Azərbaycan Xankəndiyə necə girəcək? - Rus ekspertlərin proqnozları - APA TV

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • #APATV #İqorKorotçenko #Azərbaycan #Xankəndi #rus #ekspert #proqnoz #Ermənistan #Qarabağ #sülh #İrəvan #Bakı #Zəngəzur #AlekseyNaumov #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #canlıyayım #apacanlı
    Azərbaycan Xankəndiyə necə girəcək? - Rus ekspertlərin proqnozları - APA TV
    “Ermənistanın Qarabağ məsələsini sülh sazişinə bağlamaq cəhdləri əsassız və qanunsuzdur. Çünki Qarabağ Azərbaycandır. Ermənistan, eləcə də onun qərbli himayədarları bunu birdəfəlik qəbul etməlidir”.
    Bu fikirləri APA TV-yə rusiyalı siyasi ekspertlər deyiblər.
    Onların fikrincə, İrəvanın Bakı ilə sülh sazişinin imzalanmasını uzatması Ermənistanın dövlətçiliyinin faciəvi sonluqla bitməsinə gətirib çıxaracaq.
    Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Bakı ilə İrəvan arasında sülh sazişinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən beş prinsip əsasında mümkün olduğunu söyləyib:
    “Azərbaycan tərəfinin təklifləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq reallıqlara əsaslanır. Qarabağ məsələsini sülh sazişinə bağlamaq cəhdləri əsassız və qanunsuzdur. Çünki Qarabağ Azərbaycandır. Ermənistan, eləcə də onun qərbli himayədarları bunu birdəfəlik qəbul etməlidir. Ona görə də Ermənistan ya sülh sazişini imzalayacaq, ya da baş verə biləcək hadisələr Ermənistanın dövlətçiliyi üçün faciəvi sonluqla bitəcək.
    İrəvan üçtərəfli bəyanatları icra etmir. Soçi və Moskva razılaşmaları icra olunmayıb. Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizini açmaqdan imtina edib. Baxmayaraq ki, bununla bağlı üzərinə öhdəlik götürüb. Ermənistanla Azərbaycanın sərhədləri hələ ki delimitasiya və demarkasiya olunmayıb. Onlar 30 il ərzində işğal altında saxladıqları minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyiblər. Ermənistan tərəfindən silahlı təxribatlar, anti-Azərbaycan kampaniyası davam edir. Bu fonda Ermənistan tərəfindən xoşməramlı iradə gözləmək çətindir. Ona görə də düşünürəm ki, diplomatiya ilə dəqiq cərrahiyyə-güc metodunun tandemi Ermənistanı sülhə məcbur etmək üçün ən optimal variantdır”.
    Rusiyalı siyasi ekspert Aleksey Naumov isə Nikol Paşinyanın növbəti düşməncəsinə addımını sürpriz saymadığını deyib. Onun fikrincə, bu addım həm Azərbaycana, həm də Rusiyaya qarşı atılıb:
    “Hətta deyərdim ki, Qarabağ ermənilərinə münasibətdə də bu, düşmən addımdır. Ermənistan reallığı qəbul etmək əvəzinə Qarabağ ermənilərinə yalan ümidlər verir. Reallıq isə ondan ibarətdir ki, Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da həmin ərazidən getməlidirlər. Anlaşılandır ki, burada Fransa jandarmından ilhamlanan Paşinyanın addımlarına deyil, 2020-ci ilin müharibəsindən sonrakı dinamikaya baxmalıyıq. Bu dövr ərzində Ermənistan özünü beynəlxalq münasibətlərin aktiv iştirakçısı kimi nüfuzdan salıb. Separatçılara izah olunub ki, onların başqa yolu yoxdur. Laçın yolundakı ekoloji aksiya da bunu onlara əminliklə sübut edir. Bu müddət ərzində Ermənistan Rusiya qarşısında da hörmətini itirib. İrəvan daim vasitəçi və hansısa tərəfdaş axtarışındadır. İlham Əliyev bu ilin əvvəlində aydın şəkildə bəyan edib ki, sülh sazişi masa üzərindədir və bu saziş əbədi olaraq masa üzərində olmayacaq. Düşünürəm ki, bu ilin sonuna kimi biz bu problemin həllinin, nəhayət ki, işğal altında qalan ərazilərin Azərbaycana qayıtmasının, reinteqrasiyasının şahidi olacağıq. Hesab edirəm ki, Paşinyan, onun müttəfiqləri və separatçılar üçün Azərbaycanın təklifinin dinc yolla qəbul etmək üçün heç də çox vaxtı qalmayıb. Əks halda, bu problemin bir an içində Rusiyanın susqun razılığı ilə həllinin şahidi ola bilərik”.
    Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə hesab edir ki, 2025-ci ilin noyabrın 10-da Qarabağın sülhməramlıların nəzarəti altında qalan hissəsi Azərbaycanın nəzarətinə keçəcək. Politoloq bunun dinc yolla baş verəcəyini proqnozlaşdırır.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 205