Ona görə filmə yataq səhnəsi salındı, 4 dəfə evləndi - Leyla Şıxlinskaya hardadır?

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • Bir zamanlar Azərbaycan filmlərinin ən cəsarətli qadın siması - kinomuzun Banu çiçəyi, Gülçöhrəsi, Əsməri olan o şəxs indi hardadır? Biri var, Leyla Şıxlinskaya...
    Leyla Fərrux qızı Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Atası Fərrux Sadıxov metallurq kimi fəaliyyət göstərib. Daşkəsəndəki mədən müəssisələrinin birində müdir işləyib. Daha sonra nazirlikdə çalışıb. Anası Aza Şıxlinskaya kosmetoloq olub. Leylanın beş yaşı olanda valideynləri ayrılıb. Anası ikinci dəfə kinorejissor Tofiq Tağızadə ilə ailə qurub. Atası da ikinci dəfə evlənib. Bu evlilikdən onun üç övladı doğulub.
    Gənclik illərində baletlə məşğul olan aktrisa sonradan onurğasından çox ciddi zədə alaraq bu sahədən uzaqlaşır. Kino sahəsinə istiqamətlənən Şıxlinskaya MoskvadaTeatrşünaslıq oxuyur. Davamlı balet haqqında məqalələr yazır. Azərbaycan baleti mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edir. O, Azərbaycan baleti haqqında iki kitabın müəllifidir. Bunlardan biri isə azərbaycanlı balerina Leyla Vəkilova haqqındadır.
    Leyla 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1993-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adını, daha sonra isə Xalq artisti fəxri adı alıb.
    Aktrisa “Arşın mal alan”, “Bağ mövsümü”, “Cazibə qüvvəsi”, “Dantenin yubileyi”, “Dədə Qorqud”, “Gün keçdi”, “Qəm pəncərəsi”, “Qızıl qaz” filmlərinə çəkilib. Ona ən böyük məşhurluğu isə “Arşın mal alan” filmindəki Gülçöhrə və “Gün keçdi” filmindəki Əsmər obrazları gətirib.
    1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın (Həsən Məmmədov) öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.
    Deyilənə görə Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb atalığı rejissor Tofiq Tağızadənin əməyi olub. Aktrisa Zemfira Sadıqova müsahibələrindən birində qeyd edir ki, Tağızadə onu “Bağ mövsümü” filminə çəkmək istəmirmiş:
    “Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda çox da əlavə kadrlar var. Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu”.
    Bir müddət Azərbaycan kinosunda ən tələb olunan aktrisa Leyla Şıxlinskaya kino yaradıcılığı haqqında belə deyir:
    “Sonralar kinolara çəkilməməyim mənim ixtiyarımda olan məsələ deyildi. Bu məsələ rejissorların və ssenaristlərin istəyinə bağlı idi. Mənə rollar təklif etdilər, amma bir çox hallarda mənim prinsiplərimə və inanclarıma uyğun gəlmirdi. Və yaxud da bəyəndiyim rollar digər aktrisalara təklif olunurdu. O vaxtlar Bakıda da az olurdum, Moskvada yaşayırdım. Olimpiya komandasında bədii gimnastika üzrə xoreoqraf kimi, həmçinin Bolşoy Teatr Məktəbində xoreoqrafiyadan dərs deyirdim”.
    Aktrisa 1988-ci ildə Bakıda Rusiya Dövlət Dumasında fəaliyyət göstərən Andrey Loginov ilə tanış olub ailə qurur. Aktrisanın əvvəlki evliliyindən iki övladı var. Qızı Jaila və oğlu Filip.
    Leyla Şıxlinskaya Azərbaycanın ilk özəl klinikalarından birinə rəhbərlik edib. 2002-ci ildə "Humay" mükafatına layiq görülüb. Hazırda Qubadakı otellərin birinin rəhbəri kimi fəaliyyət göstərir.
    Aktrisa dörd dəfə evli olub. O, həyat yoldaşları haqqında ona verilən suala verilişlərin birində belə cavab verib:
    “Bəli. Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir”.
    Aktrisa hazırda 74 yaşındadır. Kifayət qədər baxımlı qadın olan Leyla xanım ona cavan qalması ilə bağlı verilən suallara belə cavab verib:
    "Çox rəfiqəm olmayıb. Vaxtım olmayıb oturum, qeybət edim. Hər zaman çalışmışam. Mən də plastik əməliyyat etdirmişəm, bunu deməkdən çəkinmirəm də. Bir vaxt isə ağır əməliyyat keçirdim və çox çəki itirdim. Gözaltında sallanmalar yarandı, aradan qaldırdım. Nə olsun? Lazım gələcək, yenə əməliyyat edəcəm. Niyə çəkinirsiniz? Plastik əməliyyat eləmisiz, yaxşı eləmisiz!".
    Leyla Şıxlinskaya öz dövrünün Azərbaycan kinosunu, sənət ehtirasını yenidən ekranlarda görməsini arzu edirik.

