“Münaqişədən təsirlənən əhaliyə mobil psixo-sosial dəstək xidmətlərinin təmin edilməsi” layihəsi

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • BMT-nin Əhali Fondunun son münaqişədən zərər çəkmiş bölgələrdə həyata keçirdiyi və “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən icra edilən “Münaqişədən təsirlənən əhaliyə mobil psixo-sosial dəstək xidmətlərinin təmin edilməsi” layihəsi çərçivəsində yerli əhali qrupları ilə görüşlər keçirilir.
    Görüşlər zamanı layihəyə cəlb edilmiş psixoloqlar və mütəxəssislər münaqişənin fəsadlarını bu və ya digər dərəcədə öz üzərində hiss etmiş qadınlar və digər həssas əhali qrupları ilə müzakirələr aparır, onların üzləşdiyi psixoloji və emosional sarsıntıların aradan qaldırılması və psixi sağlamlıqlarının dəstəklənməsi istiqamətində faydalı tövsiyələr verir, ehtiyac olduğu halda ayrı-ayrı şəxslərlə təmənnasız fərdi sessiyalar keçirirlər.
    Ümumilikdə 200-dək belə görüşlərin keçirilməsini nəzərdə tutan layihə cari ilin iyul ayının ortalarınadək davam edəcək və Ağdam, Tərtər, Goranboy, Bərdə, Mingəçevir, Göygöl, Gəncə və Ağcabədini əhatə edəcək.

Komentáře •