2000 Mercedes w210 E240 V6 ● POV Test Drive | sürüş

Sdílet
Vložit
  • čas přidán 30. 07. 2024
  • Mercedes w210
    Mersedesin bu modeli 1995-2002 illərdə buraxılıb.
    Mühərrik
    W210 onlarla mühərrik ilə təchiz olunub. Bəli, Mersedes mühərrikləri çox etibarlıdır. Vaxtında və düzgün qulluq olunduqda (keyfiyyətli ehtiyyat hissələrindən istifadə edildikdə və ən əsas düzgün istismar olunduqda bu mühərriklər problemsiz 500,000 və daha çox gedə bilir. Bu model Mersedesdə mühərrikdə qayışın yerinə zəncirdir bu da daha praktik və dözümlü olduğundan dəyişilmir.
    Mersedeslərdə radiator çirkləndikdə və digər səbəblərdən (termostatın xarab olması, soyuducu mayenin köhnəlməsi və s) mühərrik qızmağa meyllidi. Buna xüsusi diqqət yetirmək lazımdı.
    Hər bir bahalı avtomobil kimi Mersedes orijinal ehtiyyat hissələrinə olduqca tələbkardı.
    Uzun müddət istismardan sonra Mersedes mühərrikləri yağ yeməyə başlayır amma bu qorxulu deyil.
    Mersedes sürərkən keyfiyyətli yanacaqdan istifadə etmək olduqca vacibdir və yanacaq çənində ən az 10 litr benzin saxlamaq gərəklidir. Əks halda tez bir zamanda benzonasos sıradan çıxa bilər.
    Keyfiyyətsiz benzin aldıqda ən yaxşı halda şamlar yararsız hala düşə bilər. Həmçinin, katalizator, lyamda zond xarab ola bilər.
    Dizel mühərrikli Mersedes benzin mühərrikli avtomobillərdən daha uzunömürlü hesab olunur. Ancaq bizim dizelin keyfiyyəti aşağı olduğuna görə problemlər yarana bilər.
    Dizel mühərrikli köhnə Mersedes alarkən bilməliyik ki, çox böyük ehtimal o xaricdə taksi kimi istifadə olunub.
    Benzin mühərrikli Mersedeslərdə kompressorlu olanlar kaprizli hesab olunur. Benzin tipli avtomobillərdə E240, E280 və E320 modelləri məsləhətli hesab olunur. Amma unutmaq olmaz ki, mühərrikin həcmi artdıqca yanacaq sərfiyyatı da artır. Misal üçün E240 mühərrikli w210 14litr /100km benzin işlədir.
    Şassi
    Mersedes avtomobilləri uzun illərdir ki, bizim yollarda sınaqdan keçib. Amma komfortlu, dözümlü asqıya malik olan alman avtomobilləri də nə vaxtsa ustaya getməli olurlar.
    Stabilizatorun stoykaları təxmini 20,000 km gedir
    Şaravoylar, saylentbloklar 100,000 km yaxın gedir
    Arxa asqı daha mürəkkəb olduğundan detalların sayı da daha çoxdu və orta hesabla 70,000 km dən sonra dəyişməli olurlar.
    Rulevoy reykada 200,000 km də lyuft yarana bilər
    Tormoznoy disk 80,000 km gedir.
    Transmissiya
    Transmissiya olduqca dözümlüdür. Hər 60,000 km yağı dəyişdikdə sahibinə problem yaratmır
    4 pilləli avtomat 5 pilləlidən daha dözümlü sayılır.
    Mersedesin daha bir üstünlüyü də odur ki, ehtiyyat hissələrini dəyişdikdən sonra uzun illər istismar olunur.
    Mersedeslərin elektronikası da etibarlı hesab olunur
    Qeyd
    Yaxşı 4 göz tapmaq indi çox çətindi. Çünki artıq bir neçə ildir ki, Azərbaycana w210 idxal olunmur. Satışda olan avtomobillər ölkədə istismar olan avtomobillərdi. Daxili bazardakı avtomobillərin çoxunun yürüşünə inanmaq çətindir. İllik 20,000 km yürüşlə bu avtomobillər ilinə görə 280,000-420,000 km yol getmiş olacaq, amma satışda olan avtomobillərin yürüşü çox az göstərilir. Bəzən amerikankalarda yürüş necə varsa ele yazılır, halbuki mil km dan qat qat coxdu.
    Daha bir vacib məqam odur ki 14-21 ilin avtomobili vurulmuş olmasın. Bu da çox nadir hallarda olur.
    Bu illərdə olan avtomobillərdə çürük və paslanmış yerlərin olması da normaldır.
    Aşağıdakı səbəblərə görə Bakıda Mersedes almaq əlverişlidir:
    1. Ehtiyyat hissələrinin ucuz və rahat tapılması, istər orijinal, köhnə və təzə
    2. Mersedes ustalarının çox olması
    3.Satmaq nisbətən asan olur
    4.Dözümlülük
    5. Komfort
    6.Təhlükəsizlik
    Yekun olaraq qeyd edək ki, premium klas işlənmiş avtomobil almaq fikrində olanlar üçün Mersedes w210 öz sinfində ilinə görə ən optimal variant hesab edilə bilər. Çünki eyni ildə buraxılmış BMW və ya digər avtomobil Mersedeslə müqayisədə çox kaprizlidi. Əsas məsələ isə yaxşı Mersedes tapmaqdı.
    #mercedes #w210 #testdrive #surus

Komentáře • 25