Park (1983)

Sdílet
Vložit
  • čas přidán 13. 07. 2022
  • 12+
    Adi günlərin birində neftçilərin briqadiri Marat sahədə olarkən dostu onun yanına gəlir. Marat onu uşaqlıqdan tanıyırdı. O, xudbin, özünü sevən bir adam idi. İndi də buraya el-belə gəlməmişdi. Dost dissertasiya müdafiə etmək üçün mütləq mədəndə təcrübə işləri aparmalı idi. Guya bu təcrübə neft hasilatını qat-qat artıracaqdır. Lakin təcrübə keçirilən müddətdə cari planı təhlükə altına qoyacaq. Dostun vaxtilə ona etdiyi xəyanətə baxmayaraq, Marat təcrübəni keçirməyə icazə verir.
    Film Rüstəm İbrahimbəyovun “Park” povestinin motivləri əsasında çəkilib.
    Rejissor: Rasim Ocaqov
    Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
    Operatorlar: Rafail Qəmbərov, Yuri Voronsov
    Rəssam: Fikrət Bağırov
    Bəstəkar: Emin Sabitoğlu
    Rollarda: Fəxrəddin Manafov (Marat), Qalina Belyayeva (Vika), Mikayıl Kərimov (dost), Stanislav Sadalski (Kamil), Abbas Kazımov (yazıçı), Aleksandr Kalyagin (Gena), Qalina Polskix (Matiss)
    İstehsalçı: Azərbaycanfilm, Lenfilm (Rusiya)
    İlk baxış tarixi: 30.01.1984
    Janr: dram
    Mükafat:
    XVII Ümumittifaq Kino Festivalı - təşkilat komitəsinin xüsusi mükafatı (1984, Kiyev / Ukrayna)
  • Krátké a kreslené filmy

Komentáře • 299

  • @Dark49238
    @Dark49238 Před rokem +142

    Hər zaman köhnə Azərbaycan filmlərini izləyəndə diqqətimi çəkən aktyorların nitqlərinin aydınlığı, səlisliyi olur.Bugünkü Azərbaycan filmləri ilə təkcə bu yöndən belə müqayisə etmək olmaz, müqayisəsi belə gülüncdür.Möhtəşəmədir, sadəcə.

  • @nazlecanyeva5459
    @nazlecanyeva5459 Před 5 měsíci +79

    Çox heyif bu qeder gözel filimlə 2024 cü ilde baxmağ imkanım olub.Çox yaxşı filimlerimiz var.

  • @rr.tt.mrr.tt.m7442
    @rr.tt.mrr.tt.m7442 Před 6 měsíci +63

    F. Manafovun iştirak etdiyi bütün kinolar çox maraqlıdır.
    Eşq olsun.

  • @bycavansir
    @bycavansir Před 7 měsíci +48

    O getdi. Aramızda olan bütün yaxşı şeyləri unudub, yadında təkcə incikliyi, küsünü saxlayıb, getdi. Axı mən neyləyəydim ki, onun haqqında çox şey bilirdim. O bildiklərimi unutmaq üçün, o yükü üstümdən atmaq üçün, mənə vaxt lazım idi...

  • @natiqabdullayev6808
    @natiqabdullayev6808 Před 6 měsíci +55

    Bu yetimi də həmişə qız üstündə ya döyürlər ya öldürürlər😢

  • @ruslanrustamov9694
    @ruslanrustamov9694 Před rokem +67

    Nə qədər gözəl, real, səviyyəli filmdir... Hansı yaşda baxırsan bax, həmişə insanı gəncliyin atəşinə, həyəcanına, xatirələrinə qaytarır.

  • @HumayMisirxanova
    @HumayMisirxanova Před rokem +41

    Dəyərli sənətçimiz Fəxrəddin Manafovun ən şux, ən yaraşıqlı vaxtları......

