Gəncənin üç böyük küçəsi zibilli sulara qərq oldu - APA TV

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • #APATV #Gəncə #daşqın #suvarma #kanal #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Gəncənin üç böyük küçəsi zibilli sulara qərq oldu
    Gəncədə Xan Arxı daşıb.
    APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, daşqın Bayan, Təbriz və Eminbəyli küçələrində, eləcə də Mahrasa bağı qəsəbəsinin yollarında xoşagəlməz mənzərə yaradıb, hərəkəti çətinləşdirib. Sakinlər deyir ki, kanalın daşması bir yana, ətrafa tez-tez üfunət iyi yayılır.
    Mənbəyini Gəncə çayının Firuzabad qəsəbəsində yerləşən su qurğusundan götürən kanal Gəncənin bir sıra küçələrindən keçir. Sakinlər bildirir ki, kanala atılan tullantılar onları tez-tez eyni problemlə üz-üzə qoyur. Kanalın daşmasın səbəb isə elə sakinlər tərəfindən arxa atılan məişət tullantılarıdır.
    Kanala xidmət edən Göygöl Suvarma Sistemləri İdarəsindən isə məsələ ilə bağlı bildirdilər ki, bu vəziyyət daima davam etdiyi üçün idarə əməkdaşları tez-tez kanal ərazisində təmizlik işləri aparır.
    Sakinlər problemin həlli üçün arxın üstünün örtülməsini istəyir. İdarə rəsmisi isə hələ ki, belə bir məsələnin gündəmdə olmadığını bildirdi.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 3

  • @huseyinmemmedov9541
    @huseyinmemmedov9541 Před rokem +5

    Cammat özüdü günahkar.Bu gün Bütün hər yerdə belədi bizim insanlarda dəhşərli bir adət varki zibili hara gəldi atırlar.Yeməyi yaxşı bilirik ama o yeməyin zibilini atmağı bacarmırıq.Sanki hindli kimiyik.Hindistanlılarda etnən bizi kimidir.

  • @ulvinhuseyinov5478
    @ulvinhuseyinov5478 Před rokem +3

    Bizim millət eledir təmizliyə riayət etmirlər xarici ölkələrdə bir kagiz bele atmirlar hər tərəfdə zibil qablari olmalidir qanmaz camahatda o zibilləri zibil qabina atmalidir ele insanlar var ki zibil qabi boyrunde ola ola yere atir çunki qanmazligdi

  • @Ressam......
    @Ressam...... Před rokem +3

    Daşarda Kanalizasiyanı ora axıdırlar içinə zibil atmasınlar Ayıbdır babatçılıqdı