Oğuzlardan 11 nəfər ayrılıb, Ləmbəlinin əsasını qoydular | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Sdílet
Vložit
  • čas přidán 1. 06. 2024
  • Oğuzlardan 11 nəfər ayrılıb, Ləmbəlinin əsasını qoydular | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
    “Qızıl Alma hədəfi və ona doğru gedən yol” adlı buraxılışda Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndinin tarixi, xalçaçılığı, irsi araşdırılıb.
    Tədqiqatçı alim, professor Cahangir Hacıyev Ləmbəli adının mənasından, burada toxunan xalçaların üzərindəki təsvir və işarələrin gizli mənasından, oğuz türklərinin məskunlaşdığı Ləmbəli yurdunun tarixindən söz açır.
    Bildirilib ki, Ləmbəlinin tarixi xalçanın üzərində gizli işarələrlə qeyd olunub. Xalça üzərindəki əjdaha ilə döyüşən türkün təsviri qəhrəmanlıq rəmzi olmaqla yanaşı, bir çox gerçəkliyi üzə çıxarır, erməni saxtakarlığını ifşa edir. Həmçinin Qızıl Alma hədəfi və ona doğru gedən yolun təsviri, Çadırgülü naxışı da oğuz boyunun damğasıdır. “Üçgöllü-əjdahalı” xalçada türk tayfları və yerləşdikləri ərazilərin işarələri yer alır.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Oğuzlardan 11 nəfər ayrılıb, Ləmbəlinin əsasını qoydular | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #qərbiazərbaycanxronikası #qərbiazərbaycan #türk #oğuz #oğuzlar #qafqaz #anadolu #ləmbəli #xalça #hali #rug #carpet #loru #lori #tavush #tavuş #oguz #borçalı #qərbiazərbaycan #pazırıq #pazırık
    00:00 Giriş
    00:20 Ləmbəli adının əsl mənası
    01:54 1831-ci ildə Ləmbəlidə 11 nəfər olub
    02:45 Ləmbəli sözü Azərbaycanın 10-a yaxın regionunda var
    04:26 Xalçanın üzərindəki işarənin gizli mənası
    06:46 Bu işarələr Oğuz boynunun ərləridir
    08:30 Xalça üzərində olan 2 başlı əjdaha nə məna verir?
  • Krátké a kreslené filmy

Komentáře • 23

  • @xuramanxuraman9478
    @xuramanxuraman9478 Před 14 dny +7

    Ləmbəli ata yurdumdu. Kaş ki qismət ola bizə də o torpaqlarda yaşamaq

  • @sevdaqurbanova8339
    @sevdaqurbanova8339 Před 14 dny +2

    Hörmətli professorun araşdırmalarının nəticəsi böyük zəhmət hesabına əldə edilib! Çox maraqlı tarixi araşdırmadır. Təşəkkür edirik hörmətli Cahangir müəllim!

  • @firengizferemez1688
    @firengizferemez1688 Před 14 dny +5

    Cox maraqlıdır

  • @sultaninsanova9935
    @sultaninsanova9935 Před 10 dny

    Əziz professor dayım oğlu deyerli insan çox sagol elimizin obamızın tarixini yada salıb her kesle paylaşdığın üçün.

  • @elcanbagirov4699
    @elcanbagirov4699 Před 13 dny

    Cahangir müəllim çox savadlı və tarixi bilgilərə sahib olan professordu, bele maraqlı araşdırma üçün dəyərli müəllimimə təşəkkür edirəm.

  • @hasanmusa848
    @hasanmusa848 Před 14 dny

    Bu videonu çox bəyəndim. Çox sağ ol Cahangir müəllim bu cür ətraflı izahatlara görə. Çox dəyərli məlumatdır. Bir daha təşəkkür edirəm

  • @dilbermemmdova2405
    @dilbermemmdova2405 Před 13 dny

    Dəyərli müəllimim belə dəyərli araşdırmalara görə Sizə təşəkkür edirəm.Yaşınızdan asılı olmayaraq Sizə həmişə uğurlar arzulayıram.Biz tələbələriniz Sizinlə fəxr ediirik.

  • @sonamustafaeva7533
    @sonamustafaeva7533 Před 14 dny +2

    Ərik şaftali bağlari yetişdirən Ləmbəli....

