Video není dostupné.
Omlouváme se.

Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası”

Sdílet
Vložit
  • čas přidán 26. 05. 2023
  • #1000production #birivaridi #sabirmirzeyev
    Rəhmətik Seyid Şuşinski üzünü dövrün ən tanınmış ifaçılarına tutaraq onun gəlişini belə müjdələmişdi: “Astraxanbazardan bir urus gədəsi gəlib, hamınızın anasını ağladacaq!”.O zamanlar Cəlilabad Astraxanbazar adlanırdı və o da gəncliyində rus kimi sapsarı idi. Biri var idi- Xalq artisti Sabir Mirzəyev.
    Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Atası Nüsrət Mirzəyev Cənub bölgəsinin məşhur xanəndələrindən olub. Hər iki oğlunun istedadını kiçik yaşlarından hiss edən Nüsrət Mirzəyev Sabir Mirzəyevə deyib ki, Habildən xanəndə olacaq, səndən yox, çünki sən utancaqsan.
    Həddindən artıq çox siqaret çəkər, içki içərmiş. Sənət dostları bunu ona irad tutanda deyirmiş ki, səsi mənə Allah verib, siqaretlə korlana bilməz. Yoldaşı belə ona bu vərdişləri tərgizə bilməyib. Yoldaşı demişkən, həyat yoldaşı Xaisə xanımla evlənəndə qızın 16 yaşı olub.
    O Seyid Şuşinskinin sevimli tələbələrindən olub. Sarışın olduğu üçün Seyid ona “urus balası” deyərmiş. İlk dəfə müəllimimin yanında “Çahargah” muğamını oxuyanda Seyid Şuşinski deyib ki, “urus balası”, sənin bu “Çahargah”ın top atacaq. Həqiqətən də, elə oldu. O, “Çahargah”a öz möhürünü vurdu.
    Sabir Mirzəyev cənub bölgəsindən olsa da, onu ən çox toylara aparan qarabağlılar olub. O da söhbətlərdində deyirdi ki, əslində, mən də Qarabağlıyam. Qarabağın Arazın o tayındakı torpaqlarından - Qaradağdan. Onu da deyim ki, Qaradağ da gözəl səsləri ilə məşhurdur.
    Sabir Mirzəyev Seyid Şuşinskinin dediyi kimi, bütün çağdaşlarının anasını ağlada bildimi, bunu dəqiq söyləmək çətindir, amma düşünün ki, Xan Şuşinski və Yaqub Məmmədovdan sonra elə onların sağlığındaca böyük ifaçılığa möhür qoymağı bacardı! Bu sizə asan gəlməsin! Özü də Xanın, Yaqubun oxuduğu muğamlarda... Misal üçün bayaq dediyim kimi, “Çahargah”da...
    Baxışları aslanı xatırladarmış. İfasında da eynən aslan kimi yırtıcı imiş. Heç kimi vecinə alan deyilmiş. Elə həyatda da bu cür olub. Heç kimdən çəkinməyib.
    Sabir Mirzəyev istisna şəxslərdən olub. O, nə düşünübsə, onu da deyib. Elə buna görə 60 yaşına qədər heç bir ad və titul almayıb. Sanki onun yaşa dolub “ağıllanacağını” gözləyiblər. O isə idarə olunmaz olaraq qalıb. Baxmayaraq ki, filarmoniyanın, “Azkonsert”in və dövlət televiziyasının solisti olub.
    Sabir Mirzəyev əməkdar artist adını 64 yaşında alıb. Hansı ki, artıq xalq artisti adı “dünənki uşaqlara” verilirdi və onun kimi sənətkarın adsız qalması kənardan çox eybəcər görünürdü.
    Xanəndənin Xalq artisti almasına əngəl yaradıblar. Çünki o azad yaşayan, ad üçün çalışmayan və dövrün standartlarına cavab verməyən sənətkar olub.
    Xanəndə bir gün məclislərin birində kiminləsə nərd oynayırmış. Oyunun ortasında oralarda oxuya-oxuya pul dilənən bir gədəbəyli kişinin səsi gəlib. Kişi saz havalarını xalq mahnılarına, xalq mahnılarını muğama qarışdırıb çox zildən həftəbecər şeylər oxuyurmuş. Sabir müəllimi elə bil cərəyan vurub. Dayanıb səsə qulaq asıb. Birdən lap həyəcanlanla - Atanın goruna lənət, məni qınayan! Alə, xaric oxumur eee... Xaric oxumur eee... Buna bax, xaric oxumur eee...” deyib
    Oxuya-oxuya pul dilənən gədəbəyli səs səltənətinin hansı qapısını döyübsə Sabir müəllim ona heyran qalıb. Hətta arada gözləri yaşarıb, başını bulayıb onun ünvanın yağlı bir söyüş də söyüb. Dalınca da belə bir söz deyib. "Atamın goru haqqı bizim xalq artistlərinin heç biri o pərdədə elə oxuya bilməz!"
    Ünumiyyətlə Sabir Mirzəyev söyüşcül adam olub. söyüşü elə söyürmüş ki, elə bil belə də olmalıdır. Sənət dostları deyir ki, İçki və söyüş olmasa, Sabir müəllim yaşaya bilməzmiş"
    Bir gün yenə Sabir Mirzəyevi oxumaq üçün toya dəvət ediblər. Danışıq zamanı toy sahibi sənətkara özünü kasıb adam kimi təqdim edib. Sabir Mirzəyev deyilən vaxtda toy olan rayonda olub. Həyətə girəndə görüb, deyildiyi kimi deyil vəziyyət. Həyətdə bir mağar qurulub, ucu-bucağı yoxdur. Mağarın yanında dəm-dəsgahlı bir villa var, villanın da yanında balaca bir daxma. Sabir Mirzəyev gedib dayanıb daxmanın yanında, deyib burda oxuyacam. Bəyin atası deyib, Sabir müəllim, toy orda deyil. Sabir Mirzəyev qayıdıb ki, biz bu evin dəyərində danışmışıq, villanın yox. Mən də burda oxuyacam.”
    Sabir Mirzəyev 2011- ci ildə Təbrizdə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Azərbaycan mədəniyyəti üçün ağır itkilərdən biri olub. Allah rəhmət eləsin

