Pab biznesinin pik nöqtələri: Cəmi 1 ilə həyatınız dəyişəcək | Cib Dostu

Sdílet
Vložit
  • čas přidán 29. 10. 2023
  • #APATV #Cibdostum #pub #biznes #sahibkar #kiçikbiznes #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Pab biznesinin pik nöqtələri: Cəmi 1 ilə həyatınız dəyişəcək - APA TV
    Bu gün ictimai iaşə sferasına nəzər saldıqda müştərilərlə dolub-daşan məkanların ən başında publar durur. Aralarında cavanların çoxluq təşkil etdiyi istənilən yaş va cinsdən olanların axın-axın getidyi bu məkanlar sanki çağdaş gənclik üçün çayxanaları əvəzləyir. Maraqlıdır, kanardan çox galirli görünan bu biznes əslində nə qədər qazanclıdır? Bu sahəyə nə qədər sarmaye qoyulmalıdır? “Cib dostu”nda bütün suallara cavab tapmağa çalışacağıq.
    Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin eksperti Arzu İbrahimova deyir ki, pab açmaq üçün lazım olan ilkin minimum məbləğ 10 min manatdır.
    Əvvələr pablar üçün yaşayış binalarının zirzəmilərində olan məkanlara üstünlük verilsə də, indi bu belə deyil. Bəs indi pab üçün hansı kriteriyalar əsas götürülür?
    Pab mədəniyyəti Britaniyada yaransa da, bütün dünyaya fərqli tərz və müxtəlif dizaynlarda yayılıb. Qəhvəyi rəngin tonlarında taxta detallar, divardan asılan vintaj rəsm əsərləri, alaqaranlıq işıqlandırma ümumi interyeri xoşagəlimli edir. Konseptə uyğun musiqi daha isti və səmimi mühit yaradır. Rahatlığı təmin edən digər detallar isə yumşaq, dəri, komfortlu divanlar və geniş masalardır.
    Keyfiyyətli iş görmək üçün keyfiyyətli də avadanlıq lazımdır. Bəs paba hansı avadanlıqlar lazım olur? Bu avadanlıqları hardan əldə edə bilərik?
    İçkilərin və məzələrin çeşidli olması müştəriləri məmnun edən şərtlərdən biridir.
    Müştəri məmnuniyyətinin digər amili isə xidmət səviyyəsinin yüksək olmasıdır ki, bu da biləvasitə işçi personalının peşəkarlığı ilə əlaqəlidir.
    Bəs personal seçimi necə olmalıdır? Müştəri daha nələrə üstünlük verir?
    İlk növbədə düzgün, keyfiyyətli, işinibilən personallar ilə işləmək lazımdır bu iş baxımından. İkinci növbədə ofisant yeməklər haqqında sizə daha doğun düzgün məlumat verməlidir. Bizim belə deyək işin üzü odur, yəni satışı əsas odur. Daha sonra aşpazın əhəmiyyəti ondadır ki hazırladığı təamların dadı, görünüşü daha çox rol oynayır. O cümlədən də barmendə.
    Bu sahədə əsas amil müştəri məmnuniyyəti olduğu üçün diqqət etməli olduğunuz məqamlar sadalananlarla bitmir. Məsələn, müştərini qarşılamaq kimi sadə proses belə sizin üçün xüsusi əhəmiyyət daşımalıdır.
    Bütün bunların fonunda məkan seçimi ən əsas faktor hesab olunur.
    Pablara əsasən iş saatlarından sonra - gecələr və həftənin son günləri üz tuturlar. Elə bu səbəbdən də məkanınızı iş və yaşayış yerlərinin əhatəsində seçməyiniz yaxşı olar.
    Bir sözlə, xidmətin yüksək səviyyədə təşkil edildiyi pabda bir məsələ qalır ki, bu da səviyyəli xidmətin geniş kütləyə çatdırılmasıdır. Bəs bunu necə etməliyik?
    Mütəxəssislərin söylədikləri bütün şərtlərə əməl olunsa, pab biznesindən ciddi qazanc əldə edə bilərsiniz. Bu işə hazır məkanda başlasanız, start məbləğ kimi 5-10 min manat yetərlidir. Sıfırdan başlamaq üçünsə azı 50 min manat xərcləməlisiniz. Gündəlik təxmini xərc isə 200-400 manat arası dəyişir. Təxminən 3-6 ay start müddətdir. Bu müddəti uğurlu biznes planla başa çatdıra bilsəniz, günlük gəlir 1000-2000 manat arası olur. Bütün xərcləri çıxdıqda isə sahibkara aylıq 4-5 min manat qazanc qalır.
    TOHİD ƏZİM
    VÜSAL BAYRAMOV
    HƏZRƏT BAYRAMLI
    APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: czcams.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 1