Azerbaijan Realities
Azerbaijan Realities
  • 938
  • 4 215 152
COP29-a qərəzli münasibət
Bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qəbul edilmiş qərar ölkəmizin növbəti beynəlxalq qələbəsidir. COP 29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə verdiyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Ancaq bununla belə, bəzi Qərb KİV-lərində bir sıra ölkələrdə, xüsusilə COP29-a ev sahibliyi edəcək Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə dair beynəlxalq tədbirlərin, forumların və müzakirələrin keçirilməsinin guya məqsədəuyğun olmaması ilə bağlı sifarişli xəbərlər tirajlanır, Azərbaycanın qeyri-neft sektorundan asılılığın azaldılması istiqamətində reallaşdırdığı tədbirlər, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər diqqətdən kənarda saxlanılır. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl” gündəliyin təbliği istiqamətində məqsədyönlü siyasəti, bu istiqamətdə reallaşan yorulmaz fəaliyyət müəyyən dairələri qıcıqlandırır.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın COP29-a evsahibliyi etməsini qısqanclıqla qarşılayan bəzi qərb dairələri erməni lobbisinin təsiri altındadır. Bunun nəticəsidir ki, ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlarla dolu kampaniyalar reallaşdırılır. Maraqlıdır ki, COP29 üçün öz namizədliyini irəli sürən Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkmişdi.
Son zamanlar özünü sözdə hüquq müdafiəçiləri adlandıran, realda isə hüquq anlayışını hələ də dərk etməyən erməni lobbisinin hesabına irəli getməyə çalışan bir qrup şəxslər COP29-u boykot etməyə çağırışlar edir, imzatoplama kompaniyası başladır, Bakıda həbsdə olan erməni separatçılarının azad olunması tələbini irəli sürürlər. Azərbaycan həm beynəlxalq hüququ, həm də dövlətin ana qanunu olan Konstitusiyasını rəhbər tutaraq bu şəxsləri həbs edib, indi isə layiqli cəzalarını alırlar. Eyni zamanda Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının mütəmadi olaraq həmin şəxslərə baş çəkməsi, saxlanma şəraitləri ilə tanış olması, yaxınları ilə əlaqə saxlaması üçün imkanlar yaradır.
COP29-a ev sahibliyi etməyimiz Azərbaycanın növbəti beynəlxalq uğurudur. Bununla Azərbaycan dövlət başçımızın timsalında beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Prezident İlham Əliyev bir daha bütün təzyiqləri, şayələri dəf edərək Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Dövlətimizə qarşı həyata keçirilən bütün qarayaxma kompaniyaları yenə nəticəsiz qalacaq, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.
zhlédnutí: 32

Video

II Şuşa Qlobal Media Forumu - Şuşadan dünyaya mühüm mesajlar
zhlédnutí 34Před 21 hodinou
20-22 iyul 2024-cü il tarixlərində Şuşa növbəti beynəlxalq konfransa ev sahibliyi etdi. Artıq Azərbaycanın təşəbbüsü ilə qlobal mövzuların müzakirə olunduğu toplantıların Şuşada keçirilməsi ənənə halını alıb. Bu, həm Azərbaycan reallıqlarının beynəlxalq təbliği, həm də Azərbaycanın Qarabağda həyata keçirdiyi sürətli bərpa-quruculuq işlərinin bütün dünya tərəfindən tanınması baxımından mühüm əhə...
Azərbaycan-Pakistan əlaqələrinin yeni inkişaf dövrü
zhlédnutí 55Před 14 dny
Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Prezident İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri, dövlət başçımızın x...
Şuşa Zirvə görüşü - Türk dünyasının yüksəlişinin yeni dövrünün başlanğıcı
zhlédnutí 66Před 21 dnem
Türk Dövlətləri Təşkilatı (TDT) dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Xüsusilə, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi həm də Türk dünyasının birliyi üçün mühüm təkan oldu. İyulun 5-6-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin...
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkəyə çevrilir
zhlédnutí 56Před 28 dny
Bu gün Azərbaycanın xarici siyasətində xüsusi önəm daşıyan istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərdir. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycanın bütün sahələri əhatə edən davamlı inkişafı, regional g...
Sabitliyin və asayişin keşiyində
zhlédnutí 58Před měsícem
Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü və peşə bayramını qeyd edir. Azərbaycan polisi 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin müdafiəsində mühüm rol oynayıb. Daha sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edərək, qanunçuluğun və ictimai asayişin qorunmasında cinayətkarlıqla mübarizədə zəngin təcrübə qazanıb. Tarix...
Ordumuz qürur mənbəyimizdir
zhlédnutí 52Před měsícem
Bu gün dünyanın güclü orduları sırasında qərarlaşan Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı və həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunmuşdu. Görkəmli hərbi xadimlər - Xosrov bəy Sultanov, Səməd bəy Mehmandaro...
Fransa Ermənistanı hərbiləşdirməkdə davam edir
zhlédnutí 61Před měsícem
Ötən günlərdə Fransa Ermənistanla, əslində isə Cənubi Qafqazda planlaşdırdığı gələcək eskalasiya ilə bağlı 2 mühüm addım atdı. Bu addımlardan birincisi Ermənistana “CAESAR” özüyeriyən artilleriya sistemlərinin satılması ilə bağlı müqavilənin imzalanması idi. Müqaviləyə əsasən Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alacaq. Bu silahlar yaxın 15 ay ərzində Ermənistana...
Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
zhlédnutí 217Před měsícem
1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini bəyan etməsinə baxmayaraq, Azərbaycanın yeni əldə etdiyi müstəqilliyi itirmə təhlükəsi yaranmışdı. Bir tərəfdən daxili parçalanma meyilləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni sepataçıları fəallaşmağa başlamışdılar. Xalq yaxşı anlayırdı ki, onu bu təhlükədən xilas edə biləcək yeganə şəxs məhz Heydər Əliyevdi...
“Böyük Qayıdış”ın yeni ünvanı - Xocalı
zhlédnutí 164Před 2 měsíci
2024-cü il 28 may tarixində Böyük Qayıdışın Xocalı mərhələsi başladı. Bu əlamətdar hadisə illərdir hər bir azərbaycanlının qəlbində yara salmış Xocalı dərdinə təskinlik verdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalıda bayrağımızı dalğalandırmaqla, 28 may tarixində isə Xocalıya ilk köçün baş tutmasıyla Xocalı şəhidlərinin də ruhu sakitlik tapdı. Xocalıya ilk sakinlərin məhz Azər...
Sülh prosesində tarixi nəticə- Dörd kənd Azərbaycana qaytarıldı
zhlédnutí 418Před 2 měsíci
Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarılıb. Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kənd...
Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Böyük Qayıdış sürətlənir
zhlédnutí 1,7KPřed 2 měsíci
Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışı milli hədəfimiz kimi müəyyənləşdirən Prezident İlham Əliyevin şəxsi əzmi, qətiyyəti sayəsində dünyada misli bərabərinə rast gəlinməyən quruculuq və bərpa işləri həyata keçirilən bu ərazilərdə həyat qaynayır. Artıq yeddi yaşayış məntəqəmizə - Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux və Sus kəndlərinə, eləcə də Füzuli, Laçın və Şuşa şəhərlərinə min...
XXI əsrin kolonist Fransası-Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
zhlédnutí 84Před 2 měsíci
Fransa XXI əsrdə kolonial siyasətini davam etdirir. Hələ də dünyada kifayət qədər müstəmləkə ərazilərinə malik olan Fransa Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa kimi dənizaşırı əraziləri, habelə Korsikanı müstəmləkə torpaqları qismində öz nəzarəti altında saxlayır. Son günlər Sakit Okeanda yerləşən Yeni Kaledoniyada vəziyyət yenidən kəskinləşib. Yerli ə...
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı
zhlédnutí 285Před 2 měsíci
Şuşa şəhərində “Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Beynəlxalq status daşıyan festival yalnız Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri sayılıb. Erməni qəsbkarları Şuşa şəhərini işğal etdikdən sonra Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarətdə keçirildi. Zəf...
Heydər Əliyev Fondu - 20 illik yorulmaz fəaliyyət
zhlédnutí 251Před 2 měsíci
Müasir dünya xəritəsində öz yerini təsdiqləmiş Azərbaycan regional lider olaraq xarakterizə olunur. Dövlətimiz beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir. Bu nailiyyətlərin yaşanılmasında Heydər Əliyev Fondunun ölkə daxili və xarici sferada həyata keçirdiyi layihələrin və məqsədyönlü fəaliyyətin rolu müstəsnadır. Heydər Əliyev Fondu tarixim...
Bakıdan dünyaya sülh və dialoq çağırışı
zhlédnutí 138Před 2 měsíci
Bakıdan dünyaya sülh və dialoq çağırışı
Azərbaycanın zəfər salnaməsi davam edir
zhlédnutí 734Před 3 měsíci
Azərbaycanın zəfər salnaməsi davam edir
Azərbaycanın növbəti qələbəsi- Qarabağda yeni tarix yazılır
zhlédnutí 175Před 3 měsíci
Azərbaycanın növbəti qələbəsi- Qarabağda yeni tarix yazılır
Regionlarımızın inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir
zhlédnutí 814Před 3 měsíci
Regionlarımızın inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir
Qərbdən pul dilənən Ermənistan
zhlédnutí 87Před 3 měsíci
Qərbdən pul dilənən Ermənistan
Ermənistan prosesi uzatsa, Azərbaycanın cavabı sərt olacaq
zhlédnutí 165Před 4 měsíci
Ermənistan prosesi uzatsa, Azərbaycanın cavabı sərt olacaq
Xankəndidən Novruz mesajı
zhlédnutí 249Před 4 měsíci
Xankəndidən Novruz mesajı
Azərbaycan-NATO əlaqələrində yeni dövr
zhlédnutí 96Před 4 měsíci
Azərbaycan-NATO əlaqələrində yeni dövr
Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni dövrü
zhlédnutí 155Před 4 měsíci
Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni dövrü
Qarabağ separatçıların qalıqlarından təmizlənir
zhlédnutí 1,1KPřed 4 měsíci
Qarabağ separatçıların qalıqlarından təmizlənir
Qərbin Ermənistanı sülhdən yayındırma tələsi
zhlédnutí 114Před 5 měsíci
Qərbin Ermənistanı sülhdən yayındırma tələsi
Azərbaycan-Türkiyə- Böyük Türk Birliyinin təməl sütunu
zhlédnutí 383Před 5 měsíci
Azərbaycan-Türkiyə- Böyük Türk Birliyinin təməl sütunu
Münhendə növbəti diplomatik qələbə
zhlédnutí 88Před 5 měsíci
Münhendə növbəti diplomatik qələbə
Azərbaycan Ordusu hərəkətə keçdi - QİSAS ƏMƏLİYYATI
zhlédnutí 119Před 5 měsíci
Azərbaycan Ordusu hərəkətə keçdi - QİSAS ƏMƏLİYYATI
Qalib xalqın Lideri
zhlédnutí 160Před 5 měsíci
Qalib xalqın Lideri