Komentáře • 176

  • @CyrusCadusi
    @CyrusCadusi Před rokem +13

    Ən çox sevdiyim sənətkar! Onun haqqını rüşvətxor məmurlar vermədilər. Biz onsuz da ədalətsiz cəmiyyətdə yaşayırıq. Rüşvətxoru Fəxri xiyabanda sənətkarı öldüyü yerdə torpağa verən xalqıq.
    Allah rəhmət eləsin!

  • @nizamiagayev9492
    @nizamiagayev9492 Před rokem +19

    Əsl sənətkara saatlarla qulaq asmaq olar, zamanın necə keçdiyini bilmək olmaz. Allah rəhmət eləsin! Sabir Mirzəyev belə sənətkarlardan olub.

  • @user-on2np3fh5y
    @user-on2np3fh5y Před 8 měsíci +5

    САБИР МИРЗАЕВ...йера коя сыгмаян муганни... АЛЛА САНИ ГАНИ ГАНИ РАХМАТ ЕТСИН АМИН АМИН ИНШАЛЛА...🌃⛼🕋🤲🤲🤲🤲🤲🤲🤲🥀🥀🥀🥀🥀🥀🥀

  • @eldenizazer8831
    @eldenizazer8831 Před rokem +59

    Allah sənə rəhmət eləsin Böyük cənətkar.Sən sağlığında xalq artisti olmadısa Azərbaycan xalqının ürəklərində xalq artisti möhürün vurdun.

  • @valehismailov7877
    @valehismailov7877 Před rokem +19

    ALLAh Sizleri var elesin,cox gozel senetkardan sohbet acdiniz.Sizlere Can Saligi,Boyuk Senetkara, Rehmet Elesin.

  • @xanimgulsafarova2263
    @xanimgulsafarova2263 Před rokem +5

    Allah rəhmət eləsin çox gözəl səsi var idi Füzuliyə qastrola gəlmişdi işıq söndü mikrafonsuz oxudu elə oxudu hamı ayaq üstə qarşıladı

  • @vesilequliyeva9234
    @vesilequliyeva9234 Před 9 měsíci +3

    Allah rəhmət eləsin.Ğözəl insan,əsil SƏNƏTKAR idi.Konsertlərə, toy şənliklərinə məni aparardi.

  • @elcinsadiqov8623
    @elcinsadiqov8623 Před rokem +4

    Çox böyük sənətgar yüksək səsli zil səsli bir Böyük Mügəni idi❤Allah rəhmət eləsin🇦🇿

  • @user-fh8cs4sz6b
    @user-fh8cs4sz6b Před rokem +11

    Халгын бойук сенеткары мугаматымызын устасы козел мелахетли сес сахиби Сабир Мирзейеве гени гени рехметлер олсун.

  • @ahmedmamedov5491
    @ahmedmamedov5491 Před 9 měsíci +4

    Allah Rəhmət eləsin.Çox böyük sənətkar idi... Ruhu şad olsun.AMİN...

