Video není dostupné.
Omlouváme se.

Məmməd Araz - Mən belə dünyanın nəyindən küsüm - Kamran M. YuniS

Sdílet
Vložit
  • čas přidán 24. 04. 2020
  • #kamranmyunis #kamranyunis #memmedaraz #poeziyateatrı
    #şeirlər #sevgişeirləri #eminsabitoğlu #şiirler #poeziya
    Məmməd Araz - Mən belə dünyanın nəyindən küsüm
    Bəstəkar - Emin Sabitoğlu - "Dədə Qorqud" film musiqisi
    Söz verdim, söz adlı dəfinə verə,
    Tək bircə ölümsüz qərinə verə.
    Umdum nə verdi ki, küsdüm nə verə?
    Mən belə dünyanın nəyindən küsüm?
    İtirib özündə özünü dünya,
    Toyların, yasların özülü dünya...
    Əlim ətəyindən üzülü dünya...
    Mən belə dünyanın nəyindən küsüm?
    Ömrünə vay salar, vaydan utanmaz,
    Saç yolub-hay salar,
    Haydan utanmaz,
    Günəşdən utanmaz, Aydan utanmaz,
    Mən belə dünyanın nəyindən küsüm?
    Çaydı dəhnəsində xırsız əjdaha,
    Gecəsi salamat çıxmaz sabaha.
    İti bazarında atından baha,
    Mən belə dünyanın nəyindən küsüm?
    Dağ olsan, istəsə qolunda saxlar,
    Büküb bir hörümçək torunda saxlar,
    Yüz illik odunu qorunda saxlar,
    Mən belə dünyanın nəyindən küsüm?
    Bir gözü işıqdı,
    Bir gözü buzdu,
    Məkrli qadındı, gülçöhrə qızdı,
    Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
    Mən belə dünyanın nəyindən küsüm?
    Ayağı altına yastıq qoyanlar,
    Başının altına qumbara qoydu!
    Nadanlar dünyanı qumara qoydu!
    Mən belə dünyanın nəyindən küsüm?
    Olsan öz haqqının köləsi belə,
    Əri öz içində, öləzi belə,
    Ondan inciyənin beləsi belə...
    Mən belə dünyanın nəyindən küsüm?
    1989.
    Söz verdim, söz adlı dəfinə verə,
    Tək bircə ölümsüz qərinə verə.
    Umdum nə verdi ki, küsdüm nə verə?
    Mən belə dünyanın nəyindən küsüm?
    İtirib özündə özünü dünya,
    Toyların, yasların özülü dünya...
    Əlim ətəyindən üzülü dünya...
    Mən belə dünyanın nəyindən küsüm?
    Ömrünə vay salar, vaydan utanmaz,
    Saç yolub-hay salar,
    Haydan utanmaz,
    Günəşdən utanmaz, Aydan utanmaz,
    Mən belə dünyanın nəyindən küsüm?
    Çaydı dəhnəsində xırsız əjdaha,
    Gecəsi salamat çıxmaz sabaha.
    İti bazarında atından baha,
    Mən belə dünyanın nəyindən küsüm?
    Dağ olsan, istəsə qolunda saxlar,
    Büküb bir hörümçək torunda saxlar,
    Yüz illik odunu qorunda saxlar,
    Mən belə dünyanın nəyindən küsüm?
    Bir gözü işıqdı,
    Bir gözü buzdu,
    Məkrli qadındı, gülçöhrə qızdı,
    Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
    Mən belə dünyanın nəyindən küsüm?
    Ayağı altına yastıq qoyanlar,
    Başının altına qumbara qoydu!
    Nadanlar dünyanı qumara qoydu!
    Mən belə dünyanın nəyindən küsüm?
    Olsan öz haqqının köləsi belə,
    Əri öz içində, öləzi belə,
    Ondan inciyənin beləsi belə...
    Mən belə dünyanın nəyindən küsüm?

Komentáře • 103

  • @user-xz1wu9ze8c
    @user-xz1wu9ze8c Před 11 měsíci +2

    Her kelmesi dur olan xalgimin boyuk dahi wairi Memmed Araz Allah mekanini cennen elesin

  • @gulnazsadqova28
    @gulnazsadqova28 Před 2 měsíci +1

    Mükəmməl,məna dolu şeir,səlist,gözəl ifa 🙌👏🙏👍🌹

  • @user-my2zl1fk9j
    @user-my2zl1fk9j Před 4 lety +14

    Dahi Məmməd Araza Allahdan rəhmət diləyirəm.Mən bilmirəm şair bu şeiri necənçi ildə yazıb,amma dediyim odur ki,bu şeir bugünki günü əks etdirir.Kamran saq olun.

