Video není dostupné.
Omlouváme se.

Övladı olmadı, gözləri tutuldu - Kinomuzun Humayı İsraildə nə edir?

Sdílet
Vložit
  • čas přidán 7. 12. 2022
  • #1000production #trend #birivar
    Videoda Azərbaycan Filmləri yutub kanalındakı videomaterillardan ( • Video ) istifadə edilmişdir.
    Videoda Azərbaycan Filmləri yutub kanalındakı videomaterillardan ( • Yeddi oğul istərəm (7o... ) istifadə edilmişdir.
    Biz onu daha çox Səməd Vurğunun “Komsomol poeması” əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmində Gəray bəyin qızı Humayı canlandıran aktrisa kimi tanıyırıq - Biri var, aktrisa, jurnalist Zemfira İsmayılova...
    Aktrisanın kinoya ilk gəlişi “Dəli Kür” filmi ilə olub. Zemfira İsmayılova bu filmdə “Pakizə” rolunu canlandırıb. Sonralar “Sevil”də Gülüş, “Ən vacib müsahibə”də neftçi, “Gilas ağacı”nda Sadıqın anası, “Həyat, sən kiminsən?”də Məleykə, “Bizim küçənin oğlanları”nda Gülyaz, “İşgüzar səfər”da Roza kimi müxtəlif səpkili rolları ifa edib.
    Təəssüf ki, Zemfira İsmayılovanın həyatı təvəllüd tarixi ilə bağlı heç bir məlumat yoxdur. Lakin deyilənlərə görə, aktrisa Bakıda dünyaya gəlib, burada təhsil alıb.
    “Yeddi oğul istərəm” filmində Humayın sevgilisi olmuş Cəlal obrazının ifaçısı, Azərbaycanın xalq artisti Ənvər Həsənov Zemfira İsmayılova haqqında deyir:
    “Mən kinostudiyada çalışanda Zemfira xanım hələ cavan idi, bizdə redaktor işləyirdi. Həmin o illər ərzində Zemfira ilə dostluğumuz yarandı. Bizim dostluğumuza söz ola bilməzdi, hər kəs münasibətimizə pərəstiş edirdi. Onun Musabəyov küçəsində birotaqlı evi var idi. Biz tez-tez həmin evdə yığışıb söhbətləşərdik, filmləri müzakirə edərdik. Zemfiranın ailəsi haqqında isə heç nə bilmirdik, çünki heç özü də bu mövzuda danışmağı sevmirdi. Onu tanıyandan tək görmüşəm, tək də yaşayıb. Amma qonaqpərvərliyinə söz ola bilməzdi. Çayı, kofesi, bir də dadlı tortu süfrədən heç əskik olmazdı. O, hamını özünə yaxın buraxmazdı, amma sevdiyi adamları da həqiqətən sevirdi. Onun pərəstişkarları, arxasıyca gəlib-gedənlər də az deyildi. Çünki çox gözəl xanım idi. İlk dəfə “Yeddi oğul istərəm” filmində tərəf müqabili olduq. Bu filmdən sonra Zemfira xanım kino aləmindən uzaqlaşdı. Film yayımlanandan sonra da 1, ya 2 dəfə görüşə bildik. Bir də xəbər tutdum ki, Moskvaya gedib. Elə ondan sonra da əlaqələrimiz tamamilə kəsildi. Amma o, həmişə mənim ürəyimdədir…”
    Zemfira İsmayılova uzun müddət kino sahəsində fəaliyyət göstərsə də, ailə qurduqdan sonra, həyat yoldaşının təkidi ilə sənətdən uzaqlaşıb. Səhnədən uzaqlaşması ilə o, bütün sənət yoldaşlarından, ictimaiyyətdən də uzaqlaşıb. Çünki aktrisanın kinodan sonrakı həyatı haqqında demək olar ki, kimsə hər hansı bilgiyə sahib deyil.
    Kinostudiyada kursun işi dayanandan sonra Zemfira İsmayılova Moskvaya gedib Qorki adına Ədəbiyyat İnstitutunda poliqrafiya üzrə təhsil alır. 20 il orada yaşayır, sonra yenidən Azərbaycana qayıdıb “İşıq” nəşriyyatında işləyir. O dövrün kitablarının bir çoxunun redaktə olunmasında onun böyük olub. Lakin çox təəssüf olsun ki, poliqrafiya sahəsi onu kinodan tamamilə uzaqlaşdırır.
    Bəzi mənbələrə görə, aktrisanın atasının adı Aleksey olduğu üçün onu başqa millətə aid edirlər. Amma Zemfira əsl azərbaycanlı olub, atasının isə əsl adı Əli idi.
    Xalq artisti, kinorejissor Əbdül Mahmudov da Zemfira İsmayılova ilə yaxın dost olub. O, müsahibəsində xatırlayır:
    “Zemfira İsmayılova qısa müddətdə çox sürətlə filmlərə çəkilməyə, uğur qazanmağa başladı. Həqiqətən də o çox şirindilli, istiqanlı qız idi. Zarafatı, deyib-gülməyi də çox sevirdi. Boşuna ona “Güləyən qız” adını qoymamışdıq. Ən adi zarafata belə ürəkdən gülürdü. Bəzən iş rejimi çətin olurdu, yorğun olurduq. Elə olanda Zemfiranı danışdırıb güldürürdük, inanın bütün kollektivin kefini aça bilirdi.
    Aktrisa kino sahəsində çox az müddət olsa da, çalışdığı müddətdə müxtəlif mükafatlar da alıb. Deyilənlərə görə çox təmizkar, özünə baxımlı və mehriban qadın olub. “Yeddi oğul istərəm” filmindəki Humay obrazı ilə böyük populyarlıq qazansa da, qətiyyən qürrələnmir. Hətta film çəkilişləri zamanı lazım olanda kollektivdə hamıya çay süzüb qulluq da edirmiş.
    Milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva ilə Zemfira xanım yaxın rəfiqə olublar. Onun sözlərinə görə Zemfira İsmayılova hazırda sağdır. Gözləri tutulan aktrisa anası ilə birgə İsrailə köçüb və orada bacısının yanında yaşayır:
    "Hazırda Zemfira İsmayılova İsraildə yaşayır. Onunla çox yaxın rəfiqə olmuşuq. İki ildir ki, onunla əlaqəm yoxdur. Ora gedəndən bir dəfə telefonla danışdıq, amma sonra nə qədər zəng etdimsə, mənə cavab vermədi. Lakin bilirəm ki, sağdır, yaşayır. Orda bacısı və anası ilə qalır, özünün ailəsi yoxdur. Cavan yaşlarında bir dəfə ailə qurdu, o da çox çəkmədi, boşandı. Sonra daha ailə qurmaq istəmədi”.