  • @meyxana_.dunyasi_
    @meyxana_.dunyasi_ Před rokem +4

    Sabir əmi elə xalqın artistidi Allah rehmet elesin

  • @samirmamedov455
    @samirmamedov455 Před rokem +5

    Men omrumun 40 ilinin Sabir muellimin Fanati olmuwam. Cahargahi ve ya Bestenigar tasnifiini oxuyanda ele bilirem dunya menimdir! 1976-ci ilde bir toy meclisinde 7 defe Bestenigari sifariw verdim. Buna gore indi xecalet cekirem ki, ona ne qeder eziyyet vermiwem! Ruhun wad olsun Muellim!

  • @allahverdirasulov3379
    @allahverdirasulov3379 Před rokem +30

    Ruhun wad olsun 🤲Kecmiwde dersden qelirdim radyoda qunorta konsertina qulaq asardim bu ses hec vaxt unudula bilmaz☝️☝️☝️

  • @ceyhun1009
    @ceyhun1009 Před rokem +8

    Allah rehmet elesin.Ruhunuz şad olsun Amin.Xatirelerde yaşayacaqir iller ötsede Dahi Sevilen ifaçi Muqam senetkari.Sabir Mirzeyev.Sizlerde çox saqolun paylaşdiniz minettariq 30 05 2023.

  • @sabithuseynov2781
    @sabithuseynov2781 Před rokem +15

    Sağ ol caban oğlan allah səni xoşbəxtlərin xoşbəxti etsin.Usdada allah rəhməti olsun.Bir məsələ var ki Sabir Mirzəyevin günahı cənub bölgəsindən olmasıdır odur xalq artisdi ola bilməməyinin səbəbi və içki xoşlamasının dərdi.Onsuzda ürəklərdə usda xanəndə olaraq qalır və qalacaq.

  • @user-en4yf7yg4r
    @user-en4yf7yg4r Před rokem +6

    Allah Xanada rehmet elasin,Yaqubada, lakin Sabir rahmatliy balkada olardanda guclu sese va savada sahib olub... evezolunmaz senetkar.

  • @user-ib7rf6mk9g
    @user-ib7rf6mk9g Před rokem +4

    Bütün Sabirsevərləri alqışlayiram,ulu muğamlarimiz qədər ömürlri olsun,mənə elə gəlrik ki,onu mən qədər sevən və qulaq asan yoxdur,şukurlər olsun ki daha coxdur,tələbəlik illərində butun konsertləridə olurdum,O,kisidən birdə olmayacaq,istedadına gorə bədxahlarıda cox olub,bizim Lerikdədə cəklisi olub.Allah onu rəhmət eləsin.......

  • @user-fj6ov2mf2h
    @user-fj6ov2mf2h Před 11 měsíci +2

    Бойук сенеткар Сабир Мирзайев Аллах рехмат еласин

  • @novruzyaqubov7017
    @novruzyaqubov7017 Před rokem +16

    Allah rəhmət eləsin məkanı cənnətlik olsun.Hər kəs öz fikrini bildiyi kimi yozur birisi deyir muğam Şirvanda digəri deyir Qarabağdan gəlib bir qismi Bakıdan başlayıb deyillər.Mugam mərsiyələr Roza vənuhə demekler bizdə əslində Təbrizimizdən gəlib muğamın ladi və köku müqəddəs kitabımizdan irəli gəlib.Sabir MM-in atası rəhmətlik Nüsrət kişi də o taydan gəlib Bayxanlı kəndində məsgunlasiblar.Nusrət kişi cənub bölgəsinin məhsur xanəndələri dən olub.Sabir MM səsi çox şirin məlahətli idi vədinlənməli səs idi. Mən deyərdim onun səsi sanki ildırım metrootindən yaranmış bir fenomen səs idi.Onu ödədi heç vaxt onun özü kimi ifa edən ola bilməz.Qaldi fəxri ada o özü fəxri adı hələm toylarda başına tökülən şabaşlarla biruzə verirdi.Dovrundə ondan baha toya gedən xanəndə var idisə çıxsın desin mən getmişəm deyə bilməz heç kim ruhu şad olsun.Cəlilabad şəhərində onun büstü qoyulmalıdır muzeyi olsa yaxşı olar.Gələcək nəsillərə çatsın ki belə bir muğam ustadı burda dünyaya göz açmış anbar dan sonra Cahargah muğamın o səviyyədə oxuyan olmayıb olmayacaqsa...😮😮😮

    • @samirrza8056
      @samirrza8056 Před rokem

      Heyf tanıdığım cəlilabadlıların çoxsu onu tanımır.

  • @bextiyarhesenov6692
    @bextiyarhesenov6692 Před rokem +6

    Bu adların ləğvi ən ədalətli bir iş olardı.