  • @saatli_rayon
    @saatli_rayon Před rokem +206

    Yil 2023 izləyirəm. Baxan çox olsada anlayan az olar

  • @aminagayev325
    @aminagayev325 Před 5 měsíci +47

    2024 dən gələnlərə salam❤

  • @hdjdhdjjdd191
    @hdjdhdjjdd191 Před rokem +41

    Çox mənalı filimdir.Cox heyf ki hər ikisi bir birini sevsədə qovuşa bilmədilər. Yenə də mentalitet sevgini boğdu qonşu nə deyər qohum nə deyər.Sonda bir ömür peşmançılıq hissi yandirir insani ki niyə vaxtında sevgimin dalınca getmədim.😔😔

    • @maraqlvideolar506
      @maraqlvideolar506 Před 5 měsíci +6

      Nə mentalitetə qız gərək getməyəydi qovmurduku evindən onun gözü yüksəklərdə idi xalça mebel böyük ev

  • @hesenlio3o851
    @hesenlio3o851 Před rokem +127

    Baxdığım ən gözəl filimlər
    1.Gün keçdi
    2.Park
    3.Ölsəm bağışla
    4.Soyuq günəş

    • @azrbaycan8142
      @azrbaycan8142 Před rokem +17

      Bəli zovqumuZ eynidi kinolar bunlardı melodiyaları Emin Sabitoğlu aktyor Fəxrəddin Manafov

    • @aynurvahabzade4213
      @aynurvahabzade4213 Před rokem +16

      Bes Tehmine ve Zaur?

    • @azrbaycan8142
      @azrbaycan8142 Před rokem +4

      @@aynurvahabzade4213 bəli yadımdan çıxıb doğru Təhminə və Zaur

    • @rezagrans1296
      @rezagrans1296 Před rokem +1

      @Aynur Vahabzadə
      "Bes" kəliməsi nedemekTe di r çılpax kızım o. O🐻

    • @aynurvahabzade4213
      @aynurvahabzade4213 Před rokem +2

      @@rezagrans1296 ne?

  • @Wolf-je9no
    @Wolf-je9no Před rokem +53

    O dövrdə zövqlə çəkilən bütün filmlər baxımlı və mənalıdır. Aktyorlar da rolları peşəkar oynayıblar.

  • @user-li9dh2cx4x
    @user-li9dh2cx4x Před rokem +44

    O getdi , aramızda bütün yaxşı şeyləri unudub, yalnız inciyliyi yadında saxlayıb getdiii.....

    • @Xezer943
      @Xezer943 Před 7 měsíci +2

      qardaw bu soz menide etkiledi. heqiqetende vicdansiz insanlarla doludur heyat.

    • @cerrahpasal4990
      @cerrahpasal4990 Před 6 měsíci +1

      Vaxtında daldan qayırsaydın getməzdi bəzi qadınlar elədir

    • @ALIOSMANLI-dz8wh
      @ALIOSMANLI-dz8wh Před 4 měsíci

      😂😂😂​@@cerrahpasal4990

  • @qurbanoruclu6242
    @qurbanoruclu6242 Před rokem +19

    Allah sənə rəhmət etsin Rüstəm İbrahimbəyov

  • @nboyukinamyerisehidler6553

    Belə bir filmə 3 şərh, 40 bəyənmə sadece susuram başqa sözler yazmamağ üçün

  • @farahsvaa
    @farahsvaa Před rokem +153

    Fikir verin, Maratın sonda söz verdiyi qız əslində Vika idi. Vaxtilə Vika üçün etməli olduğu şeyi filmin sonunda o qız üçün edirdi. Sevirdimi? Yox. Sevəcəkdimi? Yəqin ki, yox. Vika necə, o da elə. Hər gün Vikanı xəyal edib başqasıyla eyni yastığa baş qoyacaqdı. Neyləmək olar ki, bu oğlan tayfası dildən eşitmədən heç nəyi anlamır. Qadın ruhunu, istəyini duymaq üçün istedad lazımdır. Marat duymurdu, elə bilirdi, bir əlində iki qarpız tutacaq. Bir tərəfdə başqa qadınlar və şəxsi həyatı, axşam da evdə yemək hazırlayan Vika. "Ən son məni anam belə əzizləmişdi" kimi cümlə istifadə edir. Elə o andan anlaşılır ki, o Vikanı yeməyini bişirən, evdə onu əzizləyən, gecə layla oxuyan anası kimi görür. Anasının sevgisini onun bir qadın kimi sevgisiylə səhv salır. Eh, həyatın özü də belədi.