  • @HeyatMirzeyev-cv2vd
    @HeyatMirzeyev-cv2vd Před 5 měsíci +1

    Allah böyük şairimiz rəhmət eləsin,

  • @asud8143
    @asud8143 Před 10 měsíci +2

    Allah'ım bu nasıl güzel bir şiir, bu nasıl güzel bir icra. Biraz Azerbaycan Türkçesi öğreneyim diye dinlemeye başladım dertli oldum🙂 Tamam güzel yazıyorsunuz da bu kadar güzel mi okunur be!

  • @parvanamuradova1894
    @parvanamuradova1894 Před 2 lety +4

    Əhsən

  • @eliyeddincumwudov8970
    @eliyeddincumwudov8970 Před rokem +1

    Şairi möhtəşəm ifası əla mən belə dünyadan nə üçün küsum.

  • @jennaabbas7380
    @jennaabbas7380 Před 4 lety +7

    Cox gozel weir ve mukemmel ifa

  • @_mlyim_1605
    @_mlyim_1605 Před 4 lety +10

    Bir gözü işıqdı bir gözü buzdu....

  • @renaagabekova1741
    @renaagabekova1741 Před 3 lety +4

    UMDUM ,NƏ VERDIKI , KÜSÜB .NƏ VERSIN

  • @kizilelma7692
    @kizilelma7692 Před 4 lety +11

    Allah Memmed Araza da rehmet elesin dahi sair🙏

  • @aygunaziz3166
    @aygunaziz3166 Před rokem +2

    Var olun, Kamran bəy!

  • @behbudovamanzar
    @behbudovamanzar Před 5 měsíci +1

    Salamlar!Məmməd Araz dahi şairdir!Dünyaya şeir qoşmağı da sənətindən irəli gəlir!Bir coğrafiya müəllimi kimi gözəl yazıb!Nəinki bu şeiri,o biri ləri də vətən eşqi ilə yoğrulub!Və...Həmişə dillər əzbəridir!Mahnıları da bizə vətənpərvik hissləri aşılayır,hər zaman!Qəşəng sözlər də seçib:Məkrli qadındır,gülçöhrə qızdır!İti bazarında atından baha!Və...nadanlar qumara qoyan dünyadır!Axırda da gözəl söyür dünyanı..."Beləsi belə!"🤣Emin Sabiroğlunun musiqisi də bir gozəl rəng qatdi!Siz isə?Bizə olub kecənləri bir daha xatilatdiniz!Səsinizin həzinliyi adamın başını elə sakit eləyir ki...hər şeyi unutdurur!Elə şeirin və səsin sehrinə düşürsən!Gözəl caqlar yada düşür!Gəncliyimiz,gözəl yurd yerlərimiz,təbiətimiz,basimiza gətiriləcək fəlakətdən uzaq ,xosbəxt günlərimiz!İndi onlar da xatirədir,Məmməd Araz da!Özü gedib, sözü qalıb!Allah sizə can sağlığı versin!Necə də gözəl səsləndirdiniz!Bizim dövrdə Əminə Yusif qızı və Həsən Əbluc yalnız şeir deyirdi!Sizsə?Hamıdan gözəl deyirsiniz!Maşallah olsun!Allah sizi və səsinizi qorusun!Amin!👍👏💯🤲🌹

  • @user-ww5qk4zs5j
    @user-ww5qk4zs5j Před 4 lety +3

    Əla cöjləjırcız eş olcyn ındı cox azdır cızın kımı ıncanlar gryrymcyz 👍👍👍👍👍

  • @manafmanafov870
    @manafmanafov870 Před 4 lety +14

    Allah M.Araza rəhmət etsin sizə isə can sağlığı versin.Allah sizdən razı olsun.

  • @xalidequliyeva9449
    @xalidequliyeva9449 Před 3 lety +4

    👏👏

  • @tuncayomer7471
    @tuncayomer7471 Před 4 lety +5

    👏👏👏👏

  • @konulesedova934
    @konulesedova934 Před 4 lety +3

    Küsmək üçün o qədər səbəb var ki... Amma biləndə ki dünya fanidir....

  • @eminhuseynov5708
    @eminhuseynov5708 Před 4 lety +15

    Allah Rəhmət eləsin Məmməd Arazı... Yaşayın, yaradın Bəy!

