +6

    Tövsiyələrini bölüşdüyün üçün təşəkkür edirəm 🌸

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +3

      mən də sizi izlədiyiniz üçün təşəkkür edirəm 🤗

  • @human.5452
    @human.5452 Před rokem +2

    Of off offf. Bilmirəm kainat ya Allah qabağıma çıxartdı bu videonu və buna baxmalı oldum. Bəlkə də fərqinə varmasaydım eyni şeylərlə üzləşəcəkdim gələcəkdə. Heç fərqinə varmadığım çox dəyərli vərdişlərim də var imiş. Hislərimi ifadə edə bilmərəm, lakin həddindən artıq həyatımla, mənimlə uyğunlaşan və bir o qədər də məhsuldar bir video oldu. Bir də duyğu və təcrübələrini çox gözəl şəkildə ifadə etdin, Tamara. Heç sıxılmadan izlədim. Dəyərli mövzuları vurğuladın.
    Bəzi şeylər var ki, onları bilirik, amma həyatımızda reallaşdırmaq çətindi. Bunlardan biri özümüzü sevmədiyimi z tərəflərimizlə qəbul etməkdi. İstər istəməz mükəmməl olmağa çalışırıq. Unuduruq duyğularımızın olduğunu. Hislərə sahib çıxmaq lazımdır pis və ya yaxşı fərqi qoymadan. Bəzən səbəbsiz pis ola bilərik. Bu normaldır. Uyda nə qədər yazdım. Yazacaq yer axtarırmışam.uwu

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem

      Videonu bu qədər yararlı tapdığınıza çox sevindim!! bölüşdüyünüz üçün təşəkkür!

  • @narminalasova
    @narminalasova Před rokem +4

    Hərzamanki kimi mükəmməl keyfiyyətli video 💙

  • @ulyalien
    @ulyalien Před rokem +5

    Tamara, tam zamanında yetişdin. Bizimlə paylaşdığın bütün fikir və tövsiyyələrin üçün təşəkkür edirəm. Ümid edirəm, zamanla dahada yaxşı hiss edərsən 💖

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Çox sağolun! İzlədiyiniz üçün sizə də təşəkkürlər! 🤗

  • @guneladna3086
    @guneladna3086 Před rokem +4

    Hələ izləməmişəm,amma videonun adını görüb çox sevindim)

  • @fidanhere
    @fidanhere Před rokem +3

    insanlar mental sağlamlığa fiziki sağlamlıq qədər fikir vermir, xüsusilə bizim insanlar harasa yıxılıb qalana qədər ikisi də maraqlandırmır, təəssüf. məlumatlandırıcı video üçün təşəkkürlər, Tamara.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      Videonu məlumatlandırıcı tapdığınıza sevindim!! 🤗

  • @madinizm802
    @madinizm802 Před rokem +8

    Həmişəki kimi möhtəşəm bir video oldu, yaxşı ki varsınız 💜

  • @aysunmammedova9409
    @aysunmammedova9409 Před rokem +4

    Bu video üçün təşəkkürlər,Tamara. Bu videodan öyrəndiyim ən dəyərli məsləhət- özümüzü neqativə bogmamaqdir♥️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      sevindim ki videoda nəsə dəyərli tapdız 🤗

  • @zibaisgenderli2990
    @zibaisgenderli2990 Před rokem +3

    Dunen bir problem var idi, yuxuya gede bilmirdim. Dediyin nefes metodu ile nefes aldim, rahatladim. Cox sag ol

  • @nadyaalasgarova1799
    @nadyaalasgarova1799 Před rokem +4

    Xoş gəldin Tamara💜

  • @tahminaaliyeva5540
    @tahminaaliyeva5540 Před rokem +3

    Salam Tamara 😍
    Hələ həyatımda belə məni həm emosional hiss etdirəcək həm də əyləndirəcək videoya baxmamışam kimi hiss edirəm hələki təxminən 1 saatlıq kiminsə söhbətinə dəqiq qulaq asmamışam. O qədər hislərini aydın ifadə etdin, düşüncələrimi tapdım səsləndirdiyin fikirlərdə, hisslərimi tapdım, bəzi etdiklərimi nə yaxşı etməyə başlamışam dedim özümə bəzilərinə isə hələ də cəsarət gözləyirəm. Bəli tamamilə haqlı fikirdi həqiqətən insan bütün hislərin vaxtında yaşamalıdır. Türklərin bir sözü var "birikmiş" yəni yığılıb qalmış bizi mental sağlamlıqdan geri salan bu hislərin doyunca və vaxtında yaşanmamışlıqlarıdır. Tamaraya lazım idimi bu qədər vaxt həsr edib danışmaq hələ videonu editləmək, minnətdaram bunun üçün. Çox yaxın və əziz biri kimi hiss edirəm. Sevgi ilə ♥️ Gülümsəməyi unutma 🥰💫

