Nərimankənd Mağaraları (Qobustan rayonu, Mərəzə qəsəbəsi) - Hara gedək?

Sdílet
Vložit
  • čas přidán 31. 07. 2024
  • Həftəsonu Bakı yaxınlığında, Bakı - Şamaxı yolunda və ya rayonlarda gəzməli yerlər axtarırsınızsa, ailəvi istirahət üçün hara tur edək deyirsinizsə onlardan biri də Qobustan rayonu, Mərəzə qəsəbəsinin tərkib hissəsi olan Nərimankənd kəndində yerləşən mağaralar ola bilər.
    Qobustan rayonunun mərkəzi olan Mərəzə qəsəbəsi Azərbaycanın şərqində alçaq dağlıq sahəsində, Böyük Qafqazın cənub şərq qurtaracağında yerləşir.
    Ərazi mədəni, bioloji və geoloji təbiət abidələri ilə çox zəngindir. Dünyanın və Azərbaycanın ən gözəl və ən nəhəng palçıq vulkanları burada yerləşir. Ərazinin ən maraqlı geoloji təbiət abidələrindən biri Nərimankənddə karst mağarası (“Peyğəmbər mağarası”). Qobustan sakral ərazilər - müqəddəs dağlar ilə də zəngindir.
    Mağarada bir-birinə keçid olmaqla dörd otaq vardır. Ərazidə xırda mağaralar olsa da onların ağzı uçqunla, həmçinin kənd əhalisinin həyətlərində qazma nəticəsində çlxan torpağı tökməklə girişləri bağlanmışdır ki, içəri daxil olmaq mümkün deyildir.
    Mağaralar ekoturizm üçün əlverişli obyektlərdir. Kənd sakinlərinin sözlərinə görə hər il buraya çoxlu sayda xarici turistlər gəlir. Ancaq təəsüflər olsun ki, kənd əhalisi məişət tullantılarını mağaranın ətrafına atır. Mağara ərazisinin ekologiyasını bərpa etməklə, ondan ekoturizm obyekti kimi istifadə etmək mümkündür.
    Təbiəti sevin. Özünüzdən sonra iz buraxmayın. Özünüzlə apardığınız qida və s. vasitələrdən geriyə qalan tullantıları özünüzlə geri qaytarın ki, təbiət də bizə gözəllik bəxş etsin.
    Həftəsonu hara gedək?
    Həftəsonu turu?
    Tags:
    #haragedek #qobustan #narimankandmagaralari

Komentáře • 26