Video není dostupné.
Omlouváme se.

Səyavuş Aslanın evini qumara kim qoyub? - Arvadı ruhi xəstə, oğlu narkoman, dostu xəyanətkar

Sdílet
Vložit
  • čas přidán 9. 10. 2023
  • O, Heydər Əliyevlə görüşdə nə istəmişdi?
    Azərbaycan sənət tarixinə adını qızıl hərflərlə yazmış, öz taleyinə yazılanlardan qaça bilmədi, yoldaşı ruhi xəstə, oğlu narkoman oldu. Biri var idi, Azərbaycan kinosunun sonuncu mogikanı sayılan Səyavuş Aslan...
    Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub.
    Səyavuş Aslanın həyatında dərin iz buraxan ismlərdən biri həyat yoldaşı Ofeliya Aslandır. Əsgərlikdən qayıdanda Səyavuş Aslanı Quba teatrına göndərirlər. Ofeliya isə orada anasının yanına gedib gəlir. Rejissorlar ona da rol veriblər. Səyavuş Aslan orada Ofeliyanı görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. “Mən artistə qız vermərəm” deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin, o, ya Ofeliya ilə evlənəcəm, ya da heç kimlə deyib inad edir və istədiyinə nail olur. Səyavuş Aslan qızı qaçırdır.
    Deyilənə görə cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. O, Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin yanına gədərək məsələni izah edir. Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrını paltar sexindən bəylik kostyumu seçib veriblər. Onların Çingiz və Eldar adlı iki oğlu olur.
    Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir. Deyilənlərə görə onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olur. Səyavuş Aslan teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayır. Bundan xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamır. Bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır...
    Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar. Səyavuş Aslan ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb. Onun haqqında heç vaxt xoşagəlməz sözlər danışmayıb. Bəzən peşman olduğunu da dilə gətirib: “Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim, Ofeliya elə olmayıb, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı, biz elə deyildik... Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi”.
    Sonralar Səyavuşa başqası ilə evlənmək təklif olunsa da razı olmayıb. Deyib mən başqası ilə evlənsəm qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm.
    Səyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı, mətbut yazırdı. O, atasının "Xətai" metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Səyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: "Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb - 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım.”
    Aktrisa Kübra Əliyeva deyir ki, onun oğlu qızıl dolu seyfi söküb, Səyavuş və Ofeliyanın bütün ziynət əşyalarını, pulunu oğurlayıb. Aktrisanın dediyinə görə Çingiz adlı oğlu narkotikaya qurşanıb və valideynlərinin ömrünü puç edib. Kübra xanım onu da əlavə edir ki, onların ailəsini dağıdan digər səbəb isə Musiqili Komediya teatrının əvvəlki heyəti olub, aktyor haqqında xəyanət şaiyəsi çıxarıb, qapılarına yumurta atıb, nəhayət ki, istəklərinə nail olublar.
    Heydər Əliyevlə görüşdə heç kimin ağlına gəlməyən və bəlkə də heç kimin etmədiyi bir xahiş edib: istedadlı gənclərə təqaüd verin, teatrı tərk etməsinlər!
    Yaxın dost olduqları Hacıbaba Bağırovun ona xəyanət etdiyi, teatra rəhbər gəlmək üçün arxasından iş çevirdiyi bildirilir. Səyavuş Aslan buna görə neçə illik dostundan küsərək Akademik Milli Dram Teatrına gedib və ömrünün sonunacan Hacıbaba Bağırovu dindirməyib.
    Həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Yaxın dostları belə onunla olduqca sayğılı və ehtiyatlı davranıblar.
    Ömrünün sonuna yaxın səhhətində baş verən nasazlıq onu çox kövrək etmişdi. Qaydığı umduğu bir zamanda isə onu kimsə yada salmırdı. Özü də bundan çox təsirlənmişıdi, nə dostları, nə sənət adamları, nə də aidiyyatı qurumlar sənətkarın qapısını açmadılar.
    Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.
    Beləcə, Azərbaycan kinosunun sonuncu mogikanı sayılan Səyavuş Aslan da həyata məğlub olaraq filmlərə çəkildi. Və Azərbaycan tamaşaçısının ürəyində əbədi bir ömrə imza atdı.

Komentáře • 48

  • @user-ks8cz8yp7s
    @user-ks8cz8yp7s Před 10 měsíci +4

    Təşəkkür edirik

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz Před 10 měsíci +5

    Allah rehmet elesin. Tesekkutler.

