Adamın adamı tamaşası haqqında süjet 2024

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • lyunun 6-sı saat 19:00-da Azərbaycan Dövlət Akademik Musigili Teatrinda Xalq yazıçısı Anarın "Adamın adamı" pyesi və bəstəkar, Xalq artisti Vasif Adigözəlovun musiqisi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutub.
    Qeyd edək ki, əsər Musiqili Teatrda 2005- 2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun quruluşunda "Aldın payını, çağır dayint" adı ilə oynanılıb. Əsər bu dəfə Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun yeni quruluşunda "Adamın adamı" kimi təqdim olunacaq
    Səhnə əsərində cərəyan edən hadisələrdə cəmiyyətin bir sıra problemləri satirik- yumoristik vəziyyətlərlə ön plana çəkilir. Dəbdəbəli həyat tərzi ilə seçilən, vəzifə və pul düşkünlərinin, əslində, sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə tamaşaçılara çatdırilır.
    Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vagif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır.

Komentáře •