İnsan həyatını uzadan VİTAMİN

Sdílet
Vložit
  • čas přidán 24. 05. 2024
  • D vitamini insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir. Mütəxəssislərin fikrinə görə, bu vitaminin orqanizmdə normal səviyyədə olması hətta insanın həyatını da uzada bilər. Vitamin D insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur. Uzun müddət günəş altında gəzməyən insanlarda bu vitaminin çatışmazlığı da çox vaxt hiss olunur. Çünki D vitamini çatışmadıqda kalsiumda əskikliklər meydana gəlir və nəticədə sümüklərin boşalması, dişlərin xəstələnməsi, ürək problemləri ortaya çıxır.
    Buna görə də həkimlər D vitamini ilə zəngin məhsulların qəbul edilməsini məsləhət görürlər.
    Balıq növləri xüsusən qızılbalıq, tunes, skumbriya və balıq yağlarıı bu tipə aid edilir. Həmçinin malın qaraciyərini, yumurta sarısını və bir neçə növ pendirləri misal göstərmək mümkündür.
    Uşaqlarda D vitaminin çatışmazlığı raxit kimi ciddi pozulmaya səbəb olur. Raxit uşaqlarda ayaqların və çanaq sümüklərinin, döş qəfəsinin əyilməsinə, fiziki inkişafın ləngiməsinə səbəb olur. Ona görə də D3 formasında olan məhlulu daxilə qəbul etmək, D2 formasında yağ məhlulu ilə isə uşaqları masaj etmək məsləhət görülür. Gündə 2 dəfə səhər və axşam olmaqla açıq havada gəzdirmək də yaxşı təsir göstərir.
    Qoca insanların dərisində D vitaminin sintezi xeyli azalır. Bu səbəbdən onların sümükləri kövrək olur. Ona görə yaşlı insanlar D vitamini və kalsiumu əlavə almalıdır. Bu onların sümüklərinin sağlamlığı üçün çox vacibdir.
    Lakin D vitaminin orqanizmdə rolu yalnız sümüklərin qorunması ilə məhdudlaşmır. Bu vitamin bir çox proseslərdə iştirak edir. Bu unikal vitamin orqanizmə həm vitamin, həm də hormon kimi təsir edir. D vitamini ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı üçün olduqca vacibdir. D vitamini qanın normal laxtalanmasında və arterial təzyiqinin tənzimlənməsində iştirak edir. Həmçinin immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir. Belə hesab olunur ki, D vitamini bəzi xərçəng xəstəliklərinin xüsusilə süd vəzi, prostat vəzi xərçəngi, leykozun müalicəsi və profilaktikası üçün də effektlidir. Bu vitamin kişilərdə testesteron hormonunun sintezini stimullaşdırır.
    Bütün bunları nəzərə alaraq yaşlı əhalinin, eyni zamanda qapalı geyinən cavanların mütamadi olaraq vitamin D defisitini aşkarlamaq üçün müvafiq müayinələrdən kəçməsi tövsiyyə olunur.
    🔻
    "Alex Productions - Walking Home" is under a Creative Commons (CC BY 3.0) license:creativecommons.org/licenses/...
    / alexproductionsmusic
    Music powered by BreakingCopyright: • 🍦Piano (Royalty Free M...
    🔺

Komentáře • 3

  • @guldanaxalilli8163
    @guldanaxalilli8163 Před 2 měsíci +1

    saq olun məlumat ücün 🌹❤💐🙏🙏🙏🙏

  • @zaurazizov
    @zaurazizov Před 2 měsíci +2

    İldə bir dəfə video gəlir

    • @XFAKTLAR
      @XFAKTLAR  Před 2 měsíci +1

      Artıq videolarımız davamlı olacaq. Kanalımıza abunə olmağı unutmayın...