Lütvəli Abdullayev ölüm anında Bəxtiyar Vahabzadəni necə şoka salmışdı?

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • #trend #lutfeliabdullayev #1000production
    Səxavət şablonlarını qıran, insanların ürəklərində təkcə bir aktyor, sənətkar kimi yox, həm də mükəmməl bir insan kimi qalan şəxsi anırıq. Biri var idi... Ən sadə insanların qəlbində sadədən sadə abidəsini yüksəldən Lütvəli Abdullayev
    Lütfəli Abdullayev 1914-cü ildə Şəkidə anadan olub. Orta məktəb bitirib. Ardınca Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. On dörd yaşında Bakıya gələrək Üzeyir Hacıbəyovu tapıb. Üzeyir bəy onu Konservatoriyaya götürüb.
    Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, Stanislavski sistemindən isə tamamilə xəbərsiz olub.
    Üzeyir bəy onu konservatoriyaya götürsə də, xeyli musiqili filmlərə çəkilsə də, tamaşalarda oynasa da, oxumağı sevməyib
    Böyük məhəbbəti Sevda xanımla yeməkxanada tanış olublar. Bir müddət sonra aktyor sevdiyi qadını “Ürəkaçanlar” tamaşasına dəvət edib. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. Deyir ki, “Sən Bədəl bəy oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdir, nəsli-nəcabəti kimdir? Heç olmasa, Dram Teatrının aktyoru olaydı...”
    Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də, razılıq əldə olunmur. Sevda ilə Lütfəli düz 5 il gizli görüşürlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Həmin müddətdə Lütfəli Abdullayev “Azdrama”da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayır. Turqut adlı oğlu da olur. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevdanın qarşısını kəsib ona yenidən evlənmək təklif edir. Və nəhayət ki, onlar evlənirlər. Bu izdivacdan aktyorun Xurşid və Gülarə adlı iki qızı doğulur.
    Şəmsi Bədəlbəyli ilə çox yaxın dost, həm də qonşu olublar. Hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: “Lütfəli, görürəm ha, pendirdən, ətdən bura da göndər”. Lütfəli də özündən çıxıb deyirmiş: “Ay Şəmsi, qoy yaşayaq da”. Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək göstərib.
    Yüksək şəkəri varmış. Bir gün həkim ona pəhriz yazır. Aktyorsa “onsuz da gec ya tez öləcəm, qoy heç olmasa tox ölüm” - deyir.
    "Arşın mal alan" filminin çəkilişinə çoxlu aktyorlar dəvət olunur. Aktyorların seçiminə Üzeyir bəy şəxsən özü rəhbərlik edir. Üzeyir bəyin göstərişi ilə sınaq çəkilişləri üçün Vəli obrazına Lütfəlidən başqa heç kim dəvət olunmur.
    Evində ailə üzvlərindən başqa on nəfər qeydiyyatda olub. Ailəsi bunu onun ölümündən sonra bilib. Rayondan gəlib Bakıda qeydiyyata düşmək istəyən heç bir tanışına etiraz etməyib.
    O qədər səxavətli və əltutan adam olub ki, maaş aldığı gün ətrafındakı hər kəsə pul paylayırmış, evə çatanda cibində bir qəpik pul qalmırmış.
    Bir gecə isə tamaşadan qayıdanda “Molokan bağı”ndan keçirmiş. Skamyaların birində on beş yaşında bir qız uşağının başını aşağı salıb oturduğunu görür. Məlum olur ki, bu kimsəsiz uşağın adı Dusyadır, özü də Şamaxı molokanlarındandır. Lütfəli "Gecənin bu vaxtı nə edirsən?" sualının cavabını alar-almaz qızcığazı evə gətirir. Hər tərəfi bit-birə içində olan bu qızcığaz ömrünün sonuna qədər Lütfəlinin ailəsində yaşayır.
    Ən uğurlu tandemi Nəsibə Zeynalova ilə alınırmış. Bundan başqa onlar həyatda da çox yaxın dost olublar. Amma Nəsibə xanım heç vaxt Lütfəlinin evinə qonaq gəlməyib.
    Dünyasını dəyişən gün şam yeməyindən sonra bir-bir tanışlarına zəng vurur. Şəmsi Bədəlbəyliyə azı on dəfə zəng edir. Şəmsi Bədəlbəyli axırda zarafata salıb deyir ki, “ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?!” Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Ona deyir ki, “Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de, çatdırım...” Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, - deyə cavab verir. Bəxtiyar Vahabzadə sonradan bu etirafa görə şoka düşür. Çünki həmin gecə saat 1-ə işləmiş Lütvəli Abdullayevin ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Lakin sonradan məlum olur ki, beyninə qan sızıb. Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da həyat yoldaşının, bir ömür sevdiyi qadının ad günündə vəfat edir.

Komentáře • 124