Ürək! Səni sevməyəni,sən niyə sevdin - Əminə Yusifqızı (Nəbi Xəzri)

Sdílet
Vložit
  • čas přidán 26. 04. 2024
  • Nəbi Xəzri
    Yaralar qövr edir təzədən ürək,
    Niyə könül verdin ona sən, ürək?
    Sevmədi o səni, sən niyə sevdin?
    Səni sevməyəni sən niyə sevdin?
    Eşqinə mən qurban gedim ay ürək,
    Dedim, neçə dəfə dedim,ay ürək,
    Sevməyir o səni, niyə sevirsən?
    Səni sevməyəni niyə sevirsən?
    Sözümə baxmadın, indi yan ürək,
    Yan ey mənim təki peşiman ürək,
    Sevmirdi o səni, niyə sevirdin?
    Səni sevməyəni niyə sevirdin?!

Komentáře • 2

  • @ceyranmutellibova99
    @ceyranmutellibova99 Před 2 měsíci +2

    Əminə Yusifqızı Ürək seni seviməyəni sən niyə sevdin Ürək 😍🤲🧿👑💙🔥❤💋💚👍👍👏👏

  • @kitabkimi
    @kitabkimi  Před 26 dny

    Sevgi şeirləri(1 saat) - Əminə Yusifqızı ifasında
    czcams.com/video/181Nbz14Y-U/video.html