  • @user-ie2uk7uk5k
    @user-ie2uk7uk5k Před 10 měsíci +1

    Dilinə saqliq şair nə gözəl deyirsən

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 Před 4 lety +5

    Şer,ifa,musiqi👍

  • @xurussadiqov8655
    @xurussadiqov8655 Před 4 lety +4

    Təşəkkür

  • @sevincm6747
    @sevincm6747 Před 4 lety +4

    Məmməd Araz dəryasında üzən Kamran bəy, sizdən yoxdu ...Doğurdan biz belə dünyanın nəyindən küsək????

  • @kizilelma7692
    @kizilelma7692 Před 4 lety +4

    Men bele dünyanin neyinden kusum😕var olun ustad👍👍👍👍👍👏👏👏

  • @minayeazimova6597
    @minayeazimova6597 Před 4 lety +8

    Umdum ne verdi ki....
    Kusum ne vere
    Boyuk Memmed Araz ve Kamran Yunis. Mukemmel

  • @userzemfira8022
    @userzemfira8022 Před 4 lety +6

    👍👐👐👐

  • @vaqifmemmedov2191
    @vaqifmemmedov2191 Před 3 lety +5

    Poyeziya dunmızın əbədi sərkədəsi M.Araz allah Sizə rəhmət elləsin. Siz də sağ olun Kamran bəy ruhumuzu bir qədər təzələdiniz.Bəzən bu dunyadan hamının kusən vaxtları olur.Buşeri dinlədikdən sonra dahi şairin kusmədiyi dunyadan mən niyə kusum fikirləşirsən.

  • @duygu4342
    @duygu4342 Před 3 lety +3

    gözəl şer gözəl səs var olsun daima

  • @miragahesimov2668
    @miragahesimov2668 Před rokem +3

    Belə gözəl səs, gözəl intonasiya📍👍

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 Před 2 lety +4

    Küsüm.

  • @paradiseflower5015
    @paradiseflower5015 Před 4 lety +7

    Belə dünyanın nəyindən küsək...😞

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 4 lety +12

    Böyük zəhmət, vaxt sərf edilmiş bir əsər! Dinlədikcə dinləyir adam. Təşəkkürlər💐
    Zəhmətinizə sağlıq Ustad🙏❤️

  • @okukitabn2555
    @okukitabn2555 Před 4 lety +7

    Emeğinize sağlık..
    Allah can sağlığı versin inşaallah.
    Selamlar

  • @ferecadigozelov9642
    @ferecadigozelov9642 Před 23 dny +1

    Gəlim li, gedimli dünya

  • @natellahemzeyeva3675
    @natellahemzeyeva3675 Před rokem +3

    Hər vaxtınız xeyir Sevimli sənətkarımız təşəkkürlər
    Nadanlar dünyani qumara qoydu
    Mən belə dünyanın nəyindən küsüm

  • @aruhumunmlyi4361
    @aruhumunmlyi4361 Před 4 lety +16

    Ayağı altına yastıq qoyanlar
    Başının altına qumbara qoydu!
    Nadanlar dünyanı qumara qoydu!
    Mən belə dünyanın nəyindən küsüm?!

  • @aygunaygun8263
    @aygunaygun8263 Před 4 lety +4

    Dunya gozeldi yawamaq da gozeldi
    Sesiniz hamisinnan gozeldi

  • @arzumehdiyeva1744
    @arzumehdiyeva1744 Před 2 lety +4

    Var olun 🤲👏👏👏

  • @konulbayramova6840
    @konulbayramova6840 Před 4 lety +5

    Bu mükəmməl ifaya görə var olun.selist,ürəyə tuxunacaq ifa.caniniz heç bir zaman dərd görməsin.UDTAD.

  • @yeganehemidova5014
    @yeganehemidova5014 Před 4 lety +11

    Allah ürəyinizi fərah etsin, əziz Kamran bəy💖🌸

  • @gsgsvsgsgsvsv688
    @gsgsvsgsgsvsv688 Před 2 lety +2

    Boyuk Memmed Arazdan mohtewem bir weyir...Tewekkurler,Мастер...