Komentáře • 162

  • @konulhashimi2543
    @konulhashimi2543 Před 2 lety +56

    Həsən Məmmədov abırlı insan idi.ona görə də sözü gedən səhnədə çəkilməkdən imtina edib.Cox sevdiyim aktyorlardan biri idi .Allah rəhmət eləsin.
    Rasim Balayevin Beyrək rolundaki səs tonu,intonassiyasi,adamı valeh edir.allah can sağlığı versin.🌹🌹🌹

    • @aaliyev2167
      @aaliyev2167 Před 2 lety +3

      Bele çıxır ki, filmde öpüşen aktyorlar abırsızdılar😂göresen sex sehnelerde iştirak edenlere ne ad verersiz🤔

    • @gamletlenkoranski7839
      @gamletlenkoranski7839 Před 2 lety +2

      Onlara da porno ulduz deyilir😁

    • @aaliyev2167
      @aaliyev2167 Před 2 lety +2

      @@gamletlenkoranski7839 Ola bilsin sizde deyilir. Bizde ise porno ulduz pornoda çekilene feyirler.

  • @hanifaangel66
    @hanifaangel66 Před 2 lety +25

    Kişidə abır olubda ,dəyərli sənətkarımız Həsən Məmmədov Allah rəhmət eləsin

  • @skinlkbrova4501
    @skinlkbrova4501 Před 2 lety +38

    Hörmətli aparıcı, bizə ölməz sənətkarlar haqqında maraqlı məlumatlar verdiyiniz üçün sizə təşəkkür edirəm. Bütün verilişlərinizi maraqla izləyirəm.Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

  • @Feyruz.Bayramov
    @Feyruz.Bayramov Před 2 lety +14

    Amaliya Xanım çox gözəl səsləndirib Əsməri birde Amaliya xanıma heç bir aktrisa çata bilməz o sənətkat olub.

  • @lion7325
    @lion7325 Před 2 lety +10

    Leyla çox gözəl qadın olub elə indi də. Xarakteri bilmirəm necədir amma gözəl üz cizgiləri boy-buxunu olub

  • @foolhardy7200
    @foolhardy7200 Před 2 lety +42

    Gün keçdi filmi Həsən Məmmədov və Amalya Pənahovanın səsləndirməsinə görə daha çox sevilir.Allah hər ikisinə rəhmət eləsin.

  • @sahibqurbanli5274
    @sahibqurbanli5274 Před 2 lety +58

    Həsən Məmmədov əsil Türk kişisi və çox böyük sənətkar olub.Allah rəhmət eləsin.

    • @nusabbaxsyeva4291
      @nusabbaxsyeva4291 Před 2 lety +10

      Əsil Azərbaycanlı

    • @intizaraliyeva9100
      @intizaraliyeva9100 Před 2 lety +14

      Türk kişisi elə olmur, həsən müəllimin o cür hərəkəti bizim mentalitetdən irəli gəlir

    • @aaliyev2167
      @aaliyev2167 Před 2 lety +3

      @@intizaraliyeva9100 Düz deyirsiniz. Bizde olan mentalitet tekrar olunmazdır. Heç bir millettde daha yoxdur😂 Happy nation!

    • @renatakhmedov9698
      @renatakhmedov9698 Před 2 lety

      Əşşi dayanda bləd,nəsə olmamış türk türk ,sikimin başı türk,olmazki Azərbaycanlı deyəsən,hökməndiki yalaq olub götə girəsən?

  • @lileo9534
    @lileo9534 Před 2 lety +16

    Cox sevdiyim qadin Leyla Sixlinskaya.
    En cox sevdiyim ve tekrar tekrar
    izlediyim GUN KECDİ filmi.
    Bir daha tekrar olunmaz gunler.

  • @adem3935
    @adem3935 Před 2 lety +24

    Allah dünyadan köçən bütün sənətkarlarımıza rəhmət eləsin qalanlarada uğurlar can sağlığı.Azərbaycan filmlərinə nə qədər baxsanda bezmirsən.

