Vəfa nədir?

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • Vəfanın təbiəti və fəlsəfəsi üzərinə söhbət elədik Florida Universitetinin doktorantı, pedaqoq Lalə Orucova ilə.
    Kanala ianə etmək istəyənlər üçün:
    www.buymeacoff...
    və ya
    Rabitəbank: 5261 6333 3581 0132
    MR MUSHFIG SHUKUROV

Komentáře • 29

  • @samirabbasov1509
    @samirabbasov1509 Před rokem +7

    Allahın salamı olsun əziz və dəyərli Müşfiq müəllim...
    Sizin Allah məhəbbətindən süzülən , zülmət və qaranlıq düşüncələri nurlandıran, bizləri həqiqətə yaxınlaşdıran, Onu hiss etdirən bu gözəl bəyanınızdan doymaq olmur...Allaha sonsuz şükürlər və həmd olsun ki, Allah Özünün böyük nemətlərini (səmimi və saleh bəndələrini, İlahi Filosoflarını və alimlərini) bizlərə , bizim cəmiyyətimizə bir lütf olaraq bəxş edib. Allah sizi qorusun Müşfiq müəllim.

  • @ferhadibrahimov-be2er
    @ferhadibrahimov-be2er Před 2 měsíci

    Allah razı olsun sizlərdən. Kanalın bütün videolarini təkrar-təkrar dinləyirəm.

  • @aytenaliyeva8986
    @aytenaliyeva8986 Před rokem +4

    vəfanı mən sadəcə insan münasibətlərində anladığım üçün düşünürdüm ki hər halda vəfasızsam ...bir kimya müəlliməm var idi repetitorum idi. Kimyadakı elementləri insan xarakterlərilə elə sevdirmişdi mənə onun hər bir dərsi tək universitetə hazırlıq yox həyata hazırlıq idi mənimçün. Arada bir çiçək alın ziyarətinə gedərdim. Ən son ağır xəstə yatağında getdim uzun müddət idi getməmişdim dedim müəllimə mən də vəfasız çıxdım ..dedi yox qızım mən şahidəm sənin vəfana səni uğurlarınla, həyatda özünü görmək istədiyin kimi olmağın mənə vəfandır...Yaradana da belə vəfalı ol dedi..deməkki vəfanı insanların sərf etdiyi əməyindən öyrənməliyik ki, Allahın əməyini də qiymətləndirək. Bəlkə də qəribə səslənə bilər Allahın əməyi...ancaq bizim üçün yaradığı hər şey Onun əməyi deyilmi? Bu əməyə vəfa göstərmək Onu məmnun etməzmi? Artıq bu vəfaya nə ad verirsək verək verdiyimiz şey bizi rahatladıb xoşbəxt etmirsə demək ki həyat yolunda çox şey öyrənməliyik. Hər ikinizə söhbət və mövzu üçün təşəkkür və minnətdarlığımı bildirirəm. Dəyərlərə vəfalı olmaq duasıyla🙏🏻

  • @elchinahmadov4640
    @elchinahmadov4640 Před rokem +2

    Var olun hocam! Allah sizi qorusun!

  • @Resul_Resul
    @Resul_Resul Před 10 měsíci

    Çox maraqlı fikirlər idi. Həqiqətən dinlərkən zövq aldım. Çox sağolun Təşəkkürlər

  • @Escapistoo
    @Escapistoo Před rokem +2

    Möhtəşəm! ❤

  • @user-ul6wk7mq5h
    @user-ul6wk7mq5h Před rokem +1

    Salam dəyərli insanlar. Müzakirələriniz həmişəki kimi gözəldir. Mən də bir yerdə "ağac əkdim". "Savadlı cahil", insanlığın faciəsi bu kəlmənin içindədir. Ad qövmü, Səmud qövmü bizim üçün ən açıq faciəvi nümunədir. Allah sizləri qorusun.

  • @aygunyasar9043
    @aygunyasar9043 Před rokem

    Təşəkkür edirəm 🙏🙏🙏

  • @XXXX_82
    @XXXX_82 Před rokem

    Çox maraqlı idi... çox sag olun.

  • @nsevda6365
    @nsevda6365 Před rokem +1

    Sizə təşəkkür edirəm, Müşfiq müəllim. Həmişəki kimi möhtəşəm idiz. Tez tez olsun belə müzakirələr..❤❤

  • @yavernovruzov805
    @yavernovruzov805 Před 8 měsíci

    👍

  • @nailazabitova
    @nailazabitova Před rokem

    Sizi çox sevirəm, Müşfiq müəllim, yaxşı ki, varsız.
    İlahi necə doğru sözlərdi. Özümü çox varlı hiss edirəm, hər anımda Allahın sevgisini, qayğısını, lütfünü hiss edirəm, verdiyi hədiyyələri, möcüzələri görürəm. Buna görə şükür edirəm həmişə.❤ Həmişə var olun, əziz ustad. Sizi eşidim həmişə. 🤲

  • @elzababayeva8010
    @elzababayeva8010 Před rokem +1

    Sağ olun maraqlı söhbətə görə... Dilimizdə işlənən "vəfat etdi" ifadəsi "vəfa" ilə nə qəqər əlaqəlidir sizcə?