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy Před 10 měsíci +15

    Bunun evini yıxan həmin aktrisanın kim olduğunu bilirəm. Rəyimi 100 adam layk eləsə, yazacam adını. ))

    • @user-ls3qo9bg2z
      @user-ls3qo9bg2z Před 10 měsíci +1

      Yazinda görək kimdi taniyaq

    • @melektelekom5269
      @melektelekom5269 Před 3 měsíci

      Men bilirem kimdi

    • @-treui
      @-treui Před 3 měsíci

      Sara olub arvadını delixanaya o komey edir saldırırsa znaçit o olub

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  Před 10 měsíci +4

    Material diqqətinizi çəkirsə, kanala abunə ola bilərsiniz.

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy Před 10 měsíci +4

    Allah rehmet elesin.

  • @SehraneZerbeliyeva-cu6qo
    @SehraneZerbeliyeva-cu6qo Před 10 měsíci +3

    ALLAH rəhmət eləsin

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci +2

    НАРОДНЫЙ. ❤ ВЕЛИКИЙ. КОМИК. АКТЕР ❤ СИЯВУШ. АСЛАН ❤ПОМНИМ ЛЮБИМ СКОРБИМ. 15 04 2024ГОД 59Л

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 4 měsíci +2

    Кто. Слушает 😢 15. 04. 2024ГОД 59Л

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 2 měsíci

    ВЕЛИКИЙ ЛЕГЕНДАРНЫЙ. КОМИК. АРТИСТ 21 ВЕКА СВЕТЛАЯ ПАМЯТЬ ЛЕГЕНДЕ 16 МАЯ 2024ГОД 59Л ВИКЕ 09ЛЕТ САШЕ 11ЛЕТ РОДНУЛИЧКИ

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 2 měsíci

    АЛЛАХ РЯЙМЯТ ОЛСУН

  • @serdaramin1910
    @serdaramin1910 Před 10 měsíci +2

    🎉🎉🎉

  • @vusalquliyeva2476
    @vusalquliyeva2476 Před 10 měsíci +2

    🎉

  • @alimusayev990
    @alimusayev990 Před 8 měsíci +1

    Gabagiva cixsen metleb menen delsbdeyen pullar hamese ser islere serf et amen

  • @kenanhaciyev8547
    @kenanhaciyev8547 Před 7 měsíci

    Allah rəhmət eləsin. Onlar kimi aktyorlar bir daha gəlməyəcək.

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    ТАКИЕ. АКТЕРЫ❤ КАК. СИЯВУШ АСЛАН. И. АЧИБАБА БАГЫРОВ. ❤ БОЛЬШЕ. НЕ. БУДЕТ 😮 СВЕТЛАЯ ПАМЯТЬ ВЕЛИКОМУ. СИЯВУШУ

  • @sefanifteliyeva3534
    @sefanifteliyeva3534 Před 7 měsíci

    Allah rəhmət eləsin, 🤲😰🥀

  • @aaaaaa-vg6gn
    @aaaaaa-vg6gn Před 10 měsíci +1

    XƏYANƏT EDƏN MUNDAR KİŞİNİN ÇIXIŞ YOLU PULUNA GÜVƏNİB İYNƏ VİURDURUB DƏLİ DEMƏKLƏ NANKORLUQ EDİR

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci +1

    СПАСИБО ✌️ ✌️ ✌️❤ 22 04 2024ГОД 59Л ХМАО

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 29 dny

    😢 ПОМНИМ 😮 ЛЮБИМ😮 СКОРБИМ 😮 16 ИЮЛЯ 2024ГОД 59Л БАКУ 59Л

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 2 měsíci

    СПАСИБО ✌️ ✌️ ✌️ 15 04 2024ГОД

  • @SerdArt
    @SerdArt Před 10 měsíci +2

    *******

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 4 měsíci

    ❤❤❤ ФЕНОМЕНАЛЬНЫЙ. СИЯВУШ ❤ АЛЛАХ РЯЙМЯТ ОЛСУН. ❤ 15. 04. И 2024ГОД 59Л ХМАО 🐉 🐲 32ГОДА 🐉 😅

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    СПАСИБО ✌️ ✌️ ✌️ ❤ ЧТО. ЖИЛИ. В. НАШУ. ЭПОХУ ❤ ТАКИЕ. ВЕЛИКИЕ. КОМИКИ. ЛЕГЕНДЫ. ❤ АЧИБАБА ❤ СИЯВУШ❤ НЯСИБЯ ❤ ОФЕЛИЯ ❤❤ ❤ НИЗКИЙ ПОКЛОН 15 04 2024ГОД 32ГОДА