  • @ismayilalibekov8300
    @ismayilalibekov8300 Před 2 lety +32

    Allah Həsən Məmmədova rəhmət etsin.Əsl sənətkar,abırlı,əxlaqlı kişi olub."Gün keçdi" filmindəki sözü gedən səhnəyə çəkilmək istəməməsini çoxdan eşitmişdim.

  • @sahibhuseynov1064
    @sahibhuseynov1064 Před 2 lety +11

    Sizin verliwlere hevesle baxiram ve beyenirem. Cox sag olun. Cox gozel nitqle daniwirsiz. Minnetdariq.

  • @ayseleliyeva4679
    @ayseleliyeva4679 Před 2 lety +30

    Hər zaman sevə sevə baxıram verlislərinizə.ugurlar👍👍👍

  • @rasadasgerov3665
    @rasadasgerov3665 Před 2 lety +11

    Hesen Memmedov Istintaq filminde rusiyali aktrisa ile opushmushdu.( Zindan sehnesinde)

  • @ziyafetkerimova9226
    @ziyafetkerimova9226 Před rokem +4

    Leyla Şıxlinskaya 👏👍

  • @rufatgusein4423
    @rufatgusein4423 Před 2 lety +10

    Yalcin Rzazade Allah sana rehmet elesin bu filmin musiqusinin mohrunu vurub

  • @winnerstar6072
    @winnerstar6072 Před 2 lety +20

    Bu qadinin ne millet oldugu belli deyil...atasi şixlinskilerden olsa da...anasi yeqin ermeni olub...4 defe aile qurub..rus kişi ile evli olub..usaqlarinin adı ise jaela ve filip..bu ne adlardı? Bu qadinin ne hereketinde ne uzunde ne de heyatinda 1 qram Azerbaycan qadinina xas bir elamet yoxdur !

    • @janel9257
      @janel9257 Před 2 lety +2

      Anasının adı Azadır, Aza İranda cox yaygın addı. Qaldı ki Rusla evli olması, uşaqlarının adı Jeyla, Philip olması onu xarici etmir oxşayır Azerbaycan qadınlarına

    • @djalilovak.8584
      @djalilovak.8584 Před rokem

      Anasının familiyasını daşıyıb Şıxlinskaya,atası Sadıxovdur.

  • @saidaibrahimova5333
    @saidaibrahimova5333 Před 2 lety +5

    Hesən Məmmedov həqiqətən cox boyùk senetkar idi .Allah rehmet etsin

  • @sabinaali8876
    @sabinaali8876 Před 2 lety +4

    Deyilenlere qore(qulaq qunahkariyiq)bu rehmetlyin (atanin)mesuqesi ve en cox sevdiyi qadin olubmus

  • @mahmuddemirov5998
    @mahmuddemirov5998 Před 2 lety +5

    Amalya xanımın səsinin hesabına sevilir əsmər obrazı.Atalığının hesabına artist olub,sonra niyə çəkilmədi? Çünki onda istedad görmədilər,,,artist"" ola bilər.aktiris a yox.

  • @herseydahilbize3554
    @herseydahilbize3554 Před 2 lety +11

    O ses Amalya xanımın sesidir

  • @natiqislamov5067
    @natiqislamov5067 Před 2 lety +4

    Keçən əsrin 60-ci illərin əsil Bakı xanımı və bəy obrazı yaratdıqlarına görə xüsusi təşəkkür filmin rejissoruna (Allah rəhmət eləsin), Leyla xanıma(Allah can sağlığı versin) və Həsən Məmmədova ( Allah rəhmət eləsin).

  • @validkuskun9064
    @validkuskun9064 Před 2 lety +8

    Var ol qardaşim çox sag ol unudulmuş sevimli insanlari yad edirsən

  • @pervizbayramov1336
    @pervizbayramov1336 Před 2 lety +6

    Ne qeder gozel filim hesen bey ve leyla xanim ne qeder sevgi yaradiblar cox xxxx sevirik her o filime baxanda cox kovlerik

  • @aynurkazimov6151
    @aynurkazimov6151 Před 2 lety +10

    Amaliya Pənahovanın səsləndirməsi təbii və gözəl alınıb

  • @ЕлмаСейид
    @ЕлмаСейид Před 2 lety +17

    Görən azərbaycanli əri oluuub necə rusa musa ərə gedirlər doqular qanlari qarişib

  • @zulfiyyashirinova1360
    @zulfiyyashirinova1360 Před 2 lety +17

    O filmlərə çəkilməsinə səbəb nə gözəllik, nə də istedad olmadığını düşünürdüm. Yanılmamışam. Azərbaycan kinosuna yaraşdırmıram. Məlumat üçün təşəkkürlər.

