Video není dostupné.
Omlouváme se.

Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova)

Sdílet
Vložit
  • čas přidán 27. 02. 2021
  • Nemətsə də gözəl şer,
    Şair olan qəm də yeyir.
    Ömrü keçir bu adətlə,
    Uğurlu bir səadətlə.
    Görən məni nədir deyir:
    Saçlarına düşən bu dən?
    Şair, nə tez qocaldın sən!
    Dünən mənə öz əlində
    Gül gətirən bir gəlin də
    Gözlərində min bir sual
    Heykəl kimi dayandı lal...
    O bəxtəvər gözəlin də
    Mən oxudum gözlərindən:
    Şair, nə tez qocaldın sən!
    Ovçuluğa meyil saldım,
    Gecə-gündüz çöldə qaldım,
    Dağ başından enib düzə
    Bir ox kimi süzə-süzə
    Neçə ceyran nişan aldım;
    Cavab gəldi güllələrdən:
    Şair, nə tez qocaldın sən?
    Bəzən uca, bəzən asta,
    Ötür sazım min sim üstə.
    Andı yalan, eşqi yalan,
    Dostluğu da rüşvət olan,
    Ürək yıxan bir iblis də
    Üzəvari deyir hərdən:
    Şair, nə tez qocaldın sən!
    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm...
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim, bir də Vətən:
    - Şair, nə tez qocaldın sən!
    Səməd Vurğun
    Musiqi: Piano by VN

Komentáře • 69

  • @Huseynov.Rashad
    @Huseynov.Rashad Před 8 měsíci +5

    Allah Səməd Vurğunun rəhmət eləsin. Gözəl şe'rdir.

  • @AlmazAliyeva-vr6so
    @AlmazAliyeva-vr6so Před 12 minutami

    İfa edənə HALAL OLSUN ŞER DƏ ŞOX GÖZƏLDİR

  • @user-nt1dc1wp7r
    @user-nt1dc1wp7r Před 8 měsíci +5

    Şeiri bax belə ifa edərlər 👏👏👏🌷🌷🌷 !

  • @faridbudagov9063
    @faridbudagov9063 Před 3 lety +9

    Cox gozel super hegigeten mohtesem

  • @raminmusayev2181
    @raminmusayev2181 Před měsícem +10

    Çox sağ olun bu gözəl şeiri belə gözəl intonasiya ilə səsləndirdiyinizə görə. Təşəkkürlər.

    • @qiraetchi_
      @qiraetchi_  Před 26 dny +1

      Minnətdaram diqqətiniz üçün🙏🌸

    • @nemanmemmedli6554
      @nemanmemmedli6554 Před 10 dny

      @@qiraetchi_ Aləmzər xanım, şeirin oxunuşuna, qiraətinizə sözüm yoxdur. Çox gözəldir. Amma o bir bənd haqqında fikrinizi öyrənmək istərdim.

  • @user-nt1dc1wp7r
    @user-nt1dc1wp7r Před 8 měsíci +3

    Sağ ol , eşq olsun ! Çox gözəl ifa 👍❤💐💐💐 !

  • @Fuadrrrruii
    @Fuadrrrruii Před 15 dny +4

    Super səs mende qiraəti sevirem.Ixtisasim idarəetmə olsa bele ədəbiyyatı dəyişmərəm buna😍

    • @qiraetchi_
      @qiraetchi_  Před 13 dny

      Təşəkkür edirəm diqqətiniz üçün.Qiraət gözəldir🙏🌹

  • @Gulka1286
    @Gulka1286 Před 4 měsíci +4

    Uwagligdan en sevdiyim Wair,en sevdiyim weir❤

  • @user-rj1hx1nh9h
    @user-rj1hx1nh9h Před 7 měsíci +3

    мин рахмат бойук шаиримиза

  • @xeyalequliyeva3858
    @xeyalequliyeva3858 Před 3 lety +5

    Sözlerinizə saglıq

    • @qiraetchi_
      @qiraetchi_  Před 10 měsíci

      Minmətdaram gözəlim❤❤❤

  • @refiqmurselova8548
    @refiqmurselova8548 Před 3 lety +10

    Ehh..İstəsəkdə ,istəməsəkdə ömür öz işini görür..Qocalıği yaşamaq da hər adama qismət olmur bacı.