  • @mohubbetimanov4193
    @mohubbetimanov4193 Před rokem +9

    Allah o dünyasını versin, gözəl sənətkar idi.😔🙏🙏🙏😔

  • @mirsabirpnhov3089
    @mirsabirpnhov3089 Před 11 měsíci +7

    1000 RƏHMƏT AMİN
    BU DÜNYYA NƏ ETBAR
    KİMİNƏ GEN KİMİNƏ DAR
    BİR QEYRƏTSİZ İŞİDƏ VAR
    YAXŞI ÖLƏR YAMAN QALAR

  • @user-lt5yk3wm5y
    @user-lt5yk3wm5y Před rokem +26

    Allah rəhmət eləsin.Ruhu şad, məkanı cənnət olsun amin.

  • @user-xe7xb8iq5j
    @user-xe7xb8iq5j Před rokem +8

    Хыдо рәhмәт быкардо Амин , чәвон әсыл Лерикиж быә 🤝

    • @mr.Chambers88
      @mr.Chambers88 Před rokem +1

      Celilabad , Bilesuvar camaatinin ekseriyetinin koku Lerik rayonunnadi

  • @kamilagayev4519
    @kamilagayev4519 Před rokem +3

    Allah Sabir Mirzəyevi rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.

  • @cemilsirinbeyli1178
    @cemilsirinbeyli1178 Před rokem +6

    Allah rəhmət eləsin,şəxsi tanışlıgımda var idi.Böyük sənətkar olduğu kimi,möhkəmdə zarafatcıl idi.

  • @user-qy9pw4el2z
    @user-qy9pw4el2z Před rokem +12

    39-богаз ВУРУБ ЧАХАРГАХДА,37 ДЕФЕ СЕВДИЙИНИ МАЧ ЭДЕН МИЛЛЕТИМИН ФЕХРИ СИЗЕ МИН РАХМАТ!😥😧

  • @SeyfullaEliyev001
    @SeyfullaEliyev001 Před rokem +8

    Allah sizə qəni-qəni rəhmət eləsin əvəz olunmaz sənətkar məkanın cənnət olsun.

  • @rahilaliev4980
    @rahilaliev4980 Před rokem +21

    Халг артисти алдылар анчаг ада лайиг олмадылар Сабир алмды анчаг бу ада халгы терефинден лайыг олду. Аллах рехмет елесин гозел сенеткара

  • @solmazsolmaz2173
    @solmazsolmaz2173 Před 11 měsíci +3

    Allah sənə rəhmət eləsin.sabir müəllim❤❤❤

  • @isamirhabibi4135
    @isamirhabibi4135 Před rokem +7

    Sabir Mirzeyevə Allah Rəhmət eləsin Əmimin Toyunda Sona bülbülləri oxumuşdu Yubleyində Rəhmətlik Qədir Rüstəmovdan halalıq isdədi

  • @cavansirmovsumov2770
    @cavansirmovsumov2770 Před rokem +4

    ALLAH REHMET ELESIN.AMIN.🎉

  • @bahramhasanov8379
    @bahramhasanov8379 Před rokem +9

    Allah rəhmət eləsin dahi Ustad Seyid Ş. Sabir M. Seyid onu *rıji, kürən *çağırarmış. Xan əmi də onun haqqında çox müsbət söz söyləmişdir ******çox sadə, əliaçıq, paxıllıq haqqın xəbəri olmayan insan idi, Heyif qiymətini nadanlar mənımsədi.

  • @ceferovhuseynaqa4277
    @ceferovhuseynaqa4277 Před rokem +17

    Allah rehmet eylesin
    Deqiq yadimda deyil 90 necenci il idi Gencede Goy -gol kepez mehmanxanasinin zalinda her ikimiz qonaq idik deste Bakidan gelmisdi Seyyadla Metanet Isgenderli oxuyurdu ara biri onu da devet edirsiler oxumaqa bir masa arxasinda eylesmisdik nehayet mene de soz verdiler tebrikden sonra bir kompozisiya ifa edib eylesdimyene masamiza meni qucaqlayib uzumden opdu ve dedi ne edirsen bu Gencede gedek Bakiya ne lazimdir komek edecem senin bu oxuduqun janrla Bakida cox ireli gede bilersen ve sonra dei vaxtinda Bakiya getmedim rayon toylarina basim qarisdi amma sonra getdim ve meshurlasdim

  • @volkvolk815
    @volkvolk815 Před rokem +8

    Allah.rəhmət.eləsn

  • @user-bk3et6nt3e
    @user-bk3et6nt3e Před rokem +3

    Allah rehmet elasin sabir emini.