  • @mhakl6165
    @mhakl6165 Před 2 lety +9

    Buna mən sənətkar demirəm.Sadəcə atalığının sayəsində gözəl rollarda sadəcə ifa edib

  • @aaliyev2167
    @aaliyev2167 Před 2 lety +17

    Filmlerde öpüşerler de. Bunda ne var ki? Eger aktyor senetini seçmisense o zaman hazır olmalısan bu kimi şeylere. Inanmıram bu meseleye. Uydurublar. H. Memmedov çox gözel senetkar idi ve bele gülmeli sebebden roldan imtina etmesi heqiqi seslenmir.
    O ki qaldı L. Şıxlinskayanın şexsi heyatına, özü biler. İsteyir 4 yox 14 defe ere getsin. Kime ne var? Bizim insanların özge heyatına öz burunların soxması onlara en lezzet verdiyi peşedir. Sadece olaraq Leyla xanım daha çox avropa sayağı qadındır. Serbestdir. Buda onun etrafında serbest olmayan, kompleksler içinde yaşayan insanları yandırır. Ele onun iş hemkarlarıda. Onun yaradıcılığına söz düşende ise tebii ki o Azerbaycan kinosunun en parlaq ulduzu deyildir. Esla. Amma bir iki yadda qalan obrazını sözsüz ki yaratmağa müveffeq olub. Bax bele…

  • @бакинка-т5м
    @бакинка-т5м Před 2 lety +7

    cox kobud qadindi.

  • @user-ky9pi1yx7e
    @user-ky9pi1yx7e Před 2 lety +4

    Eksine amaliya xanlmln sesi en gözel ses olub.nese xosum gelmedi yekexana qadlndlr.

  • @kemalememmedova1495
    @kemalememmedova1495 Před 2 lety +9

    Leyla xanim cox gezel xanimdi Gezel film Gun kecdi filmi menim en gezel sevdiyim filmdi coxlarinin heyatina benzeyir bu film

  • @adalettahirzade8182
    @adalettahirzade8182 Před 2 lety +11

    Aparıcının verdiyi bilgilər maraqlıdır, ancaq özü savadsızdır. Məsələn, 1) elmlər namizədi və elmlər doktoru dərəcələrini fəxri ad adlandırır, 2) Azərbaycan Cümhuriyyətinin müdafiə naziri Mehmandarovun müavini Əli ağa Şıxlinskini tanımır, ona"Əzizağa" (ayıbdır!), Elizabet Teylora isə "Yelizavet" deyir. Görünür, tarixdən və incəsənətdən zəhləsi getdiyinə görə onlara dair kitablar oxumayıb.

    • @papatya2779
      @papatya2779 Před 2 lety +2

      Yeqin qiyabi oxuyub

    • @baharquliyeva9132
      @baharquliyeva9132 Před 2 lety +1

      Həm də rusca olan şəxs və ölkə adlarındaki yumşaq hərfləri (myaqkiy znaklari) səhv və kobud səsləndirir.

    • @tttkkk7777
      @tttkkk7777 Před 2 lety +1

      Əlbəttə , sizinlə razıyam. Daha yaxşı hazırlaşmaq olardı.Bir bu videoda yox, digər videoda da kobud səhvlər coxdur.Sonra da adını qoyurlar "texniki səhv" və s.

  • @sahibealiyeva9228
    @sahibealiyeva9228 Před 2 lety +4

    Leyla xanımı çox sevirik.Allah qorusun bu Xanımı.Amin.

  • @milamilamila5
    @milamilamila5 Před 2 lety +2

    Leyla xanlmln yolunu hemise gozleyirik biz onu cox sevirik 👍🏻👍🏻👍🏻👏👏👏👏🌺🌺🌺🌺🌺🌺🌺😘

  • @darchineyvazova7406
    @darchineyvazova7406 Před 2 lety +5

    filmlər onlar idi indi belə nə qədər bu filmləri izləyirik yenədə bezmirik

  • @sefevi.6219
    @sefevi.6219 Před 2 lety +4

    Xatırlayıram, o vaxtlar jurnalist onun "Dədə Qorqud" filmindəki rolundan yazanda belə bir ifadə işlətmişdi:"L.Şıxlinskaya o qədər zəif oyun nümayiş etdirdi ki, hətta Rasim Balayev onunla oldugu səhnələrdə sönük görünür". Ən dogru analiz. Aktrisa kimi sıfır. Dayday hesabına Azərbaycan kinosuna sırınmışdı yəqin ki...
    Suyumuz qurusun, daydaysız, rüşvətsiz işimiz getmir.Qabiliyyətlilər qalır qıraqda, fərsizlər meydan sulayır.