  • @user-gl9ur9fh1v
    @user-gl9ur9fh1v Před 4 lety +4

    Rebbim sizi gorusun Kamran bey, bize bu anlari yasatdiginiz ucun.🤲💖 Sairimizin yeri cennet olsun. 🤲🤲🤲🙏🙏🙏. Bestekarimiz Emin Sabitogluna allah rehmet elesin. 🤲🤲🤲

  • @user-sv5bc9gi7l
    @user-sv5bc9gi7l Před 3 lety +2

    Ити базарында, атындан баха. Респект ✊

  • @nartavantagiyeva1535
    @nartavantagiyeva1535 Před 4 lety +4

    Can 😔💔

  • @baharmemmedova3068
    @baharmemmedova3068 Před 2 lety +3

    Bu dunyada yasayirsan ki kusesen.bu dunya nece dunyadir basa dusmedim.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 4 lety +7

    Umdum nə verdi ki, küsdüm nə verə?

  • @vquseynov
    @vquseynov Před 4 lety +4

    Allah şairə rəhmət eləsin,Sizə can sağlığı

  • @mehribanelekberli8889
    @mehribanelekberli8889 Před 3 lety +5

    Məmməd Araz ruhu insanı yeni bir dünyaya aparır.Söz sənətinin sultanı Araz dərdli əvəzedilməz sənətkarımız Aılah sənə rəhmət eləsin.🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍🤲🤲

  • @gulnaraabasquliyeva6571
    @gulnaraabasquliyeva6571 Před 6 měsíci +1

    ,,İti bazarında atından baha,
    Mən belə dünyanın nəyindən küsüm?,,Şair necə düz söyləyib...elə bil bu gün üçün yazılıb bu şer..Allah dahi Şairimizə rəhmət eləsin.Ruhu şad olsun.

  • @AlmazCefrova-fk4fi
    @AlmazCefrova-fk4fi Před 11 měsíci +2

    Möhtəşəm,heyrətamiz var olun,sənətkar

  • @xediceseyidzade6471
    @xediceseyidzade6471 Před 4 lety +4

    Çox sağ olun.Məmməd Araz bir dəryadi.Bir ümmandı qərq olmağa ürək istər.Bu ifaların davamını çox istərdik

  • @user-er7zh4vp7n
    @user-er7zh4vp7n Před 2 lety +4

    Mekaniniz cennet olsun MEMMED ARAZ ARAZ RUHUN WAD MEKANIN CENNET OLSUN CANIM BALAM

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 Před 4 lety +5

    Əlim ətəyindən üzülü dünya😔

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 Před 4 lety +4

    Ən sevimli şairlərimizdəndi. Təşəkkür edirəm Kamran müəllim. Şeir və musiqi möhtəşəmdi.

  • @sebaallahverdiyeva8061
    @sebaallahverdiyeva8061 Před 3 lety +3

    Mənim sevdiyim şerlərdən biri

  • @gulyakocharli164
    @gulyakocharli164 Před 4 lety +4

    Nadanlar dünyanı qunara doydu!
    Mən belə dünyanın nəyindən küsüm?!
    Allah rəhmət eləsin Məmməd arazı nə qədər mənalı sözlər,cümlələr
    Təşəkkürlər,səsinizə qüvvət!❤🌷🙏

  • @likali4769
    @likali4769 Před 3 lety +3

    Mentig sozler ☀🍁

  • @El-Nara-H
    @El-Nara-H Před 2 lety +3

    Bravo! 👍👍👍

  • @Meherrem-ug7hr
    @Meherrem-ug7hr Před 8 měsíci +1

    Masallah

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 Před 4 lety +4

    Nadanlar dünyanı qumara qoydu..

  • @vuqareliyev8378
    @vuqareliyev8378 Před 3 lety +4

    Şokdayam

  • @fatimefatime8870
    @fatimefatime8870 Před 4 lety +4

    👍👍👍👍👍👍

  • @_mlyim_1605
    @_mlyim_1605 Před 4 lety +11

    💥Möhtəşəm💥

  • @aygunaygun8263
    @aygunaygun8263 Před 4 lety +3

    Kamran bey .Ne gozel eserler oxuyursuz .Adama cox weyleri bawa salirsiz .
    Ne gozel musiqi .Mence Dede QORQUD filminnendi .

  • @sevincabbasova7122
    @sevincabbasova7122 Před 4 lety +3

    Mən belə dünyanın nəyindən küsüm? 👏👏👏

  • @anarsgrov8044
    @anarsgrov8044 Před rokem +2

    Allah rəhmət etsin Məmməd Araz.