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      sizə bu qədər xoş hissləri bəhş etməyə bacardığıma çox sevindim 🤗 sizə cəsarət yığmaq üçün çoxlu pozitiv enerji göndərirəm 🫶🏻

  • @turanlizad6505
    @turanlizad6505 Před rokem +1

    😘😘😘🥰🥰🥰sənə qulaq asanda belə terapiyada kimi hiss edirəm.yaxşıki yotube səni qarşıma çıxarıb

  • @guluhuseynalizade9236
    @guluhuseynalizade9236 Před rokem +4

    Ezizim Tamara,seni inandirimki senin problelmlerin ölkemizde cox insanda var.Lakin bizim ölkemizde terapiyaya ,pisixoloqa getmek o qeder de inkishaf etmeyib. Insanlar bunu daha cox ishlemekle,yaxinlariyla derdleshmekle yaxud aylarla yalniz kecirerek ustesinden gelmeye calishirlar(. Bu aci bir gercekdir..Senin adina cox sevindim,umidvaram özunu cox gozel hiss edersen😊

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      ümid edəcəm ki bu video psixoloqa getmək ətrafında stiqma ilə balaca da olsa kömək edər. dəstəyiniz üçün çox sağolun!!

  • @sjsjsdjdjd1081
    @sjsjsdjdjd1081 Před rokem +3

    Səsin və danışığın terapiyadır sanki✨️çox faydalı video oldu mənim üçün çox sağol Tamara🤍

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem

      faydalı tapdığınıza sevindim! siz də izlədiyiniz üçün sağolun!

  • @huseynhesimov5623
    @huseynhesimov5623 Před rokem +1

    Istəməylə deyil həyata keçirməy lazımdı bizlər üçün dəyərli paylaşım üçün təşəkkür edirəm 🌹 😌☺️

  • @aygunaxundova5512
    @aygunaxundova5512 Před rokem +1

    Terapiyada ise öyrendim şok xeber sen maşın deyilsen hissleri var olan insansan😅🤌🏻Bu video esl momentinde çıxdı qarşıma👍🏻

  • @meryem2261
    @meryem2261 Před rokem +2

    videonu istəmədən ağlayaraq izlədim,təşəkkür edirəm çox faydalı video oldu

  • @nahidliyeva8626
    @nahidliyeva8626 Před rokem +3

    Gözəl Tamara, öncəliklə belə faydalı video hazırladığına görə sənə minnətdaram🙏Sənin videoların, toxunduğun mövzular nə qədər insana stimul verir bir bilsən.Çox insanın demək istəyib deyə bilmədikləri hisslərini tərcümə etdin.❤🥺
    Bu yaşadıqlarının eynisini bir neçə ay öncə yaşadım,müalicələr aldım tam sağalmasam da qismən sağalmışam.Bəzi səhərlər hələdə sinəndə olan o dəhşətli narahat bir hisslə oyanırsan və bunun öhdəsindən gəlməyin necə çətin olduğunu sözlə izah etmək mümkün deyil🥺 Bu video sayəsində tək olduğumu bilməmək, verdiyin bütün faydalı məsləhətlər üçün təşəkkür edirəm.Bu yolda sənə uğurlar arzulayıram💘💘💘

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Faydalı tapdığınıza çox sevindim 🤗 sizə də çoxlu uğurlar və pozitiv enerji göndərirəm 🫶🏻

  • @arzuhuseynova3164
    @arzuhuseynova3164 Před rokem +3

    Təşəkkürlər Tamara ❤️🤗

  • @VirtualAze
    @VirtualAze Před rokem +1

    Baxmadan like))
    Sonra baxacam )
    Xanıma təşəkkürlər deyirəm.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Sizə də dəstəyiniz üçün təşəkkür!