    • @narimanbayli
      @narimanbayli Před rokem +42

      Düzgün yanaşma deyil. Primitiv və tək baxış bucaqlı fikirlərdir. Həm, hamını eyni tərəziyə qoyaraq nəticə çıxarmaq düzgün deyil axı. Ortada sadəcə anlaşılmamaq hissinin verdiyi qəlb qırıqlığı var. Hər iki baş personajın timsalında. Bunu anladıqda hər iki personajın eyni zamanda haqlı və haqsız olduğu paradoksal vəziyyəti aydın olur. Bu kimi hallarda hər iki personajın yerinə özünü qoyub mən bu kimi halda nə edərdim sualı ilə nəticə çıxarmaq məqsədə uyğundur. Yoxsa kişilər belə gəldi, qadın ruhu elə getdi. Heç kim heç kimə bənzəmədiyi kimi, heç kim də hamı ilə eyni ola bilməz. İnsan sadəcə olaraq doyumsuzdur. Budur sadəcə insanın toplaşa bildiyi yeganə ortaq məxrəc.

    • @farahsvaa
      @farahsvaa Před rokem +1

      @@narimanbayli Düzgün yanaşma olub olmadığını bilmirəm, bu sadəcə mənim şəxsi yanaşmamdı, düzgün olmalı da deyil əslində. Nəticədə, hər insanın eyni mövzuya müxtəlif yanaşmaları olur. Hərçənd Vika da süddən çıxmış ağ qaşıq deyildi, hətta öz səhvini öz dili ilə deyir də sonlarda. Ancaq nədənsə belə vəziyyətlərdə oğlan tərəf daha anlayışsız olur, hələ də qadın ruhu ilə bağlı fikirlərimin üstündəyəm. Əgər oğlan personaj onun istəyini duysa idi nə qız səhvə yol verəcəkdi, nə də sonda özü o vəziyyətdə qalacaqdı.

    • @farahsvaa
      @farahsvaa Před rokem +2

      @@narimanbayli Ola bilsin ki, mən öz fikrimi istədiyim kimi çatdıra bilməmişəm :)

    • @narimanbayli
      @narimanbayli Před rokem +26

      @@farahsvaa Şəxsi fikirlərinizə hörmət edərək bildirmək istəyirəm ki, xüsusən də sevgi kimi tərifi hər kəs üçün fərqli anlaşılan bir məhfum ətrafında insanları "qadınlar" və yaxud "oğlanlar" adı altında qruplaşdıraraq bir cinsin üzərinə bu qədər məsuliyyət yükləmək ədalətli deyil. Bir əlin beş barmağı necə fərqlidirsə insanlar da o qədər müxtəlifdir. Necə ki, Maratın yerində Tofiq olsa və ya Vikanın yerində Aysel olsa tamamən fərqli hekayələrin yaşanacağı kimi, "oğlanlar da belə vəziyyətlərdə anlayışsız" deyil müxtəlif cür reaksiya verərdi.
      Filmi diqqətlə izləyib, analiz apardığınız üçün təşəkkürlər.

    • @farahsvaa
      @farahsvaa Před rokem +1

      @@narimanbayli Nə deməyə çalışdığınızı başa düşdüm, mən gördüklərimə əsasən ümumiləşdirmə etmişəm. Nə dərəcə doğrudu, ya da səhvdi bilmirəm. Bəlkə də, zamanla filmə və personajlara baxışım da dəyişəcək. Müzakirə xoş oldu, başqa filmlərdə qarşılaşmaq diləyi ilə!

