Fikrət Əmirov - "Kürd - Ovşarı" simfonik muğamı

Sdílet
Vložit
  • čas přidán 19. 10. 2013
  • SSRİ XALQ ARTİSTİ
    FİKRƏT ƏMİROVUN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ
    MUSİQİ FESTİVALI
    Fikrət Əmirov - "Kürd - Ovşarı" simfonik muğamı
    Üz. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
    Bədii rəhbər və Baş Dirijor - RAUF ABDULLAYEV
    FIKRET AMIROV 90th MUSIC FESTIVAL
    Fikret Amirov - "Kurd-Ovshary" symphonic mugham
    State Symphonic Orchestra of Azerbaijan named after Uz. Hajibeyli
    Music Director and Conductor - RAUF ABDULLAYEV
    МУЗЫКАЛЬНЫЙ ФЕСТИВАЛЬ
    ПОСВЯЩЕННЫЙ 90 ЛЕТИЮ НАРОДНОГО АРТИСТА СССР
    фИКРЕТА АМИРОВА
    Фикрет Амиров - Симфонический Мугам "Кюрд-Овшары"
    Азербайджанский Государственный Симфонический Оркестр им. Уз. Гаджибейли
    Художественный руководитель и Главный дирижер - РАУФ АБДУЛЛАЕВ
  • Hudba

Komentáře • 296

  • @shovketismayilova4607
    @shovketismayilova4607 Před 4 lety +215

    Mənim 10 aylıq oğlum laylaydan başqa, bu gözəl musiqi əsərləri (Arazbarı, Koroğlu, Qarabağ inciləri və.s) ilə yatır. Mənə elə gəlirki uşaqlarımızın düzgün zövqünü formalaşdırmaq üçün onlara körpəlikdən bunları dinlətməli və sevdirməliyik. Bu musiqilərimiz gələcəyimizin mədəni, tərbiyəli, milli ruhda formalaşmaları üçün çox vacibdir.

    • @halleluiah2945
      @halleluiah2945 Před 4 lety +9

      Tamamilə razıyam sizinlə!!! 😍😍Mən də elə etmişəm vaxtı ilə😋👍👍👍

    • @user-dr3no5hi1i
      @user-dr3no5hi1i Před 2 lety +4

      Can I ask you to give me a links for the pieces you are talking about

    • @hmidgozlova8609
      @hmidgozlova8609 Před 2 lety +1

      👍🏻👍🏻

    • @shovketismayilova4607
      @shovketismayilova4607 Před 2 lety

      @@user-dr3no5hi1i
      czcams.com/video/6IgQkfehp5c/video.html

    • @shovketismayilova4607
      @shovketismayilova4607 Před 2 lety

      @@user-dr3no5hi1i
      czcams.com/video/62gmR4rQKEA/video.html

  • @lord-df8um
    @lord-df8um Před 4 lety +108

    Əsası dahi Üzeyir bəy tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Fikrət Əmirovdur (1922-1984). O, milli və professional musiqimizin böyük dayağıdır desək, yanılmarıq. Çünki Fikrət Əmirov yaradıcılığı milli köklər zəminində inkişaf edib. Gəlin, əvvəlcə bəstəkarın həyat və yaradıcılıq yoluna nəzər salaq.

    Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə məşhur musiqiçi Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib. Fikrət Əmirovun milli musiqini mənimsəməsində onun böyüyüb, boya-başa çatdığı mühitin müstəsna rolu olub. Çünki onun böyük musiqiçi kimi yetişməsində fitri istedadı ilə bərabər atası Məşədi Cəmilin böyük təsiri olmuşdu. Musiqimizin beşiyi sayılan Şuşada doğulan, dövrünün məşhur tarzəni kimi tanınan Məşədi Cəmil İstanbulda professional musiqi sənətinə yiyələnmiş, bir sıra musiqi alətlərində ifa etməyi öyrənmişdi. İstanbuldan qayıtdıqdan sonra Gəncədə yaşamağa başlayıb. 1912-ci ildə «Heyratı» muğamını nota yazaraq «Şəhbalı» jurnalında çap etdirən ustad həmçinin Riqa şəhərindəki «Qrammofon» şirkətində bir sıra muğam və xalq mahnılarını vala yazdırmışdı. Bəstəkarlığa da meyl göstərən sənətkar 1915-ci ildə «Seyfəl-Mülk» adlı opera yazaraq tamaşaya hazırlamışdı. 1923-cü ildə Gəncədə ilk musiqi məktəbinin (hazırda F.Əmirov adına 1 saylı musiqi məktəbi) yaradıcısı da Məşədi Cəmil olub. O, məktəbə direktor təyin ediləndən sonra Üzeyir Hacıbəylinin iştirakı ilə tədris ocağının təntənəli açılışı olub. Üzeyir bəy musiqi məktəbinin tədris planlarının hazırlanması, məktəbə Moskvadan, Kiyevdən, Sankt-Peterburq ali musiqi təhsili olan müəllimlərin dəvət edilməsində Məşədi Cəmil Əmirova yaxından köməklik göstərib. Böyük sənət eşqi ilə direktor kimi işə başlayan sənətkar bəstəkarlıq fəaliyyətini də davam etdirib. 1923-cü ildə bəstəkarın «Namuslu qız» operettası Gəncədə tamaşaya qoyulub. İlk tamaşada Ü.Hacıbəyli şəxsən iştirak edib. Məşədi Cəmil 1928-ci ildə dünyasını dəyişib.
    Belə bir mühitdə böyüyən Fikrət Əmirov öz yaradıcılığında atasının sənət ideyalarını davam etdirib. Eyni zamanda, o, böyük sənət yoluna atasının yaxın dostu, dahi Üzeyir bəyin xeyir-duası ilə qədəm qoyub. Üzeyir bəy Gəncədə musiqi həyatının inkişafına mühüm töhfələr verib. 1939-cu il aprel ayının 15-də (Gəncə Dövlət Arxiv sənədi 241 saylı fond) Gəncədə Dövlət Filarmoniyasının açılışı məhz Üzeyir bəyin xidməti idi.
    Yeri gəlmişkən, Fikrət Əmirov da gənc bir tarzən kimi Gəncədə Dövlət Filarmoniyasının ilk solistlərindən olub. Ondan başqa Zərif Qayıbov, Məmməd Bağırov, Həsən Həsənli, Firudin Əliyev və digərlərinin də adını çəkə bilərik. Bu istedadların hər birini Üzeyir bəy sənət yoluna istiqamətləndirmiş və onlara uğurlar arzulamışdı. Onların içərisində Fikrət Əmirovun yeri vardı.
    Bakıya gələrək Dövlət Konservatoriyasına daxil olan Fikrət Əmirov böyük bəstəkar və pedaqoqun qayğısını hər zaman üzərində hiss edib. Bu barədə Fikrət Əmirovun «Musiqi düşüncələri» kitabında maraqlı bir xatirəsi də var.
    O yazır: «1938-ci ildə Bülbül anam Dürdanə xanımı Bakıda görüb tapşırmışdı ki, Fikrəti göndər, gəlsin Konservatoriyada oxusun. Bülbülün dediyi kimi də oldu. Mən Bakıya gəldim. Konservatoriyada kiçik bir yoxlamadan sonra Bülbül məni Üzeyir bəyin kabinetinə apardı və dedi: «Üzeyir bəy Məşədi Cəmilin oğludur. Bəstəkar olmaq istəyir. Üzeyir bəy elə o andaca məni çox istiqanlıqla, böyük məhəbbətlə və əsil ata qayğısı ilə qarşılayıb, əsərlərimi dinlədi. İlk yazdıqlarıma müsbət rəy bildirərək “hə, sən əsl bəstəkar olacaqsan” dedi. O gündən də məndən öz diqqət və qayğısını əsirgəmədi».
    Beləliklə, Fikrət Əmirov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olur. Burada B.Zeydmondan bəstəkarlıq, Ü.Hacıbəylidən isə Azərbaycan xalq musiqisinin əsasları fənni üzrə dərs alır. 1948-ci ildə bu təhsil ocağını bitirərək geniş yaradıcılıq yoluna qədəm qoyur.
    Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı «Şur» simfonik muğamıdır. Sonralar o, bu janrda «Kürd-ovşarı» və «Gülüstan-Bayatı-Şiraz» simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məhşur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
    Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi «Rast», S.Ələsgərov «Bayatı-Şiraz», V.Adıgözəlov «Segah», T.Bakıxanov «Humayun»,«Nəva» və s.simfonik muğamlar yazıblar.
    Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.
    Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlərdən bir neçəsinin adını çəkək. «Sevil» operası, «Ürəkçalanlar», «Gözün aydın» musiqili komediyaları, «Nəsimi» dastanı, «Min bir gecə», «Nizami» baletləri, «Azərbaycan süitası», «Simfonik rəqslər», «Azərbaycan qravürləri», fortepiano üçün «12 miniatür» uşaq pyesləri, skripka ilə fortepiano üçün «Muğam poema», «Sonata» müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.
    Fikrət Əmirov yalnız bəstəkarlığı ilə deyil, yüksək humanizmi və geniş ictimai fəaliyyəti ilə mədəniyyət tariximizdə dərin iz qoyub. Belə ki, o, Azərbaycan və SSRİ Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub. Bəstəkarın yaradıcılığında onun pedaqoji fəaliyyəti də geniş yer tutur. Fikrət Əmirovun tələbələri içərisində əməkdar müəllim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru, professor, sevimli bəstəkarımız Oqtay Rəcəbovun adını xüsusi qeyd edə bilərik. Elə bu yerdə Oqtay müəllimdən kiçik bir xatırlama:
    «Fikrət Əmirov dahi Üzeyir bəyin layiqli davamçısıdır. Onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz yeri var. Demək olar ki, özündən sonra gələn bütün bəstəkarlara o, bir örnəkdir. Mən bəstəkar olmağımda daim Fikrət müəllimə minnətdaram. Çünki o, məni qəlbən, ruhən, cismən, bir sözlə bütün varlığımla musiqiyə bağladı və özü də mənə bu sənətin sirlərini öyrətdi. Onunla bağlı o qədər xatirələrim var ki, onlar mənim üçün unudulmaz və əbədidir. Elə Fikrət Əmirovun özü kimi».

  • @elnurhesenli1586
    @elnurhesenli1586 Před 8 lety +185

    Bu əsər də hər şey var,
    keçmiş gələcək, hərb və sulh ağ və qara, sevgi və nifrət. Bu əsər tariximiz, mədəniyyətimizdir. Möhtəşəm

  • @naramamed4404
    @naramamed4404 Před 8 lety +108

    Fikret Emirova qulaq asmaq ozunu yeniden tapmaq demakdir.Allah rehmet elasin!

