SOCAR “Azəriqaz” İB-də vakant yerlərə keçirilən müsahibə mərhələsi yekunlaşmaq üzrədir

Sdílet
Vložit
  • čas přidán 5. 10. 2022
  • SOCAR “Azəriqaz” İstehsalat Birliyi respublikanın ən böyük işəgötürənlərindən biri kimi ölkənin 57 rayon və şəhərində fəaliyyət göstərir. Hazırda Birlikdə 8600 nəfərə yaxın işçi çalışır ki, bunun 62%-ə qədərini fəhlə kateqoriyasına aid olunan işçilər təşkil edir. Əlbəttə ki, ən çox vakant yerlər də bu sahədə yaranır.
    Birlik üzrə 2022-2023-cü illər ərzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə mövcud olan və gələcəkdə yaranması ehtimal edilən vakant yerlərin vaxtında komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin müsahibə mərhələsi artıq yekunlaşmaq üzrədir. Müsabiqədə iştirak etmək üçün müraciət edən 4606 namizəddən 4495 nəfəri ilkin seçim mərhələsini keçmiş və müsabiqənin növbəti mərhələsində iştirak hüququ əldə etmişdir. 19 sentyabr tarixindən başlayan müsahibələr davam edir və artıq 908 namizədin müsahibəsi yekunlaşmaq üzrədir.
    Müsahibələr Birliyin “Başdan ayağa” layihəsi çərçivəsində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İnsan Resursları Departamentinin rəisi və rəis müavinləri, həmçinin Birliyin strukturuna daxil olan təşkilatların İnsan resursları şöbələrinin rəisləri tərəfindən aparılır. Bütün müsahibələr video çəkiliş ilə sahə üzrə ekspertlərin və insan resursları üzrə mütəxəssislərin iştirakı ilə keçirilir.
    Bundan əlavə, SOCAR-ın “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasına dair SOCAR-ın 2022-ci il üçün illik iş planı"nına uyğun olaraq müsahibələrin keçirilməsinə ictimai nəzarətin təmin edilməsi məqsədilə Birliyin İctimai Şurasının üzvləri tərəfindən müsahibələrin gedişi müşahidə edilir.
    Qeyd edək ki, müsahibədən uğurla keçən və eyni bal toplayan namizədlər arasında şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına və bu qəbildən olan həssas qruplara aid olunan namizədlərə yerləşdirmə zamanı üstünlük veriləcək.

Komentáře • 16

  • @naxcivanqacqini3755
    @naxcivanqacqini3755 Před rokem +1

    Rusun dovrunde ise girirdiler sora orda kiminse yanina verirdiler oda hem oyredirdi hrmd emas alirdi, yeni bir sozle issizlere is verirdikerz indi cv imtahan 2.4 musahibe verirler ozde fehle isi e

  • @vasifgahramanoff7068
    @vasifgahramanoff7068 Před rokem +2

    Mən Naxçıvanlı deyiləm. Sizin idarəyə işə düzələ bilərəm? adətən sizdə 2 eşşəyin 1 arpasını bölə bilməyən Naxçıvanlılar işləyir

  • @romababayev4824

    Salam.men

  • @seymursemirov5623
    @seymursemirov5623 Před rokem

    Bu yer bakinin harasindadi ?

  • @m.1.9.7.0
    @m.1.9.7.0 Před rokem

    İmtahannan keçmişik. Nolsun. Hələdə işə qəbul olmamışıq

  • @user-il8hc1ib3v

    Salam qaz idaresinde çilger işi nece işdi bilen var yazın?

  • @xalidequrbanova6643
    @xalidequrbanova6643 Před rokem

    DEYİRSİZ AMA İŞE QEBUL ETMİRSİZ MENDE SOKARDA İŞLEMEK İSTEYİREM. XAHİŞ EDİREM KÖMEKLİK EDESİZ

  • @xalidequrbanova6643
    @xalidequrbanova6643 Před rokem

    SAIAM, MENE DE KÖMEK EDERS7ZMİ XAHİŞ EDİREM MÜMKÜNSE, İŞLE BAĞLİ. MENDE İŞLEMEK İSTERDİM XAHİŞ EDİREM MENİ NE ETMEME YÖNLENDİRESİZ

  • @AnonimousX93
    @AnonimousX93 Před rokem +1

    Bos seydi

  • @nizamiquliyev4743
    @nizamiquliyev4743 Před rokem

    Yalandan danşmayin heç kimi isə götrmürsüz