  • @manjerolinu2121
    @manjerolinu2121 Před rokem +28

    Sonda elə bildim marat deyəcəkki mən həmeşə öz qızımı dostlarımla tanış edirəm o da birini seçib ərə gedir😃

  • @gun8111
    @gun8111 Před 8 měsíci +10

    Adam cizgi filmine çekilse bele tesirli ve menali olar,oynadigi obrazlari yasayan oldugu kimi catdiran Fexreddin Manafov can sagligi arzu edirem❤

    • @mehemmedxelilov6581
      @mehemmedxelilov6581 Před 6 měsíci +1

      BU FİLMLƏRƏ BAXDIQCA RUHUM DİNCƏLİR VALLAH SƏS DANIŞIQ NECƏ GÖZƏL ÜRƏYƏ YATIMLI ƏLA FİLMDİ

  • @Sahib.Samedov
    @Sahib.Samedov Před rokem +18

    Necə də,çoxlu gözəl filmlərimiz çəkilib vaxtı ilə,aktyorlarda çox qəşəng rol aparırlar bu film isə dram filmi olarağ çox marağlı və həqiqətləri əks etdirən filmdi

  • @ruslanhesenov9486
    @ruslanhesenov9486 Před rokem +18

    Bu filmi izləmək ayrı bir şeydi ama anlayanlar üçün tam ayrı

  • @zamikpirvaladov6961
    @zamikpirvaladov6961 Před rokem +29

    Film indiki reallıqları da əks etdirir. Azərbaycan filmləri bu kanalda xeyli azdır.Xahiş edirəm daha çox yükləyərdiniz

  • @ELA_TURKAZ
    @ELA_TURKAZ Před 4 měsíci +6

    İl 2024. İlk dəfə görürəm bu filmi. İzlədim və çox bəyəndim
    Soldurub bağını, töküb barını,
    Daha şuxdan salıb yarpaqlarını,
    Soldurub o çıraq yanaqlarını,
    Qış olub üstümə niyə niyə gəımisən?
    (M. Yaqub)
    Film mənə bu şeiri xatırlatdı.....

  • @xyyamsmdov3679
    @xyyamsmdov3679 Před rokem +6

    FƏXRƏDDİN MANAFOVUN BÜÜTÜN FİLMLƏRİ SUPERDİ. ONUN KİMİ AKTYOR bu dünyaya heç gəlməz. Kaş yenə filmlərə çəkilsə.

  • @xalidqasmov1545
    @xalidqasmov1545 Před 13 dny +2

    Yaşayan əfsanə əsl sənətkar Fəxrəddin Manafovun yaratdığı rollar şedevrdir. Can sağlığı arzu edirəm sənətkara.

  • @xadijayusifova4304
    @xadijayusifova4304 Před 5 měsíci +4

    Hər şey nə üədər saf təmiz, musiqi, kücələr, insanlar, adamln ruhu hüzur taplr, bu itirdiklərimizi bir daha hec vaxt tapa bilməyəcəyik

  • @firstnamelastname182
    @firstnamelastname182 Před 5 měsíci +5

    Fəxrəddin Manafovda Ölsəm bağışla filminin sonun da bıçaqlanır, bu filimdə döyülür, Gecə qatarında qətl filmində asılır vaqonun kupesin də, Bir evləri köndələn yar tamaşasında axırda Firəngiz M rolu deyəsən Mərcan obrazı idi deyəsən orda yaxşı bitir sonluq, Köhrə bərə, Təhminə filimlərində məyus olur. Ümumiyyətlə gözəl sənətkardı, hər bir obrazı məharətlə yaradır.

  • @ASElchin
    @ASElchin Před 7 měsíci +7

    Birinci dəfədir bu filmi izlədim. Çox mənalı filmdir. Bəyəndim. Sonunun necə olacağını gözlədiyin filmlərdəndir.

  • @banummmdova6254
    @banummmdova6254 Před rokem +14

    Cox heyif indi belə filmlər cəkilmir.