    • @mirxanimhesenova807
      @mirxanimhesenova807 Před 7 lety +10

      Nara Mamed sizinle 100%raziyam. Ne yaxşi ki, Fikret Emirov, qara qarayev kimi bestekarlarimiz olub.

  • @johnkennedy9148
    @johnkennedy9148 Před 5 lety +97

    A beautiful performance. So precise and brilliant.

  • @renanovruzova422
    @renanovruzova422 Před 5 lety +46

    26yaşında bir dahi Şexsiyyetin-Fikret Emirovun yaratdıgı şedevr!ALLAH rehmet etsin!

  • @ridvansadirxanov1503
    @ridvansadirxanov1503 Před 4 lety +89

    Гений Азербайджанской и Мировой Музыки !!! Каждое Его Произведение Уносит нас в Другие Миры !!!Такие Люди Должны Жить Вечно !!!

  • @leonardgibney2997
    @leonardgibney2997 Před 5 lety +75

    This music makes my hair stand on end! Incredible!

    • @alpaybayatlu541
      @alpaybayatlu541 Před 4 lety +11

      But name is written wrong real name is qurd(wolf)Avshari.Wolf is totem of the turkic peoples and Afshars are one of the 30 oghuz tribes(oghuz are western gruop of turkic peoples like Turkmens in Turkmenistan,West Afganistani Afshar turks,Iran turks(65% of population in Iran are turkic),Azerbaijan,North Iraq and Syria and Turkey.

    • @anonymuser302
      @anonymuser302 Před 3 lety +3

      @@alpaybayatlu541 The name of this composition is "Kürd-Ovşarı". Do not lie. The composer put this music's name as he wanted. If he wanted to, he would have named this composition "Kurt-Avşarı" or smthelse. Just listen and click the like button. Don't fool people.
      People who immediately think of Kurdistan just because of the name of this composition are also #idiots.

  • @zohrabsuleyman5101
    @zohrabsuleyman5101 Před 6 lety +40

    ilahi nece gozel bir adam yaratmisanki bu cur ecaskar eser yaratsin.. zovqumuz sukur ki korlanmayib hele ki. ruhum tezelenir her hefteni bu mahniyla acanda. ruhun sad olsun dahi!

  • @gulbacikerimova199
    @gulbacikerimova199 Před 2 lety +13

    Gözəl əsər!!!!! İnsanın ruhu dincəlir!! Gözünü yum və dinlə!!! Həmişə yaşa Böyük Azərbaycan musiqisi!!!!

  • @ulkerabaszade
    @ulkerabaszade Před 3 lety +22

    Azərbaycanın bəstəkarlarından, yaratdığıları əsərlərdən , heç bir ölkədə yoxdur ... Çünki bu əsərləri bəstələməyə gözəl ürək lazımdır ♥️

  • @hasilovich
    @hasilovich Před 7 lety +40

    Şərq musiqisi və Azərbaycan mədəniyyətinin əfsanəvi qarışımı və ortaya çıxan mükəmməl , zərif bir əsər

  • @iradaurshanova9799
    @iradaurshanova9799 Před 4 měsíci +1

    Azerbaycan orkestri basda esil senetkar dirijorumuz Rauf Abdullayev mohteshem💐💐💐💐FIKRET EMIROV OZ MOHURUNU VURMUSDUR🙏🙏🙏🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @thepianist7811
    @thepianist7811 Před 7 lety +26

    Qulag asib da ici titremeyen insan varsa onun musigi zovqunden wubhe ederem👍

  • @rafiqhuseynov5036
    @rafiqhuseynov5036 Před 3 lety +26

    Слушая курд овшары обновляется душа!!!

  • @ilhameallahverdiyeva4285
    @ilhameallahverdiyeva4285 Před 5 lety +27

    Allaha həmd olsun vətənimə belə gözəl insanlar bəxş edib.Allah rəhmət etsin.

  • @enjoycooking8694
    @enjoycooking8694 Před 2 lety +18

    Мурашки по коже, до чего же прекрасна наша музыка!!!

  • @sadaqatsalayeva2763
    @sadaqatsalayeva2763 Před 3 lety +11

    Möhtəşəm əsərdir. Allah Fikrət Əmirova rəhmət eləsin.

  • @sambearing7687
    @sambearing7687 Před 2 lety +30

    Отдохнул душой. Спасибо, каналу. Набрался сил для бытия в этом сумасшедшем мире...

  • @mohkazmoh
    @mohkazmoh Před rokem +7

    A great composer and a beautiful and emotional music. I liked it since 40 years ago. Bravo.

  • @nicatumbayev5799
    @nicatumbayev5799 Před 5 lety +27

    Fikrət Əmirov mənimçin tamam başqa bir Aləmdir..Onun musiqilərində tamam başqa bir ruh var.Sadə notlarda böyük işlər görə bilən Dahi!

  • @vagifsiyabov3362
    @vagifsiyabov3362 Před 5 lety +20

    Yaşa ey ustad.Allah səni qəni qəni rəhmət etsin Fikrət bəy!

  • @turalabdurahmanov8820
    @turalabdurahmanov8820 Před 6 lety +31

    Fikrət ƏEmirovun bütün əsərləri gözəldir.Azərbaycan xalqı öz mədəniyyətiylə həmişə öyünməyə layiqdir.

