🤷🏻‍♀️ mən paxıllıq edirəm … bayramlar ərəfəsi bir vlog

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • ⭐instagram: @tamarasered
    🔔youtube: / tamaraseredaz
    *************************************************************
    ▶️ başqa bütün videolarım: • qızların təhsili, xoşb...
    ************************************************************
    reklam və əməkdaşlıq üçün: tamaraseredaz@gmail.com
    *************************************************************
    video barədə iki sözlə:
    mən paxıllıq edirəm, bayramlar ərəfəsi bir vlog, mənimlə işə gəlin, iş yerimin mini turu, iş axtarışında tövsiyəm, nəyə görə harada işləməyimi qeyd etmirəm, diplomu olan hər kəs müəllim olmamalıdır, məktəb vaxtlarımdan ədalətsiz bir əhvalat, hansı hallarda ABŞ-da öz adımı istifadə etmirəm, mənimlə bayram hədiyyələri hazırlayın, mən kimə paxıllıq edirəm, şərhlər barədə dilemma, terapiyamdan nəticələr, limitedici fikirlərdən vaz keçmək, Tamara Sered.
    *************************************************************
    əgər bunu axıra qədər oxumusuzsa, gülümsəyin! :)
    Tamara

Komentáře • 624

  • @TamaraSeredAz
    @TamaraSeredAz  Před rokem +70

    BU VİDEODA: ✔️ mənimlə işə gəlin, iş yerimin mini turu və iş axtarışında məndən soruşmadığınız tövsiyəm
    ✔️ nəyə görə harada işləməyimi videolarda qeyd etmirəm?
    ✔️ nəyə görə diplomu olan hər kəs müəllim olmamalıdır və məktəb vaxtlarımdan ədalətsiz bir əhvalat
    ✔️ hansı hallarda ABŞ-da öz adımı istifadə etmirəm?
    ✔️ mənimlə bayram hədiyyələri hazırlayın
    ✔️ mən kimə paxıllıq edirəm?
    ✔️ şərhlər barədə dilemmamı paylaşıb məsləhətinizi istəyirəm
    şərhlərinizi oxumağı səbirsizliklə gözləyirəm! 🤗
    P.S.Bu kanala abone olmağa unutmayın! :) czcams.com/users/TamaraSeredAz
    ⭐️ instagram: @tamarasered

    • @FatimaHuseynzade01
      @FatimaHuseynzade01 Před rokem

      Salam Tamara. Men abituriyentem ve size sualım o olacaqdı ki, data scientist üzrə isleyirsiz ve data scientist, 1 qrup "kompüter elmləri"ne aiddir?
      Çünkü sahə üzrə araştırdım "kompüter elmləri"üzrə data scientist, data analitik ve data mühendis. Bu işlere aiddir hemde buranın mezunlarının işleye bileceyi yerlere baxanda da ele bil sizin işinize çox oxşayırdı. Ona göre de deyirdim data scientist olan iş kompüter elmləridir? Deyilse siz hansından mezun olmusuz?

    • @gunayabdullazad523
      @gunayabdullazad523 Před rokem +1

      ​​@@FatimaHuseynzade01 salam :) ümid edirəm ki, gələcəyin ən yaxşı data scientist'lətindən biri olarsınız. Abituriyent vaxtı bundan xəbərdarsınızsa çox şanslısınız. Data scientist İT'nin bir növüdür, yəni kompüter elmləri, mühəndisliyi və ya informasiya texnologiyaları və ya digər İT ilə əlaqəli təhsil ala bilərsiniz. Lakın İT'nin hansı sahəsini seçməyiniz sizdən asılıdır. Data science də bu sahələrdən biridir, uğurlar 🙏🏻

    • @FatimaHuseynzade01
      @FatimaHuseynzade01 Před rokem

      @@gunayabdullazad523 təşəkkürlər dəyərli sözləriniz üçün😊
      Kompüter elmlərini seçmək istəyirəm və oradan da ya scientist,analtik,mühəndislərdən öz bacarığıma uyğun olanı seçmək istəyirəm amma mənim ağlımda qalan bir sualda, ingiltərə,london,greenwich unversetinin balı nə qədərdi bu sahədə ?

    • @resul_zhade
      @resul_zhade Před rokem

      Artıq bir neçə ildir səni izləyirəm və birdən aylardı izləmədiyim Sən youtube'də qarşıma çıxdın qısaca sənin o simanı əlindən alıb gombullaşdıran həyat bizə nələr etməz...Bu arada men senin kanalına abunə deyiləm ama olacam...Koment yazıram paxıllıqdan danışırsan😅 düzünü deyim yenede tam gözəlliyini itirməmisən...

    • @Skidocnik-1
      @Skidocnik-1 Před 10 měsíci

      @@inciyldz3452 tamara kayf eliyir video cekmeye vaxti yoxdu

  • @user-fo9kf8il9y
    @user-fo9kf8il9y Před 7 měsíci +69

    Tamara geri qayıt videoların üçün darıxmışıq.🥺💕

    • @malikf2
      @malikf2 Před 5 měsíci +7

      hardadi görəsən

    • @babazade_
      @babazade_ Před dnem

      ​@@malikf2coxxx darixmsam tamara üçün goresen niye yoxdu?🥺🥺🥺

  • @vqf9842
    @vqf9842 Před rokem +51

    Həyatımdan 44 deqiqəni bi video üçün sərf etdim, ortalarda bir az 10 seniyelik qabağa ötürsəmdə sona qədər izlədim. Sonda öz-özümə fikirləşdim ki 40 deqiqə böyük bir müddətdi bəs buna deydimi? Məncə hə, çünki videonun her saniyesində hansısa faydalı bir şeyler var ki, insanın düşüncə tərzinə yaxşı məna da tesir edir. Başa düşənə qızıl kimi sözler deyirsiniz. Mənim şexsen xeyallarımi reallaşdırmağımın ilham menbeyi olursunuz. Bu müddətə anladım ki, Azərbaycanda doğulmuşamsa ömürümün sonuna qədər Azərbaycanda yaşamaq məcburiyyətində deyiləm. Dünyada o qeder həyat standartları yaxşı olan ölkə və şəhərlər var. İnsan həmişə ən yaxşısı üçün çalışmalıdır. Şərhləri yatmazdan əvvəl oxuyursansa Tamara sənə gözel yuxular. Narahat olmadan yuxuya gedə bilərsən ən azından biri dəqiq mən olmaqla guman edirəm ki, bir neçə insana ilham mənbəyi olmusan.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +20

      Bunu oxuyaraq çox sevindim 🥹 çox sağolun bu sözləri yazdığınız üçün! Xəyallarınıza nail olmaqda çoxlu uğurlar!!!

    • @user-of4md4lt2f
      @user-of4md4lt2f Před rokem

      @@TamaraSeredAz радость моя как можно тебя в Лич написать 😊

    • @N.R.656
      @N.R.656 Před 5 měsíci

      @@TamaraSeredAzhardasınız ?

  • @dolunay_234
    @dolunay_234 Před 8 měsíci +17

    Bilmirəm belke şərhimi görərsən yoxsa yox,ama belke Yeni İlə gore video atasan .Bizim üçün ❤

  • @girlhappy6442
    @girlhappy6442 Před rokem +22

    Hemise xosbext ol gozel qiz 🎉
    Paxilliq edenlere demek isteyirem ki, is gorun, oxuyun, 24 saat internetde oturmayin. Hec kese hecne goyden dusmur, islemek lazimdir

  • @me-qf3tt
    @me-qf3tt Před rokem +67

    Hər kəsə 2023 yaxşı keçirər inşallah💜

  • @contlr_
    @contlr_ Před rokem +39

    Bir neçə gündən sonra 2023 cü ilə giririk. 2022 nin həyatıma qatdığı ən gözəl şey bu kanalla tanış olmağımdır. Həyatda nə üçün yaşadığımı, hədəflərimi, məqsədlərimi tapmağıma çox kömək oldun. Hərşey üçün təşəkkürlər Tamara ♡

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +8

      Bunu öxumağa çox sevindim 🥹🤗🤗🤗

    • @behappyblinks
      @behappyblinks Před rokem +4

      @@TamaraSeredAz Tamara xanım nə vaxt video yayımlayacaqsınız?Darıxıdıq sizin üçün.

