Qarabağ qazisi Qarabağ qazisinin çənəsini sındırıb

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində insident baş verib. Qarabağ qazisi, əlbəyaxa döyüş növləri üzrə peşəkar idmançı Rəvan Nəbizadə Agentliyin əməkdaşı Namiq Babayevə fiziki hücum edib və ona zərbələr endirib.
    Bildirildiyinə görə Rəvan Nəbizadə növbədənkənar müayinə olunmaq istəyib, Namiq Babayev isə onu sakitləşdirməyə çalışıb. Zərbələrdən çənəsi və dişləri sınan Namiq Babayev əməliyyata aparılıb.
    Qeyd edək ki, Namiq Babayev də Qarabağ qazisidir, XTQ-də xidmət edib, döyüşlərdə yaralanıb, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.
    Faktla bağlı cınayət işi açılıb.

Komentáře • 1