  • @user-zy7vj2xy9n
    @user-zy7vj2xy9n Před 8 měsíci +3

    მამედ არაზ აზერბაუწანულ ფოეზიას მეფეა.❤❤❤❤❤

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 4 lety +17

    Var olun Kamran müəllim.
    Olduqca Mükəmməl ifa oldu.

    • @marioremington345
      @marioremington345 Před 3 lety

      You prolly dont care but does anyone know of a tool to get back into an instagram account?
      I somehow lost the login password. I would appreciate any tricks you can give me

    • @issackylo2019
      @issackylo2019 Před 3 lety +1

      @Mario Remington instablaster ;)

  • @gulbaharr
    @gulbaharr Před 4 lety +4

    Allah dahi şairimizə rəhmət eləsin!Şerlə səsiniz o qədər bir-birini tamamlayır ki..Allah bizə sizi, səsinizi çox görməsin,daima var olasız,sizdən bir də olmayacaq...Allah sizi qorusun!🙏🙏🙏👏👏👏😍

  • @fatimefatime8870
    @fatimefatime8870 Před 4 lety +4

    🎧 64👍 👏

  • @HeyatMirzeyev-cv2vd
    @HeyatMirzeyev-cv2vd Před 5 měsíci +1

    Yerində deyilən hər bir sözünə, hər bir kəlmənə görə nur içində yatasan, həqiqi insan, əsl vətəndaş

  • @rafaelshiraliyev9519
    @rafaelshiraliyev9519 Před 4 lety +4

    Tewekkur.hemiwe oldugu kimi gozel.

  • @letifequliyeva9552
    @letifequliyeva9552 Před 4 lety +3

    Var olun👏👏👏👏👏👏

  • @nezaketletifova1118
    @nezaketletifova1118 Před 3 lety +5

    🎧321👍👍👍

  • @validamamedova2237
    @validamamedova2237 Před 4 lety +5

    Sabahlarınız xeyirli-uğurlu gəlsin.Kamran M.Yunis, Allah o gözəl,səlis, aydın nitqinizi bizə cox görməsin.Allah sizi qorusun!Allah Məmməd Arazımıza rəhmət eləsin.
    Sizə öz sözlərinizlə desək, cızma-qaramı göndərirəm.Amma sizdə cızma-qara deyil.
    Ummağına dəyərmi?
    Deyilsə, dünyada heç nə əbədi,
    Bu dünyadan ummağına dəyərmi?
    Dünya özü başdan-başa kədərdi
    Bu dünyadan ummağına dəyərmi?
    Haqq dalınca qaçıb haqq axtaranlar,
    Haqq yolunda gördü böhtan, yalanlar,
    At belinə qoyulubsa palanlar,
    Bu dünyadan ummağına dəyərmi?
    Dünya özü elə yalan dünyadır,
    Yaranandan dərdə salan dünyadır.
    Haqlı kasad, haqsız kalan dünyadır
    Bu dünyadan ummağına dəyərmi?
    Qalmısansa bu dünyanın çölündə,
    Soluxubsa dağların da, çölün də,
    Qəvvassansa, yalan, hiylə gölündə
    Bu dünyadan ummağına dəyərmi?
    Dünya qananlara qənim, yağıdır,
    Özü öz qurduğun vurub dağıdır.
    Validə, ömrünün qürub çağıdır,
    Bu dünyadan ummağına dəyərmi?

  • @reyhanhesenova6827
    @reyhanhesenova6827 Před 3 lety +4

    Men bele dunyanln neyinden kusum

  • @mkstks3202
    @mkstks3202 Před 3 lety +2

    Üreyimin derinliyine getdi

  • @renaagabekova1741
    @renaagabekova1741 Před 3 lety +3

    MƏN , BELƏ DÜNYANIN, NƏYINNƏN KÜSÜM?