  • @John_765
    @John_765 Před rokem +43

    Tamara, Learning new words with you is more effective. Thanks!
    1. Journaling
    2. Full time
    3. Care packages
    4. I can’t relate
    5. Bias
    6. Abundance mindset
    7. Stamina
    8. It takes a village to raise child
    9. Wish list
    10. Memory card
    11. Commute
    12. Tyler :) = useful for those who have a name to be pronounced hardly by people
    13. Freeze mode
    14. Trigger
    15. Gender neutral
    16. Mouthwash
    17. Community
    18. Control freak

  • @userlife93
    @userlife93 Před rokem +26

    Buqiz hardadi goresen

  • @hijab7051
    @hijab7051 Před rokem +10

    20 yaşım var və bu il bir müəllimim sayəsində özümü kəşf etdim.Daha doğrusu travmalarımı,uşaqlıqdan gələn müəyyən mənfi hisləri və s,öyrənmiş oldum.İndi özümdə daşıdığım müəyyən xüsusiyyətlərimi hansısa uşaqlıq travmamla bağlı olduğunu anladım.Müəllimim ilk dərsdə sual verdi,"Ailə sizin üçün nədir?".
    Şablon cavablar gəldi;arxadır,dayaqdır,sevgidir və s.Mən isə ailə sadəcə ailədir deyə bildim.Bu məndən asılı olmur,ailə barədə danışanda özümü zorla saxlayıram,gözlərimin dolduğu bəlkədə hiss olunur.Və müəllimdə sonda açıqladı ki,çox azınızdan başqa hər kəs yalan dedi,çünki heç kəs ailəsini pisləmək istəmir.Amma mən tam dürüst bir insanam və mütləq ki,necə varsa elədə vurğulayacam.Travmalarımı kəşf etdikcə depressiyaya düşdüm,psixoloqa getmək istədim,təəssüf ki,tələbəyəm və buna maddi imkanım çatmır.Sırf travmalarıml düşünməmək üçün,özümü müxtəlif işlərə atdım.Yetər ki,unudum və düşünməyim,düşündükcə nələr yaşamış olduğumu görürəm və bağışlaya bilmərəm deyə bir fikir gəlir.Gah bir şagirdə dərs öyrədirəm,gah frelanc işlər götürürəm,həm kursa gedirəm.Ümid edirəm ki,məni anlayırsınız)

  • @8krml
    @8krml Před rokem +25

    100 k abuneye az qaldi Tamara, heqiqeten bunlari haqq edirsen

  • @Uriel_.
    @Uriel_. Před rokem +16

    Tamara,müəllimlər barəsində dediyin hər şeylə razılaşıram və öz yaşadığım hadisəni bölüşmək istəyirəm.Biraz uzun ola bilər) Deməli, mən 6cı sinifdə oxuyurdum deyəsən dəqiq yadımda deyil.Çox sərt,qəddar və bir o qədər savadlı yaşlı müəlliməmiz var idi.Cəmi bizə 6 il dərs keçdi və son 2 ilində universitet üçün yanına hazırlığa getmişdim.Nəysə mən bu müəllimənin fənini oxuyurdum ancaq məsuliyətsiz uşaq idim o zamanlar.Və bu müəllimə mənə heç güvənmirdi ,yaxşı oxuyanda deyirdi düzünü de haradan köçürübsən,pis oxuyanda ailəmə zəng edib danlayırdı onlarda evdə məni danlayırdı.İndi bu dəqiqə bu mətni yazanda fərqinə vardımki deyəsən bu müəllimə mənə düşündüyümdən daha çox travma qoyub( Və müəllimə məni həqiqətən çox istəyirdi arxamca çox tərif deyirdi amma o qədərdə psixoloji və fiziki şiddət göstərirdi.Səbəbi nə idi məndə bilmirəm.Nəysə əsas deyəcəyim hissə odurki mən 6cı sinifdə oxuyanda bu müəllimədən 5 almaq istəyirdim və evdə gündəliyimə həftənin 5ci gününə bu fəndən özümə 5 qiyməti yazdım.Yazmaq belə sayılmazdı,kölgə kimi cəkmişdim çox hiss olunmurdu.Uşaq idim sadəcə və müəllimə bunu görəndə məni o qədər döydüki 45 dəqiqəlik dərsin 40 dəqiqəsini məni ciddi mənada döydü😂 indi yazanda həm gülməyim gəlir həm pis oluram.Bütün sinifin qarşısında uşaqların içərisində gah oturdugum partada gah ayaq üstdə divara dirədi boğurdu az qalsın.Məndə hönkürə hönkürə ağlayırdım yenə dayanmırdı.Sadəcə bir qiymət üstündə vəhşi kimi döydü 6cı sinifdə oxuyan uşağı.O qədər utanmışdımki və o qədər qorxmuşdum ki. Tənəffüs olduqda canım qurtardı çıxdı getdi.Bu il qohum bir müəllimə var iş yoldaşı idilər.O mənə dediki Həmin müəllim deyir ki “etdiyim hərəkətə görə çox peşmanam, bəlkə də həmin uşağa ömürlük travma qoymuşam” amma sonrakı peşmançılıq fayda verməz.Bu sadəcə mənə ən çox təsir edən idi bundan daha çoxlarını çənə qarşı edib.Ailəmdə bildi bu məsələni amma məni günahlandırdılar həmişəki kimi .Heç vaxt mənə inanmayıblar Ümumiyyətlə valideyn olmaq üçün psixoloji müayinədən keçmək lazımdır.Çünki valideyn olmaq sadəcə doğub böyütməklə, hər şeylə təmin etmək deyil.Valideyinlərim nəinki uşaq psixologoyası vapşe insan psixologiyası nədir bilmirlər.İndi fikirləşirəmki bugünki utancaqlığım,özgüvənsizliyim, hər hərəktimin insanlar tərəfindən qınanıldığını düşünmək elə həmin müəllimim mənə olan davranışlarına hgörədir bəlkə də.Mənim 23 yaşım var və magistrantam bu boyda təhsil həyatımdə hər zaman çox sakit şagird,abituriyent, tələbə olmuşam.Həmin müəllim mənə sakit tonla bu etdiyin düzgün hərəkət deyil birdə etmə desə heçvaxt etməzdim) amma o bunu yox mənə travma qoymağı seçdi.Mən universitetə həmin fənndən yüksək yazaraq keçmişdim düşünürdüm ki mənə savad baxımından çox şey öyrədib haqqını ödəyə bilmərəm, amma indi başa düşürəmki görəsən o mənim haqqımı ödəyə biləcək? Nəysə müəllimlərə səslənirəm uşaqlara qarşı mənasız qışqırıqlar və şiddət göstərməyin.