  • @nemanmemmedli6554
    @nemanmemmedli6554 Před 8 měsíci +11

    S. Vurğunun "Şair, nə tez qocaldın sən" adlı iki şeiri olmalıdır. "Kəndə getcək bir ağbirçək... " misrası o biri şeirdəndir,

    • @zizlimhmmd807
      @zizlimhmmd807 Před 2 měsíci +1

      Sona qədər dinləməmisiniz həmən şeirdi

    • @nemanmemmedli6554
      @nemanmemmedli6554 Před 2 měsíci

      @@zizlimhmmd807 , mən deyirəm ki, S.Vurğunun "Şair, nə tez qocaldın sən" adlı 2 şeiri var. Aləmzər xanımın söylədiyi bu şeirdə "Kəndə getcək bir ağbirçək..." bəndi ikinci eyniadlı şeirdəndir. Bunu həmin bəndin qafiyə sistemindən də başa düşmək olar. Bu şeirin qafiyə sistemi aabbacc şəklindədir. Amma bu mübahisəli bəndin qafiyə sistemi aaabb şəklindədir.

    • @master2051
      @master2051 Před 10 dny

      Həmin şeirdi.

    • @nemanmemmedli6554
      @nemanmemmedli6554 Před 10 dny

      @@master2051 , hansı "həmin şeirdir?" Bu şərh mənim fikrimin təsdiqidir, yoxsa inkarı?

    • @master2051
      @master2051 Před 10 dny

      @@nemanmemmedli6554 Həmin bu,bu şeirdədir

  • @xan-lenkaran.
    @xan-lenkaran. Před 22 dny +2

    Gozel sehifedi

  • @nilufercamalova8378
    @nilufercamalova8378 Před 29 dny +2

    Ah,ah, gözəl. Şairimiz,sən heç qocalmadın ki,sherlerin o qədər gözəl ki, nə vaxt darıxıram,sənin şeirlərin dadıma çatır ❤❤❤❤❤

    • @qiraetchi_
      @qiraetchi_  Před 26 dny

      Çox təşəkkür edirəm🙏❤️🌺

  • @azerbaycankanali5311
    @azerbaycankanali5311 Před 3 lety +7

    Superdi 👏🙏

    • @user-hg2gz4bb2i
      @user-hg2gz4bb2i Před 10 měsíci +1

      Шаир не тез Тёрк етдин бу дунйаны❤❤❤❤❤

  • @SevimliKanaL
    @SevimliKanaL Před 10 měsíci +3

    Möhtəşəmdir. Uğurlarınız daim bol olsun.

    • @qiraetchi_
      @qiraetchi_  Před 10 měsíci

      Çox təşəkkür edirəm.🙏🌺🙏🌺

  • @_feride4456
    @_feride4456 Před rokem +6

    Dahi

  • @raminmusayev2181
    @raminmusayev2181 Před rokem +5

    Afərin. Uğurlar arzu edirəm. İntonasiya SUPER. ❤❤❤

    • @qiraetchi_
      @qiraetchi_  Před 10 měsíci +1

      Minnətdaram var olun🙏🌺

  • @Venessabooks
    @Venessabooks Před 22 dny +3

    Mekanin cennet olsun gozel sair

  • @Tamaracarminaburana
    @Tamaracarminaburana Před měsícem +4

    Спасибо. ❤Помню нравились мне в книжке его с тихи.найти надо у себя.

    • @qiraetchi_
      @qiraetchi_  Před 26 dny

      Çox təşəkkqrlər🙏❤️🌺

    • @togrul2709
      @togrul2709 Před 25 dny

      Тошну?

    • @Tamaracarminaburana
      @Tamaracarminaburana Před 23 dny

      @@togrul2709 Я не знаю восточн языков Увы!на русском в переводе читала.

  • @ilhamhsnli5747
    @ilhamhsnli5747 Před 3 lety +7

    Ürəyinizə sağlıq

  • @gull5764
    @gull5764 Před 3 lety +7

    Deməli,Səməd Vurğun 21 mart 1906-cı ildə bəy nəslində dünyaya gəlmişdir.(Şairlə eyni ay və gündə dünyaya gəlmək xüsusi bir hiss vermişdir mənə hər zaman) 27 may 1956-cı ildə isə vəfat etmişdir.Ölümündən bir müddət öncə "Azərbaycan xalq şairi"adı verilmişdir.Səməd Vurğunu sevirəm,mükəmməl bir şair olduğunu düşünsəmdə onu anlamıram.Sətirlərinin əksəriyyəti mükəmməliyin tərifi olsada,bəzilərində şübhə yaradan misralara rastlamışamdır.Amma yenədə,yeri ayrıdır Səməd Vurğunun bizlərdə.Hüzur içində yatsın.