  • @restemrustemov2130
    @restemrustemov2130 Před rokem +5

    Allah rəhmət eləsin məkanı cənət olsun gözəl sənətkar plub heyifki həyatda qədir qiyməti omadı

  • @user-pv3hc1nl5z
    @user-pv3hc1nl5z Před rokem +6

    Аллах рехмет елесин.... Евезолунмаз бир мугам устады олуб рехметлик 🙏

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 Před rokem +3

    ALLAH RƏHMƏT EYLƏSİN.SABİR Mİrzəyevi.GÖZƏL İNSANİ YRƏYİ TƏMİZ,QEYRƏTLİ İNSANİ.

  • @user-di8pt4lx8o
    @user-di8pt4lx8o Před rokem +5

    Allah rəhmət eləsin böyuk sənətkarı

    • @user-us7jm7cc2v
      @user-us7jm7cc2v Před rokem

      sen nə tərbiyəsiz adamsan aparcı yox eşək başı tutan olar axmag get osdur yat

  • @anarabbasov4237
    @anarabbasov4237 Před rokem +3

    Bu sesde ilahi bir sirr,sehr vardı men 8 yaşım olanda mugamı derk etmeden musiqi bilmeden atamın qulag asdıgı Sabir çahargahını qulag asanda mende bu sesi eşitmişem ve heqiqetende Sabir Mirzeyev ses olaraq allah onu xususi yaratmışdı seçilmişlerden biri kimi allah rehmet elesin.

  • @murtuzameherremov6713
    @murtuzameherremov6713 Před rokem +4

    Allah rəhmət eləsin yaxşı tanıyırdım

  • @user-jo3uq7os1j
    @user-jo3uq7os1j Před rokem +4

    Аллах рахмат етсин санаткара

  • @xuramanmustafayeva4013
    @xuramanmustafayeva4013 Před rokem +9

    Allah rəhmət eləsin

  • @imransadiqlisadiqli2633
    @imransadiqlisadiqli2633 Před rokem +2

    Allah sene rehmet elesin nece keyfiyetli insan imis turkler demeli kaliteli insan imis. Sevdim onu

  • @elsnmmmdov1339
    @elsnmmmdov1339 Před rokem +4

    Cəlilabad ,Astarxanbazar olub..1942 .14 .11 ...2011 ..23 .07 Allah rəhmət etsin...

  • @user-jd7ub6vx9c
    @user-jd7ub6vx9c Před rokem +12

    RÈHMÈTLÌKLÈ YASAMALDA ÇOX GÒRÙSHÙB SÒHBÈT ETMÌSHÌK, ÇOX ÌNSANÌ KEYFÌYYÈTLÈRÌ VAR ÌDÌ.

  • @Humar57
    @Humar57 Před rokem +6

    Allah Sabir beye qeni qeni rehmet elesin cox boyuk senetkar idi ruhu sad olsun

  • @narminaaliyeva9142
    @narminaaliyeva9142 Před 8 měsíci +2

    Allah qəni-qəni rəhmət eləsin. Yeri cənnət olsun inşallah

  • @zrin1958
    @zrin1958 Před rokem +2

    ALLAH RƏHMƏT ELƏSİN

  • @user-wx9mu8xh7c
    @user-wx9mu8xh7c Před rokem +8

    Allah rəhmət ersin !!

  • @Bazheeeer
    @Bazheeeer Před rokem +8

    Allah Rəhmət Etsin Əsil Kişi Əsil Sənətkər!!!!!!

  • @qabilabdiyev2437
    @qabilabdiyev2437 Před rokem +2

    Allah rəhmət eləsin inşallah

  • @bangtanlyrics6728
    @bangtanlyrics6728 Před rokem +14

    Ətraflı məlumatlara görə sağ ol dahı sənətkara yaraşan söhbət oldu

  • @user-ys7vt4ts1i
    @user-ys7vt4ts1i Před 11 měsíci +2

    ALLAH REHMET ELESIN MENIM YERLIM MEN MUQAMII SABIR VE SEDULLA RZAYEVIN IFADESINDE SEVIB SEÇMISEMM🎉🎉🎉🎉🎉

  • @aqilkbrov7090
    @aqilkbrov7090 Před rokem +4

    Yaxşi sənətkariydi rəhmət

  • @user-di3hz8rk1i
    @user-di3hz8rk1i Před rokem +6

    АЛЛАХ РЕХМЕТ ЕЛАСИН

  • @eldarhasanov3039
    @eldarhasanov3039 Před rokem +2

    Allah rəhmət eləsin ustad sənətkarın ruhu şad olsun

  • @user-nq5dv7ij4j
    @user-nq5dv7ij4j Před rokem +3

    Аллах рахмат еласин

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 Před rokem +2

    ❤❤😂😂❤allah rehmet etsin urus balasina gözel sesi
    vardi.