  • @solmazazadova5916
    @solmazazadova5916 Před 2 lety +6

    En chox sevdiyim aktrisalardan biri! Butun rollarini meharetle ifa edib!

  • @natvan5118
    @natvan5118 Před 2 lety +4

    Amalya pənahova özü oynasaydi filmi daha gözəl alınardı çünki elə amalyanin səsinə görə baxilir bu filme

  • @elcin7904
    @elcin7904 Před 2 lety +17

    İstintaq flimində Həsən Məmmədov öpüşür axi Rus aktrisasi ilə.Onda ailəli deyildi?

  • @aygulqurbanova8590
    @aygulqurbanova8590 Před 2 lety +9

    Milli kinolarimiza cekselerde bu aktrisa da wexsi heyatindan milli bir wey ewitmedim.

  • @musaarami5819
    @musaarami5819 Před 2 lety +6

    Həsən Məmmədov ləyaqətli insan idi

  • @ismayileliyev5117
    @ismayileliyev5117 Před 2 lety +13

    Aktyor öpüşməyə razı deyil amma aktrisa razıdır nəbilim vallah güya o vaxtı əxlaqlı olmuşuq bir neçə köhnə kinolararımıza baxdım öldüm yerə girdim hələ rejissorlar ölürlərmiş erotik filmler çəkmək üçün

  • @xanmhuseynzade5489
    @xanmhuseynzade5489 Před 2 lety +3

    Bir dəfədə Amaliya Pənəhova haqqında da reportaj hazırlayın

  • @mhakl6165
    @mhakl6165 Před 2 lety +6

    Dədə Qorqud filmindəki ,Leyla ifa etfiyi rol buna yox,Həmidə Ömərovaya daha çox yaraşırdı.

  • @vsilmaqsudova5515
    @vsilmaqsudova5515 Před 2 lety +9

    Işguzar xanim kimi her zaman "Leyla xanim ŞIXLINSKAYAYA qibte etmisem ,vurğunu olduğm Azerbaycan Qadin obrazimdir...
    Xüsusiyle "♥️LEYLA ŞIXLINDKAYA"♥️ adina klinikaya rehberlik etmeyi menim ona reğbetim bire min artirdi.Heyranam bu qadina o menim ola bilmedim 💞IDÈALIMDIR💞
    SEVIMLI
    CAZIBRLI
    ECAZKADIR
    DUNYA HEYATINDA XOŞ BEXT OL SEVIMLI QADIN.DUNYANIN DEYERI £💕SEVGIDIR💕)👍👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @minaquliyeva7496
    @minaquliyeva7496 Před 2 lety +4

    Gozel xanim ,gozel aktrisa ,sizde nese taninmiw Azerbaycanlilarimiz haqqinda duz olmuyan melumatlar verirsiniz ,bilirsiniz ki milletimiz paxildir hardasa pis soz var onu iwledecekler ve siz cox baxiw topluyacaqsiniz .Leyla Wiclinskayanin Azerbaycana gelmeyine sebeb Ulu onderimiz olub neden bu haqqda melumat vermediniz ?

  • @kenanhuseyinli3836
    @kenanhuseyinli3836 Před 9 měsíci +1

    allah sene can sagligi versin oglun filipi allah qorusun

  • @lemanabbasli6993
    @lemanabbasli6993 Před 2 lety +6

    Neqativ sozler ne lazim? Cox gozel rollarl olub

  • @ALINKIY100
    @ALINKIY100 Před 2 lety +3

    Zemfira Nerimanova haqqındada bir verilşş hazırlasaydız sevinerdim

  • @Cema-cu1nk
    @Cema-cu1nk Před 2 lety +7

    Bu filmdə ifa edən Yalcın müəllimə Həsən Məmmədova Allah rəhmət etsin məkanları cənnət olsun Amin

  • @mehbareesgerova9705
    @mehbareesgerova9705 Před 2 lety +3

    Leyla xamım incəbellim denya
    gözəlim sizi çox sevirəm 🌷🌷🌷⚘

  • @user-pt2fz3rx7t
    @user-pt2fz3rx7t Před 2 lety +4

    ÇOX RƏFİQƏM OLMAYIB,QEYBƏT ELƏMƏYƏ VAXTIM OÇMAYIB ☝️
    BƏS 4 KİŞİNİ TAPMAQA NECƏ ?VAXTIN VAR İDİ?HƏTTA BİRİ rus.

