Xəyal Cəfərov ilə intervyu

Sdílet
Vložit
  • čas přidán 7. 08. 2024
  • #SOCAR-ın #Karbamid zavodunun direktoru Xəyal Cəfərov zavodun istismara verilməsinin ölkənin kənd təsərrüfatının inkişafına verdiyi töhfələrdən, Azərbaycana milyonlarla xarici valyutanın daxil olmasından, 2021-ci ildə kəskin artan istehsal və ixrac göstəricilərindən danışıb. Həmçinin Karbamid zavodunun tikintisi üçün cəlb olunan maliyyə vəsaitinin çox qısa zamanda artıq 1/3-nin ödənildiyini deyib. #carbamide #xəyalcəfərov #khayaljafarov #intervyu #interview #günelnəzərova #gunelnazarova #agriculture
    0:00 Ölkəmizin əsas strateji prioritetlərindən biri neft kapitalının insan kapitalına çevrilməsidir. Karbamid zavodunun işə salınması insan kapitalının inkişafına hansı töhfələri verdi?
    01:41 Sizin mütəxəssis kimi formalaşmağınızda SOCAR hansı rolu oynayıb? Necə oldu ki, Karbamid zavoduna rəhbərlik etməyə başladınız?
    03:31 SOCAR-ın Karbamid zavodunun istismara verilməsi qeyri-neft sektoru və ümumilikdə, real sektorun inkişafına, habelə kiçik və orta biznes subyektlərinə hansı töhfələri verdi?
    07:54 Ölkəmizin qeyri-neft sektorundakı ixrac göstəricilərində karbamidin payı nə qədərdir?
    08:28 Gələcəkdə qonşu ölkələrin karbamid məhsulunun Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması mümkündürmü və bu çərçivədə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi Karbamid zavodu üçün hansı üstünlükləri qazandırdı?
    09:56 Karbamid zavodu işə salınmazdan əvvəl Azərbaycan gübrə idxalından 100% asılı olan bir ölkə idi. Hazırda idxaldan asılılığımız nə qədər azalıb və ümumilikdə, idxal əvəzləməsi və ixrac nəzərə alındıqda, 2021-ci ildə Karbamid zavodu Azərbaycanın xarici ticarət saldosuna nə qədər müsbət təsir göstərib?
    11:12 Karbamid gübrəsinin istehsalında SOCAR təbii qazdan xammal kimi istifadə edir. Bu, onun əlavə dəyərini nə qədər artırır?
    12:24 Karbamid zavodunun inşası üçün cəlb olunan maliyyə vəsaitinin qaytarılması hansı mərhələdədir?
  • Krátké a kreslené filmy

Komentáře • 1