  • @jeffhoward5910
    @jeffhoward5910 Před rokem +11

    We are playing this in Haifa, Israel this week. Looking forward to it!

  • @cahidhuseynov3303
    @cahidhuseynov3303 Před 5 lety +28

    Necə gözəl necə həzin.... Sadəcə dinlə və sus əsəblərin sakitləşsin😍

  • @ALV--sp6un
    @ALV--sp6un Před rokem +6

    Музыка гениального Фикрета Амирова лечит от многих невзгод, особенно душу.

  • @faridabakhshiyeva3635
    @faridabakhshiyeva3635 Před 2 lety +5

    Azerbaycan mədəniyyətinin pik dövrünün əsərləri.Dunya musiqisinin inciləri!!!!🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @lilibarbi547
    @lilibarbi547 Před měsícem

    Əvəzolunmaz əsər,bəstəkar...Allah ruhunu şad etsin

  • @mzahirvliyev9666
    @mzahirvliyev9666 Před 6 lety +22

    Dünya bəstəkarlarının dahisi təkrarslz!!

  • @elmddindadasov2671
    @elmddindadasov2671 Před 10 lety +22

    BÖYÜK DÜHADI FİKRƏT ƏMİROV.O,AZƏRBAYCAN MUSİQİSİNİN XANIDIR.
    VAR OLSUN MİLLİ MUSİQİ XƏZİNƏMİZ.

  • @YakuZZaDubbBandBaku
    @YakuZZaDubbBandBaku Před 3 lety +8

    Bu musiqi o qədər dəyərli ki, qulaq asmaq üçün gözəl uşaqlıq keçirib itirmək lazımdır... 🌹

  • @nazrinayyubova6452
    @nazrinayyubova6452 Před 5 měsíci +1

    Bu eseri bütün dünya, her bir kes dinlemeli, tanimalidir. „Must hear before you die“

  • @mehemmedhidayetov2648
    @mehemmedhidayetov2648 Před 7 lety +21

    Azerbaycanimizin her bi guşesi gozeldi .

  • @qasimehmedli7540
    @qasimehmedli7540 Před 2 lety +3

    Azərbaycan adlı bir xalqı tarixi, mədəni baxımdan tanıtmağa yetər bu əsər.Her şey var burda bir xalqın çöküşü, qalxışı və çiçəklənməsi .Dahi şexsiyyetin ölümsüz əsəri .

  • @pouriyanr
    @pouriyanr Před 2 lety +13

    I'm iranian and i always been in love with this piece of fantastic music.

    • @adsoyad8971
      @adsoyad8971 Před 3 měsíci +1

      Sizin üçün belə musiqilər əl çatmazdır. Sizinki mərsiyə oxuyub ağlaşmaqdır. 😂😂😂

  • @rozanuriyeva2509
    @rozanuriyeva2509 Před 3 lety +16

    Браво..Очень люблю слушать.все эмоции человеческие в этой музыке.БЕССМЕРНАЯ МУЗЫКА..

  • @gunelshikhaliyeva6839
    @gunelshikhaliyeva6839 Před 2 měsíci

    Bundan gözel musiqi ola bilmez, mümkün deyil!

  • @aygunbayramova4836
    @aygunbayramova4836 Před 3 lety +12

    Azerbaijan's musicians have always created the masterpieces like that . I can't find any words to describe the beauty of this masterpiece. Listening to this again and again . amazing .

  • @AS-hd1tp
    @AS-hd1tp Před 6 lety +14

    Alqışlara dəyər əlbəttə çox dəyərli bir əsərdir Fikrət Əmirovun səklinə baxın elə bil yuxarıdan orkestri izləyir

  • @azewel413
    @azewel413 Před 5 lety +12

    Adamın gözlerini yasadır bilmirem. Cox gözel musiqi.vetenperver musiqi

  • @natiqnazarov
    @natiqnazarov Před 5 lety +38

    Bu əsəri bəyənməyən 20 nəfər yəqinki ermənidi

  • @turalabdurahmanov8820
    @turalabdurahmanov8820 Před 6 lety +21

    Çox gözəl.Allah ruhunu şad etsin dahi bəstəkarımızın.

  • @nurayamirova4390
    @nurayamirova4390 Před 8 lety +13

    1 sozle mohtesem .milli musiqimiz evezolunmazdi

  • @yukslnyengec1817
    @yukslnyengec1817 Před 3 lety +5

    Möhtəşəm bir əsər təkrar olmaz

  • @faridavyeffa
    @faridavyeffa Před 3 měsíci

    Ölürəm bu əsər üçün❤ Möhtəşəmlik ötəsidir❤

  • @TP-jy1th
    @TP-jy1th Před měsícem

    Гений! Тут не хер сказать!
    Великий Азербайджан!!
    Я горжусь своими соотечественнами как Фикрет Емиров !