  • @samirrza8056
    @samirrza8056 Před rokem +7

    Günü bu gündə də Gədəbəydə gözəl xanəndə olası adamlar var, amma əfsuslar olsun ki Azərbaycanda atın qabağına ət, itin qabağına ot qoyurlar.

  • @user-yr9pp2mn7b
    @user-yr9pp2mn7b Před rokem +3

    Аллах рехмет елесин

  • @musictv2447
    @musictv2447 Před rokem +11

    Sabir müəllim xalq artisti olmadi
    Röya xalq artisti oldu...
    😔😔😔😔😔

    • @cavansirmovsumov2770
      @cavansirmovsumov2770 Před rokem +1

      SABIRI ROYALA MUQAISETMEK COOOX GUNAHDI.KIWININ RUHUNU INCITMEK OLMAZ.

    • @musictv2447
      @musictv2447 Před rokem +3

      Müqayisə etmədim
      Aci reallig bu
      Bar qizi xalq artisti oldu

    • @leylahacizad286
      @leylahacizad286 Před rokem +4

      ALLAH lənət eləsin röyayada, nəfəsdə, rozayada, aygünədı, brilliant ada, şəbnəmıdə, mətanətıdə,səidıyədə, onlarin yolu ilə gedənlərdə...

    • @natavan4179
      @natavan4179 Před rokem +4


      Amin
      1000 lənət!!!

    • @o.mikayilov
      @o.mikayilov Před rokem

      Ebulfez Qarayevin ad verdikleri Sabir Merzeyevinkimilerin yanlnda slflrdllar

  • @baxtiyarizzatov7439
    @baxtiyarizzatov7439 Před rokem +40

    Sabir Mirzəyevdə olan səs İlahi vergi idi. Bu səsdə muğama aid bütün keyfiyyətlər var idi: bəm, orta, zil nəfəslər və ələlxüsus dinləyicinin canına yağ kimi yayılan monoton zəngulələr. Onun kimi zəngulə vurmaq bacarığı heç bir xanəndədə yox idi. Odur ki, sənət yoldaşları ona paxıllıq edirdilər. Əlibaba müəllim, Süleyman Abdullayev onun barəsində, onun bir xanəndə kimi sənətkarlıq məharəti haqqında çox maraqlı söhbətlər ediblər. Əlibaba müəllim danışır ki, onun çox məharətlə ifa etdiyi "Mirzəhüseyn segahı" müəmmalı şəkildə səsyazma fondundan yoxa çıxdı. Nə isə...bu haqda çox danışmaq olar, ancaq özü də Allahın ona bağışladığı nadir səsini qorumurdu, necə deyərlər, bu nadir səsə "xəyanət" edirdi. Yadımdadır, tələbəlik illərində Yasamalda qalırdım. Orada bir "Cızbızxana" kafesi var idi. Hərdənbir orada olurdum və həmişə də Sabir müəllimi orada dosları ilə stol başında görürdüm; qaynar cızbız və soyuq pivələr... Heç bir sənətkar bunu eləməzdi, ancaq o, bir azad insan kimi heç bir çərçivəni gözləmirdi və səsindəki şaqrar təravəti zaman-zaman itirməyə başladı. Heyif, çox heyif! Yaxşı ki, səsinin gözəl çağında yazdırdığı təsniflər və xalq mahnıları və xüsusən tayı-bərabəri olmayan"Çahargah" dəstgahı bu gün də ruhumuzu oxşayır, bizi feyziyab edir. Allah bu həşəmətli xanəndənin ruhunu daim şad eləsin, ona qəni-qəni rəhmət eləsin!

    • @maqsudhuseyn7433
      @maqsudhuseyn7433 Před rokem

      Amin.Allah sizə də can saglıgı versin,bu dəyərli sözlərə və məlumatlara görə.