  • @user-uj8us5qw5w
    @user-uj8us5qw5w Před rokem +1

    Həqiqətən çooox-çoox yardımcı olduz. Bu prablemlərin hamısı məndə var idi. Sadəcə onları yox etməyə cəhd etmirdim. Tez panik olurdum,yuxu rejimim bərbad idi,nəfəs çatışmamazlığı yaşayırdım,tez-tez əsəbləşib ağlıayırdım. Amma sizin kanalınızı tapdığım üçün çox şadam. Sayənizdə daha pozitiv və produktiv oldum. Çox sağ olun

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      siz də izlədiyiniz üçün sağolun! sevindim ki kanalda bir fayda tapdız

  • @soyalegriaaa
    @soyalegriaaa Před rokem +9

    Ailem o qeder dar dusuncelidi ki ve meni de ele yetisdiribler . Neticede öz dusunculerim bele cercive içindedir . Senin ve Leyla'nın videoları ile inkişaf etdiyimi düşünürem

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +4

      Sevindim ki videolarımda bir fayda tapırsız! Sizə gələcəkdə özünüzə uyğun ətraf və ailə qurmaq aruzu ilə 🤗

  • @intizar7758
    @intizar7758 Před rokem +3

    Özümə belə qəribə səslənir ama sadəcə videolarını izlədiyim, realda görmədiyim bir qız üçün darıxmışam, daha ilk dəqiqələrdə səsini eşitmək belə məni çox rahatlatdı, sanki bir dostumun söhbətinə qulaq asırmışam kimi hiss edirəm səni izləyəndə, yaxşı ki buralardasan💙

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      Çox sağolun gözlədiyiniz və izlədiyiniz üçün 🥹 sözləriniz qəribə deyil 🤗

  • @rnacabbarl8041
    @rnacabbarl8041 Před rokem +1

    Əvvəlki videolarına baxanda səni "narahat" biri olaraq izləyirdim, hətta qıcıq olurdum sənə ki, bu qız bu cür əhəmiyyətli mövzular haqqında danışanda niyə bu qədər sıxılır. Amma indi sənin tam olaraq rahat və özünlə balansda olduğunu görürəm. Və sənin danışdığın emosional blokaj məndə də olub, inşaallah əlimə pul düşsün mən də bir psixoloqa gedim😃

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      sözləriniz mənim üçün çox önəmlidir! təşəkkür edirəm! 🤗öz inkişaf yolunuzda da uğurlar!

  • @vusaleadigozelova4938
    @vusaleadigozelova4938 Před rokem +2

    Sizi çox sevirəm şirinsiz uğurlar hər şeydə 😘

  • @gulnarqarayeva408
    @gulnarqarayeva408 Před rokem +2

    Eyni yaşdayıq səni çox gözəl başa düşürəm, bizim mentalitetin verdiyi depressiyanı heç bir dərman heçnə verə bilməz. Nifrət edirəm bu ölkəyə inşallah çıxacam burdan

    • @rovsan7723
      @rovsan7723 Před rokem

      Ölkəmiz səni kimi çirkablardan təmizlənsə yaxşıdır……

  • @turkanmemmedli5531
    @turkanmemmedli5531 Před rokem +2

    Həqiqətən çox gözəl bir videodur. Çoxlu təşəkkürlər. Sadəcə özünüzün əvvəlki fikirlərini dediyiniz zaman burda göstərdiyiniz cəsarətlə birlikdə biraz dəyərsizlik hissinizi də göstərirsiniz. Çünki onlar haqqında "absurd" "mənasız" fikirlər deyirsiniz. Çox normaldır ki insan inkişaf etdikcə fikirləri də inkişaf etsin. Ona görə əvvəlki fikirlərinizin indiki düşüncə tərzinizə uyğun olmaması normalıdr. Bir çox hallarda bu şəxsi inkişafdan da xəbər verir. Mən belə hiss etdim ki, özünüz "absurd" fikirlərinizə belə toleransınız azdır. Amma heç birimiz mükəmməl olmaq məcburiyyətində deyilik. Ya da müdrik bir beyinlə dünyaya gəlmirik. Ona görə köhnə fikirlərinizə də daha toleranslı yanaşa bilərsiniz.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      Heç bu dediklərimə fikir vermirdim 😅 amma düzdür, özümə qarşı gəldikdə qeyri tolerantam. öz üzərimdə işləmək helə çox var. Fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür!!

