İvanovkadan xebersiz

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    Paytaxtın əksər ərzaq mağazalarında İvanovka adı ilə süd və süd məhsulları satılır. Böyük əksəriyyət də bu qidaların məhz İsmayıllı rayonunun məşhur İvanovka kəndindən gətirildiyini düşünür. Amma ekspertlər deyir ki, bu ad altında süfrələrimizi bəzəyən məhsullar saxtadır. Bəzi işbazlar əhalinin Sovet illərindən İvanovka məhsullarına olan marağından istifadə edir. Belə satışla məşğul olan mağazalardan birinin sahibi isə deyilənlərlə razılaşmır. AİB-in sədri Eyyub hüseynov deyir ki, İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsulunu istehsal etmək gücündə deyil. AQTA-dan isə bildirildi ki, hazırda bazarda İvanovka əmtəə nişanı altında bir sıra məhsullara rast gəlinir. İstehsalçı şirkətlər bunu bazar qaydalarına uyğun olaraq marketinq üsulu kimi təqdim edirlər. Müxtəlif vaxtlarda qeyd olunan əmtəə nişanı altında satılan məhsullarla bağlı yoxlamalar həyata keçirilib və istehsal prosesində qanuncvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri haqqında inzibati tədbirlər görülüb. Əgər vətəndaşlarda məhsulun tərkibi və təhlükəsizliyi ilə bağlı hər hansı şübhələr yaranarsa, agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.

Komentáře • 7

  • @Taleh3111
    @Taleh3111 Před 4 lety +4

    Mən şəxsən ivanovkada yaşıyıram İvanovkadan heç bir məhsul Bakıya getmir.Getsədə çox az məhsul gedir oda 1 və ya 2 butka kimi maqazinlərə verilir. Özüm bu işlə məşqulam və sifarişlə işləyirəm.

  • @samircelilov128
    @samircelilov128 Před 4 lety

    Nadejda Kijmenyova getiren mallarin satildigi adresi Bakida bilen varsa zehmet olmasa yaza bilermi?

  • @iltifatqurbanov9440
    @iltifatqurbanov9440 Před 4 lety

    Ivanovkadaki ineylernen bakidaki ineylerin ferqi nediki?

  • @seyranhuseynov8334
    @seyranhuseynov8334 Před 4 lety

    Agentliyin bunan xeberi var ve isteseler onlari cezalandirmaqda olar...ama ruşvet pul herşeyin qarşsin alir...

  • @gultekintagiyeva9573
    @gultekintagiyeva9573 Před 3 lety

    qırdınız bu milləti Allah sizə lənət eləsin