  • @eminefendiyev3490
    @eminefendiyev3490 Před 4 lety +6

    Bu asar Azerbaycandir!!!!!💔

  • @aydannagiyeva9777
    @aydannagiyeva9777 Před 6 lety +12

    Fikret Emirov❤👍👍

  • @alexbayramov459
    @alexbayramov459 Před 4 lety +16

    Гордость нации

  • @nuraddinsalamov3949
    @nuraddinsalamov3949 Před 3 lety +2

    Həm dahi bəstəkar və həmdə cox ğözəl insan.1001 ğeçə baletinin musiqisini plastinkaya yazılışi Moskvanın böyük teatrının simfonik orkestrı ilə moskvada lentə alınmısdi onda bizdə Rəşid Axundov müəllimim Əlikram Hüseyno və birdə məni bəstəkarımız Fikrət əmirov tar partiyalarıninn ifası ücün moskvaya aparmışdı .Belə aliçənab inşnın nə qədər səmimiliyinin şahidi oduq.Allah qənu qəni rəhmər eəsin.Musiqicilərə cox hörmət edərdi.Onun bir söxü yadımdan cıxmır.Bəstəkar musiqicisiz sıfırdır.Rus dilində deyərdi kompoziter bez muzukanta nol.

  • @SalamSalam-cc9jo
    @SalamSalam-cc9jo Před 7 lety +21

    vauuu necə bu əsərlər dünyaya tanidilmir? Şedevrdi bunlar

    • @ugurluugurluev8731
      @ugurluugurluev8731 Před 7 lety

      Salam Salam tanida bilsen ele bil ikinci FIKRETSEN

    • @seadetmustafayeva3176
      @seadetmustafayeva3176 Před 6 lety +3

      Salam Salam eser yeterince dunyada meshurdur.

    • @babekmiriyev3814
      @babekmiriyev3814 Před 6 lety

      Salam Salam əsər kifayət qədər təbliğ olunub və olunur. Təəssüf bizlər qədrin bilmirik. Bəstəkarın sağlığında da indi də dünyanın ən möhtəşəm salonlarında əsər səsləndirilib. Hətta əcnəbilər tərəfindən də

    • @halleluiah2945
      @halleluiah2945 Před 4 lety +1

      Sizin yəgin xəbəriniz yoxdur, amma Fikrət Əmirov dünya şöhrətli bəstəkardır. Xaricdə ən çox tanınan F.Əmirov və Gara Garayevdir.😎

    • @SalamSalam-yr5by
      @SalamSalam-yr5by Před 4 lety

      Ona göre axir 7 ilde 77 min izlenib? İlə 11 min düşür. Dünyada adam başına. Her 10 min neferde 1 nefer yəni

  • @vagifsiyabov3362
    @vagifsiyabov3362 Před 5 lety +13

    Türkiyə vətəndir.Çox sağ olun ki,yazınızda Qurd Avşarına bir aydınlıq gətirdiniz.Minnətdaram.Türk oğlu Fikrət bəy hara,kürd hara?Məhz alçaq sovet siyasəti bizi özümüzdən bax belə uzaqlaşdırmaq istəmişdir,mənfur heydərizm siyasətinin oğru əməlləri ilə.Sağ ol El oğlu.Ruhun şad olsun Fikrət bəy.

    • @is.valizadah5151
      @is.valizadah5151 Před 5 lety +8

      Əsərin adı Kürd ovşarıdır-muğamın adından gəlir.Muğamın adı isə Kürd ovşarıdır qurd yox.Muğamlarda bir neçə yerdə də kürd sözü keçir- Kürdü-Şahnaz, Bayatı- Kürd.
      Ümumiyyətlə bir neçə muğamın adı etnoslarla bağlıdır.Məsələn Bayatı- Türk, Şikəsteyi-fars, Bayatı- Qacar və s.
      Kürd ovşarı muğamını yazmaq üçün isə kürd olmağa gərək yoxdur.Fikrətin Ərəb mövzularında konserti də var, onda belə çıxır ki Fikrət ərəbdir?!

    • @kamranhuseynli8443
      @kamranhuseynli8443 Před 3 lety +3

      Bu qederde uydurma olar, Dahiler yaratsin sizinkimilerde lekeleye lekeleye gedin. Populist Turkun achigkamasina baxmagdansa get birbasha menbeden baxda ay insan. Azerbaycan boyuk cografyadi, ve azerbaycanli ifadesi bir cox milleti tesnif edir, o milletlerki bu cografya uzerinde yashiyir ve bu adetlernen boyuyur. Kurd daxil olmagnan. Her bir millet bu medeniyyetin formalashmaginda kifayet qeder tovhe verib. Azerbaycanda populisme yer yoxdu, esasda ciliz milliyetciliye yer yoxdu, cunki biz ciliz deyiliy! Bele ciliz milleyetcilikler meselen indiki ermenistan kimi olkelerde olur. Kutbeyinlere gore besdi dala qaldig. Qabaga gede bilen, inkisaf edebilen etsin lazim gelse geride qalanlarida ezsin! Dushuncede irelilemey lazimdi.

    • @igla8970
      @igla8970 Před 3 lety +1

      @@kamranhuseynli8443 Dusuncelerinize tam qatiliram. Turk, Kurd, Talis, Tat, Lezgi, Avar, Yahudi ve sair. butun etnoslar Azerbaycanin ve muasir Azerbaycanlinin formalasmasinda istirak edib.

    • @Gunel842
      @Gunel842 Před 4 měsíci

      Xeste ruhlu insanlar beynleri zeherlemekle mesguldur.

