İcra nümayəndəsi başçının tapşırığına məhəl qoymur

Sdílet
Vložit
  • čas přidán 28. 02. 2024
  • Qobustan rayon Bədəlli kənd icra nümayəndəsi Hamlet Ağayev rayon icra başçısı Adil Məmmədovun tapşırıqlarına məhəl qoymur.
    Qobustan rayon Bədəlli kənd sakini Niyaməddin Ocaqov kənd icra nümayəndəliyi və bələdiyyənin hərəkətlərindən və ya hərəkətsizliyindən saytımıza şikayət edib.
    “Biz heç nə edə bilmərik”
    O, Bədəlli kəndində 10 ildi sahibi olduğu torpaq sahəsini sənədləşdirə bilməməsindən şikayətçidi: “2014-cü ildə Bədəlli kənd bələdiyyəsindən evimin yanından 12 sot həyətyanı torpaq sahəsi almışam. Həmin vaxt maddi imkanım olmadığından torpağı tam sənədləşdirə bilmədim. Amma ilk gündən həmin torpaqdan istifadə edirəm. Ötən il torpağımın sənədləşməsi üçün aidiyyəti üzrə Bədəlli kənd bələdiyyəsinə müraciət etdim amma mənə torpağa həbs qoyulduğunu dedilər. Məsələ ilə bağlı Bələdiyyədən mənə kömək etmələrini xahiş etsəm də “biz heç nə edə bilmərik”, deyə bildirdilər.
    “Elə etmə ki, o torpağı da əlindən alım”.
    Niyaməddin Ocaqov daha çox kənd icra nümayəndəsi Hamlet Ağayevin hərəkətsizliyindən və ona qarşı kobudluğundan şikayətçidi:
    “Bədəlli kənd icra nümayəndəsi Hamlet müəllimə müraciət etdim. O, isə kobud şəkildə mənə bildirdi ki, “elə etmə ki, o torpağı da əlindən alım”.
    Hamlet müəllimin xidmətində durmalı olduğu sakinlərə qarşı bu cür kobudluq etməsi əlbəttə ki, qəbuledilməzdi və məmura yaraşmayan addımdı. Əlbəttə ki, Niyaməddin Ocaqovun dedikləri həqiqəti əks etdirirsə. Bu yerdə Hamlet müəllimə Cənab Prezidentin iki il öncə dediyi “Hər bir məmur, Prezident başda olmaqla xalqın xidmətçisidir” sözlərini xatırlatmaq yerinə düşərdi: “Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir”. (Prezident İlham Əliyevin icra başçılarının video formatda qəbulundakı çıxışından sitat. Tarix: 18.02.2022)
    “Get, kimə istəyirsən müraciət et”.
    Niyaməddin Ocaqov şikayətində daha sonra icra nümayəndəsinin rayon icra başçısının tapşırığına məhəl qoymadığını bildirir: “Mən bununla bağlı Prezident İlham Əliyev cənablarına müraciət edəcəyimi bildirsəm də Hamlet müəllim “get, kimə istəyirsən müraciət et” cavabını verərək mənə qarşı kobudluq etdi. Mən də çarəsiz vəziyyətdə Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun qəbuluna getdim. İcra başçısı Bədəlli kənd bələdiyyəsini və icra nümayəndəsi Hamlet müəllimi yanına çağıraraq mənim problemimin qaydasına salınması üçün göstəriş versə də yenə də heç nə dəyişmədi. Nə kənd bələdiyyəsi, nə də icra nümayəndəsi heç bir əməli iş görmədi”.
    Vətəndaşa xidmət etmək üçün vəzifələndiyiniz bir halda onlara qarşı bu cür hörmətsizlik və kobudluq etmək nə dərəcədə məmur şərəfinə yaraşır, hörmətli Hamlet müəllim?
    Qarşı tərəfin də fikirlərini paylaşmağa hazırıq.

Komentáře • 1