Bir salama dəymədi - Əminə Yusifqızı (Bəxtiyar Vahabzadə)

Sdílet
Vložit
  • čas přidán 12. 05. 2024
  • Bəxtiyar Vahabzadə
    BİR SALAMA DƏYMƏDİ
    Bu gün mən səni gördüm,
    Salam vermək istədim,
    Üzünü yana tutdun.
    Söylə, illərdən bəri
    Qəlbimizin bir duyub
    bir vurduğu illəri,
    Axı, nə tez unutdun?
    Beş ildə gözümüzdən axan o qanlı sellər,
    Bir salama dəymədi?
    Heç üzümə baxmadan yanımdan necə keçdin?
    Sən eşqin salamını qorxuyamı dəyişdin?
    Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
    O qədər yaxın ikən, bu qədər uzaq oldun.
    Şirin gülüşlərimiz, acı fəğanlarımız
    Bir salama dəymədi?
    Qayğılı anlarımız, qayğısız anlarımız
    Bir salama dəymədi?
    Sən neylədin, bir düşün!
    Yalnız indi anladım; ah, sən daha mənimçün
    Əlçatmaz bir çiçəksən,
    Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
    Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
    Düz beş il ürəyimdə
    Bəslədiyim məhəbbət, bir salama dəymədi.
    Bir günlük həsrətimə dözə bilməyən gülüm,
    Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
    Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
    Sən necə etinasız ötə bildin yanımdan?
    Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
    Sənin qəlbin əsmədi.
    Arxana da baxmadın!
    Niyə sənin yolunu məhəbbətin kesmədi?...
    Qazancımız de, bumu?
    Deyilməmiş o salam əlvidamız oldumu?
    Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
    Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Komentáře • 3

  • @AgdasAgdas-ik9nc
    @AgdasAgdas-ik9nc Před 15 dny

    Bu şeiri sözlə təsvir, ifadə etmək olarmı? Əhsən o qədər gözəl yazıbki Bəxtiyar müəllim. Allah rəhmət eləsin😢

  • @kitabkimi
    @kitabkimi  Před 26 dny

    Sevgi şeirləri(1 saat) - Əminə Yusifqızı ifasında
    czcams.com/video/181Nbz14Y-U/video.html

  • @gunelabbas120
    @gunelabbas120 Před měsícem +1

    Niyə sənin yolunu məhəbbətin kəsmədi?