İntihar davranışları və qarşısının alınması (PhD. Mehmet Akgönül, uzman psixoterapevt)

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Təlimin adı: İntihar davranışları və qarşısının alınması
    Təlimçi: PhD. Mehmet Akgönül, uzman psixoterapevt - Almaniya.
    Təlimin məqsədi: Xüsusilə günümüzün fərdiləşmiş dünyasında, sosial dəstəyin azaldığı, psixiatrik komorbidliyin artdığı bir vaxtda, keçmişlə müqayisədə intihar nisbətləri artır və artıq İNTİHAR sosial reallıqdır.
    Bu reallığın və artımın yeniyetmə və gənclərdə digər yaş qruplarına nisbətən daha çox olduğu müşahidə edilir. Medianın intihara təsiri də danılmaz reallıqdır. Bu sadəcə cari məsələ deyil, həm də gələcəkdə də ciddi problem olaraq davam edəcək mühüm ictimai-səhiyyə problemidir.
    İntihar insanlar üçün nə qədər təhlükəlidirsə, psixi sağlamlıq mütəxəssisləri üçün də o qədər təhlükəli və qorxuducudur.
    Təlimdən əldə edəcəksiniz:
    İntihar nədir?
    İntiharın Epidemiologiyası
    İntiharda Risk Faktorları
    İntihara Qarşı Qoruyucu Faktorlar
    Nəzəriyyələrdə intihar
    Yeniyetmə intiharları
    İntihar cəhdlərində, kriz anında müdaxilə
    Koqnitiv Davranış Terapiyaları
    İntihar Davranışının Müalicəsində Problem Həlletmə Yanaşması
    Sertifikat: PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi təsdiqli və Dr. Mehmet Akgönülün imzası ilə sertifikat veriləcəkdir.
    Təlimdə kimlər iştirak edə bilər: Psixoloqlar, sosial işçilər, sosioloqlar, psixoloji xidmət məzunları, pedaqoqlar, təhsil metodistəri, reablitasiya mərkəzlərinin, xüsusi təhsil müəssisələrinin mütəxəssisləri və müəllimləri, məktəb müəllimləri və bu sahə ilə maraqlanan digər şəxslər.
    Təlimçi haqqında: Dr. Mehmet Akgönül, tibb fakültəsi məzunudur. Psixatriya üzrə uzmanlıq və Ph.D ünvanına sahibdir. Avropada 8 ilə yaxındır ki, psixi sağlamlıq sahəsində elmi tədqiqat və praktik olaraq fəaliyyət göstərir. CBT, EMDR və İnteqrativ Psixoterapiya üzrə uzmandır.

Komentáře •