Yuxuda qarğa görmək ☾✵ Geniş

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • #yuxuda
    #yuxuyozmalar
    #yuxu
    Yuxuda qarğa görmək ☾✵ Geniş #yuxuyozma - SƏSLİ YUXU YOZMALARI
    Təbiətdə çox rastlaşdığımız qarğalar bəzən yuxularımıza da girirlər. Situasiyadan asılı olaraq, belə yuxuların fərqli yozumları var. Ümumilikdə isə yuxuda qarğa görmək insanın ətrafında olan düşmən və ya rəqib kimi yozulur. Belə yuxu onu görənin ətrafında ona qarşı olan, onu sevməyən və uğurlarını qısqanan birinin varlığına işarədir.
    Yuxuda qarğa görən insan kasıb olarsa, qısa zamanda varlanar. Əgər bu şəxs zəngin olarsa, harama əl uzatmaqla pis yollara atacaqdır.
    Yuxuda qarğa sürüsü görmək belə yuxu görənin yanında olan, amma boş-boş danışan insanların varlığından xəbər verir. Belə yuxu onu görənin həyatında müxtəlif problemlər yaranacağına, bu səbəbdən narahat olacağına dəlalət edir. Əgər qarğa sürüsü bütünlüklə torpağı örtübsə, bu yuxu ilin məhsulsuz, çörəyin baha olacağından xəbər verir.
    Yuxuda qara qarğa görmək kədərli hadisə, üzücü xəbər, itki əlamətidir. Belə yuxu onu görənin həyatında qisasçı və pis niyyətli insanların olacağını və bu insanlardan uzaqlaşmalı olduğunu göstərir.
    Yuxuda evdə qarğa görmək uzun müddətdən sonra tətilə getməli olduğuna, iş həyatında çətin anlar yaşayacağına işarədir. Belə yuxu ailə üzvləri ilə mübahisənin də xəbərçisidir.
    Yuxuda bala qarğa görmək yaxşı əlamət sayılır. Belə yuxu insanın problemli və çətin bir vəziyyətdən qurtulacağı və rahatlanacağı, sevdikləri ilə qovuşacağı, evindən bolluq və bərəkətin əskilməyəcəyi mənasını verir.
    Yuxuda ölü qarğa görmək qürbətə gediləcəyinə və burada son nəfəsini verəcəyi anlamına gəlir. Bu yuxu həm də çətinliklərin və problemlərin sona çatması deməkdir.
    Yuxuda qarğa hücumu görmək uzun səyahətə çıxmağa, ailəyə yetərincə vaxt ayıra bilməməyə, iş həyatına fasilə verməli olmağa yozulur.
    Yuxuda qarğa yuvası görmək ailə həyatını əks etdirir. Bu, ailə üzvləri arasında kiçik narazılıqların baş verə biləcəyini və tərəflərin bir-birlərini qiymətləndirmədən bu vəziyyətə son qoya biləcəklərini göstərir.
    Yuxuda qarğa tərəfindən dişlənmək təhsilində və ya iş həyatında müxtəlif çətinliklərlə qarşılaşmaq anlamına gəlir. Yuxuda qarğa dişləməsi düşmənlərin və pis insanların varlığına dəlalət edir.
    Yuxuda qarğa qovmaq, iş həyatında çox çalışıb yorulacağına, ailə ilə problem yaşayacağına, bu vəziyyəti düzəltmək üçün ailə böyüklərinə ehtiyac olacağına işarədir.
    Yuxuda qarğa öldürmək haram qazancı, mal-mülkü əks etdirir. Belə yuxu onu görənin böyük günah edəcəyindən xəbər verir, onun əmlakını, pulunu itirərək çətin vəziyyətə düşəcəyini göstərir.
    Yuxuda qarğa səsi eşitmək, insanın ətrafında qalxan pis səslərə işarə edir. Bu səslər səhv yola düşməyə səbəb olub, insanı səhv bir iş görməyə yönəldəcək və yuxu görən bu səbəbə görə nəticədə pul və mal itirəcəkdir.
    Yuxuda qarğayla danışmaq yaxşı əlamət olub, sıxıntı və dərdlərinin bitəcəyi, böyük nailiyyətlər qazanacağı anlamına gəlir.
    Yuxuda qarğa bəslədiyini görən uzun və dinc ömür sürəcək.
    Yuxuda qarğanın ayaqlarını görmək qəfildən səfərə çıxmağa qərar verəcəyinizə işarədir. Səfərdə fərqli sərgüzəştlər yaşaya bilərsiniz.
    Media: pixabay.com/
    Music:
    Crow Call
    0:46
    Heyvanlar
    iyn 2014
    The Crows Did It
    Sinematik
    Dramatik
    Nathan Moore
    2:43
    may 2020

Komentáře • 12