Bakıda çayxana açsaq, nə qədər qazanarıq? - APA TV

Sdílet
Vložit
  • čas přidán 20. 10. 2022
  • #APATV #cibdostu #çay #çayxana #çayevi #VergilərNazirliyi #biznes #restoran #kafe #obyekt #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Bakıda çayxana açsaq, nə qədər qazanarıq?
    Bu gün hər kəs öz şəxsi biznes, əlavə gəlir yeri və sərbəst iş barədə düşünür. Kiçik biznes qurmaq üçün müəyyən qədər vəsaitiniz varsa, ancaq hansı işə başlamağınızla bağlı tərəddüd edirsinizsə, APA TV-nin “Cib dostu” layihəsi məhz sizin üçündür.
    Layihə çərçivəsində az büdcə ilə iş qurmaq istəyənlərə bütün sahələr üzrə A-dan Z-yə məlumat verəcəyik.
    Layihəmizin ilk verilişində isə çayxana biznesi haqqında dolğun məlumat alacaqsınız. Yaxşı gəlir gətirən çayxana necə qurulur? Bunun üçün nə qədər vəsait lazımıdr? Bu sahədə hansı risklər var?
    Suallarımıza cavab tapmaq üçün ilk olaraq Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin eksperti Elşad Şiriyevlə əlaqə saxladıq: “İlk növbədə Vergilər Nazirliyinə şəxsiyyət vəsiqəsi ilə müraciət eləyərək bunu həm onlayn, həmdə ki belə deyək, yazılı şəkildə müraciət eləyərək fiziki şəxs kimi qeydiyyatdan keçir. Sahibkar bu biznesi yaratmaq istəyirsə KOB-a müraciət eləyir. Və bizim ona verəcəyimiz ilk tələbimiz odur ki, həmin o sahibkar bu sahədə heç olmasa müəyyən bilikləri olmalıdır. Çayxana biznesində müvafiq icazənin alınması üçün Sanitar Epidemioloji stansiyasından müəyyən tələbləri vardır. Məsəl üçün, məkan seçilərkən ən azı 15 kvm olmalıdır. İşıqlı, quru və təmiz olmalıdır. Dekorasiya da önəmli bir rol oynayır. Çünki müştərilər gələrkən orada çayxana, yanı çay abu-havasını yaşamalıdır. Həmçinin reklam da böyük rol oynaya bilər. Reklamlarda daha çox qabardılan sizin müştərilərə verəcəyiniz xidmətlə özünüzü sübut edə bilərsiniz. Elektron menyular yaradılır və onun üzərində QR kod telefonunuz vasitəsilə həmin o menyunu aça bilirsiniz”.
    Çayxana biznesində məkan seçərkən uyğun yer tapmaq, o ərazidəki müştəri bazasını, məkanın önündən keçən insan axınını, yaxın gələcəkdə dəyər qazanacaq əraziləri nəzərə almaq lazımdır. Oradakı insanların yaşı və sosial vəziyyətləri haqqında məlumatlı olmalısız. Seçdiyiniz məkan gənclərin çoxluq təşkil etdiyi universitet ətrafı və ya orta yaşlı insanların dincəldiyi məhəllə tipli və s. kimi yerlər ola bilər. Obyektinizin interyerini seçərkən də bunları nəzərə almalısınız.
    Çay evi sahibi Hümbət Zeynalov deyir ki, çay evi demək olar ki, bu insanların görüş yeri, söhbət yeri, münasibət qurmaq üçün yerləridir: “Çayı dəmləməyi də, orda dəmləmə müddəti gərək çox diqqətli olasan ki, o çayın vaxtını keçirməyəsən. Dəmləmə müddəti o çayı 5 dəqiqə, 7 dəqiqə dəmdə qoyuruq, hansı ki, çayın dəmi üzə alandan sonra klientlərə veririk. Bizdə çeşidlərimiz, təbii otlarla klientlərimiz çay istəyirlər. Qantəpərdi, Gülxətmidi, ondan sonra Yarpızdı, daş Yarpızıdı, Kəkotudu. Verdiyimiz çaysa təmiz, halal, doğru, nətər deyim, dədə-baba qaydasıyla dəmləyib müştəriyə veririk. Ona görə ki, gələnlər də bizim çayımızdan razılıq edirlər”.
    Digər çay evi sahibi Elsevər Mürsəliyev deyir ki, bu işə başlayanlara yəni, məsləhətim o olar ki, ilk növbədə restoranı açan kimi yəni, müştəri gəlmir: “Təbii ki, gələn müştərilər də, müştərilər gələndən sonra da onları elə qarşılamalıdırlar, elə çay, elə yemək təqdim etməli, elə qulluq görtərməlidirlər ki, yəni bir daha gəlsinlər. Ziyanı da olur, gəliri də olur bu işin. Həm ziyanını da görməlisən, həm gəlirini də. Şükür Allaha ki, ziyana çox getməmişik”.
    Biznesinizi quracağınız sahədə rəqabəti tənzimləmək üçün əvvəlcə iş quracağınız ərazidə rəqabət vəziyyətini analiz etməlisiniz. Rəqib obyektlə yaxın məsafədə olmağın həm müsbət, həm də mənfi nəticələri ola bilər. Əgər öz xidmətinizə və keyfiyyətinizə güvənirsinizsə, rəqabət zamanı insanların seçimləri arasında yer ala bilərsiniz. Əks təqdirdə isə sərmayə qoyduğunuz çayxana rəqabətə tab gətirməyə bilər.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: czcams.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 16

