ABŞ Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə daxil olur? - Elxan Şahinoğlu Çətin sualda

Sdílet
Vložit
  • čas přidán 10. 07. 2024
  • ABŞ yenə Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə daxil olur? - Elxan Şahinoğlu Çətin sualda
    “Çətin sual” Kamran Mahmudovla № 762
    ABŞ bəyan edb ki, Azərbaycan və Ermənistan “yekun razılığa gəlməyə çox yaxındır”. Bunu ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli görüşü açarkən deyib.
    Blinken, "qalıcı, şərəfli və fövqəladə bir fürsət" adlandırdığı yekun razılaşmanın əldə edilməsinin hər iki ölkə, region və onların ABŞ ilə əlaqələri üçün vacibliyini vurğulayıb.
    “Bu proses boyu Birləşmiş Ştatlar Avropa İttifaqı və Avropadakı bir çox həmkarları ilə birlikdə yardım və dəstəyini əsirgəməyib. Bu gün bizim əldə edilmiş irəliləyişləri qiymətləndirmək imkanımız var”.
    “İnanıram ki, hər iki ölkə ABŞ-ın güclü şəkildə dəstəkləyəcəyi yekun razılaşma əldə etməyə çox yaxındır”, - o əlavə edib.
    “Beləliklə, mən bu gün harada olduğumuzu bir daha qiymətləndirmək və ABŞ-ın razılığa gəlməyinizə kömək etmək üçün daha nələr edə biləcəyini görmək fürsətinə görə minnətdarlığımı bildirirəm” dedi.
    Siyasi şərhçi Elxan Şahinoğlu bu barədə danışır.
    Kanala abunə ol: bit.ly/3fQCXFu
    WebSite: www.turan.az
    Facebook: / turanagency
    Telegram: t.me/turanagency
  • Zábava

Komentáře •