Azərbaycan NATO-nun tədbirində iştirak edəcəkmi? - Cəsur Məmmədov Çətin sualda

Sdílet
Vložit
  • čas přidán 5. 07. 2024
  • Azərbaycan NATO-nun tədbirində iştirak edəcəkmi? - Cəsur Məmmədov Çətin sualda
    “Çətin sual” Kamran Mahmudovla № 760
    Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn iyunun 28-də Azərbaycanda səfərdə olarkən deyib. Onun sözlərinə görə, tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək: "ABŞ dövlət katibi Antoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir".
    İyulun 2-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Bakıda NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini Stefan Fiks ilə görüşüb. K.Vəliyev Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağını, səmərəli görüşlərin davam etdiriləcəyini deyib.
    Bəzi ekspertlər isə düşünür ki, Azərbaycanın NATO-nun Vaşinqtondakı sammitində iştirakı regionun digər oyunçuları - Rusiya və İranı qıcıqlandıra bilər.
    Ermənistan artıq tədbirdə iştirakı ilə bağlı razılıq verib. Azərbaycan isə, hələlik, rəsmi cavab verməyib.
    Azərbaycan NATO-nun tədbirində iştirak etməlidirmi?
    Bu barədə, eləcə də gündəmdə olan döyüş təyinatlı hərbi texnika və hərbi silahın satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılması ilə bağlı qanuna təklif edilən dəyişiklik, o cümlədən “Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri: 2024-cü ilin birinci yarısı üçün” adlı hesabat haqda Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov danışır.
    Kanala abunə ol: bit.ly/3fQCXFu
    WebSite: www.turan.az
    Facebook: / turanagency
    Telegram: t.me/turanagency
  • Zábava

Komentáře •