    • @aqilqasimov114
      @aqilqasimov114 Před rokem +2

      Riyaziyyat müəllimi həmdə sinif rəhbəri idi. Çox zəhmli və əslində çox yaxşı insan idi. Sadəcə onun dersinde meni ən qabagda otururdu. Qalan dərslərdə mən ən arxada otururdum. Heç oxuyan deyildim, məktəbə çanta belə gətirməzdim. Bu cür olmağım səbəbi, əslində indi anlayıram, özümdən razılığından idi. Çünki heç kəsin həll edemediği məsələləri həll edirdim. Çox tez öyrənirdim. Yazmağa ehtiyacım yox idi, bir zamanlar hər şeyi beynimdə hel edə bilirdim. Nəsə...
      Bir gün 7ci 8ci sinifdə oxuyanda, bu məllim həndəseden ev tapşırıqlarını soruşdu. Sinifdə heç kim əl qaldirmadi. Məni qaldırdı ayağa. Mən dəftərin arasına kitabı qoydum və guya defderden oxuyur kimisinə kitabdan baxıb məsələlərin həllini deməyə başladım. Yazmamışam deməyə qorxdum çünki yaza biləcəyimi bilirdi. O isə bütün çalışmaları hamısını danışmağımı axıra kimi gözlədi. Və ayağa qalxdı, dəftəri əlimdən alıb arasından kitabı gördü. Başa düşmüşdü. Mənə bir şillə vurdu və sən gördüyün ən axmaq şagirdsen dedi. Özü dersden çıxıb siqaret yanırdı. Əslində isə ürəyi yanırdı mənə. Mən isə sinifdə bu qapazi yediyime görə utanmaqla mesqul idim. Sonra isə bu minvalla məktəbi bitirib həta BDUya hazırlıqsız orta balla qəbul oldum. Yalnız universeti bitirə bilmədim. O zaman kimi hər şey asan idi. Amma, universitetde oxumaq lazım idi. Mənimsə belə bir bacarığım yox idi.
      Yeni hetda yaxşı amma uşaq psixologiyasini bilmiyen müəllimlər ucbatından kim bilir necə potensialı uşaqlar batır gedir. O bunu bilirdi, amma bir şey edebilmedi.

    • @Uriel_.
      @Uriel_. Před rokem +2

      @@aqilqasimov114 beli, İndi çox adam fikirləşərki nə var bunda hamımız döyüımüşük evdədə,məktəbdədə,amma bilmirlərki adi bir kəlmə söz belə sənin bugunku xarakterinə çox böyük təsir edə bilər,nəinki hərkəsin içərisində təhqir olunmaq və şiddət görmək.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +6

      Hekayələrinizi bölüşdüyünüz üçün hər ikinizə təşəkkür edirəm! Təcrübələrinizə çox üzüldüm 🥺 lakin sevinirəm ki siz indi bunların təsirinu anlamısız “özgüvənsiz” və “ən axmaq” kimi özünüzü hiss etmək məcburiyyətində deyilsiz. Bəli, keçmiş təcrübəniz bugünki vəziyyətə gəlib çıxarıb, amma indi özünüz seçdiyiniz təcrübələrlə özünüzün başqa versiyanızı yarada bilərsiz. Siz keçmişiniz deyilsiz 💛 sizlərə bu yolda çoxlu uğurlar və güc göndərirəm!

  • @aysutarverdi776
    @aysutarverdi776 Před rokem +22

    Tamara demək olar ki 8 aydı yoxsan hər şey qaydasındadır ? Ümid edirəm ki yaxşısan❤

  • @sevincshirinova1963
    @sevincshirinova1963 Před rokem +8

    Sən çox güclü qadınsan.Bu çox efor tələb edir ,bravo sənə.

  • @yaslbas1543
    @yaslbas1543 Před rokem +6

    Hansı ara 100k nı keçdin Tamara..Səninlə o qədər qürur duyuram ki.Kanalının ilk günündən senin izleyicin olmaq..Qürurverici bir haldır.Həmdə özümü özəl hissedirəm necə desəm, yeni qatılanlar arasında ilkərdən birisi olmaq falan..
    Uzun müddət sosial şəbəkələrdən uzaq durdum.Özümü yaxşı hissetmirdm.Bura geldim və uğurunu gördükcə səni ( abonə və izləyənlərin artması) səninlə yene deyirəm fəxr edirəm..Hər şeyin ən yaxşısına laiqsən..

  • @ruhinagayev7037
    @ruhinagayev7037 Před rokem +6

    Tamara adım Turkandı 10 da oxuyuram.Sen mənə o qeder situmul verirsiniz düşün ki bir qızın gələcəyinə usaq tutmusan Bil ki Azerbaycanda kiçik ürəklər var ki senin uçun atir və o ürəyin biri də məndədir...

  • @jourFelody
    @jourFelody Před rokem +68

    Əslində hələ də dəvam edən bir hadisəni danışmaq istəyərəm. Hətta hər dəfə əsəbdən ağlayanda ağlıma gəlir və hər səfərində bunun üçün də ağlayıram. Bizim sinif hər bayramda şənlik keçirir Halloween,yeni il, novruz bayramı və sairə. Çox zaman başqa yerlərə səyahət edirlər başqa bir kafeyə,restorana filan. Ama atam mənə icazə vermir getməyə. Açıqcası heç özüm də o qədər də istəmirəm ama sinif yoldaşlarıyla gəzməyi kim istəməz ki. Keçən səfər ibtidai sinifdə bizə dərs deyən,həm də sinif yoldaşımın ana nənəsi olan sevimli müəlliməmin qəbri üstə gedəcəkdik. İlk dəfə idi ki atam harasa getməyimə icazə vermişdi. 6 manatdan yığdıq,çələng filan düzəltdirdik yol pulumu da vermişdim ki anidən anamın xəstəliyi ilə əlaqəli bir problem çıxdı və həmin şənbə səhər tezdən xəstəxanaya getməli olduq,mən isə gedə bilmədim. Bazar ertəsi dərsə gedəndə müəlliməm dediki "noldu Fatimə gəlirdin bəs. Xəstəxana açıq idi şənbə günü?". Üstəlik bunu normal bir üslubda yox lağa qoyan bir üslubda dedi. Dedim ki özəl xəstəxanada idik açıq idi. Heç saniyə belə keçmədən cavab vermişdim. Ama müəlliməmin üzündəki ifadədən anlamışdım ki heç inanmamışdı belə. İlk öncə niyə dediyini anlamadım ama evə gələndən sonra anlayanda özümü çox pis hiss etmişdim. Odur,yeni il üçün yenidən gəzməyə gedəcəklər. Bunu deyəndə də üzünü mənə tutub dediki "bu dəfə məktəbin qarşısındakı yerə gedirik yəqinki bəzi uşaqların bəhanəsi olmaz atam qoymadı deyə". Başımdan aşağı elə bil qaynar su tökdülər ama heç hiss etdirməməyə çalışdım. Atamın təxmini niyə qoymadığını da bilirəm. O qədər də imkanımız yoxdur çox vaxt 30-40 manatdan pul yığılır və atam imkanımız zəif olduğu üçün məni məşğələyə belə qoya bilmir. Əslində heç getmək istəmirəm ama yenə utanmaq da istəmirəm. Vecimə almamaq da əldə deyil. Sadə birşeymiş kimi görünsə də mənim psixologiyama həddindən artıq mənfi təsir göstərir. Ümid edirəm ki ən azından bir dəfə atam icazə verər ki bəzilərinin ağızlarını yuma bilim

    • @elimahmudov8679
      @elimahmudov8679 Před rokem +4

      Vaxt var idi mənim atamda elə idi məni heç yerə qoymurdu sinif yoldaşlarım doğum günlərinə yuşağları dəvət edende mənədə əyər atan qoyarsa səndə gələrsən isteza ilə deyerdilər

    • @ayruradawson4809
      @ayruradawson4809 Před rokem +8

      Mən də məktəbdə oxuyan vaxtlar ən yaxın dostum gəzmələrə gələ bilmirdi.Buna görə sadəcə pis olurdum ya da mübarizə aparıb ailəsiylə danışırdım.Sonunda uzun mübarizələrdən sonra bir dəfə rayona gedəndə icazə verdi ailəsi.Anası ilə birgə gəldi.Ailənizin niyə icazə vermədiyi haqqında fikir bildirmək düşünürəm düzgün deyil amma zamanla inanın az da olsa hər şey düzələcək.Lakin müəlliminizin bu cür reaksiya verməsi etik deyil.Əgər sizi narahat edirsə zavuç və ya direktorla bu məsələni görüşün.