  • @ilhammmmdov9944
    @ilhammmmdov9944 Před rokem +1

    Belə bir musiqinin həqiqət olduğuna inanmaq çətin gəlir
    Kaş ki indidə elə bəstəkarlarımız olsa

  • @zbffirst6333
    @zbffirst6333 Před 6 lety +16

    Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov (22 noyabr, 1922, Kirovabad (indiki Gəncə)- 20 fevral, 1984, Bakı) bu əsəri yazanda cəmi 26 yaşı var imiş. Əsər 1948-ci ildə yazılıb.
    Великий азербайджанский композитор Фикрет Амиров (22 ноября 1922 года, Кировабад (нынешняя Гянджа) - 20 февраля 1984 года, Баку) написал эту произведение когда ему было всего 26 лет. Произведение была написана в 1948 году.

  • @sohretmirzeyev243
    @sohretmirzeyev243 Před 4 lety +7

    Möhtəşəm! Sadəcə möhtəşəm demək olar

  • @prvinmirz6815
    @prvinmirz6815 Před 5 lety +13

    Sənət ahəngi. Bu əsər Fikrət Əmirovu ölümsüz edib. Əsər sadəcə ruhun qidasıdır .

  • @ramizzeynalov4234
    @ramizzeynalov4234 Před 2 lety +4

    Çox gözəl musiqi .Allah sənə rəhmət eləsin böyük bəstəkar!

  • @nybarazis243
    @nybarazis243 Před 6 lety +5

    İlk ifa olunan eser adama dogurdan qəribə hisslər yaşadır Əhsən

  • @elsadabdullayev1889
    @elsadabdullayev1889 Před 2 lety +2

    20 fevral- dahi bəstəkarımızın anım günündə dinlədim əsərini.Ruhu şad olsun!

  • @teranenurinagllar6842
    @teranenurinagllar6842 Před měsícem

    Azərbaycan xalq musiqisini simfonikləşdirmək təklifini ilk olaraq o zaman İtaliyada təhsil alan dahi vokalçımız Bulbül etmişdir.Bu ideya bizim musiqimizin daha da zənginləşməsinə xidmət etdi.Əvvəlcə Fikrət Əmirov daha sonra Niyazi Tagizadə və başqa bəstəkarlarimiz mugamları simfonik orkestr üçün islədilər.Fikrət Əmirovun bütün əsərləri Azərbaycan musiqisindən yogrulub.İstər usaq mahnılarnda,istərsə də opera baletlərindəki melodiyalar insanı oz fitrətinə qaytarır,ruhunu qidalandirir.Bu bəstəkarlar bizə Allahin lutvüdur.

  • @user-yw3cn5wy3p
    @user-yw3cn5wy3p Před 2 lety +2

    Bənzəri olmayan, gözəl, misilsiz musiqi əsərləri yaratmış dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan musiqi mədəniyyətində yeri əbədidir! Allah rəhmət eləsin, ruhu şad olsun!

  • @ulviyyehaciyeva4361
    @ulviyyehaciyeva4361 Před 3 lety +13

    Nadir şah Avşar bilsəydi ki, zaman keçəcək, onun adının qabağına kürd yazacaqlar bağrı çatlayardı.

    • @qhrmanmovlanov6267
      @qhrmanmovlanov6267 Před rokem +6

      Avşar yox, ovşar. Bunun Nadirlə bir əlaqəsi yoxdur.

    • @adsoyad8971
      @adsoyad8971 Před 3 měsíci

      ​@@qhrmanmovlanov6267"ovşar" nə deməkdir?

    • @qhrmanmovlanov6267
      @qhrmanmovlanov6267 Před 3 měsíci

      @@adsoyad8971 Nəsə karvanla, dəvə ilə əlaqədar bir sözdür.

    • @ramiz1891
      @ramiz1891 Před 2 měsíci

      Ovşarı zərbi muğamın adıdır.

    • @KochariAsgar
      @KochariAsgar Před 2 měsíci

      @@ramiz1891 ovşarı sözü elə əfşar sözündən gəlmə deyil?

  • @nergizseyidova3507
    @nergizseyidova3507 Před 5 lety +5

    Goresen hansi zovqsuz,hansi musiqi duyumu olmayan axmaqlar dislike edib bu eseri.Yeqin ermenidir bu 21 eded dislike edenler.Allah rehmet elesin F.Emirov ve onun kimi gozel eserler miras qoyub dunyasini deyisen senetkarlarimiza.Amin!

  • @forevergamers8605
    @forevergamers8605 Před 6 lety +6

    Superdi en gozel melodiya Allah rehmet etsin bestekara

  • @mobileoguz3378
    @mobileoguz3378 Před 3 lety +2

    Mence indiki zamanda usaqlar bele musiqileri dinlemelidirler. Bizim mugamlarimizdan xeberdar olmalidirlar.

  • @gulnarehuseynova5536
    @gulnarehuseynova5536 Před 3 lety +1

    XALQIMIZIN QÜDRƏTİNİ,MƏDƏNİYYƏTİNİ İNCƏSƏNƏTİNİ DÜNYAYA TANIDAN DAHİLƏRƏ EŞQ OLSUN.YAŞA FİKRƏT ƏMİROV ! YAŞA QARA QARAYEV ! YAŞA ARİF MƏLİKOV ! MİN YAŞA ÜZEYİR HACIBƏYOV ! BU QÜDRƏTLİ SƏNATKARLARI YETİŞDİRİB BİZƏ MİRAS QOYDUĞUN ÜÇÜN.