Komentáře • 117

  • @rasetferecov2589
    @rasetferecov2589 Před rokem +22

    Əslində belə istedadlı və sevilən sənətkarlar dövlətimizin qayğısı ilə əhatə olunmalıdır.Biz isə itirə itirə gedirik.

  • @mehmanb.1242
    @mehmanb.1242 Před rokem +9

    7 - oğul istərəm filmi çox möhtəşəm aktyor heyəti ilə seçilir...
    ALLAH RƏHMƏT ETSİN GÖZƏL AKTYORLARA🤲🤲

  • @nurH47
    @nurH47 Před rokem +37

    Maawallah cox gozel insanlarimiz haqqinda melumatlar daniwirsiz,Allah sizi qorusun iwinizi allah avand elesin.

  • @zemfirasadiqova568
    @zemfirasadiqova568 Před rokem +12

    Çooox üzüldüm, göz yaşlarımı saxlaya bilmədim. Həmişə düşünürdüm ki,niyə bu aktrisa haqqında bir məlumat yoxdur. Çox sağolun.

  • @sirvantv4314
    @sirvantv4314 Před rokem +17

    Böyük sənətkarları korifeyləri belə mükəmməl formada tanınması üçün hazırladığınız yeni yeni məlumatlar üçün sizlərə təşəkkür edirəm

  • @rzaabasov226
    @rzaabasov226 Před rokem +8

    Çox sag olun ki yaddan çıxmaga qoymursuz aktyorlarımızı.