    • @ocaqovaxati9330
      @ocaqovaxati9330 Před rokem +27

      Salam qızım . Sənin danışdığın situasiya ilə mən və övladlarımda dəfələrlə üzləşib . Bu da həm maddiyatla həm də evin atasının bəzi fikirləri ilə bağlı idi . Mənim iki qız övladım olduğuna görə onların oxumağına belə qarşı çıxılan vaxtlar olmuşdu . Bunları danışmaımda məqsədim odurki , özünü piss hiss etmə gözəl qızım . Mən və övladlarım illərlə mücadilə apardıq . Atasının beyninə yeritdim ki , oxumaq qız lar üçün daha vacibdir . Uşaqlara isə başa saldım ki , əsas məqsədinizə çatın sonra sizin üçün hər şey çox gözəl olacaq . Nə ətrafında olan səni incidən uşaqların sözlərini , nə əsil pedaqoq olmayan sadəcə əlində diplom olan " müəllimlərin "sözlərini ürəyinə salma . Qarşına məqsəd qoy gücün hər nəyə çatırsa o sənətə yiyələn ki , sabah sənin övladların əziyyət çəkməsin . Şərt mütləq universitet oxumaq deyil , kollec də ola bilər, hər hansısa peşə də ola bilər . Bu hal hazırda ümüdsüz görünə bilər sənin üçün . Özünü hər şeyin gözəl olacağına inandır və ətrafında olan acı dilli uşaqların sözlərinə məhəl qoyma . Bu gün mənim övladlarımın biri artıq 2 kurs tələbəsidir , hər yeri də gəzir və keçmişdə olanarı özünə motivasiya mənbəyi kimi görür . Digəri isə əl qabiliyyəti olduğuna görə başqa sahəyə hazırlaşır . İstəyərəm ki , sözlərimlə azda olsa sənə kömək etmiş olum . Qoy həyat yolları sən və sənin kimi balalar üçün asan olsun 🤲🏼

    • @jourFelody
      @jourFelody Před rokem +4

      @@elimahmudov8679 o qədər yaxşı anlayıram ki... Çox pis hissdir

    • @jourFelody
      @jourFelody Před rokem +4

      @@ayruradawson4809 açıqcası sinif rəhbərimizdi deyə heç nə demək istəmirəm özümü yazıq kimi göstərmək də. Bu gün xəstəyəm deyə heç getmək istəmirdim özdə onun dərsi idi ilk dərs. Yenə eyni cür danışdı yadıma düşdükcə pis oluram həqiqətən başqası getməyəndə deyirlər ki "flan kəs getmir. Çox istəyərdik ki getsin ama alınmadı" mənə gələndə "yenə atan qoymadı bəhanəsini edəcəksən?" Deyirlər. Atamın imkanının çatmadığını bu yaşda çox gözəl görürəm istəsəm belə istəmirmişəm kimi edirəm ki pis olmasın. Yəni atamı günahlandırmaq istəmirəm. Müəlliməmin mənə elə deməyidir mənə təsir edən

  • @vishenka._
    @vishenka._ Před rokem +24

    Господи, сколько мудрости в словах этой молоденькой хрупкой девушки! Молодец, умничка, обожаю тебя, несмотря на то что мне 58 лет, но с удовольствием смотрю, и даже в этом возрасте учусь у тебя. Надеюсь, не обидишься, что на "ты", доченька😘

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +9

      Спасибо за такие приятные слова 🤗 мы тут все у друг друга учимся, вне зависимости от возраста 💛 я тоже иногда у школьников чему то новому учусь 😊

    • @asadulla_yev
      @asadulla_yev Před rokem +3

      Рена Ханым я не могу согласиться с вами по поводу мудрости. Скорее в ее словах больше елементарных пониманий строение стереотипной жизни современного человека, которого не хватает у нас на родине. Для кого то это развития а для кого то пропасть. Мудрые люди видят именно эти два последствия. Остальные просто текут по времени. Не боюсь признаться в том что меня больше привлекает не то где она живет и что она делает а скорее то как она выглядит. Милая красивая и нежная девушка. 😁

    • @rovsan7723
      @rovsan7723 Před rokem

      @@asadulla_yev buna həsəd aparanlar hamısı yazıq, cılız və bədbəxtdirlər…….

    • @asadulla_yev
      @asadulla_yev Před rokem +1

      @@rovsan7723 bir insana hesed aparmag mi olar?

    • @girlhappy6442
      @girlhappy6442 Před rokem

      @@rovsan7723 sen ele paxilliqdan partla 😂

  • @vusalerustemova8329
    @vusalerustemova8329 Před rokem +8

    Azərbaycandan salamlar Tamara.Bizdə sadəcə uşağımızı repititer kimi yanına göndərmirik deyə uşaqlarımızın qiymətin 3 yazırlar, 4- 5 qiyməti almalı olduğu halda.Birdə bunu heç utanmadan uşaqlarımızın üzünə deyirlər və uşaqlara psixoloji təsir göstərirlər.Deməli məsələ belədir uşaq ona məktəbdə dərs deyən müəllimin yanına getməlidir.Yox əyər repititer kimi başqa müəllim seçirsə ya da ümumiyyətlə heç imkan yoxdu getmir inanın o uşağın məktəbdə günü qara olur. Bunu bura yazıram ki qoy hamı bilsin.Bilirəm ki bu çox valideynlərin yaralı yeridir.

  • @AyselKerimova13
    @AyselKerimova13 Před rokem +6

    Tamara, videolarının hamısı çox səmimi və məlumatlandırıcıdır. Negativ commentlərə gəlincə, onlar boş milçək vızıltısından başqa bir şey deyil. Səni sevən, səni dəstəkləyən və səndən ilham alan minlərlə insanlar var. Onların commentlərini ciddiyə aı, negativlərdən deyil. Negativ insanları yox saymaq psixologiyanı sağlam saxlayır.İş videosuna gəlincə isə təxmini nə işlədiyini bilirəm ancaq istərdim ki iş ilə bağlı ətraflı motivasiyalı video çəkəsən təbiiki qaydalara riayət edərək. Çünki biz sənin pis vəziyyətə düşməyini istəmərik 😊❤❤

  • @chrissbahngg
    @chrissbahngg Před rokem +14

    Heyy Tamara məncə artıq çox gözəl bir vlog gəlməlidir sən necə düşünürsən?

    • @dolunay_234
      @dolunay_234 Před 8 měsíci +1

      Eynən məncə də

    • @N.R.656
      @N.R.656 Před 5 měsíci +1

      Narahat oldum bu qızdan sarı.Amerikada cinayetler çox olur😢

    • @chrissbahngg
      @chrissbahngg Před 5 měsíci +1

      @@N.R.656 Allah eləməsin inşallah başı yaxşı şeylərə qarışmışdır

  • @sayyaramusayeva3967
    @sayyaramusayeva3967 Před rokem +11

    Belə videolar üçün təşəkkürlər. Dediyiniz o problemlərdən mən də yaşamışam. İşin pisi odur ki, danış desəz danışa bilmərəm. Çünki mən o xatirələri sanki beynimdən silmişəm.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +5

      Beynimizdən silmək sağ qalmaq rejimin funksiyasıdır, mən də əvvəl xatırlamamışdım amma indi yavaş yavaş hamısı yadıma düşür təəsüf ki.