  • @terlanabishov4214
    @terlanabishov4214 Před rokem +8

    Çox gözəl filmdir.dost və yar xəyanətini gözəl anladıblar.bunu yaşayanlar daha gözəl anlayar.heyif indi belə keyfiyyətli filmlər çəkilmir

  • @zulyaabbasova5144
    @zulyaabbasova5144 Před rokem +11

    Sevirəm bu gözəl əvəzolunmaz filmlərimizi❤

  • @nusretsiracov3879
    @nusretsiracov3879 Před rokem +13

    Film anlam olaraq, fikir olaraq, aktyor oyunu olaraq sənət əsəridir. Əvəzolunmaz Fəxrəddin Manafovun oyunu möhtəşəmdir. Çox fikir yazmaq olar amma bəzən fikirlər sözlə ifadə olunmur.

  • @mardanhuseynov1189
    @mardanhuseynov1189 Před rokem +9

    Cox gözəl filmdir, defelerle baxıram
    Gencliyimi xatırladır mene
    Kaş indi də bele filmler olaydı, hem menali hem de cox gözəl film.
    Aktyorlara da söz yoxdur

  • @AfsanBekirov-yk7ty
    @AfsanBekirov-yk7ty Před 6 měsíci +5

    Halaldı Azərbaycan xalqına.

  • @samirahabibova230
    @samirahabibova230 Před rokem +48

    Fexreddin Manafovun bütün kinolari yaxşi olur

  • @user-gj8ko2tw1l
    @user-gj8ko2tw1l Před rokem +10

    Heyf o günlərdən, çox heyf!

  • @samirehuseynova3190
    @samirehuseynova3190 Před 7 měsíci +6

    Bir filmdən daha çoxu🙂. Fəxrəddin Manafov oyunçuluğu sadəcə mükəmməldir.

  • @kagayeva1
    @kagayeva1 Před 3 měsíci +3

    ilk dəfə baxdım köhnə filmlərin çoxun demək olarki əzbər bilirəm. Bu filmi heç vaxt görməmişəm. Çox mənalı filmdi

  • @gulshenveliyeva2136
    @gulshenveliyeva2136 Před rokem +14

    Nə yaxşı ki bucür filmlərlə böyüdük. Saf sevgi hörmət etibar diqqət bu gözəllikləri filmlərdə həm rejisorlar həm aktyorlar öyrətdilər bizlərə. İndiki uşaqların düşüncələri çox çətin düzəlir. Seçim etmək onlara çətindi çünki çox kanal internet nə tərbiyəni pozan fimlər😊

  • @nilmemmedova2693
    @nilmemmedova2693 Před 5 měsíci +7

    12.02.24 birlikdə baxdığımız daha bir film ... 🤍

  • @user-cc3iu9li5k
    @user-cc3iu9li5k Před rokem +13

    Çox gözel filmdi bir çox xarici filmlerden daha menalıdır

  • @lalisa_world_2173
    @lalisa_world_2173 Před 11 měsíci +7

    Fəxrəddin Manafov, Azərbaycan kinosuna bəxş olunmuş bir tövhə

  • @azerzeynalov9479
    @azerzeynalov9479 Před rokem +12

    🎬🎥Azərbaycan filimləri əvəz olunmazdı yoxdu bizim filimlerin misli 🎞️📽️

  • @MayaHasanova-ux4cn
    @MayaHasanova-ux4cn Před 6 měsíci

    Chox gozel nitg,medeniyyet, zeriflik,bir sozle mohteshem. Baxmagla doymadigimiz esl Azerbaycan filmleri. Heyif ki,indi ele deyil.

  • @resadhsenli834
    @resadhsenli834 Před 5 měsíci +3

    Bu filmi 2024 də izlədim..Çox təsirləndim...Bir çox hallarda öz həyatımdan fraqmentləri gördüm..

  • @arazzakariyyayev9264
    @arazzakariyyayev9264 Před rokem +5

    Mən necədə xoşbəxt xalqın nümayəndəsiyəm ki,mənim böyük sənətkarlarım olub.