  • @sambearing7687
    @sambearing7687 Před 2 lety +4

    Соло, конечно, заслуживают особых похвал!

  • @SamsungA-yd8vn
    @SamsungA-yd8vn Před 8 lety +11

    bir sözlə 👍👍

  • @emilzeynalov2247
    @emilzeynalov2247 Před 7 lety +30

    dahiler yetisdiren gozel Gencemiz.

    • @valehsadiqov2138
      @valehsadiqov2138 Před 6 lety +12

      Emil Zeynalov Dahilər yetişdirən gözəl Azərbaycanımız.

    • @halleluiah2945
      @halleluiah2945 Před 4 lety +1

      @@valehsadiqov2138 👍👍

    • @Horonos119
      @Horonos119 Před 4 lety

      Saqolun Soydaşim

    • @narminmah4969
      @narminmah4969 Před 3 lety

      Əslən Şuşalıdır

    • @huseyinmemmedov9541
      @huseyinmemmedov9541 Před 5 měsíci +1

      @@narminmah4969 Üzeyir Hacıbəyovda əslən Dağıstandan idi.Babası Dağıstandan Şuşaya gəlmişdir.

  • @renamuradi3559
    @renamuradi3559 Před 3 lety +1

    Mohtasham asar gozal ifa Dahi bastakar Adi Azarbaycan Incasanat Tarixina Qizil Harflarla Yazilan Fikrat Amirov Daima Qalblarda Yashayacaq

  • @asdfghjklzxcvbnm7866
    @asdfghjklzxcvbnm7866 Před 6 lety +7

    Möhtəşəm

  • @arifeferzani1649
    @arifeferzani1649 Před 11 měsíci

    Azərbaycan Xalqının dahi sənətkarı Allah sizə qəni-qəni rəhmət eləsin.

  • @mm-hp8dx
    @mm-hp8dx Před 2 lety +5

    потрясающе!

  • @lalehuseynova-oh3rz
    @lalehuseynova-oh3rz Před 9 měsíci

    Ala rəhmət elesin 😢😢

  • @diamondazeri544
    @diamondazeri544 Před 10 lety +10

    Great!

  • @altaybagrov7349
    @altaybagrov7349 Před 2 lety +1

    zövq oxşayır. insan sevinirki vətənində belə gözəl yüzlərlə, minlərlə bir-birindən gözəl musiqiləri bəstələyən sənətkarlar yaşayıb yaradıb..

  • @maleykanasirova9930
    @maleykanasirova9930 Před 5 lety +4

    MOHTESEM BIR ESER.

  • @asdfghjklzxcvbnm7866
    @asdfghjklzxcvbnm7866 Před 6 lety +8

    Бравоо.

  • @samsungandroid9059
    @samsungandroid9059 Před 6 lety +7

    Bravo mòhteşem eser...

  • @aaaa-ci6tc
    @aaaa-ci6tc Před 6 lety +10

    круто

  • @panzereliyev7848
    @panzereliyev7848 Před rokem +1

    Çox sağ olun.

  • @oyunmanyagi2016
    @oyunmanyagi2016 Před 7 lety +26

    KURDI,TURKI,ARABI,AZERI...HEMU BRAYEN HEV.YASASIN BU TORPAQLARIN BUTUN SAKINLERI.

    • @mayamemmedli4033
      @mayamemmedli4033 Před 6 lety +10

      Azəri deyə birşey yoxdur,biz türk millətinin insanlarıyıq və Fikrət Əmrovda türk bəstəkarıdır.Buradakı Kürdi-Ovşarı qədim türk qəbiləsi ovşarlardan gələn bir sözdür

    • @user-np1yz4tx4t
      @user-np1yz4tx4t Před 6 lety +10

      Maya Memmedli Doğru deyirsiniz.Əfşarlar,Afşarlar,Ofşarlar qədim bir Türk qəbiləsidir.Hər yerdə başqa cür deyirlər.Mənim nənəmin özu Şuşanın yaxınlarındaki Əfşar kəndindən idi.Qarabağ Əfşarlarından.Və maləsəf biz indiki zamanda öz Türklüyümüzü unutmuşuq.

    • @alpaybayatlu541
      @alpaybayatlu541 Před 4 lety +5

      Kurd ofshari Azerbaycan turkcesinden ruscaya kecen zaman Qurd-kurt olaraw deyisib Afsar ise ofsar olun eslinde bu Qurd Afshari yani Avshar qurdu demekdir.

    • @halleluiah2945
      @halleluiah2945 Před 4 lety +3

      @@alpaybayatlu541 Əla izah etmişsiniz.👍👍👍 Sağ olun!!!🤗🤗 Ruslar bütün adları tam tərsə çevirməkdə pərgardılar. Beləcə insanlar öz tarixini itirir

    • @halleluiah2945
      @halleluiah2945 Před 4 lety +1

      @@mayamemmedli4033 Fikrət Əmirov Azərbaycan bəstəkarıdır.

  • @etibarerdebili8963
    @etibarerdebili8963 Před 8 lety +12

    musiqi ele esl ibadetdi.tanriyla birbasa kontakt.

    • @MN3DAuto
      @MN3DAuto Před 7 lety +3

      tanriyla birbasa kontakt ela dedin (:

    • @arzuarzu4067
      @arzuarzu4067 Před 3 lety

      👌👏👏👏👏👏👍

  • @iradahuseynova8009
    @iradahuseynova8009 Před 3 lety +2

    Möhtəşəm!!!!!!!!!!