  • @jourFelody
    @jourFelody Před rokem +13

    Yaxşı ki varsan Tamara sayəndə yeni şeylər öyrənirik və həyata "bakış açımız" dəyişir.❤️❤️

    • @jakewonder361
      @jakewonder361 Před 10 měsíci

      Bakış açı yazmağından bəllidir. İq səviyyəsi 40 olan bir qadından nəsə öyrənirsən 😂😂😂

  • @MehribanYadulla
    @MehribanYadulla Před rokem +2

    Salam Tamara. 1. Usaqliq illerine gore hec pis olma. Esas odur ki, bele saglam, gozel ve agilli bir qizsan❤
    2. Mekteb illeri ile bagli her birimizin cox meyusedici xatirelerimiz var. Tehsil sistemi her yerde oldugu kimi , burda da berbaddir
    3. Senin islediyin mekana baxib, yazi stolumu yigisdirmaga basladim❤

  • @selmanbabaev
    @selmanbabaev Před rokem +9

    _Təbrik edirəm, Biz artıq 100.000 olduq. Sənə çoxlu abunəçi , və bol nailiyyətlər arzulayıram. Arzu edirəm tezliklə 1 MLN - u qeyd edək 🎉🍾🎈🎀🎇🎂_
    oxusan 👍

  • @trnygbl23
    @trnygbl23 Před rokem +20

    Here’s what you can do about giving your name at coffee shops: Tell them it’s Tamara, but that they can just write Tammy for short. I think Tammy sounds sweet! 😊

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +9

      Ewww nooo, Tammy is worse than tAmara 😂

    • @trnygbl23
      @trnygbl23 Před rokem +1

      @@TamaraSeredAz 😂

    • @girlhappy6442
      @girlhappy6442 Před rokem +1

      @@TamaraSeredAz Tammy is sweet though 😢 or Tam?

  • @turkan1352
    @turkan1352 Před rokem +6

    Tamara, video mükəmməldir. İlk videolarından bu yana Azərbaycan dilində özünü ifadə etmə bacarıqlarını belə inkişaf etdirməyin əzminin nəticəsidir. Sənə bol-bol uğurlar arzu edirəm.
    Ps: Fikrimcə, ingilis dilində videolar paylaşmaq fikrini reallaşdırmağın çox yaxşı olardı💘💘

  • @Alwaysonmymind7
    @Alwaysonmymind7 Před 11 měsíci +4

    Ayda son video 9 ay evvel ozletdin be kendini kizim🥺Kecen il podcast tipli videolara ders ede-ede qulaq asirdim,indi day video qalmayib🥲

  • @carlo1935
    @carlo1935 Před rokem +5

    Tamara 100k oldun təbriklər.🌹 Və bu münasibətlə səndən fərqli və məlahətli bir video gözləyirəm.🙏🏻

  • @sagulnesibova2193
    @sagulnesibova2193 Před rokem +5

    Tamaracan oyrenmey reqabetde olmag hec vaxt gec deyil.menim 45 yasim var senin vidyolarinan yararlaniram.dusunuremki bu qiz 19 yasinda 1000dene cetinliyden kece kece bu yere catir.niye menim 45 yasim ola ola heyatida tam derk etmisken niye tenbellik etmeliyem.cox tesekkurler qizim👏

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Bunu oxumağıma çox sevindim 🤗 yazdığınız üçün təşəkkür və sizə uğurlar!!

  • @muradhuseynov967
    @muradhuseynov967 Před rokem +6

    Indi Nyu Yorkda seher olmalidi, umid edirem yuxudan oyanib bu serhi oxuyarsan. Cox deyerlisen ❤

  • @dianazeinalova6005
    @dianazeinalova6005 Před rokem +2

    Tamara siz ne yaxsi ki varsiz dogurdanda youtuba girende en verimli en motivasya ve duwundurucu videolardan biridi sizinkidir men cox wadam ki sizin videolarinizi izleyrem ve belede devam etmeyinizi istyeyrem dediyiniz her bir soz duwnundurucu ve cox maragliddir

  • @AishaIsayeva
    @AishaIsayeva Před rokem +10

    "I just say I am Taylor" 😂 I can relate. Love you girl 💜

  • @tahirehuseynova-xs3fz
    @tahirehuseynova-xs3fz Před rokem +7

    Tamara məndə düşünürəm digər izləyicilər də darıxıblar sənin üçün ❤ yeni video nə vaxt gəlirr ?? Gözüm qalib yollarda axii 😪

  • @banu1259
    @banu1259 Před rokem +4

    Mən 7ci sinif şagirdiyəm və mənim bu günə kimi bütün müəllimlərimlə aram yaxşı olub Amma bu ilki Azərbaycan/ədəbiyyat müəlliminə nifrət edirəm O mənim ədəbiyyatdan qiymətimi kəsib Azərbaycan dilində hər gün bir-bir verdiyi suallara cavab verirem amma onun gözdə mən çox zəifəm KSQ balların Azərbaycan dili üzrə 5 dir lakin o düşünür ki, mən kimdənsə kömək istəmişəm Men liseydə oxuyuram incəsənətle bağlı derslerden yalnız musiqini saxlayıblar hər dəfə bizim sinifə girende deyir ki çox nadirc sinifdir sinifdə 21 uşaq var və onun 5-6 na göre her defe danlanırıq bizde məktəb həyatı beledir Məndə UK oxumaq istəyirəm videoların çox gözəl və ilhamlandırıcıdır ❤️🥰🥰😍 İnşallah 1 milyon olarsan❤️🥰😍🤩🧡💛❣️💕💞

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Təcrübənizə üzüldüm 🥺 bunu istədiyinizə nail olmaq üçün motivasiya kimi istifadə edəcəyiniz ümidi ilə 🤗

  • @shikhnabi
    @shikhnabi Před 20 dny +1

    Tamara, çox darıxdıq videoların üçün 🥲 ümid edirəm tez bir zamanda maraqlı videolarınla geri qayıdarsan 🎈🌟

  • @baharshirinova3772
    @baharshirinova3772 Před rokem +3

    Videolarınız çox faydalı və maraqlıdır.Mekteblerde müellimlerin ədalətsiz davranışlarına qarşı olmuşam həmişə (məsələn sinifdə 60% şagird müəllim uşaqlarıydı doğurdan adlarını yaza bilmirdilər vurma cədvəlini bilmirdilər dərsdə iştirak etmirdilər çoxu amma "necə olurdusa"ilin sonunda 4-5 qiymətləri yazılırdı) commentleri oxumaq məsələsində məncə bağlamayın özünüzə limit qoyun gündə 5ni oxuyum. Uğurlar🌺

  • @itsmegunel
    @itsmegunel Před 8 měsíci +6

    Düz 1 il əvvəl bu vaxtlar niyə yoxsan Əziz Tamara 😢😢😢😢

  • @lamiya0926
    @lamiya0926 Před rokem +3

    Təşəkkürlər Tamara!
    Mən istəyərdim ki, sən Azərbaycanın və oranın sırf təhsil sistemini müqasiyə edəsən. Başqa hansısa ölkənin təhsil sistemi ilə tanışsansa onu da əlavə etsen xoş olar.
    Mən bir neçə ay sonra müəllim işləməyə başlayacam. Və həqiqətən ikinci bir şəxsdən təhsildəki və müəllimlərin bir çoxundaki boşluqları dinləmək daha gözəl olardı😃

  • @seferovferid9843
    @seferovferid9843 Před rokem +5

    Salam.Həmişəki kimi çox qəşəng paylaşım .Uğur olsun Tamara like 👍

  • @babayevaleman5830
    @babayevaleman5830 Před rokem +4

    Hi, Tamara!😍 bu gözəl video üçün təşəkkürlər.😊 Yeni ilini indidən təbrik edirəm, ümid edirəm 2023 ən gözəl illərindən biri olar.❤🙏🏻🥳🥰

  • @oruc_zdgn
    @oruc_zdgn Před rokem +6

    Salam.Əvvəla Tamara sənə demək istəyirəmki həqiqətən sənin kanalın və yeni videon qarşıma çıxanda çox sevinirəm.Çünki həm danışdıqların,həm danışıq tərzin,həm də yaşadığın həyat mənə çox maraqlı gəlir.Amma çoxdandırki video atmırsan.Və bu həqiqətən üzücüdür.Xahiş edirəmki yeni video çəkib atasan və bunuda bilki əsla unudulmamısan.You are my Motivation😂.

