“Göyçə aşıq məktəbi - dünən və bu gün” adlı möhtəşəm konsert təşkil edilib

Sdílet
Vložit
  • čas přidán 28. 05. 2024
  • “Göyçə aşıq məktəbi - dünən və bu gün” adlı möhtəşəm konsert təşkil edilib
    Mayın 29-da Bakıda Heydər Əliyev Sarayında “Göyçə aşıq məktəbi - dünən və bu gün” adlı konsert keçirilib.
    Göyçə aşıq sənətinə həsr olunmuş ilk irimiqyaslı konsert məşhur “Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq məktəbinin davamçılarından olan sənətkar Çingiz Mehdipurun bədii rəhbərliyi ilə təşkil olunub.
    Tədbirdə Göyçə aşıq məktəbi, onun yetişdirdiyi görkəmli simalar, ustadlar barədə məlumat verilib, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin beşiyi olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurduğu diqqətə çatdırılıb.
    Konsertdə Göyçə aşıqlarından Aşıq Ramin Qarayev, Aşıq Nazim Quliyev, Aşıq Əli Zeynalabdinov, Aşıq Xatirə Məmmədxanlı, eləcə də Xalq artisti Alim Qasımov, Aşıq Əfsanə Kərimova, Aşıq Ayşən Mehdiyeva, Aşıq Salar Mehdipur və sair musiqi nömrələri ilə çıxış edib, Göyçə aşıq sənətinin, Qərbi Azərbaycan saz havalarının parlaq nümunələri ilə qonaqlara unudulmaz anlar yaşadıblar.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    “Göyçə aşıq məktəbi - dünən və bu gün” adlı möhtəşəm konsert təşkil edilib
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #göyçə #aşıqməktəbi #konsert #aşıq #qai #göyçədəkonsert #qərbiazərbaycanicması

Komentáře • 3

  • @imranxlilov3004
    @imranxlilov3004 Před 5 dny +2

    Cox təəssüflər olsun ki, Ğöycədə belə aşıq məktəbi olmayıb.Ğöycə dahi ustadlar yetirib, aşıq sənətinin beşiyi olub. Bu tədbiri hazırlayanlar ən azından bilməlidirlər ki, hansı yükün altına ğirirlər.Tanımadığın yola bələdcilik eləmək olmaz.
    Bu tədbiri kecirmək ücün Az.Aşıqlar Birliyinin sədri, hörmətli professor Məhərrəm müəllimdən məsləhət almaq lazım idi.Ğöycə aşığı olmayan məclisdə, Ğöyçə aşıq məktəbinin dünəni və bu ğünü haqqında fikir söyləmək nə dərəcədə düğün olar, onu mən bilmirəm, hər insan öz yükünü bilsə daha yaxşı olar. Belə səhvlərə yol vermək olmaz.
    Aşıq İmran Ğöyçəli.

  • @User59ashmo
    @User59ashmo Před měsícem +2

    Mən bu tədbirdə iştirak etmişəm adından məlum olduğu kimi Göyçə aşıqları olmağını gözlədim ama bir nəfər göynçədən aşıq oxumadı bu biabırçılıqdır.

  • @user-pu6hp5sb3i
    @user-pu6hp5sb3i Před měsícem