Azərbaycan-Türkiyə- Böyük Türk Birliyinin təməl sütunu

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • Azərbaycan-Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. İki dövlət arasındakı əməkdaşlıq ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri artıq ənənə halını almışdır. Bu baxımdan İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini fevralın 18-də qardaş Türkiyəyə etməsi təsadüfi deyildir. Prezidentlər istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar.
    Dövlət başçılarının çıxışında ticarət, enerji və müdafiə sənayesi sahələrində ölkələrimizin ikitərəfli ticarət dövriyyəsi¬nin 2023-cü ildə bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırıldığı vurğulandı. Bununla belə əsas hədəfə - ticarət dövriy¬yəsinin 15 milyard dollara yüksələcəyinə də əminlik ifadə olundu. Dövlət başçılarının Ankarada keçi¬rilən geniş tərkibdə görüşündə Orta Dəhlizin etibarlı marşrut olduğu¬ bir daha vurğulandı. Eyni zamanda, 2017-ci ildə açılan Bakı-Tbi¬lisi-Qars dəmir yolu xəttinin Orta Dəhlizin strateji mərhələsi olduğu, bu xətdəki işlə¬rin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilmə¬sinin iki ölkənin ortaq mənfəətinə xidmət etdiyi diqqətə çatdırıldı. Səfər çərçivə¬sində imzalanan “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qar¬şısının alınması haqqında Saziş” də iki qardaş ölkənin bununla bağlı qarşıda du¬ran məqsədlərə çatmasına mühüm töhfə verəcək. Ankarada prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaş¬ma Memorandumu imzalandı. Şübhəsiz ki, yaradılacaq təhsil ocağı bütövlükdə türk dünyası üçün ideoloji mərkəz rolunu oynayacaq, türk dünyası birliyinin güclənməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini və görüşə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini də dəvət etdiyini bəyan etdi. Şuşada baş tutacaq görüş Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da artıracaq, böyük bir ailə olan Türk dünyasının birliyini möhkəmləndirəcək.
    Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyə bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlar. Bu münasibətlər əbədi və sarsılmazdır.

Komentáře • 4

  • @kamaleabbaszade5945
    @kamaleabbaszade5945 Před 6 měsíci

    Azərbaycan və Türkiyənin birliyi bərabərliyi qardaşlığı əbədidir.

  • @user-ew4xu3hh9o
    @user-ew4xu3hh9o Před 6 měsíci

    Türkiyə və Azərbaycan qardaş olaraq arasında olan əlaqənin güclülüyü və ayrıca olaraq Türk dövlətləri olaraq da inkişaf göstəricilərinin artımı və bu gücləri birlikdə istifadə etmələri bəzi Qərb dövlətrinin narahatçılıqına səbəb doğurub və bu da bizlərin foğru yolda olduğunun göstəricisidir

  • @yunusibrahimov7939
    @yunusibrahimov7939 Před 6 měsíci

    Azərbaycan Türkiyə birliyi əbədidir

  • @alifateh8902
    @alifateh8902 Před 6 měsíci

    Dünyada qlobal dəyişikliklər baş verir və dünya düzəni dəyişir. Belə bir zamanda ən əsası düzgün tərəf seçməkdi. Türk millətlərinin isə öz tərəfindən daha düz tərəfi ola bilməz. Turanlmlz gələcəyimizdir. Rəhbərlər də bu istiqamətdə var gücləri ilə işləyir.