  • @shukufapashayeva188
    @shukufapashayeva188 Před rokem +25

    Cox üzüldüm Zemfira xanımın taleyi üçün.Heyiflər olsun.Allah ona şəfa versin🙏

    • @anara6657
      @anara6657 Před rokem +6

      Men israildeyem unvanini bilen varsa kedim tapim

  • @minayeiskenderova1278
    @minayeiskenderova1278 Před rokem +14

    Çox hayıf, gözəl aktrisamıza... sizə də təşəkkürlər 🙏

    • @anara6657
      @anara6657 Před rokem +3

      Men israilde yasayiram adresini deyin kedim tapim

  • @sekeriskenderli2769
    @sekeriskenderli2769 Před rokem +11

    Ağrılı bir hekayə. Allah can sağlığı versin.

  • @ayselhuseynli5167
    @ayselhuseynli5167 Před rokem +5

    Çox heyif ,ğözəl qadın ,gözəl aktrisa ,jurnalist ...talleyi gətirmədi.Allah ona şəfa versin ,sizə də başarılar diləyirəm

  • @user-iv6fz9pu7c
    @user-iv6fz9pu7c Před rokem +13

    Hemişe Baxtuyar və Xumayın son səhnəsinə baxanda ağlamışam.Onların her ikisinə yanmışam.
    Baxtiyar elə bilir qız onu çağırıb...Düzdü qadına əl qaldırır,amma sanki dostunun heyfini bilmir kimden alsın...
    Xumaya da haqsızlıq olur.Sonda sevgilisinin öldüyünü bilir...Baş götürüb gedir..və yox olur..

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 Před rokem +5

    Allah Səndən Razı Olsun Qardaş Allah Can Sağlığı Versin

  • @susannaabdullayeva5864
    @susannaabdullayeva5864 Před rokem +6

    Siz danisdiqca menim gozlerim doldu.Cox pis oldum.Cox gozel idi.

  • @mominetehmedova858
    @mominetehmedova858 Před rokem +9

    Çox gözəl iş görürsüz allah razı olsun sizdən

    • @anara6657
      @anara6657 Před rokem

      Adresini bilen varsa men israildeyem kedim tapim

  • @sevil9935
    @sevil9935 Před rokem +7

    Ayy üzüldüm .Rabbim yar ve yardımcısı olsun.Uşaqliğimizin hatıralarıdır o filimler.Inşallah bi haber çıkar

  • @milamilamila5
    @milamilamila5 Před rokem +5

    Cox sag olun verdiyiniz melımatla göre

  • @sevda6331
    @sevda6331 Před rokem +59

    Men hemishe deyirdim ki, bu qiz nece de gozeldir...Menim dunen 54 yashim tamam oldu. O menden boyukdur. Men hemishe onun gozelliyine hesed aparmisham.

  • @gultekinmahmudova6814
    @gultekinmahmudova6814 Před rokem +5

    GÖZƏL XANIM İSTEDADLI AKTRİSA ZENFİFİRA XANIM. ALLAH KÖMƏYİNIZ OLSUN. AMİN

  • @nara5935
    @nara5935 Před rokem +7

    Verdiyiniz bu melumatlara göre size teşekür edirem.

  • @sabinepan
    @sabinepan Před rokem +9

    Последние годы я не мог её найти, она жила на втором этаже в здании худ. Училище находящихся в маленьком садике. Спасибо что кто-то вспомнил о ней . Прекрасный человек.
    Многим не известно что в моём фильме "Тик-Тик ханум" Она озвучила этот персонаж. Дай бог ей здоровье.

  • @gultekinmahmudova6814
    @gultekinmahmudova6814 Před rokem +3

    GÖZƏLLƏRİN BƏXTİ HƏR DEYƏN GƏTİRMƏZ

  • @tahirtahir4845
    @tahirtahir4845 Před rokem +3

    HER ZAMAN SIZIN HAZIRLAYIB BIZLERE TEQDIM ETDIYINIZ GÖZEL ISTEDADLI UNUDULMAZ INSANLARIN TALELERINI DINLEYERKEN COX COX MINNETDARLIQ HISSI KECIR UREYIMDEN SIZEXQARŞI TEŞEKKUR EDIREM SIZE VE ELECEDE MUXTELIF TALELERI IZLEDIKCEDE COX UZULUREM HER BIR INSAN TALEYI BIR ROMANDIR MENCE BIR FILMI KIMIDIR VE NE YAZIQ KI BU BIR GERCEK HEYAT HEKAYELERIDIR BIZLERI MELUMATLSNDIRDIĞINIZ UCUN SIZE UGURLAR BASARILAR TEŞEKKURLER EDIREM OĞUL💕💕💕

