Meyvələrin Söhbəti nağılı- UŞAQLAR ÜÇÜN SƏSLİ NAĞILLAR

Sdílet
Vložit
  • čas přidán 1. 09. 2019
  • Hər gün yeni nağıllar və marağlı videolar üçün , kanalımıza abonə olun - bit.ly/2OMPkr1
    Balaca Balalarımız üçün , hər gün səsli nağıllar və maraqlı videolar hazırlayırıq. Əsas olan , onların xoşbəxtliyi və üzlərindəki təbəssümdür.
    Məhəmməd Füzuli - Meyvələrin söhbəti
    Bahar fəsli idi. Çöllər, çəmənlər yaşıl don geymişdi. Qış yuxusundan ayılmış
    güllər, çiçəklər min rəngə çalırdı. Lalə elə qızarmışdı ki, elə bil bağrına dağ
    çəkmişdilər. Nərgizgülü bağa girən kimi ətrafına baxıb özünü itirdi. Bənövşə acizaciz boynunu əyib durmuşdu. Qönçələrin açıldığını görən şeyda bülbül sevinir,
    qızılgülə baxıb ah-naləyəbaşlayırdı. Çəmənlərdə yasəmənlərin xoş rəngi, ətri,
    gözəlliyi qəlbə fərəh verirdi.
    Təbiətin belə gözəl çağında, meyvələrin dilini bilən bir nəfər arif adam bağa
    gəzməyə gəldi. O, bağa girən kimi meyvələrin fəxr edib öyündüklərini gördü. Alça
    deyirdi:
    - Dünyada mənim kimi gözəl meyvə hanı? Qızdırma xəstəliyinə tutulanların
    şəfası, ağzı acı olanların dəvası mənəm. Bütün həkimlərin dediyi kimi, mən
    başağrısının da dərmanıyam.
    Alça sözünü deyib qutaran kimi Gavalı hirslənib özündən çıxdı və Alçaya dedi:
    - Ey əfəl, utanmırsan ki, belə fəxr edirsən? Turşuluqdan dişləri qamaşdırırsan,
    səni yeyən adam ya əzgin olar, ya da iflic. Meyvələr içində səndən yaramazı
    yoxdur. Mənim isə adımı Gavalı qoyublar. Yüz min tərəfə saçılan budaqlarım var,
    dür kimi saf, gah yaşıl, gah qırmızı, gah da zəfəran rənginə çalan meyvələrim var.
    Gilas Gavalının səsini eşitcək ona belə tənə vurdu:
    - Heç utanıb xəcalət çəkmirsən? Bəsdir özünü bu qədər tərif elədin. Sənin dadına
    baxan adam gərək gündə üş dəfə bal yesin. Mənim əynimdəki gözəl libasım heç bir
    meyvədə yoxdur, dənələrim göydəki ulduzlara bənzəyir. Hər budağım bir sərv
    ağacıdır. Bütün gözəllər mənim həsrətimi çəkirlər.
    Bu sözləri eşidən ərik qışqırıb dedi:
    - Gör Gilas necə qudurub! Ey qarğa və sağsağanların yemi! Bu eybilə fəxr edib
    özünü öyürsən? Vücudun bir damcı su ilə sümükdən ibarətdir. Səni yeyən
    ziyandan başqa bir şey görməz. Səni bəsləyən bağban axırda zərərini çəkər. Mənim
    adımı Ərik qoyublar. Gah zümrüd kimi yaşıl, gah da qızıl suyuna salınmış kimi
    sarı oluram. Bağbanlar məni qurudurlar, karvanlar uzaq ölkələrə aparırlar. Hər
    yerdə məni əziz tuturlar, mən xörəklərin dadı, ləzzətiyəm.
    Əriyin dediyini eşidən Alma acıqlanıb qışqırdı:
    - Ey qurdlu, vərəmli, yaxası yarıq! Sənin paltarın tozludur,özün də torpaq dadı
    verirsən. Xasiyyətini bilə-bilə özünü öyürsən. Səni yeyənin qarnı şişər, bəlaya
    düşər. Mənim isə adımı Alma qoyublar, üzüm al-qırmızıdır, paltarım atlazdandır.
    İki sevgilinin arasında hamıdan məhrəməm. Məclisdə heç kim məni qoyub, başqa
    meyvələrə əl vurmaz.
    Alma bu sözlərlə öyünməkdə ikən Armud irəli çıxıb dede:
    - Ey şeytan kimi fəsad törədən! Tərifə layiq olsaydın, adın alma yox, al olardı.
    Mənim adımı isə Armud qoyublar. Yaxşı xasiyyətim var, nuşcanlıqla yeyərlər. Hər
    xəstəyə şəfa, hər dərdə dəvayam.
    Armud özünü hey tərifləyirdi. Birdən Üzüm onun səsini eşidib qəzəbləndi və
    Armuda belə dedi:
    - Ey qarnının qurdundan rəngi saralmış, ey zəiflikdən başı yekəlmiş! Özün dərdli
    olduğun halda, özgələrə necə əlac edərsən? Keçəl dərman bilsəydi, öz başına
    yaxardı. Əvvəlcə get öz dərdini sağalt, sonra da başqalarına şəfa ver. Mənim adımı
    isə Üzüm qoyublar. Səbz, kişmiş, mövüc məndən olur. Meyvələr içində mən
    hamıdan əzizəm. Turşu da məndən olur, halva da, şərab da. Kef məclislərinin
    ziynəti də mənəm, mən!
    Heyva bu danışığı eşidən kimi hirsindən sapsarı sarldı.Üzümə dedi:
    - Ağzını yum! Səndən hazırlanan şərabı içən adamın həm pulu gedər, həm abırhəyası, axırda hamının gözündən düşüb müflis olar, qəmə, qüssəyə batar. Ləzzət də
    desən məndədir,dad da, yaxşı ad da. Bütün bağ və bağçanı mənim ətrim bürüyüb:
    məni bəzək üçün taxtalara düzür, hər bir ölkəyə aparıb, gözəllərə töhfə verirlər.
    Heyvanın öyündüyünü eşidən Narınc dilə gəldi:
    - Ay yazıq, utanmırsan belə sözlər danışırsan? Özündən xəbərin yoxdur,
    Açar sözlər: azerbaycan fairy tales,azerbaycan nagillari,azeri nagillari, naqil, naqillar, nagil, nagillar, yeni nagil, nagil dinle, Azerbaycan nagili, nağılar, nağıllar alemi, nağıllardan, nağıllar dünyası, nağıllar aləmi, bir nağıl, maraqlı nağıl, nağıl zamanı, nagil zamani, nagil alemi, nagil azerbaycan, nagil oxu, dünya nağılları, dunya nagillari , balamiz , balamız, balaca bala, nagillar, hekayeler, mekteb, usaqlar ucun balacabala, uşaq kanalı, usaq kanali, dərslik, derslik, məktəb, öyrənmək, uşaq şeirləri, nağıl, nağıllar, Azərbaycan səsli nağılları, naqil, naqillar, nagil, yeni nagil, nagil dinle, Azerbaycan nagili, nağılar, nağıllar alemi, nağıllar dünyası, nağıllar aləmi, bir nağıl, maraqlı nağıl, nağıl zamanı, nagil zamani, nagil alemi, nagil azerbaycan, nagil oxu, pisikler,
  • Zábava

Komentáře •