Müəllimlərin sertifikasiyası, təhsil haqqına görə uzaqlaşan tələbələr... - Elçin Əfəndi Çətin sualda

Sdílet
Vložit
  • čas přidán 2. 07. 2024
  • Müəllimlərin sertifikasiyası, təhsil haqqına görə universitetlərdən çıxarılan tələbələr... - Elçin Əfəndi Çətin sualda
    “Çətin sual” Kamran Mahmudovla № 757
    İyunun 21-22 və 24-də Azərbaycanda növbəti dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilib. Bu il ilk dəfə prosesə riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb ediliblər. Eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də imtahan veriblər. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 448 müəllim iştirak edib.
    Ancaq bir çox təhsil eksperti və müəllimlər sertifikasiya imtahanının nəticələrindən narazıdır.
    Bu arada, ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb. "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib ki, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.
    Təhsil məsələləri üzə ekspert Elçin Əfəndi danışır.
    Kanala abunə ol: bit.ly/3fQCXFu
    WebSite: www.turan.az
    Facebook: / turanagency
    Telegram: t.me/turanagency
  • Zábava

Komentáře •