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 2 měsíci

    СПАСИБО ✌️ ✌️ ✌️ ❤2024ГОД 🎥 🐉 59Л 🐉 32ГОДА 🐉 СУРГУТ

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    ВЕЛИКИМ. ❤ СИЯВУШ И. ОФЕЛИИ❤ СВЕТЛАЯ ПАМЯТЬ 😮 22 04 2024ГОД 59Л. 😮

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 29 dny

    Кто ?? Смотрит? 16 июля 2024ГОД 59Л

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    СЫН. ❤ ЭЛЬДАР. АСЛАН ❤ ВЕЛИКОГО. ЛЕГЕНДАРНОГО. АКТЕРА. ОТЦА. СИЯВУША. АСЛАН. НИЗКИЙ ПОКЛОН. 15 04 2024ГОД.

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    СПАСИБО 👍 👍 👍 ВЕДУЩЕМУ. ❤ 15 04 2024ГОД 32ГОДА 59Л ХМАО 59Л

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    😮 ОЧЕНЬ. ЖАЛЬ 😮 ЗА. ТРАГИЧНУЮ. СУДТЬБУ. ЛЮБИМОГО. АКТЕРА 😮 СЛЕЗЫ ТИКУТ 😮 ЖЕСТЬ 😮2024ГОД 🐉 59Л ХМАО 🐉

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    СЛЕЗЫ ТИКУТ 😮ЖЕСТЬ 😮 22 04 2024ГОД 59Л ХМАО 🐉

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 2 měsíci

    СИЯВУШ АСЛАН. ВЕЛИКИЙ КОМИК. 21. ВЕКА ❤ НИЗКИЙ ПОКЛОН 15 04 2024ГОД 32ГОДА 🎥 🐉 59Л

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    АЛЛАХ РЯЙМЯТ ОЛСУН 15 04 2024ГОД 59Л. ОФЕЛИИ АСЛАН.

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    ФЕНОМЕНАЛЬНЫЙ ❤❤❤ СИЯВУШ АСЛАН ❤ АЧИБАБА БАГЫРОВ ❤ НИЗКИЙ ПОКЛОН 15 04 2024ГОД 32ГОДА

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 4 měsíci

    ТРАГИЧНАЯ. СУДТЬБА 😮 СВЕТЛАЯ ПАМЯТЬ. СИЯВУШ. АСЛАН ❤ПОМНИМ ЛЮБИМ СКОРБИМ ❤ 15 04. И 2024ГОД ❤59Л 🎥 32ГОДА 🐉 🐲 32ГОДА

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 4 měsíci

    😢 СЫН. ЧИНГИЗ. ПОДВЕЛ 😮

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 2 měsíci

    НАРОДНЫЙ АРТИСТ СИЯВУШ АСЛАН 16 МАЯ 2024ГОД 59Л БАКУ ВИКЕ 09ЛЕТ САШЕ 11ЛЕТ РОДНУЛИЧКИ МОСКВА

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 4 měsíci

    Подписка 😅 лайк 😅2024ГОД 🎥

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    АЛЛАХ РЯЙМЯТ ОЛСУН. 😮 АЧИБАБАЯ. БАГЫРОВУ 15 04 2024ГОД 32ГОДА 59Л ХМАО 59Л

  • @durdaneyakublucanbaz5362
    @durdaneyakublucanbaz5362 Před 7 měsíci

    Kim İmiş o aktrisa

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 3 měsíci

    😮 КТО. СЛУШАЕТ?? 22 04 2024ГОД 59Л

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 4 měsíci

    ОФЕЛИЯ ХАНЫМ. ❤ НИЗКИЙ ПОКЛОН 2024ГОД 59Л 😅 15. 04 И 2024ГОД 59Л ХМАО 🐉 🐲 32ГОДА 🐉 😅❤ СУРГУТ 32ГОДА 😅

  • @dursunrzabeyli5456
    @dursunrzabeyli5456 Před 10 měsíci +1

    🎉🎉🎉

  • @user-gq9ux2nj1r
    @user-gq9ux2nj1r Před 2 měsíci

    ❤❤❤ 25 МАЯ 2024ГОД 59Л БАКУ 59Л ВИКЕ 09ЛЕТ МОСКВА САШЕ 11ЛЕТ РОДНУЛИЧКИ ❤

  • @serdaramin1910
    @serdaramin1910 Před 8 měsíci +1

    *******