  • @gencelibalasi6337
    @gencelibalasi6337 Před 2 lety +5

    инсан ен есас да гадын нече дефе север менче есил севмек бир дефе максимум ики дефе олар 5 дефе ёх😂

    • @papatya2779
      @papatya2779 Před 2 lety +2

      Yasasın Gencelilerin gözel fikirləri Yasasın Gence

  • @rnasalmanova40
    @rnasalmanova40 Před 2 lety +6

    LEYLA XANİMİ COX SEVİRƏM. O GADİN DÜNYA GÖZƏLİDİR. GÖZƏL GADİN DEYİLƏNDƏ İLK AGLİMA GƏLƏN LEYLA XANİM OLURDU.💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ceyranmxnaqrupu1439
    @ceyranmxnaqrupu1439 Před 2 lety +7

    Əzizağa yox,Əliağa Şıxlinski

  • @papatya2779
    @papatya2779 Před 2 lety +5

    4defe ere getmek sevgi demek deyil

  • @iradmehdiyeva4382
    @iradmehdiyeva4382 Před 2 lety +2

    En sevdiyim aktrisa arisakrat😍

  • @nebidehuseynova2375
    @nebidehuseynova2375 Před rokem

    bu xanim hemise mene maraqli olub

  • @kenanhuseyinli3836
    @kenanhuseyinli3836 Před 9 měsíci

    sen insan kimi insan mudur kimi mudur olmusan can sene ömuru boyu bocluyam lela xanim senin icin olmusam spa quba merkezinde islemisem seni ömuru boyu unutmaram

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 Před 2 lety +8

    Elə Amalya Pənahovanın səsi hesabına baxılır.Leyla xanım aktrisa deyil,rolları da süni,karton obrazlar.Heç bir emosiya yoxdur.Ancaq rus dilində kamıl danışır,yumor hissi güclüdür.

  • @teymurlngteymurlng2906
    @teymurlngteymurlng2906 Před 2 lety +3

    YAXŞI SƏSİN OLAYDI. ÖZÜN SƏSLƏNDİRƏYDİN.

  • @samsungsamsung9028
    @samsungsamsung9028 Před 2 lety +4

    Leyla Wixlinskaya xestexana bu xanimin adinadi?

  • @boyuk.turan.5802
    @boyuk.turan.5802 Před 2 lety +6

    Gün keçdi Filmi bənzərsiz qiymətsiz Dünya kino tarixində əvəzsiz bir filmdir həyat dolu zövq bir söznən hər şey var o filmdə.

  • @SəadətQasımova-w1b

    Mən də istəyərdim ki Əsməri Leyla özü səsləndirəydi Mən Amalyaya pis demirəm Amma onun səsi mənim heç vaxt xoşuma gəlməyib.Danışanda qanmaq olmur ki nə deyirdi Elə bil ürəyi gedirdi Leyla Tofiq Tağızadə olsa da olmasa da onun istedadı var idi Ancaq onun sevgiyə bu qədər yüngül baxmasına təəssüf edirəm.

  • @user-nf1hb2pf4i
    @user-nf1hb2pf4i Před 7 měsíci

    Leyla xanım gözəl insan gözəl xanımdı. 11 il Leyla xanım müdürüm olub. Cox yaxşı edir işcilerlə

  • @kemalememmedova1495
    @kemalememmedova1495 Před 2 lety +1

    Leyla xanim cox kubar tekrari olmayan

  • @kenanhuseyinli3836
    @kenanhuseyinli3836 Před 9 měsíci

    allh seni qorusun lele xanim

  • @sahilazimov7392
    @sahilazimov7392 Před 2 lety +2

    Əzizağa yox Əliağa bəy Şıxlinski.

  • @ulkrliyeva9001
    @ulkrliyeva9001 Před 2 lety +6

    Bu xanım çox əsl nəcabətli olduğu bilinirdi amma indi sizin sayənizdə dəqiqləşdirdim
    Çox sevirəm xanımı həm gözəl həm istedadli

  • @mehebbethuseynova7383
    @mehebbethuseynova7383 Před 2 lety +2

    Лейла Шыхлынскаянын гозеллийине,хемише формада галмасына хесрет едердим.Чох хошум гелирди.Актрисаларымыздан Лейла ханым ве Сафура Ибрагимова е н гозел гадынлар иди.