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem +1

      Eyni kökdəndir. Vəfa borcunu ödəmək mənasindandır. Ərəbcə.

  • @admimadmim6323
    @admimadmim6323 Před rokem +1

    Bəs matrica filmi necə.çoox mükəmməl filmdi.amma dərindən anlaya bilmirəm.üçüncü gözün açılmasından bəhs olunur.çox istərfim açıqlama vrrəsiz

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem

      Söz vermirəm, amma kimsə mənimlə müzakirə etmək istərsə edərəm o filmi də.

  • @ehtirampashali7852
    @ehtirampashali7852 Před rokem +1

    Vəfa məsələsinə elm oksitosin hormonunun artıq ifrazı kimi yanaşır. Bu elmi gerçəkliyi bildiyimiz halda buna metafiziki olaraq mənəviyyat məsələsi kimi inanmağımız nə dərəcədə realdır Müşfiq müəllim ??

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem +2

      Sadəcə, mənə görə Hormonlar metafizikanın təzahürüdür. Səbəbi deyil.)

  • @gunayeliyeva001
    @gunayeliyeva001 Před rokem

    Çooox minnətdaram. Gözəl söhbət oldu. Öncədən xahiş edirəm ki yazacaqlarımı tənqid olaraq yox, həqiqəti öyrənmək istəyən bir insanın sualı olaraq dəyərləndirəsiz. İlqar Altayın bu sözlərini necə qiymətləndirərdiz bəs?
    Niyə islam 4 arvad və qulluqçu, cariyə daxil külli miqdarda qadın saxlamağa imkan verir intim yaşayışla, kişilərə? Bu qədər, 20-30 qadınla eyni zamanda intim yaşam, əxlaq pozğunluğu deyilmi? Bu qədər də qadınla uşaq törətməklə yaranan çoxsaylı ailəli olmaq əslində ailəsizlik deyilmi? Bununla islam əslində, o cəmiyyətdə avara, ailəsizliyin əsasını qoymurmu? O 20-30 qadından və bir "xoruzdan" törənən müxtəlif uşaqların arasında nə qardaş-bacı doğmalıq münasibəti ola bilər? Ata üzü, vücudu görməyən uşaq necə ata qayğısı ala bilər? Və bu hal da faktiki, yetimçilik deyilmi? Bu əsasda hansı sosial təməl qoyulur?

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem

      Quranda deyilir ki,biri daha yaxşıdır. Amma insan həm də bioloji varlıqdır. Erkək ekzistensiyasi ilə dişi ekzistensiyasi arasında fərqlər var təbiətdə. Təbii olandan danışılır, ideal olandan deyil. Nəzərə alın.

    • @gunayeliyeva001
      @gunayeliyeva001 Před rokem

      @@anlama_sanati Təşəkkür edirəm cavabınız üçün.
      Yalnız kişi və qadınlar arasında deyil, elə qadınların özləri və kişilərin özləri arasında da bioloji fərqlər mövcuddur. Yəni hər kişi və hər qadın fərqli bioloji ekzistensiayaya sahibdir. Biz isə ümumi, hər kəsi ortaq bir nöqtədə birləşdirəcək olan ideala çatmağa can atırıq. Onda mənlə razılaşarsız ki, əgər cəmiyyətimizin kişiləri uzun illər tək qadınla kifayətlənərək uğurlu bir yaşama sahib ola biliblərsə və biz bu kanalda insanın kamillik yolundan, bioloji yox, ruhani, mənəvi tərəflərimizin üzə çıxarılmasından bəhs ediriksə, 3-4 qadına sahib olmaq kimi tamamilə nəfsani bir düşüncədən danışmasaq, daha doğru olmaz mı sizcə?

  • @rahibcfrov7703
    @rahibcfrov7703 Před 3 měsíci

    Salam müşviq müəllim ,sizin gözəllik hakda Lalə xanımla birlikdə müzakirə edirdiz həmin başlığı yazardız

  • @admimadmim6323
    @admimadmim6323 Před rokem +1

    Salam.siz ñiyə zohar filmi ilə əlaqəli sualıma cavab vermədiz.kabbalistlərin kitabı

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem +1

      Salam. Filmi izləməmişəm. Nə deyim? ) istəyirsiniz sizinlə müzakirə edək filmi. Fb və ya İnstaqramdan yazın danışaq detalları.

  • @bibaguliyeva2021
    @bibaguliyeva2021 Před rokem

    Xanimin sesi yaxşı gelmir.