Badımcan kürüsü resepti, LƏZZƏT BOMBASI 💯❗👍🤤 Badımcan ikrası

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • 🍆Badımcan -1200 qram
    🍆 Bibər - 3 ədəd ( qırmızı və yaşıl)
    🍆 Qırmızı soğan - 3 ədəd
    🍆 Pomidor- 2 ədəd
    🍆 Sarımsaq - 4 diş
    🍆 Kök - 1 ədəd
    🍆 Duz - 2 ç.q
    🍆 Şəkər tozu - 1 ç.q
    🍆 Sirkə (4%) - 2 ç.q
    🍆 Bitki yağı - 6 x.q
    Əvvəlcə badımcanı, bibəri və pomidoru sobada qızarana qədər bişiririk. Ayrıca soğanı və sarımsağı kub kub doğrayıb bitki yağında qızardırıq. Daha sonra soğanın üzərinə rəndədən keçirilmiş kökü əlavə edib yenə qızardırıq 3-4 dəqiqə. Sobada bişib hazır olan badımcan bibər və pomidorun qabığını təmizləyirik və doğrayıb əlavə edirik soğanlı köklü qarışımı üzərinə. 2 çay qaşığı duzu töküb, qazanın qapağını bağlayırıq və aşağı odda 20-25 dəqiqə bişirik. Daha sonra blenderin köməyi ilə qarışımı kürü halına əzib gətirib çıxardırıq. Sonda şəkər və sirkəni əlavə edirik və 5-6 dəqiqə yenə bişiririk. Öncədən sterilizasiya olunmuş bankalara yığırıq ikramızı, qapağı möhkəm bağlayıb bankaları tərs çeviririk və tam soyumasını gözləyirik.
    ❗❗❗ Bu arada çörəyin üstünə taxmadan incə içinə keşniş və ya şüyüd dogyaranda da çox çox ləzzətli olur 🥰

Komentáře • 1