  • @usert01.
    @usert01. Před rokem +3

    Tamara desəmki aylarla bu durumdayam necə inandırıcı alınar deyə bilmərəm,ama çox faydalı oldu, sanki o qorxunc yuxudan ayıldım.Buna görə sənə təşəkkür edirəm

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      videonu faydalı tapdığınıza sevindim!! güclü qalın!

  • @neyjendashdemirli8029
    @neyjendashdemirli8029 Před rokem +2

    Çox məlumatlandırıcı videodur Tamara.Psixoloji sağlamlığın ne qədər önəmli olduğunu bir daha anlamış olduq ümid edirəm ki bu fikirde olmayan insanlar da tədricən buna inanar😊

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Məlumatlandırıcı tapdığınıza sevindim 🤗

  • @finoram2825
    @finoram2825 Před rokem +2

    Ən yaxın dostumla danışırmış kimi hiss elədim❤️ bütün bunları bölüşdüyünüz üçün bizimlə təşəkkür edirəm🤗 Demək olar bir çox yanaşmalarım, hətta depressiyaya səbəb olduğunu dediyi səbəblərin belə çox eynisini yaşadığımızı gördüm. Reaksiyalar belə eynidir. Çıxış yolu kimi terapevtə getməyi dəfələrlə düşünsəm də, araşdırma etsəm də birini tapa bilməmişəm. Bu səbəbdən ertələmişəm demək olar. CZcamsdən psixoloqlar izləyib, bu sahədə elmi yazılar oxuyub, müxtəlif kitablardakı yolları yoxlamışam əvəzində.
    İdman, nəfəs, yoga, yazmaq, informasiya, yaxşı şeylər etmək, özünlə zaman və s. araşdırıb etdiyim tövsiyələr olub. İşə yarayıbmı? Müvəqqəti olaraq. Çünki üzülürsən və səbəbini də bilmirsən və bəzən də bildiyini sanırsan. Özün özünü anlamazkən həll axtarırmış kimi. Ya da videoda qeyd edildiyi kimi 5 səbəb tapırsan ki bunlar səbəb olub, bir də baxırsan tamam başqa şeylərdir. Səbəbi özümüzün tək tapa bilmıyəcəyimizin fərqindəyəm (mümkünsüz deyil təbii). Çıxış yolum hazırda oxuduğum kitab Prof.Dr. Mihaly Csikszentmihalyi-nin "Flow" kitabından tapmışam. Və mən də faydasını gördüyüm hərşeyi tövsiyyə etməyi sevənlərdənəm :))
    Flow (türkcə akış) teorisini çox izah etməyəcəm amma deyə bilərəm ki, problemlər həll olduqca keçmişdəki, daha da yeniləri yaranır. Bəzən akışda qala bilmək də önəmli və hazırda bunu öyrənməyə çalışıram. Son olaraq isə mənim də məsləhətim üzüntülər keçmir sadəcə onla mübarizə aparmağın yolunu zamanla öyrənirik, heçnə son deyil çünki bir qapı bağlanır yenisi hər zaman açılır və əsas uğur, əsas sevgi çatılacaq hədəf deyil. Çünki hər anımızda mövcuddurlar. Bura qədər səbirlə oxuyanlara da ayrıca təşəkkürlər💫

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem

      Sizi də izlədiyiniz üçün təşəkkür edirəm! Bölüşdüyünüz üçün çox sağolun, o kitab barədə eşitmişəm, qərək mən də göz atım 🤗

  • @aytanaliyeva150
    @aytanaliyeva150 Před rokem +2

    Sonunda geldin 😍😍😍

  • @m.abbasova.7366
    @m.abbasova.7366 Před rokem +4

    3 aydır mentalaçıdan problemlər yaşayıram ,sizi dinlədikdən sonra anladım ki, özümü düzgün müalicə edirəm . Təşəkkür edirəm .

  • @khadijaaliverdi
    @khadijaaliverdi Před rokem +2

    Tamara bu fərqindəliklərin fiziki görünüşünə də yansıyıb, səni çox yaxşı gördüm. Bu addımı atdığın üçün özünlə qürur duymalısan, çünki həqiqətən psixoloqa gedib öz zəifliklərin, qorxuların və travmaların ilə üzləşmək hər insanın edə biləcəyi bir şey deyil, amma hər insanın da öz rəfahı üçün etməli olduğu şeylərdi. Cəsarətini alqışlayıram və bunları paylaşdığın üçün təşəkkür edirəm. Uğur ola!