  • @AynuraVeysalli
    @AynuraVeysalli Před rokem +5

    Tamaraaaaa❤❤❤ çoox güldüm və çoox öyrəndimm

  • @vt_85
    @vt_85 Před rokem +9

    birdəki çalış sözün yaxşı mənasında biraz arsız ol neqativ insanlara görə ömrüvü çürütməyə dəyməz Psixalogiyavın pozulmaqını mən burdan açıq aydın sezirəm özünə fikir ver Sükanı belə saxla Möhhkəm ol Sevilirsən😍

  • @vusalasuleymanova7891
    @vusalasuleymanova7891 Před rokem +5

    Salam Əla video alınıb xahis edirem TOEFL,SAT kimi imtahanlar haqqinda videolarda cəkin.

  • @Metbexim725
    @Metbexim725 Před rokem +4

    Yaşıdlarımın gözəl yerlərdə olmağı məni o qədər sevindirir ki , analı atalı böyüsəm belə həyatım da heçnə normal olmayıb və ailəmin təkidi ilə evlənmişəm indi iki qızım var illər sonra çətinliklə də olsa imtahan verib müsabiqədən keçmişəm vakansiya gözleyirəm tək istəyim özüm işləyib qızlarıma daim dəstək olmaqdı böyük xəyallarım olmasa belə indi vakansiya gözləmək belə əlçatmazdı.Qadınlarımızın heç kimdən asılı olmadan öz ayaqları üstündə durmaları, bir qadın kimi yox müstəqil fərd kimi yaşamalarını arzu edirəm.Yaşı az olub sizi izləyənlər üçün çox gözəl örnəksiniz.Rəyləri oxumağa gəldik də isə hər zaman yox müəyyən vaxtlarda bir video çəkib videolarından spontan olaraq rəy oxuya bilərsiniz.♥️

    • @tauntes
      @tauntes Před rokem

      Qizlarda çox oglanlar bucur bedbaxtdir

    • @Metbexim725
      @Metbexim725 Před rokem

      @@tauntes valideynlerimizin əksəriyyəti bizi yük kimi görür və evləndirib bu yükdən qurtulmaq istəyir düşünmürlər ki dəstək olsaq bu yük kimi gördüyümüz uşaqlar böyüyüb bizə arxa dayaq olarlar indi ne arxa dayaq olum mən onlara özüm kiminsə əlinə möhtacam inşallah işim alınar tək istəyim budur

  • @imzareper
    @imzareper Před rokem +8

    Uğurlar sene bayramın mübarek

  • @bluesky-kb1bu
    @bluesky-kb1bu Před rokem +3

    Ən sevdiyim azərbaycanlı CZcamsr, videolarız çox informativ və əyləncəlidir ))

  • @itsmegunel
    @itsmegunel Před rokem +2

    Hələ əziz Tamara siz məktəbi deyirsiz keçən dəfə düz 50 uşağın içində həm üniverstet müəllimi həm də doktor olan şəxs mənim üstümə qışqırdı səbəb isə o idi ki, cəmi 10 dəqiqə dərsə gecikmişdim amma çantamı sinifə qoymuşdum ki, bilsin ki fizioloji akt üçün aşağı düşmüşəm amma o isə 60 yaşlı şəxs o boyda patokda tələbəni təhqir etdi və dərsindən kənarlaşdırdı inkşaf və irəlləyiş getmir ki getmir😂😂

  • @bir._queen_2737
    @bir._queen_2737 Před rokem +9

    Oy oy necədə gözəl videodu bu belə. Tamara səni izlərkən özümü tapmış oluram.Çox səmimisiz. Yeni il günü də video atarsızda xaiş. ABŞ da kı abu-havanı görmək istəyirəm + da kı sizin kanalınızdan😊

  • @dilsadbayramova1069
    @dilsadbayramova1069 Před rokem +12

    13cü dəqiqəlırdə o möhtəşəm New York mənzərəsini görəndə sevincdən kövrəldim 🥺 Uşaqlıqda həmişə yeni il ərəfəsində home alone lost in New York filminə baxıb deyirdim orda yaşayacam gələcəkdə. İndi Polşada təhsil alıram və burdan Amerikaya Bakıya nisbətən daha az məsafə olması belə məni xoşbəxt edir və xəyallarıma daha yaxın hiss edirəm ❤️ Sizin videolarınız da mənə çooooox motivasiya verir ✨ Bizə hər videonun sonunda gülməyi unutmamağımızı xatırlatdığınız üçün çoooox təşəkkürlər ❤

    • @lalammmdova867
      @lalammmdova867 Před rokem

      Salam, həyatınız daima uğurla dolsun. xaricdə təhsillə bağlı suallarım var? Ünsiyyət yarada bilərik? 🥰

    • @tauntes
      @tauntes Před rokem

      Sagol

  • @pervanaeliyeva3754
    @pervanaeliyeva3754 Před rokem +3

    Sizi gorende ehval ruhiyyem yaxsulasir ..cox gozel auraniz var ❤
    Bizi is yerine apardigin ,Nyu-Yorku gezdirdiyin ucun cox sagol Tamara 🙏Yeni videolar gelsin
    Ve mence neqativ serhlere fikir vermeyin oturun kecsin ,negativ insanlar her yerde var ,eger siz onlara fikir verseniz onlari sevindirmis olacaqsiniz buna imkan vermeyin

  • @aytacahmedova2672
    @aytacahmedova2672 Před rokem +4

    salam Tamara.Səni 2020 dən izləyirəm.Bir sözlə,əvvəlki izləyiclərindənəm.Sənin videon mənə ayrı bir motivasiya verir.Səndən istəyim odur ki, 9 cu siniflər üçün məsləhətlər videosun çəkəsən.Sənin kimi əlaçı bir qızdan məsləhət almaq daha çox məqsədə uyğundur.İndidən təşəkkürlər

    • @gozellik_saglamliq
      @gozellik_saglamliq Před rokem

      axşamınız xeyir Aytac xanım necəsiniz?kanalıma dəstək ola bilərsiniz?☺️🌹

  • @isaismayll56
    @isaismayll56 Před rokem +3

    İnşaAllah menim gizim senin kimi bir insan olar cox sevilirsen ❤️

  • @aiseyvazl2276
    @aiseyvazl2276 Před rokem +4

    Salam,Tamara.Necəsən?Nəsə olub?Uzun müddətdir video atırsan, Instagramda da paylaşım etmirsən.Düzdür özün bilərsən sadəcə narahat olduğumu bildirmək istəyirəm ((((

  • @acousticies
    @acousticies Před rokem +2

    Hi Tamara. Necəsən? İndiyə qədər kanalıya comment yazmışammı bilmirəm, amma dediyin söz məndə yazma istəyi oyatdı. Çünki sənin paxıllıq etdiyin şeyi çox yaxşı başa düşürəm. Hər iki valideynimi uşaqlıqda itirmişəm və mən də özümü çox şanssız, geridə hiss edirdim. Çox insanın probleminə valideyni kömək etməyə çalışanda, mən özüm həll eləməyə çalışırdım. Bu situasiyadan çıxmamışam, amma azaltdığımı güman edirəm. Çünki bu negativ düşüncəni müsbətə çevirməyə çalışıram, "mən güclüyəm, hər şeyimi özüm edə bilirəm, buralara qədər öz hesabıma gəlmişəm" deyərək. Sadəcə demək istədiyim odur ki, həmişə belə düşünən tək insan olduğumu zənn edirdim, amma sayəndə mənim kimi düşünən insan olduğunu gördüm. Təşəkkürlər Tamara

  • @FatimaHuseynzade01
    @FatimaHuseynzade01 Před rokem +5

    100 min olacaqsan yaxında uğurların bol olsun 🤍 tebrik edirəm inseAllah 1 milyonlara

  • @aytan_
    @aytan_ Před rokem +10

    Bizimlə söhbətləşməyiniz, öz fikirlərinizi bölüşməyiniz çox faydalı, maraqlıdır. Video üçün təşəkkürlər!