    • @qiraetchi_
      @qiraetchi_  Před 10 měsíci +1

      Dəyərli yorjm üçün təşəkkürlər🙏🌺🙏🌺🙏

    • @master2051
      @master2051 Před 10 dny

      Bunun üçün,o misraları başa düşmək üçün o dövrün,inqilabi dövrün abu havası çatışmır.Onda elə bir dövlət qurulurdu ki,orda fəhlədə özünü insan hesab edirdi.
      Nə isə....amma düzgün quruluş deyildi.Feodalizmdən sosializmə keçmək mümkün deyil.

  • @nazilequliyeva5551
    @nazilequliyeva5551 Před rokem +2

    Məktəb illərini xatırlatdı mənə .S Vurğun gecəsi keçirirdik və mən bu şeri söyləmişəm.Cox da gözəl söyləmişdim.

    • @user-ej8ls2rh3f
      @user-ej8ls2rh3f Před 11 měsíci

      Самед Вургун бу ше'рда санки хайатын гозаллийини ва инсанларын бир-бирине олан гайгы ва махаббатини тараннум едиб. Аллах она рахмат еласин!

    • @qiraetchi_
      @qiraetchi_  Před 10 měsíci +1

      Bəli, çox çox təşəkkür edirəm🙏🌺🙏🌺

  • @mubarizabbasov8200
    @mubarizabbasov8200 Před 18 dny +2

    👍👍👍👍👍👍👍

  • @cerkezmemmedov1700
    @cerkezmemmedov1700 Před měsícem +5

    SƏMƏD VURĞUNSUZ Azərbaycan ədəbiyyatını təsəfvür etmək belə mümkünsüzdür.

    • @qiraetchi_
      @qiraetchi_  Před 24 dny

      @@cerkezmemmedov1700 Çox doğru.S.Vurğun poeziyası çağlayan bulaq kimidir👍👏

  • @spingame3959
    @spingame3959 Před 2 měsíci +1

    Səadətnen demeli idi...

  • @xeqanimusayev1950
    @xeqanimusayev1950 Před měsícem +2

    bilirəm ki sormayacaq bir sevgilim,bir də Vətən
    demiyəcək yerinə oturmur

    • @qiraetchi_
      @qiraetchi_  Před měsícem

      Salam yorumunuz üçün təşəkkür edirəm.Uşaqlıqdan əzbərlədiyim və çox sevdiyim şeirlərdəndir.Həmişədən onu elə oxumuşam deyə yaddaşımda elə qalıb🙏🌺

    • @user-iz5gw5ss2o
      @user-iz5gw5ss2o Před 21 hodinou

      Профессор нийе ки , моллалыг елеме

  • @Rehmancabbarov-qn6nt
    @Rehmancabbarov-qn6nt Před 10 hodinami

    👍👍👍❤️❤️🤝🤝🌹🌹🌹

  • @YAVER-ty7di
    @YAVER-ty7di Před měsícem +3

    Opub O uz , bu uzumden
    O agladi bir ana tek!
    Bu sozleri sizin gozel ifanizda
    esitmedim, meger seri kim nece isteyir ele de oxuyur???

    • @qiraetchi_
      @qiraetchi_  Před měsícem

      Salam kanalıma xoş gəlmisiz.Yorumunuz üçün çox sağ olun.Anlamadım qiraətimi bəyənmədiz ya necəYenə də təşəkkürlər🙏🌺

    • @YAVER-ty7di
      @YAVER-ty7di Před měsícem +1

      @@qiraetchi_ Yox ,geseng gizim, giraetinize soz ola bilmez! Cox gozel ve meharetle oxuyursunuz. MasaALLAH. Ancag O iki setiri buraxmisiniz.

    • @togrul2709
      @togrul2709 Před 25 dny

      Hə, boşduyufsunuz

    • @qiraetchi_
      @qiraetchi_  Před 7 dny +1

      @@YAVER-ty7di Salam dəyərli insan.Mən nə zamansa belə oxumuşdum və yadımda da elə bu cür qalıb.Çox təşəkkür edirəm ki, belə diqqətlisiz.🙏🌺🙏🌺

    • @YAVER-ty7di
      @YAVER-ty7di Před 7 dny +1

      @@qiraetchi_ Cox sag olun, Size ugurlar dileyirem!!!

  • @rovsneminbyli5177
    @rovsneminbyli5177 Před 3 lety +5

    👍🙏❤️🇦🇿

  • @nikozeynalli3436
    @nikozeynalli3436 Před 3 lety +1

    Fon musiqinin adin deye bilersiz?zehmet olmasa,

  • @Ceyhun-om7xc
    @Ceyhun-om7xc Před 7 měsíci +1

    Mənim şeirimi səsləndirə bilərsiz?