Səni sənə bağışladım | Baba Vəziroğlu

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • · Baba Vəziroğlu · "Səni sənə bağışladım"
    Olan -oldu keçdi deyib,
    Səni yenə bagışladım.
    Sevdim səni bircə kərə,
    Dönə-dönə bağışladım.
    Bağışladım səni yenə,
    Bağışladım dönə-dönə.
    Tanrı səni verən günə,
    Sevən günə bağışladım.
    Səninlə bir keçdiyimiz,
    Dilləndi hər cığır,hər iz.
    Bir yerdə and içdiyimiz,
    Aya-günə bağışladım.
    Doğma əziz bir küçəyə,
    Sənsiz ötən hər gecəyə.
    Boynu bükük bir çiçəyə,
    Solan günə bağışladım.
    Bu dünyada onu bilki,
    Sən eşqimin sonu,ilki.
    Səndən başqa kimim varki ?
    Səni sənə bağışladım,
    Səni yenə bağışladım.
    Videonun müəllif hüquqları qorunur ©
    İcazəsi götürməyin, logonu silməyin.
    #Şair #Şeir #BabaVəziroğlu #Poeziya #Edebiyyat #Şeirlər #BabaVeziroğlu #Kitab #Yazar #Yazıçı #Sözlər #BirazPoeziya

Komentáře • 18