    • @gozellik_saglamliq
      @gozellik_saglamliq Před rokem

      axşamınız xeyir Aytən xanım necəsiniz?kanallma dəstək ola bilərsiniz?🌹

  • @medina4786
    @medina4786 Před rokem +3

    Son bir aydır çox pis günler keçirirem. Yenı sizin dediyiniz natamam aile problemleri. Amma sizin bu tip videolarınıza baxmaq heqiqeten insana yaşamaq hevesi verir . Teşekkürller❤❤💙💙❄❄❄happy christmas🎄🎅🏻

  • @Rahimcik
    @Rahimcik Před rokem +5

    Cox beyenirem sizin videoları. Hevesle izləyirəm.

  • @nazrinaliyeva4328
    @nazrinaliyeva4328 Před rokem +5

    Yaxşı ki,varsan Tamara❤

  • @SonaMehdiyeva.
    @SonaMehdiyeva. Před rokem +2

    Sevə-sevə dinlədim sizi, hətta fikirləriniz məni 10 15 il geriyə apardı. Çox doğrudur ki biz valideyinlərimizdən çox cəmiyyətin tərbiyəsini götürürük ancaq düşünürəm ki bir çoxlarını da buna məruz qoyan məhz valideyinlərin el-aləm nə deyər deyə uzun illər sürdürdüyü mentalitetdir. Bəzi uşaqlar çox təəssüf ki ata ana ilə birlikdə yaşasalarda bütün uşaqlığı tramvalarla dolu olub irəliki yaşlarınızda hətta ömrünün ən gözəl çağlarını məhz bu tramva üzündən yarım yaşayan hətta özünü çərçivəyə salan və ətrafa açıla bilməyən,irəli gedə bilməyən,yerində sayan,risk etməkdən qorxan yetərincə insanlar var bu da həmin valideyinlərin əsəridir. Övlad valideyinin güzgüsüdür.

  • @esqinrzayev8221
    @esqinrzayev8221 Před rokem +5

    100 abone olmuşuq. Təbrik edirəm Tamara 🥰🎊😘👏

  • @fidanr9455
    @fidanr9455 Před rokem +4

    Yaxşı ki varsan Tamara❤️ Hər kəsə gözəl il arzulayıram

  • @mmlmtm8150
    @mmlmtm8150 Před rokem +1

    Mən sizi ingilis dili öyrənmək üçün internetde axtarış edəndə tanıdım. Üstəlik qızam
    Belə deyək ki ilk dəfə ingilis dili üstündə səni tanıdım. Hələdə sənin videolarına baxıram və hər baxanda ilham alıram. Çox yaxşı bir qızsan. Və məndən böyük olaraq daha yaxşı təsir edirsən. Bacımmışsan kimi hər dediyinə qulaq asıram diqqətlə. Heç öz bacıma bu qədər eləmirəm o dərəcə😂 Allah səni qorusun❤gözəl insan

  • @cimnazisgenderova1863
    @cimnazisgenderova1863 Před rokem +3

    Милая моя девочка..Дай Бог у тебя будет своя семья такой какой ты желаешь..Ты умная и красивая девочка.Желаю тебя удачи, любви и исполнение желаний.

  • @jaaaallliiii
    @jaaaallliiii Před rokem +2

    Uzun müddətdir xaricdə yaşamağına baxmayaraq Azərbaycan dilində özünü bu qədər gözəl ifadə etməyin təqdirə layiqdir 🫶🏼 Azərbaycan dilində youtuber’ları izləmək məni sıxır, amma sən saatlarla danışsan qulaq asa bilərəm.
    Neqativ rəylərə rəğmən keep going! 🤩

  • @girlhappy6442
    @girlhappy6442 Před rokem +3

    Eziz Tamara zehmet olmasa bu videonu hemde Shortslara bolerdiniz 🙏 🥺daha cox adam baxacaq

  • @helimebayramova28
    @helimebayramova28 Před rokem +5

    Salam Tamara,
    İlk öncə 44 dəqiqəlik videonu altyazı ilə təqdim etmək, təxmin belə edə bilmirəm ki, nə qədər vaxtını alıb... bunu bizə görə etdiyini fikirləşəndəəə
    Bu arada təklif edərdim B variantını seçəsən, səsimizi eşitdiyini bilmək sadəcə sevindirir, həmçinin bizim üçün belə altyazı ilə məğul olan birinə onun necə sevdiymizi demeyi , həmçinin mənfi tərəfləri görüb onu dəyişdirmək barədə çox nəzakətlə, arqumentlerlə,sübutlarla bizi aydınlatdığın üçün təşəkkür etmək istəyimizi əlimizdən alma
    Gözümə dəyən bir şeyi də paylaşmaq istəyirəm, tanıdığım qədəri ilə sən özünü inkişaf etdirməyi sevirsən - billik yox, *bilik
    Səni və səmimiyyətini həddindən artıııq sevirik

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +1

      Bu qədər xoş sözləriniz üçün təşəkkür! 🤗

  • @aminamirzali
    @aminamirzali Před rokem +1

    Cox guclu ve agilli xanimsiz❤️
    Mende shir burcuyem bezi xarakterlerimiz cox oxshayir;)sizi cox yaxshi anlayiram mental cehetden
    Sevgi dolu ailede boyumeseniz bele gelecekde sevgi dolu aileniz olacagindan eminem🐝

  • @leylailemecnun1122
    @leylailemecnun1122 Před rokem +4

    Bu dəqiqə işdə redaktorum mənimlə prinsip aparır. Yazılarımı hər dəfə bir bəhanə ilə yararsız hesab edir. Digər oxuyanlar deyir ki, bu sadəcə sənlə aparılan prinsipdir. Yazı qaneedicidir. Sənin o məktəb xatirən məni aydınlatdı. Həmin redaktorun öz şəxsi problemi var və mən ona heç vaxt boyun əyməyəcəm, doğru bildiklərimi davam etdirəcəyəm 😀

  • @studyyy3602
    @studyyy3602 Před rokem +7

    Möhtəşəm video😊🥰👍

  • @fi__va_dan
    @fi__va_dan Před rokem +4

    Məktəbliyəm və 8ci sinifdə oxuyuram,videolarınız çox motivasiya verir♡

  • @behappyblinks
    @behappyblinks Před rokem +8

    Tamara 2 aydır səni gözləyirik gəl day çoooox darıxdıq

  • @whocafune
    @whocafune Před měsícem +1

    Tamara haralardasan? Bir sen var idin sevdiğim CZcamsr sende getdin

  • @fatimmhrrmova4485
    @fatimmhrrmova4485 Před rokem +6

    Videoya görə çox sağolun 💜. Data science necə öyrəndiz necə xaricdə iş tapdız? Bu haqda video çekin zəhmət olmasa ✨