  • @harikaveli9661
    @harikaveli9661 Před 2 lety +11

    Ezizağa yox,Eliağa Sixlinski

    • @abdurrazzagosman
      @abdurrazzagosman Před 2 lety +2

      Yox...Əliağa Ş. Dahi herbçi olub, buna heç bir dexli yoxďr

  • @afganallahverdiyev7308
    @afganallahverdiyev7308 Před 2 lety +4

    Saxsan tanidigim bir gozal xanimdir

  • @ramilxalilov1977
    @ramilxalilov1977 Před 2 lety +1

    Лейла Шыхлынская русла евли олуб.Оннан сонра да 5 ери олуб.Хетта озу 5-й каналда интервью веренде дейир ен чох йащадыгым киши 4 ил олуб.Хер 4 илден бир дейиширдим чунки надоедать едирдилер мени

  • @seltenetrzayeva8259
    @seltenetrzayeva8259 Před rokem +1

    DEDİLƏR MOSKCADA HEYDƏR ƏLİYEVLƏ YAŞAYIRMIŞ ONA GÖRƏ ŞIXLINSKAYA KLİNİKASI ONA BAĞIŞLANIR .HƏDİYYƏ .

  • @firuzqarayeva1633
    @firuzqarayeva1633 Před 2 lety +2

    Evladı yoxdu?

  • @qahirebalayeva6118
    @qahirebalayeva6118 Před 2 lety +10

    Əsmər rolunu mən şəxsən aktrisaya görə yox səsinə görə sevirdim

    • @ehtiramsariyev9561
      @ehtiramsariyev9561 Před 2 lety

      Səhv etmirəmsə Əminə Yusifqızı səsləndirib həmin obrazı

    • @qahirebalayeva6118
      @qahirebalayeva6118 Před 2 lety +3

      @@ehtiramsariyev9561 Əsməri görkəmli aktrisamız Amaliya Pənahova səsləndirib.Həmdə cox gözəl

    • @rasimamammadova9904
      @rasimamammadova9904 Před 2 lety +2

      Səs Amaliya Pənahovanındlr.

    • @rasimamammadova9904
      @rasimamammadova9904 Před 2 lety +4

      Leyla xanım düz deyir. Amaliya xanımın səsi gözəldir amma bu rola uyğun gəlmir.

    • @zoroastrianism2660
      @zoroastrianism2660 Před 5 měsíci

      Esmer roluna pecatin vurub Leyla)

  • @camalsukurov3580
    @camalsukurov3580 Před 6 měsíci

    Videonun əvvəlindəki 1 ci şəkil Leyla xanımin şəkli deyile Səfura İbrahimovanin şəklidir

  • @ruhengizsixmemmedova425
    @ruhengizsixmemmedova425 Před 2 lety +5

    Cox xoşum gəlir bu xanimdan.

  • @kamranabdullayev5508
    @kamranabdullayev5508 Před 2 lety +6

    👍

  • @gulbenizmemmedova922
    @gulbenizmemmedova922 Před 2 lety

    Həsən Məmmədov İstintaq filmində ris aktrisası ilə necə lazımdlr öpüşür nə yaxşı yoldaşı qısqanmır onu deyəsən film 1982 də cəkilib

  • @user-yy7qv1xh9j
    @user-yy7qv1xh9j Před 2 lety +6

    Ону Асмар ролуна чакмак учун онун бутун вазифада ишлайан любовниклари занг едибдир.

  • @tahirmemmedli8756
    @tahirmemmedli8756 Před 2 lety +1

    Anası da, atası da özü də....

  • @cicekcicek7510
    @cicekcicek7510 Před 2 lety +17

    Bu qadını azərbaycanlı qadın adlandırmayın. Öz dilini bilməyən , azərbaycanlıdan başqa kimlə desən 4 dəfə ailə quran məxluqdur. Yemək yeməyə bura gəlirlər. Klinika , otel və s. Get , rus , yəhudi ərlərin sənin üçün şərait yaratsınlar. 2016-da deyəsən mən bunu görmüşdüm. Kaçok axtarırdı.

    • @baharagayeva8339
      @baharagayeva8339 Před 2 lety +2

      Ay çiçək çiçək xanım, bu gün səhnəmizdə olanlardan xarici əri olanlar, uşaqlarının adını Eıissa,Ayla, Melissa qoyanlar azdırmı? Elə reaksiya vermisiniz ki, sanki Leyla Şıxlinskaya bir ilkdir.