  • @ranaibrahimova1277
    @ranaibrahimova1277 Před rokem +14

    Niyə Zemfira xanım haqqında heç bir məlumat tapılmayıb? Cəfər Cabbarlı adına kinostudiyada qeydiyyatda olub aktrisa kimi. Maraqlanıb tapa bilərsiz

  • @Cema-cu1nk
    @Cema-cu1nk Před rokem +3

    əkər sağdı Allah şəfa versin Amin🤲

  • @aybenizbagirova6408
    @aybenizbagirova6408 Před rokem +5

    Çox sağolun Təşəkkür edirəm

  • @seideyusifova8209
    @seideyusifova8209 Před rokem +5

    Cox gözəl verilislər hazirlayirsiniz Mümkünsə Usaqliqin son gecəsi filmində oynayan Muradin sevgilisi olan aktrisadan veriliş hazirlayardiniz

  • @SamsungSamsung-oo2id
    @SamsungSamsung-oo2id Před rokem +6

    Məlumat üçün çox sag olun

    • @afaqismayilova1837
      @afaqismayilova1837 Před rokem

      Elə kanal olsaydı biz orda belə artistlərimiz istirakı olan kinolara baxardıq gözümüz dincələrdi

    • @zeynebhesenova2242
      @zeynebhesenova2242 Před rokem

      ​@@afaqismayilova1837CZcams- də nə istəyirsən tapa bilirsən

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 Před rokem

    ÇOX SAĞ OLUN Kİ, XATIRLAYIB, XATIRLADIRSINIZ BÜTÜN DƏYƏRLİ İNSANLARIMIZI !

  • @samsungzbzzhz9830
    @samsungzbzzhz9830 Před rokem +1

    Tebii gözel idi genc qızlar hesed aparırdı

  • @xrustemova5039
    @xrustemova5039 Před rokem +5

    ЧОХ ЯРАШЫГЛЫ.

  • @xatirememmedova9525
    @xatirememmedova9525 Před rokem +7

    Belə gözəl aktrisa haqqında daha ətraflı məlumat verilsəydi yaxşı olardı.

  • @novruzbaxishov7125
    @novruzbaxishov7125 Před rokem +2

    Çox kədərləndim.

  • @user-co5zg1nb5j
    @user-co5zg1nb5j Před rokem +5

    каш козлери корерди нийе булларын ахыры беле олур

  • @ranaibrahimova1277
    @ranaibrahimova1277 Před rokem +7

    Bu necə natamam məlumat verməkdir? Dogum ilini və yerini bilmirsiz?

  • @vafamammadova4571
    @vafamammadova4571 Před rokem +3

    AY ALLAH MƏN UŞAĞLIĞIMDA YEDDİ OĞUL İSTƏRƏM FİLMİNDƏ BU XANIMIN HEYRANI OLMUŞDUM...HƏR DƏFƏ O FİLMƏ AĞLAYA AĞLAYA BAXARDIM..İNDİ .34 YAŞIM VAR HƏLƏDƏ O FİLMƏ BAXANDA AĞLAYIRAM😢😢ZEMFİRA XANIMIN TALEYİNİN BELƏ OLMASINA ÇOX ÜZÜLDÜM AĞLADIM HEYİF😭😭😭💔

    • @bakubaku2112
      @bakubaku2112 Před rokem +2

      Can. Gözünün tutulmasına çox üzüldüm. Çox yadda qalan obrazlar yaradıb. Mənim uşaqlıq xatirələrim.

    • @bakubaku2112
      @bakubaku2112 Před rokem +2

      Əsarə Rəşidqızı. Bu xanım mənim xatirələrimdə uşaqlıq dostum olub. Allah ona şəfa versin. Çox heyf.