  • @legendaryauye2232
    @legendaryauye2232 Před 3 měsíci +3

    Əxiii gəl çıxda ayıbdı axı

  • @gulsumimanova463
    @gulsumimanova463 Před rokem +17

    Tamara! Yenə göz qamaşdırırsan sen menim feminiist olduğumu göstərdin ürəysən həmişə xoşbəxt ol

  • @dianaktava90004
    @dianaktava90004 Před rokem +2

    Allah seni xosbext elesin ele bilirler asan yol gecmisen ama ele deuil heckim asan hecne elde etmir sadece bunu herkes bilsin.Allah her kesi xosbext elesin amin💕💓💕💓💕❣️

  • @qsimva
    @qsimva Před rokem +6

    Tamara, deyirsən ki, yaşıdlarımızdan bizim məqsədimizə çatanda bu bizdə negativ hisslər yaradır. Mən bunu yaşamışam və məndə heç bir negativ hiss yaranmayıb. Başdan danışım. Mənim keçən ili kursdan bir padruqam var idi. Bu il də arada bir yazışardıq. Sonradan ona mesaj çatmadı. Bir gün snapchat'dan mənə dostluq təklifi gəldi və bir də gördüm ki, bu odur. Tez əks dostluq göndərdim. Başladıq danışmağa. Sən demə, o, ailəsi ilə birlikdə ABŞ-a köçübmüş. Bu mənim xəyalımdır. :) Amma mən heç bir pis hiss keçirtmədim. Hətta onun adına o qədər sevinmişdim ki, mənə oralardan danışmasını istəyirdim hər dəfə. Niyə? Çünki, məlumatım olsun istəyirdim. O özü də çox yaxşı qız idi. Hər dəfə mənə deyir ki, sən də bir 5-10 il sonra gələcəksən bacının yanına. :D Səhv etmirəmsə elə o da New York şəhərində yaşayır. Mən ona deyirdim ki, məndə işlər bir az çətindir. Azərbaycanda kasıb və artıq dərəcədə geri fikirli və dindar bir ailədə doğulmusansa bu 1% ehtimal belə ola bilər. O isə mənə deyirdi ki, sən yaxşı bal yığ, araşdır, yol tap xarici universitetlərə, sən bir addım gəl, bacın sənə 10 addım kömək edəcək. AHAHAHHAH, o həqiqətən açıqürəkli qızdır. Amma əlbəttə ki, mən öz gücümə inanıram və bir gün mən onunla elə ABŞ-ın özündə əl-ələ görüşəcəyəm. İnŞəAllah.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  Před rokem +5

      Dediklərim daha çox nailiyyətlərə aid idi, yəni ailəsi köçübsə əla amma öz nailiyyəti deyildi. Sevindim ki dostluğu bu qədər uzaqdan saxlaya bilmisiz. Mənim də ən yaxın rəfiqəm okeanın o biri tərəfdədir. sizə onunla qovuşmaqda çoxlu güc və uğurlar arzu edirəm!!!!🤗

    • @qsimva
      @qsimva Před rokem +2

      @@TamaraSeredAz çox sağ olunn. Əlbəttə, yaxşı dostluqlar unudulmamalıdır. 💗

  • @shahnazmamedova5878
    @shahnazmamedova5878 Před rokem +2

    Demek olar eyni yastayiq. Sen menim en boyuk arzum olan seherde yasayirsan. Beli men de sene imrenirem. Ama tek basina bu yerlere gelib cixdigin ucun seni sadece alqislaya bilerem. Sen mene motivasiya verirsen. Fikirlerimizin coox oxsardi ona gore sen ne video ceksen severek izleyerem😘

  • @hasanova1095
    @hasanova1095 Před rokem +2

    Ayıb olsun o müəllimə!
    Çox təəssüf edirəm. Uşaqlar heç nəyi unutmurlar. Və həmişə uşaq olaraq qalmırlar. Onu unutmamalıyıq.

  • @xeyyammustafayev8918
    @xeyyammustafayev8918 Před rokem +6

    Ayda həmişə yorumlarda ilk 3 -ə falan düşürdüm bu səfər alinmadi ))

  • @ilahe.aliyefa
    @ilahe.aliyefa Před rokem +11

    Tamaranın prinsipi:bir ildə yüz,yüz ildə 1 video😂 .d

  • @arzuhuseynova3164
    @arzuhuseynova3164 Před rokem +4

    Təşəkkürlər Tamara 💕🤗

  • @anaisskitchen8057
    @anaisskitchen8057 Před rokem +4

    Salam Tamara səni ilk dəfədi izləyirəm tanış bir psixoloq paylaşmışdı ordan linklə girib izlədim. Və çox bəyəndim . Sənə uğurlar

  • @ayla651
    @ayla651 Před rokem +6

    Kanalının böyüməyi bir tərəfdən sevindirici bir haldır amma bir tərəfdən də əvvəlki az və öz izləyici kütləsi üçün darıxıram..

  • @wingardiumofdevil
    @wingardiumofdevil Před rokem +2

    Tamara,niyə alt yazı qoyub əziyyət çəkirsən? Başa düşürük danışdıqlarını,əla danışırsan💜əziyyət çəkmə məncə

  • @bonappetit9990
    @bonappetit9990 Před rokem +2

    Tamara sen cox agilli qizsan. Gozel fikirlerin var.sene qulaq asmaq mene nece musbet enerji verdi axsam axsam.

  • @ramilsxliyev9303
    @ramilsxliyev9303 Před rokem +3

    Salam Tamara .siz yasiddarinizdan geride qalmamisiz dusunce ve medeniyet baximinnan.cetin usagliq illeri sizi daha guclu edib .ugurlar arzuluyuram

  • @Unknown.one.19
    @Unknown.one.19 Před 8 měsíci +4

    1 il olacağeee hardasan? İlham kaynağım

  • @Kenan-11111
    @Kenan-11111 Před rokem +7

    100000 Minliy Böyuk Bir Ayilə Oldun Təbiriklər Tamara...👏💙

  • @btskoreangroup4839
    @btskoreangroup4839 Před 6 měsíci +2

    Tamara artıq bir ildir video atmırsan və instagramda da 3-4 aydır paylaşım etmirsən. Hər şey qaydasındadır? Ümid edirəm ki yaxşısan ❤

  • @dslanmspluton7143
    @dslanmspluton7143 Před rokem +6

    Axirki video gəldiii🥰

  • @vt_85
    @vt_85 Před rokem +3

    Salam Tamka) İnan ki 05:04 videonu bitirdim baxaraq Və həmişəki kimi 👍😁like öz yerində

  • @XosbxtAgayeva-bk2ct
    @XosbxtAgayeva-bk2ct Před rokem +3

    Noooolaaaaar video çəkkkk..Darıxmışıq....😢😢😢

  • @loveincpsmn8210
    @loveincpsmn8210 Před rokem +2

    Toma komment baresinde sene demek isterdim ki,sən en doğrusunu seçə bilecek insansan odur ki,sənə necə rahatdirsa elə də et 👏

  • @Diamond-ci8ce
    @Diamond-ci8ce Před 6 měsíci +2

    Tamara 1 ildirki video atmirsan. Umid edirem her sey yaxsidi. Ve sene ehtiyacimiz var geri dön❤

  • @huseynesgerov9277
    @huseynesgerov9277 Před rokem +1

    Salam Tamara necesen ,videoların yaxşidir ancax istiyerdimki hobbiler,tolerantliq,anlayişli olmaq ,özgüven ves movzularla bağli videolar daha çox video çekesen ,bu cür mövzulari çox sevirem

  • @XanmAbdullayeva-mv9wg
    @XanmAbdullayeva-mv9wg Před rokem +4

    Tamaraa niye video paylasmirsan?nese olub?