Yuxuda nişanlandığını görmək / Yuxuda nişanlanmaq nə deməkdir? ☾✵ Qısa Yuxuyozma

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • Yuxuda nişanlandığını görmək / Yuxuda nişanlanmaq nə deməkdir? ☾✵ Qısa Yuxuyozma
    Yuxuda nişanlanmaq həm yaxşı, həm də pis əlamət sayılır. Əsasən tanış adamla nişanlandığını görmək mənfi hal hesab edilir. Şəxsin yuxuda qohumlarından biri ilə nişanlandığını görməsi problemlərinin artacağına işarədir. Bəzi yuxuyozuculara görə belə yuxu pul itkisinin xəbərçisidir.
    Yuxuda tanımadığı adamla nişanlandığını görmək yaxşı əlamət hesab olunub, sağlamlıq problemlərinin həll olunacağına işarədir. Belə yuxu görənin səhhətində problem varsa, o həllini tapar. Həmçinin belə yuxu yaxşı xəbərlərə işarə olub, sərvətin artacağı alamına da gəlir. Qısacası, belə yuxu çox gözəl yuxu hesab olunur.
    Yuxuda sevmədiyin adamla nişanlanmaq həyatdakı səhvlərdən xəbər verir. Belə yuxu onu görənin gözlənilməz hərəkətlər edəcəyinə işarədir. Eyni zamanda, səhvlərdən zərər görmək kimi də yozulur.
    Yuxuda sevdiyin şəxslə nişanlandığını görmək bəzi müzakirələrə dəlalət edir. Yuxu sahibinin işləri tərs gedə bilər. Amma yuxu sahibi Allah dərgahında ucalar.
    Yuxuda başqa birinin nişanlandığını görmək pul itirmək kimi yozulur. Həyat yoldaşı və ya uşaqlar xəstələnə bilər ki, buna görə də yuxu sahibi diqqətli olmalıdır.
    Ümumiyyətlə, nişanlanmaqla bağlı yuxuların yozumu insanın nişanlandığı zaman hiss etdiyi duyğularla əlaqələndirilir. Əgər insan yuxusundan məmnundursa, bu onun üçün qurtuluş deməkdir. Narazıdırsa, sağlamlıq problemlərinin başlanğıcı kimi yoxulur.
    Yuxuda nişanın pozulduğunu görmək xoşagəlməz hadisələrin baş verəcəyi kimi yozulur. Belə yuxunu görən şəxs çox narahat bir hadisə ilə qarşılaşa bilər. Bu hadisə insanın həyatında bir çox mənfi nəticələrə səbəb olar, onun həyatı kabusa çevrilər. Yuxuda nişanın pozulduğunu görmək maraqlı mövzuların üzə çıxması kimi də yozulur.
    Yuxuda nişana getdiyini görmək yenilik kimi dəyərləndirilir. Belə yuxu yeni münasibətlər sayəsində insanın həyatında bir çox müsbət halın yaranacağını göstərir. Yuxuda tanış bir insanın nişanına getmək problemləri pulla həll etməyə işarədir. Yuxuda tanımadığı bir şəxsin nişanına getmək isə fırıldaqçı insanlarla görüşmək anlamına gəlir.
    Musiqi: Walking in the Sky
    Rəqs & Elektron
    Sakit
    Nico Staf
    3:35
    dek 2020

Komentáře • 6