    • @anara6657
      @anara6657 Před rokem +3

      @@bakubaku2112 adresini bilen var men israildeyem mene deyin kedim

    • @user-jl1ct9bq6y
      @user-jl1ct9bq6y Před rokem +1

      @@anara6657 caan sizde ele hamidan soruša soruša qalsiz harada yašadigini,Allah qelbinize gòre versin

    • @husniyyehemidova2357
      @husniyyehemidova2357 Před rokem +1

      @@anara6657 bunlar bu məlumatları Oxu. az dan götürüb tutuquşu kimi əzbərləyiblər guya verliş hazırlayırlar, mən indi googlede oxu . azda görüb oxudum sonra yotube de zenfira humay rolunda çəkilən aktirisa yazıb axtarışa verdim heç bir məlumat tapmadım , yalnız bu kanal çıxdı qarşıma gördüm ki, oxuduğum ve qoyulan şəkillər nece idisə orda burda da eyni cür təkrarlanıb, nöqtəsindən vergülünə kimi hətta

  • @yusufismailoglu2572
    @yusufismailoglu2572 Před rokem +2

    Sırf bu kinoda Humay adını beyendim deye öz qizimin adını Humay qoydum🧚‍♀️

  • @rehilequliyeva1341
    @rehilequliyeva1341 Před rokem +7

    Verilişi hazırlayan cox böyük səhv hazırlamısınız,həmin aktrisa bu xanım deyil.Zenfira İsmayılova Əməkdar artist,gözəl Vokalçı hal hazırda Milli Konservatoriyada vokal dərsindən dərs deyir,xahiş edirik səhvinizi düzəldin.

    • @shargiyamahalova6894
      @shargiyamahalova6894 Před rokem +3

      Tamamilə düzdür
      Humayı oynayan aktyor Ənvər Həsənovun həyat yoldaşı idi. İndi həyatda yoxdur
      Belə veriliş hazırlaranlara da ar olsun.

    • @tamerlantemirov
      @tamerlantemirov Před rokem +7

      @@shargiyamahalova6894 Sehviniz var Bacim. Enver muellimin heyat yoldawi Mominat Qurbanovadir.onlar birlikde "Derviw Parisi partladir" filminde cekilib.Mominat xanim oz 50 illiyin qeyd edib Nabrandan qayidanda,avtoqezada helak olub.amma Humay obrazin Zemfira xanim canlandirib.

    • @qarabagazrbaycandr8635
      @qarabagazrbaycandr8635 Před rokem +1

      @@shargiyamahalova6894 Ənvər müəllimin yoldaşı Möminat xanım olub

  • @uluwqenberova4777
    @uluwqenberova4777 Před rokem +7

    Bu verliwi kimi cekibse duz cekmeyib haqqinda daniwdiginiz xanim weklini gosterdiyimiz xanim opera senetcisidir emekdar artisdir verliwde gosterilen aktrisa Humay xanim ise tamam bawqa aktrisafir verliwi hazirlayanda diqqetli olun Sefinizi duzeldin

  • @accounttnuocca5938
    @accounttnuocca5938 Před rokem +5

    Sekilde gorunen xanim vokalci haqqinda melumat verdiyiniz aktrisayla hec bir elaqesi yoxdur.Xahis edirik bele boyuk sehvlere yol verib reytinginizi asagi dusurmeyin.

  • @QamidOo
    @QamidOo Před rokem

    Allah şəfa versin.

  • @kozmika4677
    @kozmika4677 Před rokem +4

    Xoşqədəmə deyin tapsın 🤔

  • @truva0508
    @truva0508 Před rokem

    GÖZEL 😔

  • @muvahidjdjdnfi1278
    @muvahidjdjdnfi1278 Před rokem

    Qazax qəza bəylərindən Gəray adında bəy olub.
    Vəkilovlardan olub.igid adam olub.

  • @legioner3420
    @legioner3420 Před rokem +5

    Kinoya çəkilib , Moskvada universitetdə oxuyub, Bakıda poliqrafiyada işləyib . Haqqında bu qədər informasiya olan insanın DOĞUM TARİXİ MƏLUM DEYİL ? BU NECƏ OLUR ?