  • @reqsaneallahverdiyeva6581

    Filmden daha cox aktyoru alqislamaq lazimdi.amma o dovrun filmleri heqiqeten de baxmaqa deyerdi:semimiyyet vardi,sadelik vardi.heyif ki indi hemin enene qalmayib.gozel filmler ve aktyorlar var,amma.....

  • @gulsnnhmtova7105
    @gulsnnhmtova7105 Před rokem +8

    Maraqlıdır,bir çox Azərbaycan filmlərində keçiyə rast gəlinir.Görəsən nə ilə bağlıdır " keçirə " rol vermək 👍

  • @movlacim
    @movlacim Před 8 dny

    Rasim Ocağova rəhmət, ruhuna sayğılar ❤

  • @florabuyukgok
    @florabuyukgok Před 11 měsíci +4

    Heç bircehd elemeden etrafının , heyatının gözelleşmeyini gözleyen bir romantik.

  • @mificeferov4534
    @mificeferov4534 Před rokem +8

    Möhtərəm

  • @MrStalker66
    @MrStalker66 Před 25 dny +2

    Oyunculuk çok iyi. Kadın dünya klasında, oğlan da çok iyi. Şimdi bu kadar iyi oyunculuk çok az görüyoruz. Zamanında Azeriler çok güzel filmler yapmışlar ❤❤

    • @movlacim
      @movlacim Před 8 dny

      Siz yeşilcəm çəkəndə biz şedevrlər yaratmışıq. İndidə yaradırıq.

  • @AzadAbbasov-ft4zd
    @AzadAbbasov-ft4zd Před 4 měsíci

    Allah rəhmət eləsin gözəl unudulmaz sənətkarlara!heyif ki indi belə kino çəkilmir.

  • @user-nv2mn8bt3m
    @user-nv2mn8bt3m Před 4 měsíci +1

    Bezi filmlerdə doğulmamişam bezi filimlerdd 1yaşim ya 5 yaşim necedə maraqli kak oxuduğum kitablardaki kimi🥹çox sağ olun teşeküür edirem sizə kanali sahibi❤her gün bir filme baxiram🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌜🌞

  • @user-qx7se1sz9x
    @user-qx7se1sz9x Před rokem +11

    Cekilmir artiq bele kinolar , gelmez bele aktyorlardan birde

  • @mavish.8097
    @mavish.8097 Před rokem +9

    Marat Vikani itirdiyinde anladi sevdiyini.Vika Maratin ona gosterdiyi diggetsizliyi eks etdirdi ona.Marat ozu gunahkardir.

  • @Svetlana-Kov05
    @Svetlana-Kov05 Před rokem +3

    Классные актёры! Любимые! ❤❤❤

  • @user-qb2gy6ix2d
    @user-qb2gy6ix2d Před 7 měsíci +1

    Cox gözel kanaldı allah canıvızı sağ eləsin lap uşağlığımı yada saldım 😢

  • @ruhiyyepasayeva3256
    @ruhiyyepasayeva3256 Před rokem +42

    Əvvəllər çəkilən filmlərə dönə - dönə baxsamda doymuram . Şitliyi yox ,abır - həyatları yerində .

    • @johnnydepp668
      @johnnydepp668 Před 6 měsíci

      Tipik rayonlu kommenti:Abır,həya rayonluların ancaq birdənə qarnının azzarı var abır həya,qadın,bakirə😂😂😂

    • @johnnydepp668
      @johnnydepp668 Před 6 měsíci

      Qıznan lüt uzanır qayırır deyir ədəb ərkan😂sovet vaxtı elə şey yox idi😂

    • @Renaddd4445
      @Renaddd4445 Před 5 měsíci

      @@johnnydepp668 Osduraq rayonun bura nə dəxli ?

  • @xezermemmedov9732
    @xezermemmedov9732 Před 11 měsíci +9

    Dost və sevgili xəyanəti😢

    • @Xezer943
      @Xezer943 Před 7 měsíci

      duzdur adaş

    • @z.y.7408
      @z.y.7408 Před 16 dny

      Xəyanət deyənde ki,qızı istəmir axı.