  • @murikhd164
    @murikhd164 Před 8 lety +13

    supperrr bombaaaaaaaaaaaaaaaaaaa elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @arifeferzani1649
    @arifeferzani1649 Před 11 měsíci

    Siz sözlə ifadə edilə biləyindən də böyük dühacınız. Allah sizə qəni-qəni rəhmət eləsin!

  • @zuzuzuzu5811
    @zuzuzuzu5811 Před 4 lety +2

    Cox sevirem Fikret Emirov Haci Xanmemmedov eserlerini. Моя Сандриня я увидела тебя☺❤

  • @nerminmehiyeva222
    @nerminmehiyeva222 Před 3 měsíci

    Mohtesem ❤

  • @AygunSamadova
    @AygunSamadova Před 8 lety +23

    Möhtəşəm!!! Bu əsərdən bəzi yerləri həmişə zümzümə edərdim özümçün (tv`də musiqi verilişlərində eşitdiklərimdən ağlımda qalan yerlər :D), amma heç bilmirdim ki "Kürd ovşarı"ndan imiş həmin hissələr. Əsər çox uzun olduğundan səbrim çatmazdı sona kimi dinləməyə, indi qulaq asanda "kəşf etdim" :)

    • @eltacyunusov729
      @eltacyunusov729 Před 7 lety

      Aygun

    • @fikretamirov6265
      @fikretamirov6265  Před 7 lety +3

      "Ovşar", "Afşar" - eyni sözdür, sadəcə bəzi not nəşriyyatlarında rusca, bəzilərində isə ingilis dilində yazıldığınnan, çaşqınlıq yaradır.
      O ki qaldı "Kürd" sözünə, bu Şur muğamının şöbəsi olan "Kürdi"-dir. Bəzi nəşr olunmuş notlarda belə də yazılıb - "Kürdi-Ovşarı".

    • @fikretamirov6265
      @fikretamirov6265  Před 7 lety +5

      Hercule Poirot Təşəkkürlər + Uğurlar ! (Yeri gəlmişkən xatırladım ki, Fikrət Əmirovun "Qarabağ" adlı əsəri YOXDUR! Bunu ermənilər qəsdən uydurublar ki, bizi oğru halına salsınlar. O həmən "Artsax" "əsəri" elə ermənilərindir. Təəsüf ki, geniş kütlə bunu anlamır.)

    • @AygunSamadova
      @AygunSamadova Před 7 lety +2

      Fikret Amirovun oğlu Cemil Amirov da bir defe bu haqda FB'da melumat yazmışdı ki, Fikret Amirovun deyil o eser, deyesen 3-4 bestekarımızdan oğrayıb birleşdiribler.

    • @AygunSamadova
      @AygunSamadova Před 7 lety

      Bir de hamı Puşkinin ermeniler haqda sitatını paylaşır ki, guya A.S. Puşkin bele deyib. Halbuki, o sözler eserde bir çeçen kişinin oğluna nesiheti kimi gösterilib

  • @lalaaslanova9290
    @lalaaslanova9290 Před 3 lety +2

    Gozel beste!!!

  • @user-rt2lk4ux8j
    @user-rt2lk4ux8j Před 4 lety +2

    Курд йох гурд ай биздан амала галмиянлар бираз ерманилар огуруйуб галанында курдар башымыза на галирса хамсы савадсызыгдан галир.

    • @halleluiah2945
      @halleluiah2945 Před 4 lety

      Hamısı savadsızlıqdan deyil, qardaş, onu bunu başımıza otuzdurmaqdan irəli gəlir. Ağzına sağlıq, bizdən əmələ gəlməyənlər bizdən çoxdur ölkəmizdə, çörəyimizi yeyir, başımıza s...lar.

  • @seadet10
    @seadet10 Před 6 měsíci

    Möhtəşəm əsər insanın ruhu yenilenir.

  • @dusuncgucu290
    @dusuncgucu290 Před rokem +1

    Uşaqlaqdan aşılamaq lazımdır bu əsərləri.

  • @Onlystudy2009.
    @Onlystudy2009. Před 3 lety +2

    Ruh vericidir

  • @iqrarebilov7139
    @iqrarebilov7139 Před 3 lety +1

    Gör nə bədbəxt millətik ki,dahiləri qoyub kənara,Röya,Fədayə,Aygün kimi zibillərə qulaq asırıq,yaxşı ki heç olmasa bu müsiqilər rəsmi olaraq Azərbaycanın Müsiqi Fondunda saxlanılır,yoxsa ki ermənilər çoxdan qapazdamışdılar.

  • @EvimdekiGullerim
    @EvimdekiGullerim Před 6 měsíci

    восхищается всеми

  • @milafuzulili7013
    @milafuzulili7013 Před 3 lety +3

    Bele eserler dinleyib boyuyen oqlanlar kiwi kimi,qadinlarda qadin kimi boyuyurdu.Indiki musiqiciklerden ne terbiye goturecek indikiler men bilmirem.

  • @ofelyaorucova780
    @ofelyaorucova780 Před rokem

    ❤/mohtesem🎉🎉🎉

  • @malikgurbanov3379
    @malikgurbanov3379 Před 3 lety +2

    Супер

  • @kamillagam
    @kamillagam Před 5 lety +5

    ❤️