    • @user-lw1yw4zk3s
      @user-lw1yw4zk3s Před 11 měsíci

      Heç bir axtarış etmirlər. Hazır nazir çəkirlər ona görə. 😏
      Hələ məlumatin səhv olduğunu deyənlər də var.
      Nə deyim

  • @cavidismayl6889
    @cavidismayl6889 Před rokem +4

    ZENFİRA İsmayılova haqqında səhv məlumat paylaşım etmisiz zəhmət olmasa, (respulikamızın əməkdar artisti vokal ifaçısı Zenfira İsmayılova) rəsmini və videoları silin, viedonu yenidən kanalınızı yükləyiniz.

  • @retro_771
    @retro_771 Před rokem +9

    Zəhmət olmasa Azərin xanım haqqında da video hazırlayın 🙏🏼🤍

    • @1000production
      @1000production  Před rokem +6

      Gələn həftələrdən birində mütləq nəzərə alınacaq

    • @retro_771
      @retro_771 Před rokem +5

      @@1000production təşəkkür edirəm uğurlar sizə 👏🏼

  • @orhanmahmut6854
    @orhanmahmut6854 Před rokem +1

    Şəkildə görünən xanım Zenfira İsmayılova haqqında danışılan aktrisa deyil, səhv məlumat verib cəmiyyəti yanıltmayın, zəhmət olmasa videoya düzəliş edib yenidən yükləyin.

  • @anarhuseynzad5027
    @anarhuseynzad5027 Před rokem

    Salam,Sizin verlişlərinizi çox bəyənirəm.Çox istiyərdim əgər mumkunsə,onların indiki vəziyyətləri haqqında azda olsa.canlı görmək istərdik

  • @arzuqedimova8044
    @arzuqedimova8044 Před rokem +3

    Salam . Cox xaiw edirem Eli Zeynalov haqqinda melumat verin

  • @bozqurdturk1377
    @bozqurdturk1377 Před rokem +4

    AZ.RESP. PREZIDENTININ FERMANI ILE DELI KUR FILMINDEN CIXARILAN SEHNE HANSIDI VE SEBEBI NEDI ??!

  • @tomam.1962
    @tomam.1962 Před rokem +1

    Yeddi oğlu istərəm filmində Möminat Qurbanova çəkilib, Ənvər lə bir yerdə, doğum günü rəhmətə gedib səhv demirəmsə 50yaşinda.

    • @eliyevaruqeyya3758
      @eliyevaruqeyya3758 Před rokem

      MÖMİNAT XANIM HƏSƏNAĞA TURABOVLA ÇƏKİLİB. QAÇAQ NƏBİNİN HƏYAT YOLDAŞI VƏ SİLAHDAŞI HƏCƏR ROLUNDA.

  • @tranmirzyeva7894
    @tranmirzyeva7894 Před rokem

    Super ish

  • @user-gf7yu8nc9v
    @user-gf7yu8nc9v Před rokem +11

    hумайы чох гозел ойнайыб.Озу де гозел ханымдыр.Аллах джансаглыгы версин!!!!

  • @sebnembabayeva6264
    @sebnembabayeva6264 Před rokem +2

    Belke axtariwa veresiniz?🤔

  • @reyhanhasanova8177
    @reyhanhasanova8177 Před rokem +4

    Həyat hərəyə bir yol qismət edib

  • @saadateyvazova4951
    @saadateyvazova4951 Před rokem

    Azərbaycanın bir çox istedadları ölkəni tərk ediblər 😥😥😥

  • @tahirmmmdli5365
    @tahirmmmdli5365 Před rokem +2

    Mən onu tanıyırdım, - başdan -ayağa dələduz qadın idi...

  • @fatmaeliyeva951
    @fatmaeliyeva951 Před rokem +1

    Mən bu xanımı o qədər sevmişdim Humay kimi... kaş bir dəfə bu insanı görəydim...Bilmirəm niye....

  • @elnazsadiqova3960
    @elnazsadiqova3960 Před rokem +5

    Humaya cekilen xanim, Celal beyin ( Enverin) heyat yoldawi olub.Deqiq melumatlandirin.

    • @elmael2906
      @elmael2906 Před rokem +6

      Хейр о дейил.