    • @ixtiyarmamedov2877
      @ixtiyarmamedov2877 Před 7 měsíci

      Mən unudulmaz sənətkarımız Sabir Mirzəyev barədəətraflı məlumat verdiyləri üçün aparıcı jurnalist qardaşıma və Bəxtiyar bəyə öz təşəkkürümü bildirirəm. Sabirlə şəxsi tanışlığım olmasda bir muğam sevər şəxs kimi onun ifa etdiyi bütün muğam və təsniflərinə müqaisəli şəkildə qulaq asmışam.Və özümə əxz etmişəmki, bu insanın oxuduqları özündən əvvəlki və sonrakı ifaçıların ifasından özünə məxsusluğu ilə fərqlənir. Onun sənəti barədəbaşda Seyid Şuşinski olmaqla digər sənətkarlar öz sözlərin demişlər. Məncə Sabir qədər Azkonsertin xətti ilə Filormaniyada solo konsert vermiş ikinci bir xanəndə olmayıb.Bütün bu xidmətlər təəssüf ki, çox gec qiymətləndirildi.Amma sadə sənətsevən insanlar Sabir kimi sənətkarların sənətkarlığını yüksək də tutacaqlar.Allah rəhmər eləsin, ruhu şad məkanı cənnət olsun.

  • @ertogrulosmanl8616
    @ertogrulosmanl8616 Před 7 měsíci +3

    Allah qəni qəni rəhmət eləsin.sənətkar....

  • @mercanabdullayeva5666
    @mercanabdullayeva5666 Před 11 dny

    Allah rəhmət eləsin, sənə əziz və hörmətli Sabir müəllim ❤

  • @user-kp1hv3wn2u
    @user-kp1hv3wn2u Před 11 měsíci +3

    Burnumun ucu göynəyir sözü üzə deyən , mərd , düz , sözünün yiyəsi olan insanlar üçün. Azərbaycan milləti 1969 cu ildən bəri əvvəllər yavaş, yavaş başladı lakin sonralar durətli "heydərləşməyə" başladı . ALLAH axırından saxlasın!!! 🤲🤲🤲

  • @nazimnadjafov8391
    @nazimnadjafov8391 Před 5 měsíci

    ALLAH səni qəni qəni rəhmət eləsin, məkanın cənnətdik ruhun şad olsun AMİN, böyük sənətkar.

  • @user-wc4yd2py5t
    @user-wc4yd2py5t Před rokem +16

    Сиз буну дузкун ешмамисиз, САБИР муаллим, тойда оланда 1000 маната данышмышлар амма она 800 манат вериблар, о да 200 манат устуна гойуб дейиб ки, тояа яз САБИР МИРЗЕВ 1000 манат, бу дагигдир, шахид манам,

  • @eliskeserli4489
    @eliskeserli4489 Před rokem +2

    Allah sene rehmet elesin ,bòyùk senetkar Sabir Mirzeyev

  • @UserName-ws5pf
    @UserName-ws5pf Před 11 měsíci +2

    Boyuk senetkar Allah rehmet elesin

  • @berkutstepi147
    @berkutstepi147 Před rokem +6

    S.MİRZƏYEVİN bəstələdiyi cox mahnıları,buğün Xalq mahnısı kimi soxuşdururlar.

  • @ilahaaajjkkxhhhh
    @ilahaaajjkkxhhhh Před rokem +5

    Allah rehmet etsin xarekterinede beled olduq cox yuksek ses diapozonu var idi

  • @user-tu3nq1do6r
    @user-tu3nq1do6r Před rokem +3

    Аллах Рахмат Етсин

  • @camals6322
    @camals6322 Před 9 měsíci +2

    Allah rəhmət eləsin dahi xənandə idi!

  • @xazangulasadova2613
    @xazangulasadova2613 Před rokem +2

    Allah rahmət eləsin

  • @xeqanicahangirli7586
    @xeqanicahangirli7586 Před rokem +2

    Allah rehmet edsin gözel insan olub

  • @fatmaallahverdiyeva3168
    @fatmaallahverdiyeva3168 Před rokem +2

    Allah rəhmət eləsin tez-tez bizim yaxinliğimizdaki avtobus dayanacağinda görürdüm axir vaxtlarinda Sabir müəllimi.

  • @nerimanrehimov1899
    @nerimanrehimov1899 Před rokem +4

    ALLAH rəhmət etsin. Səndən bir daha olmayacaq.

  • @zeynebhesenova2242
    @zeynebhesenova2242 Před rokem +3

    Allah rəhmət etsin nur içində yatsın

  • @user-fh8cs4sz6b
    @user-fh8cs4sz6b Před rokem +10

    Бели ,онун тойларында чох олмушам ,шехси танышлыгымыз олуб .
    Бир балача сехв бурахдыныз ширван махалында чох апарардылар , рехметлик Зийеддин ефендинин ( Зийеддин ефендинин 5- 6 чы несилдир евлийа Вейис бабаны Агдаш еразисинде идаре эдир ве гуллуг костерирлер.) шехси досту ве онун хейетинде 5-6 дефе тойчалыб.

  • @solmazsolmaz2173
    @solmazsolmaz2173 Před 11 měsíci +2

    Sabir mirzəyev allah sənə rəhmət eləsin.