  • @lalen.2410
    @lalen.2410 Před 24 dny +2

    - Əvvəllər mən hamının sözünə qulaq asardım
    + İndi bəs
    - İndi bircə sənin
    + Elə,niyə
    - Çünki sevirəm səni,hə
    + O,hardan ağlına gəldi
    - Çünki həmişə sənin barəndə fikirləşirəm

  • @Млил
    @Млил Před 5 měsíci +2

    Cox deyerli filimdi. Aktyorlar mukemmel oynsyiblsr rollarini.

  • @mesdandadasova3785
    @mesdandadasova3785 Před rokem +5

    Əlaa

  • @royalmemmedov2405
    @royalmemmedov2405 Před 3 měsíci +2

    Çox gözəl filimdi çox bəyəndim😍😍 sağolsun filmi mene öneren yaşıki var❤

  • @gorets1991
    @gorets1991 Před rokem +2

    Romantik,duyğusal,aktyor.insan ruhən belə olduqda çəkildiyi filmlərdə yaxşı,mükəmməl obraz yarada bilir.çünki kinoda belə onları yaşayır.buda hər kişiyə məxsus olmur,özünə məxsus fantaziyaların olması.

  • @Thekamala
    @Thekamala Před 3 měsíci

    Möhtəşəm! ❤

  • @bahruzqadirov9708
    @bahruzqadirov9708 Před rokem +3

    Bu filmin sonunda çox gözəl bir epizod var.çox xoşum gelir orasınnan.. "Park olacaq...biz də əla yaşayacağıq "

  • @ceyhunabbasov9997
    @ceyhunabbasov9997 Před rokem +3

    Ne yaxwi bu kinolar var insanin beyni dincelir

  • @Ariz_ahmedli
    @Ariz_ahmedli Před 4 měsíci +2

    Birce defe de tv de verilmir by filmler niye görəsən, ister ssenari ister musiqisi çox gözel dir

  • @zemaagasefazade6409
    @zemaagasefazade6409 Před rokem +5

    Eyni Zaur))

  • @ilahealakurt
    @ilahealakurt Před rokem +4

    Daha bir mükəmməl film🤍

  • @ulviyyeavbasova3051
    @ulviyyeavbasova3051 Před 6 měsíci +1

    COX GÖZEL MEDENİ BİR KİNO....MEDENİYYET BAŞKA ŞEYDİR❤❤❤❤

  • @orkhanhuseyn5530
    @orkhanhuseyn5530 Před rokem +5

    Çox gözəl filmdi

  • @mominfrhadova5500
    @mominfrhadova5500 Před 7 měsíci

    Çox gözəl..

  • @Legioner399
    @Legioner399 Před 9 měsíci +5

    Risk eliyecek qeder sevmiyibse demeli heç sevmiyib

  • @samirqocaofficial7972
    @samirqocaofficial7972 Před rokem +4

    Köhnə filmlər superdi

  • @user-vx8yw7tn5y
    @user-vx8yw7tn5y Před 8 měsíci +3

    Фархад Манафовун бутун ролларыны алгыщламаг олар гозел актерду👍🥰

  • @asmarmelikzade1056
    @asmarmelikzade1056 Před 3 měsíci +4

    Rus qohum Azər Aydəmirə necə oxşayır. Elə bil həm də o dövrdə yaşayıb 😂

  • @babekehmedovbabekehmedov8798
    @babekehmedovbabekehmedov8798 Před 2 měsíci +1

    Super

  • @beastbeast9859
    @beastbeast9859 Před 10 měsíci +1

    RESPECT!

  • @farahsvaa
    @farahsvaa Před rokem +5

    İkinci dəfə izləyirəm bu eynəkli işverən kimilərə nifrət eləyirəm😃😃😃

    • @manjerolinu2121
      @manjerolinu2121 Před rokem

      Xoşqeyrət rüfəti deyirsiz? Bu film kimi bir hadisə yaxın çevrəmdə baş verib əslində. Hıqiqətən çox üzücü haldır.

