Çoxlarının işlətdiyi bu dərman astmaya səbəb ola bilir Həkim xəbərdarlıq etdi

Sdílet
Vložit
  • čas přidán 10. 04. 2024
  • Sənə Maraqlıdırsanın bütün videolarını CZcams-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi:
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    Çoxlarının işlətdiyi bu dərman əsmaya səbəb ola bilir - Həkim xəbərdarlıq etdi
    Aspirin ilk dəfə 1897-ci ildə Almaniyanın “Bayer” fabrikinin kimya laboratoriyasında hazırlanıb. Mütəxəssilər bildirirlər ki, indiyə qədər bu məşhur dərmanın əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə, kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.
    Aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur.
    Bu faydalı xüsusiyyətlərlə yanaşı aspirinin bəzi çox ciddi əks təsirləri də mövcuddur. Aspirin qəbulu astma və sinüzitli insanlarda tənəffüs problemlərinə səbəb ola bilər. bu barədə Mayo Klinikasının (dünyanın ən böyük özəl tibb və tədqiqat mərkəzlərindən biri) otorinolarinqoloqu doktor Angela Donaldson danışıb. Donaldson qeyd edib ki, bronxial astma tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir və kəskinləşmə zamanı təngnəfəslik, xırıltı və öskürək tutmaları ilə özünü göstərir. Bu zaman aspirinin qəbulu həyat üçün təhlükə yarada bilər.
    Həkimin sözlərinə görə, aspirin qəbulu öskürək və xırıltıya səbəb olmaqla astma simptomlarını pisləşdirə bilər. Həmçinin, bu dərman sinüzitin kəskinləşməsinə də gətirib çıxarır.
    Həkim qeyd edib ki, aspirin burunda poliplərin əmələ gətirməklə bərabər və nəfəs almasını çətinləşdirir. Həkim astma və sinüzit xəstələrinə ibuprofen və naproksen kimi qeyri-steroid iltihabəleyhinə dərmanlardan (QSİƏP) ehtiyatla istifadə etmələri barədə xəbərdar edib.
    DƏYƏRLİ İZLƏYİCİLƏR Uzun müddət ərzində aspirin qəbul edən insanlarda qanaxma, mədə xorası və qastrit inkişaf edə bilər. Bundan əlavə 16 yaşına qədər aspirinin qəbulu qadağandır ki, aspirin uşaq və yeniyetmələrdə nadir Rey sindromuna səbəb ola bilər. Qaraciyəri və beyini zədələyən bu sindrom xəstənin həlak olmasına gətirib çıxarda bilər.
    Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər
    Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH

Komentáře • 5

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 3 měsíci +4

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər*
    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

  • @saidr1124
    @saidr1124 Před 3 měsíci +3

    Təşəkürlər🙏👍

  • @huaweipsmart275
    @huaweipsmart275 Před 3 měsíci +3

    Çox sağ olun

  • @saidr1124
    @saidr1124 Před 3 měsíci +3

    Aaa mən çox istifadə edirəm artıq bu dərmana son təşəkkürlər 1:38

  • @Irade-pi4mb
    @Irade-pi4mb Před 3 měsíci +4

    Ezib sirkeye qarışırdıqda qızdırmanı aşagı salmaq olur faydasını görmşem.