    • @lion7325
      @lion7325 Před 2 lety +1

      Kaçok nədi?

    • @zoroastrianism2660
      @zoroastrianism2660 Před 5 měsíci

      Partdayrsan he paxilliqdan 😂

  • @ff_eren044
    @ff_eren044 Před 2 lety +4

    Düzdü mən də Səsləndirməni bəyənmirəm

    • @vusal960
      @vusal960 Před 2 lety +1

      Demək ,zövqünüz yoxdur.O filmə bəzəyi elə Amaliya Pənhovanın səsi verir

  • @pervanehuseynova1780
    @pervanehuseynova1780 Před 2 lety +8

    Cox räfigän olmayib ,zato cox ärün olub.74 yashin var hälädä ag atli oglani gözdiyirsän.Räfigälär geybät ücündür bäyäm.Elä ävväldän zähläm gedib bu gadindan.Guru xanim.

    • @hdjehhrjrj6295
      @hdjehhrjrj6295 Před 2 lety +1

      Kimden behs edirsiniz çox maraqlı geldi mene

  • @kh.ra.790
    @kh.ra.790 Před 2 lety +1

    Çoxları sevir Leylanı, Gülçöhrəmizdir axı. Çoxları da bə'zi səbəblərə görə sevmir onu. Sənətkardır, alimdir. Mən həqiqət tərəfdarıyam. Çox məsələdən mə'lumatım yoxdur. Bə'zi addımlarını bəyənmirəm. Ancaq yenə deyirəm, savadlı, sənətkar qadındır. Qalan məsələlərə görə özü cavab verir. Guya başqalarının hər işi düz olub, səhv bir onda olub!

  • @sevanovruz1851
    @sevanovruz1851 Před 2 lety +4

    Zəhləm gedir ondan

  • @elminazqasimova3288
    @elminazqasimova3288 Před 2 lety +5

    Başlıq yazan qadına ərə getdi ya ailə qurdu deyərlər evləndi yox.

  • @elminazqasimova3288
    @elminazqasimova3288 Před 2 lety +4

    Reklamınızdan heç yoxdur azərnaycan istehsalı olan bir dənə ət məhsulu ələ alınası səviyyədə deyil

  • @shrekplz6965
    @shrekplz6965 Před 2 lety +2

    Zallmln qlzlnlnki elə bil Kamaz pakriwkasldlr.😂😂😂😂

  • @user-nt1dw6zj2p
    @user-nt1dw6zj2p Před 2 lety +1

    Yekə kışısən başlığı yazanda etikaya fikir ver. Sənə pul lazımdır bilirəm bəs mədəniyyətin qanacagın hara getdi.

  • @xeyalebadalova
    @xeyalebadalova Před 2 lety +5

    En cox sevdiyim.xanim

  • @esmirahesenoa4603
    @esmirahesenoa4603 Před 2 lety

    türkeççareler

  • @UserName-lk6jq
    @UserName-lk6jq Před 2 lety

    Buda köhnə həvəhdəstədir.

  • @salamaleykum6628
    @salamaleykum6628 Před 2 lety +4

    Insan kimi cox axmaq birisidir...insanlaro alcaldir,ozunden razi bir insana benzer...onu taniyanlar ona nifret edir...murdar ve elementar terbiyye gormeyen bir kes...

  • @gulshanabdullayeva2724

    Əzizağa yox Əliağa Şıxlınski!

  • @davud.488
    @davud.488 Před 2 lety +4

    Leyla o dövrün yüngül həyat tərzi keçirəni olub

    • @papatya2779
      @papatya2779 Před 2 lety +2

      Dehset

    • @zoroastrianism2660
      @zoroastrianism2660 Před 5 měsíci

      Yaxsi edib. Agir heyat terzi kecirene ele qiymet verdiler axi

    • @davud.488
      @davud.488 Před 5 měsíci

      @@zoroastrianism2660 səndən soruşdum ayın neçəsi?

  • @user-iz5gw5ss2o
    @user-iz5gw5ss2o Před rokem

    ЛЕЙЛА НАРКОМАН ПОЗГУНДУ ,Шыхлвнскилере хеч бир елагеси йохду .бичбалады

  • @SerdArt
    @SerdArt Před 2 lety

    *******

  • @kemalememmedova1495
    @kemalememmedova1495 Před 2 lety +3

    Leyla xanim biz sizi cox sevitik 100 yawayin men sizin hemiwe fa