    • @bilalvali8911
      @bilalvali8911 Před 4 měsíci

      🚬

  • @saatli_rayon
    @saatli_rayon Před rokem +4

    İl 2023 Illər keçər həyat səni bu kinonu yenidən qarşina çixarar və budəfə yaşayaraq izləyərsən

  • @ravennakarym4820
    @ravennakarym4820 Před 4 měsíci +3

    Fəxrəddin Manafov niyə həmişə biqeyrət rollarda çəkilib ki? Bütün filmlərində meşşan həyat yaşayır,1 dəfə sevir amma sevgisinə sahib çıxa bilmir. Həmişə onun-bunun sözü ilə oturub durur. Hələ 1 dəfə kişi kimi apardığı rol olmayıbe, həmişə əzik olub. Əsəbləşirəm onun çəkildiyi filmlərə baxanda.

  • @fuadverdiyev7509
    @fuadverdiyev7509 Před 11 měsíci +4

    Vika belke sehv eledi marari dostuna deyisdi belke de duz eledi gormek esitmek istediyi cavabi almadi . Ama uzaq bir yerden kimsesiz gelib eline dusen ilk sansdan istifade eledi. Praqmatik oldu xeylaperest yo

  • @resadeliyev4717
    @resadeliyev4717 Před rokem +8

    Tiktokda gelib bu filimə baxanlara Salam olsun

  • @rufatibrahimov8787
    @rufatibrahimov8787 Před 11 měsíci +4

    Bedbext milletik ki, bele filimler day ceke bilmirik. Fexreddin Manafov Super. Rasim Balayevden isteyim bice budur- Azerbaycan filmini evvekli veziyyete qaytarsin. Bu filmi indiki genclerin 95% basa dusmeyecek. Heyif. Bunu yasayanlar biler hec olmasa 1% ni

  • @kplus7862
    @kplus7862 Před rokem +5

    Super kinodur

  • @samxalvladivastok
    @samxalvladivastok Před rokem +8

    Heyif evelki filmlərdən

  • @Afrasiyab555
    @Afrasiyab555 Před rokem +4

    Cindirlara hec vaxt komek etmeyin! Allah vurub onlari.

  • @yagutmusayeva9863
    @yagutmusayeva9863 Před 5 měsíci +1

    Gözəl filmdir.Əməyi kecən hər kəsə təşəkkür edirəm.

  • @elmira7035
    @elmira7035 Před rokem +5

    Marat sonda idealını tapdı. Belke teze ev de verdiler olara. Ammaki karxana sokulmur. Park ele arzu olaraq qalır.

  • @almazbayramova2919
    @almazbayramova2919 Před rokem +1

    Perfectttttttt

  • @Yusuf574-t6i
    @Yusuf574-t6i Před 4 měsíci

    Dəyərli sənəkarlarımız.❤❤❤❤❤

  • @nasibaaskerova3770
    @nasibaaskerova3770 Před rokem +12

    Diqqətimi nə cəkdi ?, necə ilin dostları görüşür, ondiki kimi öpüşmürlər, kişi kimi görüşürlər, indi hər gün görüşürlər quçaqlaşıb elə öpüşürlərki lap adamın əti tökülür 😏

  • @elnur7105
    @elnur7105 Před 3 měsíci

    Əla

  • @user-vm6pj9sn9j
    @user-vm6pj9sn9j Před rokem +1

    Супер

  • @shiralikerim1781
    @shiralikerim1781 Před rokem +3

    👍👏👍

  • @shanseyidova6223
    @shanseyidova6223 Před rokem +4

    Əla film❤

  • @sakinamusayev3007
    @sakinamusayev3007 Před 9 měsíci +2

    ❤ hacansa sevirdin axi

  • @safarliweddingdesign954

    En gozel baxdiqim filimlerden

  • @hicrannecefova9571
    @hicrannecefova9571 Před 5 měsíci

    Anlayana möhtəşəm filmdir.yalniz anlayana👌