  • @nigarsamilova3756
    @nigarsamilova3756 Před rokem +23

    Yer sahibləri qazanır , işlədən quru çörəkpulu qazanır , Çayınızı evinizdə için .20 manatı da bir il yıgsanız , bahalı bir ayaqqabı alarsız , ən az 2 il sizə xidmət edər ...

    • @eminmehdiyev5352
      @eminmehdiyev5352 Před rokem +1

      Çayxana nə üçündü bəs

    • @Zeynalovterlan
      @Zeynalovterlan Před rokem +5

      Day onda niye yawayiriq.cayi evde ic yeməyi evde ye paltari ozun tik belke ele birdəfəlik magaraya qayidaq

    • @anaraliyev3286
      @anaraliyev3286 Před rokem +1

      Sizun duwunceynen 1 il yeyib icme ,masin al?)

  • @racivketanov8558
    @racivketanov8558 Před rokem +7

    Vergilər imkan versə Millet adam kimi yaşayar...Bu dövlətə bir qəpikdə vermərəm xeyrim olmasa...

  • @emil085
    @emil085 Před rokem +8

    He bax duz deyrsen ilk novbede her seyden vacib vergiler nazirliyidi.

  • @eflan92
    @eflan92 Před rokem +5

    Azı 20-30 min lazımdır başlamağa

  • @CrazyExperiments-uo3wk
    @CrazyExperiments-uo3wk Před 6 měsíci +1

    Sizin lahiyyənizə quzu kəsim😅heç bir dolğun məlumat verilmir

  • @baba1815
    @baba1815 Před rokem +4

    Çayxanada ne ziyan 100 de 90 fayizi xeyirfi

    • @elvinsirinov9864
      @elvinsirinov9864 Před rokem

      İşletmisen çayxana

    • @suleymanqurbanov116
      @suleymanqurbanov116 Před rokem

      @@elvinsirinov9864 bəs ziyan olursa niyə işlədirlər? Dövlət də yardım edir axı subsidiya ayırır

  • @elsenmemmedzade7140
    @elsenmemmedzade7140 Před rokem

    ДЕПУТАТУ ПОЧЕМУ НЕ ЗАДАЕТЕ , СКОЛЬКО ЗАРАБАТЫВАЕТЕ ?!

  • @donxuanrizeofkingdoms3805

    Soxum verlisvize gicbeser yiqibaqi adi melumat veirirsizde maya ne qeder lazimdir ortalama gelir yaxsi ve zeif cay evlerinde.o qeder bele sehifeler var.neyse gedin oznuze pese tapin

  • @telmangarayev1808
    @telmangarayev1808 Před 2 měsíci

    MƏDƏNİ ÖLKƏLƏRDƏ BALAÇA BİSNES VERGİ ÖDƏMİR .KİÇİK BİSNESA İMKYAN VERİRLƏR İŞLƏSİN GASANSIN VƏ GƏLƏÇƏKDƏ BÖYÜK BİSNESA BAŞLASIN.