  • @the.javidan1586
    @the.javidan1586 Před 13 dny

    Dəyərli müəllimimiz ətraflı məlumata görə çox sağolun

  • @Get243
    @Get243 Před 14 dny +2

    Maraqli tarixdi m2n indi oyrenmiş oldum. Gurcustanin Borcali mahalindada Lembeli kendi var 2dene. Ana babamgilin kendidi. O kende ilk yaşayis salanlardan biri ulu babamiz olub. Turkiyeden qardaslarindan ayrilib gelib orda mesken kok nesil salib. Diger qardaslari Turkiyede yasayib qalib töremeler ordadi. Ama biz teref Gurcustan Azərbaycanda davam edib.

    • @fail2959
      @fail2959 Před 14 dny

      Borçalıların kökü daha qədimdir. Gürcü çarı səlcuqlulara qarşı vuruşmaq üçün kıpçaq türklərini dəvət edir. Bəzi türk xalqları qurda, canavara "börü" deyirlər. "Börü çölü", yəni "qurdlar vadisi", türklərin cəsur döyüşçülər olduğuna görə verilən ad.

  • @user-xp9zj6in3z
    @user-xp9zj6in3z Před 14 dny

    Mən Qazaxıstanda böyüdüm, Sürgün olunmuş Ponti Yunanların içində.
    Onların qocaları, mənim ulularımın adlarını, " Ax Sax "lı", Bayandur babamızı" çox eşitmişdilər, və mənə deyirdilər Ermənilər onlara yaxın deyil, nəkin Türklər "Azərbaycanlılar" və Abxaz, Açarlar.
    Onların oğlan, adlarından biri "Lambis", "Ləmbi" idi.
    Soy adlar "Culfa".

  • @fs-va3452
    @fs-va3452 Před 14 dny +1

    Təbriklər Cahangir müəllim!🎉

  • @arzumansimova7850
    @arzumansimova7850 Před 14 dny +2

    Nənəm lampaya ləmpə deyirdi

  • @nazilakhankishiyeva7087
    @nazilakhankishiyeva7087 Před 14 dny +3

    Menim yadimdadi uwaq idim Kelbecerde yaylaqda idik , bir mawin geldi ici teze xalcalarla dolu dediler gelin kohne ciriq xalcalarinizi verin size tezesini verek . Cox teeccublendik niye neden . Yadimdadi atam razi olmadi , amma qonwular deyiwdiler ozude en kohnesine daha yaxwi boyuk xalca verirdiler . Biz atamdan soruwanda niye icaze vermedi o dediki bunlar yun deyil ustune bir qiqilcim duwse ev diri yanar . Boyudum anladim gelenler ermeniler idler onlar ozlerine tarix yazirdilar biz ise helede FIL qulaqin da yarmiwdiq

    • @binnetzadefexri9284
      @binnetzadefexri9284 Před 11 dny

      Eyni hadisəyə məndə şahidəm, nənəm erməniyə çox qədim xalça verdi və təzə balaca bir xalça aldı. O xalça indi də durur.

  • @batxan5030
    @batxan5030 Před 14 dny +2

    Xaç işarəsinin xristiyanlara o cümlədən ermənilərə heç bir aidiyatı yoxdur.
    Xaç türklərdə çərxifələk simovludu.
    Bunu bilməküçün orxan-yenisey kitabələrinə nəzər salmaq lazımdır.
    Orxan-yenisey kitabələri xristiyanlıqdan əvvəl mövcud olub...
    İsa peyğəmbəri çarmıxa çəkilən qurğu ,,T" şəkilli olub...

  • @allahverdiallahverdiyev5743

    Ləmbə Kürdəmirdə Kür qırağı kəndlərdə ləmbə toyuğunqabıqsız yumurtasına deyirlər

  • @fail2959
    @fail2959 Před 14 dny +1

    Mənim həyat yoldaşımın kökü Sabirabadandır. Hərdən, övladlarımızın və nəvələrimizin tənbəlliyi tutanda, onlara ləmbə və ya ləmbiş deyir, yəni astagəl.

  • @yeganebekirova3407
    @yeganebekirova3407 Před 14 dny

    Lənbəran toponinimi ilə əlaqəsi ola bilərmi?

  • @Mma20q
    @Mma20q Před 14 dny

    Гебеленин Гарадейн кендине гонаг геденде бизим гохумларын дилинден ешитмишем Лембелик созуну. Лембелик бир аразия дейирдилер.

  • @user-fb2lo8sm8y
    @user-fb2lo8sm8y Před 14 dny

    heç uşaqlar üçün də maraqlı deyil bu nağıl