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      bu qədər xoş sözləriniz gözlərimi yaşlatdı🥹təşəkkür edirəm!

  • @ayselorucova5301
    @ayselorucova5301 Před rokem +1

    Video üçün çox təşəkkür edirəm❤mən də illərdir ki,təşviş pozuntusundan əziyyət çəkirəm.ümid edirəm həll etməyi bacararam.

  • @heyyoooo
    @heyyoooo Před rokem +3

    Hal-hazırda o vəziyyətdəyəm🥺😥. Çox sağ ol Tamara. Çox faydalı oldu.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      sizə çoxlu uğurlar arzu edirəm bo vəziyyətdən çıxmağa!! 🤗

    • @heyyoooo
      @heyyoooo Před rokem

      Çox sağ ol Tamara ❤. Uzun müddətdir ki bu haldayam.Çox çətindir Ümid edirəm bu vəziyyətdən çıxaram

  • @vanessa_baku4955
    @vanessa_baku4955 Před rokem +4

    Tamara səni o qədər bəyənirəm ki özümə nümunə gostərirəm səni ümidvaram ki sənin kimi savadlı olaram belkede haçansa tanış olarıq... 💜💜💜💜

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +4

      Şərhinizi oxumağa xoş olsada öz savadınızı mənimki (və ya hər hansı başqa insanınki) ilə məhdudlaşdırmayın. Bəlkə qismətiniz məndən/başqalardan daha qabağa getməkdir. Ancaq özünüzün ən savadlı versiyası olmağa çalışın 🤗 uğurlar!!

    • @vanessa_baku4955
      @vanessa_baku4955 Před rokem +2

      @@TamaraSeredAz ya can təşəkkürlər ❤️❤️

  • @aytan_
    @aytan_ Před rokem +1

    Bunları bizimlə paylaşdığınız üçün təşəkkürlər!

  • @quliyevamehri1648
    @quliyevamehri1648 Před rokem +4

    Nitqiniz çox yaxşıdı mənimdə mental sağlığımla bağlı çox pis vaxtlarım olub ama artıq elə deyil artıq hər kiçik şeydən xoşbəxt olmaq üçün birşey tapıram

  • @liama2171
    @liama2171 Před rokem +4

    Salam Tamara, videoya görə təşəkkürlər çox faydalı oldu :)

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      faydalı tapdığınıza sevindim!! izlədiyiniz üçün sizə də təşəkkür!

  • @masa6559
    @masa6559 Před rokem +2

    Tamara, videonu çox beyendim😍 hem fikirlerin,hem danisiq terzin, secdiyin movzu hamisi xosuma geldi. Bele faydali videolarin davami gelsin xahis. Bu aralar men psixoloji çöküş yasiyirdim qurtulmaga calisirdim. Bu video mene yol gosterdi motivasiya verdi. Coxsagol😍❤️

  • @saadatmammadova4318
    @saadatmammadova4318 Před rokem +5

    Videonun 17ci dəqiqəsindəyəm. Və bu ana qədər o qədər oxşar şeyləri yaşamışıq ki, şok oluram. Hətta psixoloqla olan təcrübələrə qədər. Hislər mövzusunda demək olar eyni olub. Video davam edə edə yazıram və hər saniyə bir yeni ortaq cəhət çıxır

  • @bestt8926
    @bestt8926 Před rokem +5

    Azərbaycanda böyüyən hər 10 uşağdan 9un da psixoloji travmalar var. Mən burda psixoloqa getdim, təəsüf hissi ilə deyə bilərəmki, daha cox psixologiyam pozuldu. Ona görədə xaricdə olanda, gedəcəm

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      etibar etdiyiniz bir terapevti taöana qədər güclü qalın! hər şey yaxşı olacaq 🤗

    • @bestt8926
      @bestt8926 Před rokem

      @@TamaraSeredAz cox sağol gözəl tamara⚘

  • @shafamammadova
    @shafamammadova Před rokem +2

    Salam Tamara videonun hamısını izlədim. Çox maraqlı və faydalı videodu. Uğurlar❤

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +2

      Maraqlı və faydalı tapdığınıza sevindim!!