    • @tamerlantemirov
      @tamerlantemirov Před rokem +6

      Xanim,Enver muellimin heyat yoldawi Mominat Qurbanova idi.

    • @brilyantselimova7600
      @brilyantselimova7600 Před rokem +8

      Ənvərin həyat yoldaşı qaçaq nəbi kinosunda həcər rolunda gedən qadındır dəqiq qəzaya düşü b öldü.

    • @elmael2906
      @elmael2906 Před rokem +1

      @@tamerlantemirov тамамиле дохру.

    • @elmael2906
      @elmael2906 Před rokem +2

      @@brilyantselimova7600 дохру.

  • @qnirsmmdqz218
    @qnirsmmdqz218 Před 7 měsíci

    БЕЛЕ СЕНЕТКАРЛАРЫМЫЗ ООУБ ХЕЧ ВАХТ ЗЕНФИРА ХАНЫМ КИМИ СЕНЕТКАРЛАРЫ УНУТМУЯГ

  • @nata_aliyeva
    @nata_aliyeva Před rokem

    🤝🤝🤝🙏🙏🙏

  • @sevincnagiyeva384
    @sevincnagiyeva384 Před rokem +6

    NETER " DOST " OLUBLAR KI BIRDE GORUBKI MOSKVAYA KOCUB . ( MEN DEMEDIM ) . HISS ELEDIMKI NORMAL HEYAT SUREN QADIN OLMAYIB .

  • @QamidOo
    @QamidOo Před rokem

    Bəs deyirdiniz ki,bir otaqlı evi vardı,sonra da deyirsiniz iki otağı kitabla dolu idi.

  • @user-vt9cz4yx3j
    @user-vt9cz4yx3j Před rokem

    Ehh Sene ne diyim vefasiz menasiz dunya kimese her wey kimese hecne

  • @zenfirazamanova8185
    @zenfirazamanova8185 Před rokem +1

    Heç bir ardıcılığı olmayan, "deyilənə görə" ,filan- əsil " ordan-burdan"...

  • @solensolen7722
    @solensolen7722 Před rokem

    BU VIDEONUN NIYE SESI YOXDUR?

    • @1000production
      @1000production  Před rokem

      Telefonun səsini artırın zəhmət olmasa)

    • @solensolen7722
      @solensolen7722 Před rokem

      @@1000production Telefonun sesini artifmişam yenede sesi gelmir

  • @user-gy5wr7yb3q
    @user-gy5wr7yb3q Před rokem

    Əsas olanı" kolbasa "reklamı idi
    ...

  • @balemmmdov162
    @balemmmdov162 Před rokem +1

    Danışanda səsi azaldın

  • @sevincquliyeva5533
    @sevincquliyeva5533 Před rokem

    Humayi Enverin yoldawi oynayib axi

  • @taranaveiyeva6557
    @taranaveiyeva6557 Před rokem +5

    Bəs bu 7 oğulda Cəlalı oynayan aktyorun həyat yoldaşı deyil?

    • @qarabag5745
      @qarabag5745 Před rokem +5

      *Xeyr, Cəlalı oynayan aktyorun (Ənvər Həsənov) həyat yoldaşı "Qaçaq Nəbi" filmindəki Həcərdır. Yəqin oxşatmısınız.*

    • @shargiyamahalova6894
      @shargiyamahalova6894 Před rokem

      Bəli odur

    • @brilyantselimova7600
      @brilyantselimova7600 Před rokem +5

      Ənvərin həyat yoldaşı qaçaq nəbidə həcər rolunda gedən qadındır qəzaya düşüb öldü.

    • @vafamammadova4571
      @vafamammadova4571 Před rokem +2

      ​@@brilyantselimova7600Aaaa...nə zaman rəhmətə gedib? Allah rəhmət eləsin 😢🥀

    • @nezaketmelikova8491
      @nezaketmelikova8491 Před rokem +3

      Ənvərin həyat yoldaşı rəhmətlik Möminat idi...

  • @zohrabncfov2682
    @zohrabncfov2682 Před rokem

    Görmüşdüm 91 ci illərdə kommunist nəşriyyatında gözəl insan Rafiq Hüseynov la bir yerdə oturmuşuq .Mehriban insan idi.