  • @ilhamgasim
    @ilhamgasim Před 5 měsíci +1

    ALLAH BƏŞƏRƏ VERDIYI TƏKRARSIZ BƏSTƏNIĜARI CORUSUN.
    ALLAH SABIR KIŞINI RƏHMƏT ELƏSIN🙏

  • @admhuseynov9867
    @admhuseynov9867 Před rokem +2

    Allah rəhmət eləsin ‼️

  • @turalismayilov344
    @turalismayilov344 Před 13 dny

    Sabir Mirzəyev nəhəng xanəndə idi. Allah rəhmət eləsin.

  • @user-qy9pw4el2z
    @user-qy9pw4el2z Před rokem +4

    УСТАДА РЕХМЕТ.

  • @user-cm2dn6wf8q
    @user-cm2dn6wf8q Před 7 měsíci +2

    Аллах рехмет етсин, онун кими ханенде дах олмз

  • @ArifRamazanov-gh2gq
    @ArifRamazanov-gh2gq Před rokem +4

    ALLAH RƏHMƏT ELƏSİN 043

  • @mursalhagverdiyev938
    @mursalhagverdiyev938 Před 10 měsíci +2

    Allah rəhmət eləsin.

  • @ilhambabayev-6080
    @ilhambabayev-6080 Před rokem +4

    Sənin bilmədiklərin coxdur.əvvəla sabir cəlilabadliydı onuda biləsən ki,sabirin atası özündə daha məhşur mügənni nüsrət mirzəyevdi.

  • @user-oh5xh3yo2f
    @user-oh5xh3yo2f Před 7 měsíci +3

    ALLAH REHMET ETSIN MEKANI CENNET OLSUN❤❤❤❤❤ SA1 YOXDU SABIRDEN

  • @afiqtagiyev541
    @afiqtagiyev541 Před 4 měsíci

    Kişiyə əlin öpüb ehtiram edib hörmət edərlər ölməz daim ürəklərdə qalar yad olar ,qadını isə tumarlayarlar bəzi müğənnilər kimi ,yaşından qabaq ad siyahısına düşər ad alar Sabir Mirzəyevə Allah rəhmət eləsin🎉

  • @fatimenebiyeva3015
    @fatimenebiyeva3015 Před rokem +3

    Atam qardaşım bunun səsi gələndə bizi qoymurdular səs salaq Sabir oxuyur radiyoya xod verin özünüzdə səssiz olun deyirdilər özüm isə onun seygahına sakitcə qulağ asıb ağlayardım Allah hər üçünü rəhmət eləsin insana sağlığında qiymət verin bax bu insan üçün deyilib

  • @yaqutalieva6193
    @yaqutalieva6193 Před rokem +5

    Mən onu canlı görmüşdüm.yaşım cox az idi.konsertə getmişdik.Sabir Mirzəyev oxuyanda məni məcbur ona gül verməyə göndərdilər.Cox utanirdim cıxmaq istəmirdim.Sabir müəllim mahnısını bitirdikdə gülü aparıb verdim.Bu zaman hamı gülməyə başladı.Anlamadım.Sən demə o öz sachınıda mənim sachımıda göstərib.hər ikimizin sachı kürən idi.)

  • @rovsenabbasov9307
    @rovsenabbasov9307 Před 22 dny

    Allah rehmet eylesin usdad senetkar

  • @firuzememmedova2091
    @firuzememmedova2091 Před rokem +3

    Mədəniyyət nazirliyi ölümündən sonra olsada Sabir müəllimə xalq artisdi adı verməlidi ki tarixdə qızıl fondumuzda gələcək nəsillərə yadigar qalsın

    • @vaqifbdlov3667
      @vaqifbdlov3667 Před 9 měsíci

      ALLAH KÖMƏK OLSUN. SƏNDƏ SÖZ DANIŞDIN
      SAĞLIĞINDA VERMƏDİLƏR.

  • @HumayMmmdova-cw4fj
    @HumayMmmdova-cw4fj Před rokem +3

    аллаһ рәһмәтејәсин

  • @user-bj9do7uh5l
    @user-bj9do7uh5l Před 9 měsíci +2

    Kişi adam olub!!!!!!

  • @user-er7wb7un5v
    @user-er7wb7un5v Před 25 dny

    Аллах рахмат этсин, маканы нурлу олсун. Сабир муаллим мугам дунйасында дахи ва аваз олунмайн бир шах иди. ❤🇦🇿🇹🇷🤲🤲🤲

  • @user-il7gq9lb6y
    @user-il7gq9lb6y Před rokem +8

    Кедебейли хемише диленчийе чорек вериб хеч вахт диленмейиб.