  • @lmanmustafazad8080
    @lmanmustafazad8080 Před rokem +3

    1-2 həftə qabaq hiss etdim ki, mən heç cür yaxşı ola bilmirəm. Sosial şəbəkələrdə hesablarımı dondurdum. Bütün günü özümü fərqli hobbilərlə məşğul etməyə çalışdım ki, özümü aldadım və universitetlərə start verilənə kimi nə qədər pis olduğumu unudum.. Onsuz dərslər başlayanda o qədər yorğun olacam ki, günün sonunda "Yaxşıyam?" kimi sualları özümdən soruşmayacam. Amma 3 4 gün sonra yenə mən beləyəm və yenə burdayam. "Mükəmməl" rutinim məni "uzunmüddətli" xoşbəxtliyə ,əfsus ki, aparmadı. Müxtəlif şeylər etdim, kitab oxudum, xarici dili inkişaf etdirmək üçün o qədər app yüklədim ki, artıq xarici tanışlarımın nə qədər olduğunu belə saymıram. İndi isə o hobbimlərim hobbi vəzifəsində deyillər. Və yenə də fərqindəyəm.. Mən "depressiflik" adlanan komfort zonamdan heç cür çıxa bilmirəm. Ümid edirəm ki, verdiyiniz məsləhətlər mənə də kömək edər. Video üçün minnətdaram 🍀

  • @Karimova266
    @Karimova266 Před rokem +2

    Hər dəfə şok xəbər dediyinizdə çox güldüm Tamara😂👍🏻Məndə günlərdiki ağir depresiya yaşayirdim hələdə yaşayiram indi yengülləşmişəm çünki dediyiniz kimi özümə daim sual verirəm sən niyə belə etdin nə olub sənə bu əsəb səndə hardandi niyə görə belə edirsən deyə deyə əsl probleme gedib çixiram. Özümü sevirəm hörmət edirəm başa düşürəm. Özünü sevmək özünlə danişib duygularindaki problemi həll etmək çoox ağir zəhmətli işdi o qədər başin şişirki ağir fiziki iş görsən belə yorulmazsan. Mənim terapevt lüksum yoxdu buna görədə özümdə bu gücü tapdim sizində videonuz mənə dahada çox dəstək verdi. Təşəkkürlər

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Sevindim ki videoda dəstək tapdız ! Təcrübənizi paylaşdığınız üçün təşəkkür🤗 sizə bu çətin yolda çoxlu uğurlar arzu edirəm!

    • @Karimova266
      @Karimova266 Před rokem

      @@TamaraSeredAz sizi yaxşi başa düşürəm bu həqiqətən bəlkə zəif insanda intiharada səbəb olacaq çox cəhənnəmi hiss etdirən duyğulardi birdə var aglamaq istiyib ağlaya bilməmək. Ona görədə necə içdən səmimi uğur arzu etdiyinizi hiss edə bilirəm

  • @surhsnova8113
    @surhsnova8113 Před rokem +19

    Bunları paylaşdığın üçün təşəkkürlər, Tamara! ✨
    Bu yolda sənə uğurlar ❤️
    Mən də son 1 ildə sağlamlığımın fiziki mənada əlimdən getməyi ilə üzləşdim, həm də ən çox qorxduğum tərzdə. Bundan sonra anladım, həmişə doğum günlərində deyilən o sağlıq nitqlərinin dəyərini 😂

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +7

      sizi də izlədiyiniz üçün təşəkkür edirəm!! haha, elədir, hər il eyni sözləri eşitdiyimizə baxmayaraq sağlamlığın dəyərini ancaq yaşlaşdıqca bilirik 😅

  • @selcanmahmudova
    @selcanmahmudova Před rokem +4

    Tam da depressiyada oldugum vaxt bu videonun paylashilmasi🥹

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem

      sizə bu vəziyyətdən çıxmaqda uğurlar 🤗

  • @abbasabbasl1884
    @abbasabbasl1884 Před rokem +2

    Tamara, sənin də nəfəsin kəsilirmiş kimi olurdu . Mən birdən nəfəsim kəsilirmiş kimi oluram , ağlayanda çox pis ağlayıram dayana bilmirəm .

