Bəlğəmdən Əziyyət Çəkirsiz? - Boğazınız Tam Təmizlənəcək!

Sdílet
Vložit
  • čas přidán 8. 11. 2022
  • #BirBax #Azerbaycan #boğaz
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Boğaza yığılan bəlğəm, adətən, nəfəs almağı çətinləşdirir. Bəs, bəlğəm nədən yaranır? Ev şəraitində onun müalicəsi necədir? Bu gün sizə bəlğəmdən yaxa qurtarmağın yolları haqqında danışacağam. Diqqətiniz məndə olsun! Videomuz başlayır.
    ----------------------------
    Boğazdakı və ya tənəffüs yollarındakı soyuqdəymə bəlğəmin ən ilkin səbəblərindəndir. Çox vaxt sağalan kimi problem yoxa çıxır. Bəzən proses xroniki şəkildə, uzun müddət davam edir. Tibbdə “burunarxası sindrom” deyə bir termin var. Bu sindrom boğazdakı daimi diskomfort hissidir. Burunla boğazın kəsişmə nöqtəsində-gənzik dediyimiz yerdə yığılan bəlğəm sindromun əsas əlamətidir. Bu sindrom orqanizmə böyük zərər vura bilər. Çünki mövcudluğu dövründə qida borusuna bir çox “patogen casus” göndərir. Nəticədə isə bəzi narahatlıqlar yaranır:
    -boğazda diskomfort və böyük ölçüdə bəlğəmin olması hissi;
    -arzuolunmaz qıcıqlanmalar;
    -boğazda və burunda qaşınma;
    -təngnəfəslik;
    -tez-tez boğazı təmizləmək istəyi;
    -tutulan burun;
    -arabir meydana gələn səbəbsiz baş ağrıları;
    Boğazda bu narahatlıqların artmasının səbəbi nədədir?
    Qida klapanlarının düzgün işləməməsi. Mədə ilə bağlı olaraq boğazda diskomfort hiss edilməsi nadir rast gəlinən hadisə deyil. Mədədə həzm prosesi gedərkən qapanmayan qida klapanı mədə turşusunun boğazı qıcıqlandırmasına səbəb olur. Bu zaman boğazda yaranan bəlğəm orqanizmin özünü müdafiəsidir.
    Allergiya. Orqanizmin müxtəlif allergenlərə qarşı reaksiyaları sırasında bəlğəm də var. Ev heyvanları, bitkilər, evlərin özünəməxsus qoxuları, küçədə yeriyərkən qəfil qalxan toz və s. kimi allergenlər boğazı qıcıqlandırır. Orqanizm də bu “yad”ların içəri daxil olmasının qarşısını almaq üçün bəlğəmlə “silahlanır”.
    Bronxial astma. Bu xəstəlik daim bəlğəmlə müşahidə edilir. Astma 2 növə ayılır: a) allergik astma; b) qeyri-allergik astma; Daha çox birinci halda, yəni, allergik astmada bəlğəm yaranır.
    İnfeskiya. Burundan və ya boğazdan orqanizmə daxil olan mikroorqanizmlər soyuqdəymə səbəbilə inkişaf edir, çoxalırlar. Orqanizm bu “dəvətsiz qonaqların” çoxalmasının qarşını almaq üçün bəlğəm istehsal etməyə başlayır. İnfeksiya burundadırsa sinusit, qırtlaqdadırsa larengit, boğazdadırsa farengit, bronxlardadırsa bronxit adlanır. Amma bütün hallarda nəfəs darlığı, boğazda qıcıqlanma, keçməyən öskürək, bəzən şişkinliklər də müşahidə olunur. Sinusit zamanı burundan nəfəs almaq, demək olar ki, mükünsüzdür. Tonzillit zamanı dəhşətli ağrılar və şişkinliklər olur. Boğazda daim qıcıqlanma hissinin olması, öskürək və təngnəfəslik larengit haqqında düşünməyə əsas verir. Ağciyərdəki bədxassəli və ya xoşxassəli şişlər də boğazda bəlğəm yaranmasına səbəb olur. Əgər bəlğəm yaşıl rəngdə və pis qoxuludursa, həkimə müraciət etmək mütləqdir. Çünki bu əlamət ağciyərdə, tənəffüs borusunda, yaxud bronxlarda xərçəng olmasından xəbər verir. Duru və şəffaf bəlğəmlə rastlaşmaq yuxarı tənəffüs orqanlarında poliplərin varlığı və ya burun çəpərinin əyilməsi kimi anomaliyalar anlamına gəlir.
    Quruluq. Burun və boğazda həddindən artıq quruluq hissinin meydana gəlməsinin səbəbi bir az daha dərindədir. Deməli, orqanizmi nəmləndirməyə məsul olan hüceyrələrdə nəsə problem var. Hüceyrələrdəki problemlər isə xarici qaynaqlıdır:
    -evdəki istilik sistemində baş verən nasazlıqlar;
    -gündəlik normadan daha az maye qəbul etmək;
    -tünd çay, kofe və ya alkoqol qəbulu;
    -sidikqovucu qəbul edilməsi;
    Bəs, bəlğəmdən necə yaxa qurtarmaq olar?
    Duzlu su ilə qarqara. Duzlu suyun təmizləyici xüsusiyyəti burda da orqanizmin köməyinə çatır. Yetər ki, hər şeyi düzgün qaydada edəsiniz. 1 stəkan suya 1 çay qaşığı dəniz duzu, qaşığın ucunda bir çimdik soda əlavə edin. Yaxşıca qarışdırın və boğazınızı qarqara edin.
    Buxarda nəfəs almaq. Bu metod bəlğəmgətirici üsulların ən yaxşısı sayılır. Boğazınızın təmizlənməsinə, varsa, nahiyədəki soyuqdəymənin aradan qalxmasına kömək edir. Qaynar suyu bir qaba tökün, azca gözləyin. Yoxsa tənəffüs yollarını yandıra bilərsiniz. Elə ki, suyun temperaturu 500C -700C oldu, başınızı dəsmalla örtün və buxarla nəfəs alın. Nəzərə alın ki, burnunuzla su arasındakı məsafə minimum 10 sm olmalıdır. Əgər suya efir yağı, yaxud evkalipt yağı əlavə etsəniz, bu üsul boğazdakı mikrobların da axırına çıxacaq.
    Duzlu məhlul ilə burnunuzu yuyun. Bu metod gənzikdəki xoşagəlməzliklərdən və burun tutulmalarından yaxa qurtarmağa kömək edəcək. Duzlu məhlulu aptekdən hazır şəkildə də ala bilərsiniz. Amma evdə özünüzün də hazırlamaq şansınız var. Sizə dəmlik və iynəsiz şpris lazım olacaq. 1 çay qaşığı duz və 300 ml su götürün. Elə qarışdırın ki, duz suda tamamilə həll olsun. Başınızı 900 bucaq altında əyin. Burnunuza məhlulu elə yeridin ki, gənziyinizə çatsın. Sonra başınızı irəli əyin, burnunuzu, boğazınızı təmizləyin.
  • Věda a technologie

Komentáře • 331