Video není dostupné.
Omlouváme se.

Ramiz Rövşən - Gedək biz olmayan yerə (ŞEİR)

Sdílet
Vložit
  • čas přidán 26. 10. 2018
  • Ramiz Rövşən - Gedək biz olmayan yerə
    Gəl əl-ələ tutub gedək
    Gedək biz olmayan yerə.
    Hər dərdi unudub gedək,
    Dərdimiz olmayan yerə.
    Burda qoyaq özümüzü,
    Bu qırışan üzümüzü
    Bu köhnəlmiş sözümüzü,
    Gedək söz olmayan yerə.
    Bir kimsə tutmasın xəbər,
    Gəl çıxıb gedək birtəhər.
    Bu ev, bu küçə, bu şəhər,
    Bu dəniz olmayan yerə.
    ...Atam oğlu, az çapala
    Sən deyən çətin tapıla.
    Bu Ramizi kim aparar,
    Bu Ramiz olmayan yerə?!...

Komentáře • 1