  • @madinizm802
    @madinizm802 Před rokem +6

    Nə qədər bu ölkədən uzaqlaşmağa çalışsaq da, damarımızda Azərbaycanlı qanı var xeyri yoxdur ee terapevtə getməyə artıq xərc kimi baxırıq 🤦🏻‍♀️😀😆

  • @evezzamanov6400
    @evezzamanov6400 Před rokem +3

    Sen guclu qizsan bele de davam et

  • @aryamahmudova
    @aryamahmudova Před rokem +5

    Özünüzü nə gözəl formada ifadə etmisiniz🫶🏻😍👍🏻

  • @codingwithaytan
    @codingwithaytan Před rokem +1

    Ay yazıq bala😅😅😅
    Tamara möhtəşəmsən, video çox faydalı olub. Tamamilə yaxşılaşmaq ümidi ilə, səni tez-tez görmək istəyirik❤️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      dəstəyiniz və xoş sözləriniz üçün təşəkkür! 🤗

  • @aishaasgarova9050
    @aishaasgarova9050 Před rokem +1

    Ehtiyacim olan zamanda bu video mənə ela gəldi Teshekkur edirəm Tamara 🙏 🌼🌸💐❤️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      sevindim ki sizin üçün yerinə düşdü 🤗

  • @monthwarrior5494
    @monthwarrior5494 Před rokem +1

    Salam, Tamara💚 Bu videoda anlatdığın ve yaşadığın şeylerin her birini tecrübe etmişem. Ona göre hansını deyim bilmedim, her birine qatılıram. Bizlere tek olmadığımızı bucür gözel izah etdiyin üçün çox sağ ol ve demek isteyirem ki, sen de tek deyilsen❣️ Ümid edirem öz üzerinde çalışaraq özünü daha yaxşı hissedeceksen. Tövsiyyeler üçün ayrıca teşekkürler💚

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Çox sağolun! Sizə də bu yolda çoxlu uğurlar arzu edirəm!!

  • @dizimuzik5714
    @dizimuzik5714 Před rokem +4

    Tamara, sağlamlıq hakkında, halsızlık, tembellik vs. hakkında video gelse çox gözel olar🤍

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +5

      bu elə bu videodur, ən 'tənbəl' halsız olduğum vaxtlar depressiyada olduğum vaxtlardı 🙂

    • @dizimuzik5714
      @dizimuzik5714 Před rokem +2

      @@TamaraSeredAz he anladim, videoyu izlememisden evvel yazmisdim şerhimi😹

  • @b_r_a_d8569
    @b_r_a_d8569 Před rokem +2

    Why we need someone if we do have a bigger enemy inside us. bu sözləri öyrənəndən sonra artıq həyata baxışım dəyişdi.Video çox gözəl alınıb öz terapiyanda sənə uğurlar

  • @mamedovaletiw
    @mamedovaletiw Před rokem +1

    Sözlərinizin her biriyle ele raziyam ki. Tam menim hiss etdiklerimi, bunlardan nece cetinlikle cixdigimi, terapiyanin nece lazimli ve eyni zamanda deyesizleshdirildiyini cox aydin anlatdiz. Два раза всплакнула в описаниях этих депрессивных ощущений, настолько они были знакомы. Yani bu qədər deqiq her sheyi по полочкам nece deyilir sadaladiz. Kanalinizi rekomendasiyalarda tapdigima shad oldum, ve az dilinde apardiginiza gore de ayrica teshekkurler! 😊❤️❤️❤️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      sevindim ki kanalımı bəyəndiz 🤗 balaca ailəmizə xoş gəldiniz!

  • @aybnizaslan3903
    @aybnizaslan3903 Před rokem +3

    Tamara 15 gündür ki, ana olduğumu öyrənmişəm.Amma bu mənim psixoloji vəziyyətimi daha da sarsitmişdi, çünki anidən gəlmişdi..15 gündür saçlarini belə daramayan gəzən ölü kimiyəm.Video yaxşi təsir bağişladi.Videoya baxa-baxa hər şey kaşa olmuş evimi səliqəyə saldim.Bir az da suallar verirdim özümə.Kimsə kimsənin gəmini limana necə gətirdiyini bilməz məsələsini daha da aydinlatdin...Həyatlar var mübarizə dolu savaşçi...❤️ Səni Sevirəm Tamaram.Doğmamsan🧡

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem

      Təcrübənizi bölüşdüyünüz üçün təşəkkür edirəm! Ana olmaq çox böyük məsuliyyətdir, əminəm özünüzə qayğı göstərək gələcək uşağınıza əla nümunə olacaqsız, o da böyüyüb özünü sevmək nədir biləcək 🤗