  • @user-mh8tr8vu7i
    @user-mh8tr8vu7i Před 11 měsíci +2

    Прекрасные произведения❤

  • @mirtaghsimov4764
    @mirtaghsimov4764 Před rokem +1

    Məmməd Araz yaradıcılığına üstünlük verin Kamran bəy çox xahiş edirəm sizdən

  • @goygolkanal2384
    @goygolkanal2384 Před 4 lety +3

    👏👏👏çox möhtəşəm

  • @_mlyim_1605
    @_mlyim_1605 Před 4 lety +9

    İlkk💐🎀💐🎀💐🎀

  • @besdimemmedova8341
    @besdimemmedova8341 Před 4 lety +4

    Men bele dunyanin neyinden kusum

  • @baharagayevs9048
    @baharagayevs9048 Před 4 lety +4

    Salam. Kamran bəy sonsuz təşəkkürüm var. İnanın sizə yazmaq istəyirdim ki, Məmməd Araz poeziyasına müraciətiniz varmı? Rastıma çıxmamışdı və sizin ifanızda Məmməd Arazın "Ey ilham pərisi" (səhv etmirəmsə şerin adı belə olmalldır) şeri çox gözəl. səslınər. O şerdə " Bir evdə olmayım beşinci divar" deyilən bir misra illərdir beynimdə fırlanır. Axı ətrafımızda "beşinci divarlar" çoxdu.
    Cəsarətim üçün üzr istəyirəm.🙄

  • @esmirakrimova1315
    @esmirakrimova1315 Před 4 lety +5

    67❤👍❤

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 10 měsíci +1

    🎧🌺🌺🌺🌺🌺🌺🌺🤲

  • @amidbabayev2850
    @amidbabayev2850 Před 4 lety +4

    Sizin Genceli olmağinizla fexr edirem. Size uğurlar arzulayiram.

    • @kamranmyunis
      @kamranmyunis  Před 4 lety +10

      Mən Azərbaycan türküyəm. Ərazini daraltsağ - Balakənliyəm.

  • @cickyags4191
    @cickyags4191 Před 3 lety +4

    ❤️685❤️

  • @misterpuaro265
    @misterpuaro265 Před 4 lety +4

    Dünyanın nə günahı var....İnsan çiy süd əmib.Naşükürlük edə edə ...Allaha edir.. valideynə edir.. yaxşılıq edənə edir... pisə yaltaqlanır..bir tikə çörəyə vicdanın satır..dara düşəndə mələk olur əlinə fürsət düşəndə iblis..

  • @nadirrzayev4755
    @nadirrzayev4755 Před 3 lety +3

    Haçandır şer yaza bilmirəm
    Qələm məndən küsüb söz inciyibdir
    Bir gözəl danışıb deyib dinmirəm
    Dərin məna yoxdur,çıxıb gedibdir
    Qeşəh söhbətin qadasın alım
    Bilmirəm nə dəyib sözün xətrinə
    Söz mənim qaymağım,bəhməzim ,balım
    Qayıt gəl şerim,gəl yazım yenə
    Yaxşı şer yazım - çətin deyldir
    Axtarıb arayıb düzəltmək olar
    Şeriyyat özü boyük elmdir
    Məni əks etdirsin gərək misralar
    Yazdığıma gərək əməl eləyim
    İşimlə düşüncəm bir olsun yanı
    Qorxuram yaza-yaza axırda olum
    Söz qəhrəmanı,dil qəhrəmanı
    Ona görə biraz arada susdum
    Bilmədiyimi bəzən danışdım
    Yaxşı söhbəti ovçu tək pusdum
    Bacarmasamda yenə çalışdım
    Hər düşüncəmə hər bir sözümə
    Nəzarət etməyə cəhd eləyirəm
    Bu çətin iş yaman durub gözümə
    Yersiz əsassız söz söyləyirəm
    Susub pis sözdən qorunmaq asan
    “Hamı danışsın məndə dinləyim”
    Gərəkdir danışıb işıq saçasan
    Bunu bacarmıram,axı neyləyim???

  • @sebrsebr9683
    @sebrsebr9683 Před 3 lety +4

    🤔

  • @kemrankerimov4197
    @kemrankerimov4197 Před 4 lety +4

    Сенирли.сес.сизин.сесинизин..сайесинде.инсан.бу.шеирлери.дерк.едир

  • @user-xz1wu9ze8c
    @user-xz1wu9ze8c Před 11 měsíci +3

    Her kelmesi dur olan xalgimin boyuk dahi wairi Memmed Araz Allah mekanini cennen elesin

  • @renaagabekova1741
    @renaagabekova1741 Před 4 lety +3

    MƏN, BELƏ DÜNYANIN , NƏYINNƏN KÜSÜM?

  • @user-xz1wu9ze8c
    @user-xz1wu9ze8c Před 11 měsíci +2

    Her kelmesi dur olan xalgimin boyuk dahi wairi Memmed Araz Allah mekanini cennen elesin

  • @user-xz1wu9ze8c
    @user-xz1wu9ze8c Před 11 měsíci +2

    Her kelmesi dur olan xalgimin boyuk dahi wairi Memmed Araz Allah mekanini cennen elesin